Ibn Sina

                          

Ibn Sina

İBN  SİNA

Avropada Avisenna kimi tanınan İbn Sina (980-1037)böyük alim,filosof və şair olmuşdur.Onun ən məhşur əsəri “Tibb elminin qanunu”dur.Bu kitab uzun müddət həkim və alimlərin stolüstü kitabı olmuş,onun əsasında Avropa universitetlərində tibb elmi tədris edilmişdir.Bir çox Azərbaycan nağıllarında Loğman adı ilə tanınan qəhrəmanın prototipinin İbn Sina olduğu güman edilir.

 

IBN  SİNANIN UŞAQLIĞI

 

İbn-Sina uşaq olarkən onların qonşuluğunda Ömər adlı bir həmyaşıdı yaşayırmış.Ömərin ən çox işlətdiyi ifadə “Mənə ver”,İbn Sinanınkı isə “Nə üçün?” imiş:”Ömər var-dövlətli,,İbn Sina isə səfeh və kasıb olacaq”.

   Uşaqların əlinə pul düşəndə Ömər fındıq,İbn Sina isə kitab alırmış.Ömər fındığı yeyib qurtarana qədər İbn Sina kitabı oxuyub qurtararmış.

   Onlar ikisi də bir sinfə gedirdilər.Müəllimləri də bir idi.

   Bir dəfə müəllim sinidə Ömərin atası ilə söhbət edərkən İbn Sinanı tərifləyib onu Ömərə nümunə göstərdi.Ömərin atsı etiraz etdi: “Axı onlar eyni yaşdadırlar,həmişə bir yerdədirlər,eyni məktəbə,eyni müəllimin yanına gedirlər.Bu necə ola bilər?”

   Müəllim uşaqları sinifdən çıxarıb Ömərin nalçasının altına kərpic,İbn Sinanın nalçasının altına isə dəftər qoydu.Sinfə qayıdan uşaqlar öz yerlərində əyləşdilər.Ömər heç nə hiss etmirdi.İbn Sina isə narahat görünürdü.Müəllim İbn Sinaya dedi:

-Oğlum,nə üçün narahatsan?

İbn Sina cavab verdi:

-Bilmirəm,ya mən böyüdüm ,ya da tavan aşağı gəldi.

Sonra müəllim ovcunu yumub Ömərə dedi:

-Oğlum,ovcumun içindəkinin buynuzu,quyruğu,dörd qıçı var.Özü də qaradır.Tap görüm,ovcumda nə var?

-Tapdım,camışdır.

Müəllim Öməri atasını kənara çəkib dedi:

-Görürsünüz,oğlunuzun savadı var,amma müşahidə qabiliyyəti,dərrakəsi yoxdur.

 

İBN SİNA VƏ BƏHMƏNYAR

Böyük Azərbaycan filosofu BəhmənyarƏbülhəsən ibn Mərzban XI əsrdə yaşamışdır.O,İbn sinanın şagirdi və davamçısı olmuş,islam dininin fəlsəfi əsaslarını araşdırmışdır.

 

Bir gün İbn Sina dəmirçixananın qabağından keçirmiş.Çardağın altında dəmirçinin şagirdi olduğu körüklədikcə usta soyuyub qaralmış dəmiri kürəyə qoyur.onu çəkiclə döyəcləyirdi.

  Elə bu zaman bir uşaq yüyürə-yüyürə gəlib özünü çardağın altına salır,tövşüyə-tövşüyə dəmirçiyə deyir:

-Usta,anam deyir,ocağımız sönüb,köz versin.

Usta döşlüyü ilə üzünün tərini silib uşağın əlinə baxdı:

 -Get,bir qab gətir.Ovcunda aparacaqsan?

Uşaq ayaqlarnı yerə döydü:

-Aparacağam,sən od verməkdə ol.

Usta uşağın üzünə baxıb başını buladı:

-Sənin əlin dəmirdir?

-Yox,sən közünü ver,neyləyirsən necə aparacağam?

Usta baxdı ki,bu tərs uşağı sözlə başa sala bilmir,maşa ilə kürədən qıpqırmızı bir köz götürdü,yönünü bəri çevirəndə gördü uşaq yerdən ovcuna torpaq yığıb da ona sarı uzadıb.Usta mat qaldı.

İbn Sinanı da heyrət götürdü,uşağın ağlına heyran qaldı.Adını soruşdu.Uşaq:

-Bəhmənyardır,-dedi.

Belə deyirlər ki,İbn Sina həmin gündən Bəhmənyarın valideynləri ilə danışıb təlim-tərbiyəsini öz üzərinə götürdü və onu bir alin kimi yetişdirməyə başladı.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 aprel 2012 23:26
    IBN SINA HAQQINDA OX DEYERL MLUMATLAR ELDE ETDM.BLOQUNUZUN ANOLOQU YOXDUR.MN HR GUN BU SAYTDAN STFADE EDECEYEM.

  2. 9 noyabr 2012 13:08
    saqolun bunlar mene lazim idi amma yenede men basa duse bilmirem ki niye bu saytda el buruni haqqinda yoxdur!~i.nigar

  3. 8 avqust 2013 13:25
    Hamisi bildiyimiz seylerdir.Xahis edirem teze xeber verin......

  4. 23 noyabr 2013 22:07
    marqldirolmasani mma bu xeberi esimisem.ele kimse bu xeberden yazmsid.sehv elemirsemese

  5. 22 avqust 2014 11:35
    Axi niye eyni seyleri yazirsiz.  sad

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.