Qarabağda və Zəngəzurda soyqırım

1918-ci ildən 1920-ci ilin aprel çevrilişinə qədər erməni vəhşiliklərindən ən çox ziyan görmüş Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Bu müddət ərzində erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı güc işlətmək siyasəti bir an da olsun belə kəsilmir, hərdən səngisə də, sonra daha yeni qəddarlıqlarla təkrar olunurdu.

Cənub-qərbi Azərbaycanda türk-müsəlman soyqırımı siyasətini yürüdən əsas ideoloq-liderlər ( erməni kilsəsi, Daşnaqsütyun Partiyası, S.Şaumyan, A.Mikoyan və başqaları), qırğınları həyata keçirən başlıca təşkilatçı-icraçılar ( Andranik, Korqanov, Dro, Pirumov, Nicde, Doluxanov) və onları himayə edən (Rusiya, İran), «ikili standarta» üstünlük verən (İngiltərə, ABŞ və başqaları).

Qarabağda və Zəngəzurda soyqırım

Azərbaycan Xalq Cümhuriyyəti-i Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasının 115 müsəlman kəndini ermənilər tərəfindən dağıdılaraq, yer üzündən silindiyi qeyd olunur.

Məruzədə göstərilən 115 kənd ermənilər tərəfindən yandırılmış, kəndin əmlakı oğurlanıb aparılmış, ərazisi ermənilər tərəfindən zəbt olunmuşdu.

Yuxarıda göstərilən 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışıdır. Nəticədə tam olmayan məlumata görə, təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlana qədər 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, erməni vəhşiliklərinin qurbanları daha çox olmuşdur. Ancaq indiki dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.

AXC Fövqəladə İstintaq Komissiyasının üzvü (FİK) N.Mixaylovun hazırladığı məruzədə Andranikin quldur dəstəsinin 1918-ci il yayın sonu-payızda Zəngəzurda (Sisyanda) müsəlman əhalisinə qarşı törətdikləri 20 amansız qəddarlıq halı qeydə alınmışdır. Bölgədə törədilən saysız-hesabsız zorakılıq hərəkətləri içərisindən seçilən həmin vəhşilik hallarından bunları xatırlamağa bir daha ehtiyac duyuruq:

insanların o cümlədən, azyaşlı uşaqların məscidə yığılaraq, yandırılması, qadınların döşlərinin kəsilərək, südəmər çağaların ağzına qoyulması, gözəl qızların zorlanması və sonra da öldürülməsi, adamların qol-qıçlarının sındırılması, başlarının diri-diri kəsilməsi, gözlərinin nizə ilə çıxarılması və s. Bu dəhşətli siyahını (mənzərəni) qaynar samovarın azərbaycanlıların belinə bağlanması (Culfada), azyaşlı uşaqların yanar təndirə salınması (Qafan-Oxçuda) və sair çoxlu vəhşilik hərəkətləri ilə davam etdirmək olar. Buraya ermənilərin XX əsrin sonlarında azərbaycanlılara qarşı törətdikləri xeyli qəddarlıq aktları (Xocalı faciəsi, Muradyan soyadlı birisinin Spitakda 1-14 yaşlı 70 uşağı diri-diri böyük boruya dolduraraq, ağzını qaynaqlatması və s.) əlavə edilə bilər.

Zəngəzur qəzasının Çullu kəndində ermənilər yorğan-döşəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğramışlar. Bağırbəyli kəndində ermənilər 7 nəfər azərbaycanlını bir evə yığıb, evlə birlikdə diri-diri yandırmışlar. Müsəlmanlar kəndində meyitlərin əl-ayağı başı kəsilmiş və o qədər eybəcər hala salınmışlar ki, bilmək olmurdu ki, həmin əzalar hansı meyidə məxsusdur. Qatar kəndində çox hörmətli Məşədi Qələndər Məşədi Qulu oğlunun üzərinə neft tökərək, diri-diri yandırmışlar. Həmin kənddə ermənilər Kərbəlayı Allahverdi Hüseynəli oğlunun əl-ayağını bağlayaraq, qoyun kimi boğazından kəsmişlər. Vartanazur kəndində ermənilər xüsusilə çox uşaq və qadını xəncərlə doğramışlar.

Çoxlu şahidlərin dediyinə görə, Zəngəzur qəzasında 1918-ci ilin yayın sonu və payızında baş verən bu hadisələr bilavasitə cəllad Andranikin rəhbərliyi altında həyata keçirilmişdir. Zəngəzur qəzasının müsəlman kəndlərinə hücum etmiş erməni quldur dəstələrinin başçıları və bu dəstələrin yüzlərlə üzvləri şahidlər tərəfindən tanınmışlar. Onlardan Gorus Nikolay Osipov, Simon Mirumov, Mehri kəndindən David Arşak, Matevos Maçiants, Kəvər kəndindən Amazasp, Xatanan kəndindən zabit Avanes Ter-Petrosov, Arnazur kəndindən Sumbat Melik-Stepanov və onlarla başqaları idi.

Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, on minlərlə iribuynuzlu mal-qara və yüz minlərlə xırdabuynuzlu qoyun-keçi ermənilər tərəfindən sürülüb-aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılıb dağıdılmış bir sözlə, qəzanın müsəlman əhalisinə iqtisadi vəziyyət üçün zəmin kökündən məhv edilmişdir. Qəzanın Azərbaycanın müxtəlif kəndlərinə qaçıb dağılmış əhalisinə ermənilər tərəfindən o vaxtın qiymətləri ilə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdur.

1918-1920-


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 dekabr 2011 15:21
    salam Hamlet muellim size tesekkur edirem bu qeder genis melumat verdiyinize gore. cox beyendim. teklif etmek isterdim ki, qarabag muharibesi, ermeni-Azerbaycan munasibetlerinden cox genis yazmaq lazimdir ki geleceyimiz olan yetirmelerimiz vetenperver boyusunler. bu movzularda onlarin qanina islemeklazimdi. cunki biz unutqan milletik. bir azdan IREVAN ZENGEZUR kimi QARABAG da unudulacaq.sayta meqaleni gondermeyi oyrenim bu isde size komek edecem.

  2. 30 dekabr 2011 16:59
    teshekkur edirem inshallah Sizin de movzularinizi oxuyariq deyerlendirerik

  3. 27 iyul 2014 15:23
    salam.Hamlet müellim,əla idi.cox gözəl ifade etmisisniz ermenilerin qeddarligini,vehsiliyini,duygusuzlugunu,bir sozle,ermenilerin insani keyfiyyetlerden uzaqliligini........xalqimizin cekdiyi ezabi bir daha xatirlamaqla,inanin ki,bir daha ermenilere nifretim ve xalqima sevgim,milletime guc qatmaq meyli daha da artdi....Allah bizlere QARABAG TORPAQLARİNDA YASAMİMİZİ DAVAM ETDİRMEYİ NESİB ETSİN.AMİN.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.