Bizans alimləri və mədəniyyəti

Bizans alimləri və mədəniyyəti
B i z a n s       m ə d ə n i y y ə t i

 

Erkən orta əsrlərdə Bizans mədəniyyəti Qərbi Avropadan fərqli olaraq tənəzzülə uğramamışdır. Bizans mədəniyyətinin özünəməxsusluğu ellinizm və Roma ənənələrinn təkcə yunan mədəniyyəti ilə qovuşmaması, və həmdə imperiyada yaşayan digər xalqlar- misirlilər, suriyalılar, Kiçik Asiya xalqlarının mədəniyyəti ilə birləşməsi idi. Bu mədəniyyətə ərəblər də təsir edib.

Qərbi Avropadan fərqli olaraq, Bizans şəhərləri yalnız sənət ticarət

mərkəzləri deyil, həm mədəniyyət ocaqları idi.

VII-VIII əsrlərdə ərəb işğalları nəticəsində Bizansın ərazisi kiçildi və indii onun tərkibində Balkan yar- Kiçik Asiya qaldı. Elə bu vaxtdan etibarən imperiyanın dövlət dili yunan dili oldu.

Bizansda savadlı adamların sayı Qərbi Avropadan çox idi (burada hətta kəndlilər və sənətkarlar arasında da savadlı vardı). 

Erkən orta əsrlərdə Bizansda Afina , İskəndəriyyə, Beyrut, Qəzzə antik təhsil mərkəzləri vardı. Lakin xristian kilsəsinin antik təhsilə hücumu nəticəsində bunların bəziləri dağıldı.Sonralar Konstantinopol təhsil mərkəzi oldu. Burada IX əsrdə ali məktəb açıldı (məhşur müəllim Lev Matematik onun rəhbəri idi). 1045-ci ildə Konstantinopolda universitet açıldı.  Şəhərdə ali tibb məktəbi də vardı (məhşur həkim Nikita cərrahiyyənin əsaslarını qoymuşdu).  

VII əsrdə Bizansda «yunan odu» ixtira edildi. Bizanslıların bir çox quru və dəniz döyüşlərində qalib gəlməsinin səbəbi «yunan odu»ndan istifadə etmələri idi.

Bizansda coğrafiyaşünaslar xəritə şəhərlərin sxemini çəkə bilirdilər (bu Qərbi Avropada görünməmiş idi). Bizans mədəniyyətinə antik mədəniyyətinin təsiri vardı (təhsilə, memarlığa,rəssamlığa) .

X əsrdə kənd təsərrüfatı ensiklopediyası yaradılmışdı.

Bizans memarlığının ən tanınmış abidəsi imperator Yustinianın əmri ilə Konstantinopolda tikilmiş Müqəddəs Sofiya məbədi idi. Məbəd 532-537-ci illərdə tikilmişdir. Tikintinin baş memarları Kiçik Asiyadan olan Antemiy İsidor olmuşdu. Tikintiyə 10 minə adam cəlb edilmişdir.

Bizanslılar incəsənətdə istifadə edirdilər :

  1. mozaika (müxtəlif rəngli xırda daşlar və şəffav olmayan

      şüşə qırıntılarından-smaltadan ibarət idi)

ikona (taxta lövhələr üzərində yumurta sarısı ilə «m2qəddəslərin» təsvirləri)

Orta əsrlərin başlanğıcında Bizans Avropanın ən mədəni ölkəsi idi.

Bizans mədəniyyətini təsiri ilə slavyan ölkələri – Bolqar, Serbiya Kiyev dövlətləri xristian dinini qəbul etmişlər. Kiyev dövlətində ilk daş məbədi bizanslılar tikmişlər.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 noyabr 2013 20:42
    usaqlar!
    bu xzeber coxdandi yazilib ele oxuyursuz fikrinizide bildirinde.
    adminbstratora xeberinin pis-ve ya yaxsi oldugunu bildirin.ele men hemise adminstratorun xeberini rey verirem.siz de oxyursuzsa rey verin!
    823 defe oxumusuz.belke size lazim olan melumati almisiz
    amma adminstratora tesekur etmemisiz!
    Men size derinden tesekkur edirem.
    xeberleriniz mene cox lazim olur!
    yazdiginiza eziyyet elediyize gore cox sagolun!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.