Qarabag Turbesi

Qarabag Turbesi---Azerbaycan memarliginin nadir numunelerinden
Qarabag Turbesi


orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Qarabağlar türbəsi Şərur rayonunun[kengerli rayonu] Qarabağlar kəndindədir. Türbə memarlıq kompleksinə daxildir. Qarabağlar türbəsindən savayı, burada qoşa minarə və onların arasında yerləşən bina qalıqları var. Qoşa minarənin 12-ci əsrin sonu – 13-cü əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə 14-cü əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfınə tikildiyi güman edilir.
Qarabag Turbesi


Sərdabə və yerüstü hissədən ibarət Qarabağlar türbəsində qülləvarı türbələrin əsas xüsusiyyətləri əks olunmuşdur. Daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindrik çıxıntı Qarabağlar türbəsinin yerüstü kompozisiyasını əmələ gətirir. Çıxıntılar divarın ümumi həcmini azaltmaqla yanaşı, türbəyə qala əzəməti verir. Türbənin 12 bucaqlı yeraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülmüşdür. Qarabağlar türbəsininin səthi qırmızı və firuzəyi kaşılı kərpiclə örtülmüş, həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Türbənin yuxarısındakı kitabə qurşağı nəsx xətti ilə işlənmişdir. Yerliyi göy kaşıdan olan kitabə ağ hərflərlə yazılmışdır. Qarabağlar türbəsinin kompozisiya xüsusiyyəti 4 baştağlı olmasıdır. Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərində yerləşərək türbəyə 4 fasadlı görkəm verir. Baştağların səthi kaşı ilə örtülmüş, həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Bunlardan ən maraqlısı şimal tərəfdəki əsas baştağdır. Qarabağlar türbəsinin konus şəklində olmuş yuxarı günbəzi və müvafıq kitabələri dağıldığından türbənin tarixini dəqiq təyin etmək mümkün deyildir. Lakin bütün tədqiqatlar türbənin 14-cü əsrin əvvəllərində tikildiyini göstərir. Qarabağlar türbəsi ilə Bərdə türbəsinin oxşarlığına və hər ikisinin 14-cü əsrin əvvəllərində tikilməsinə əsasən bu abidələrin eyni memarlıq abidələri olduğu ehtimal edilir. 2003-cü ildə əsaslı bərpa olunmuşdur.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 fevral 2014 18:10
    qarabaglar turbesiii.. :))))

    --------------------

  2. 23 yanvar 2015 15:00
    çox təşəkkürlər çox maraqlıdır

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.