Şəki xan sarayı

Şəki xan sarayı


İndi bizim "Şəki xan sarayı" adı ilə tanıdığımız bu bina, "Məhəmmədhəsən xan divanxanası", Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Binanın tikintisinə 1789/1790-cı ildə başlanılıb. Çox vax onun tikilmə tarixini səhvən "Şəkixanovların evi"nin ("Müştaq imarəti" -"Qurğuşunlu Otaq"ın) tikilmə tarixi ilə qarışdırılır. Binanın, inşasına o vaxt 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğində pul xərclənmişdir[2]. Memar şirazlı Zeynalabdindir. O ki qaldı qalanın inşasına, o biyar yolu ilə, tikilmişdir[3]. Qaladakı indiki kilsə 1828-ci ilə qədər xanın ev məscidi idi və göstərilən ildə ruslar tərəfindən indiki formaya, yəni xaç formasına salınmış və kilsə edilmişdir. Ruslar xanın hərəmxanasının yerində isə türmə binası tikiblər. Qalanın dörd küncündəki 4 böyük bürc də ruslar tərəfindən topdan atəş açmaq üçün inşa edilmişdir.Sarayın hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə bitişən yan otaqlar vardır. Binanın plan quruluşu, yəni hər mərtəbədə 3 otağın olması cənub hissədə aydın əks olunur. Mərtəbələr daxildən pilləkənlərlə əlaqələndirilib. Salonların şimal hissəsində iki kiçik otaq arasında xanişin adlanan yerləşkələr var. Tavanı güzgülənmiş alt xanişində fəvvarəli mərmər hovuz tikilmişdir.
Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir. Saray divarın ornamentliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, müxtəlif naxışlar, gəc üzərində oymalar məharətlə işlənmişdir. Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Saraydakı naxışların zənginliyi, rəng çalarları, stalaktit oymal olduqca gözəldir. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlarla bəzədilmişdir.
Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra belə yazmışdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi".
Şəki xan sarayının çox böyük şöhrət qazanmış divar rəsmləri XVlll əsrdə yaranmışsa da, sonralar dəfələrlə təmir edilmişdir. Sarayının divar təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə yazılmışdır. Həmin sənətkarların XlX əsrin sonunda binada işləməsi kitabələrdən məlumdur. XVlll əsrdə ilk təsvirləri işləyən nəqqaşın adı bunların içində qeyd edilməyib. Binada ikinci mərtəbənin tavanındakı təsvirdə ustad Abbasqulunun adı yazılmışdır. Ancaq Abbasqulunun bu təsvirləri nə vaxt işləməsi haqqında əlimizdə heç bir məlumat yoxdur. İkinci mərtəbənin salonundakı təsvirləri XlX əsrin axırlarında təmir edən və bəzilərini yenidən işləyən boyaqçının qarabağlı usta Qəmbər olduğu salonun divarlarında qeyd olunmuşdur. XlX əsrin axırlarında xan sarayının birinci mərtəbəsindəki salonun təsvirlərini təmir edən şamaxılı ustad Mirzə Cəfərin adı həmin salonun giriş qapısının yuxarısında yazılmışdır. 1955-1956-cı illərdə memar H.Q Rzayevin lahiyəsi və başçılığı ilə burada geniş bərpa işləri aparılmış və abidə ilkin halına qaytarılmışdır.


Şəki xan sarayı






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 iyul 2012 16:44
    saq olun Hamlet muellim chox gozel meqaledir.basqa yerde oxumadiqimiz meqamlar var burda/bes niye dersliklerde binanin insasi haqda basqa il gosterilir?sehv etmiremse 1764.meger sizin dediklerinizi onlar bilmir?

  2. 7 iyul 2012 19:11
    Hormetli Zulya xanum reyiniz ucun ve xosh sozleriniz saqolun ! Amma bu meqaleni Gunka adli istifadecimiz verib muallif kimi odur Amma bele mekteb kitabinda 1763-cu ilde Huseyn xan Mushtaq tikdirdiyi deyilir Amma yazida bunlar nezere alinib Bir daha saqolun !

  3. 19 iyul 2012 15:16
    INDI KITABDAKINA INANAQ YOXSA BURDA YAZILANA? MARAQLIDIR TWK
    wink

  4. 8 dekabr 2012 15:37
    sekini cox sevirem

  5. 9 yanvar 2013 10:19
    cox sag olun oxudum ve oyrendim

  6. 27 fevral 2013 23:18
    twk gozel melumatdi bully

  7. 10 aprel 2013 12:13
    COOOXSAQOLUN))) cOX MOHTESEM 1SARAYDI GETMEYE DEYER = fellow

  8. 26 aprel 2013 20:29
    COX SAG OLUN.

  9. 7 may 2013 18:59
    cox ela mnde sekidenem menimde atam senetkardir misgerlik uzre ve onunda senetini cox sevirem men qedim senetimiz bugunlere catdiran butun senetkarlara halal olsun
    feel

  10. 19 iyun 2013 17:32
     mene mezmunu yox sekiller daha  maraqli geldi     winked   

  11. 15 sentyabr 2013 12:27
    melumata gore twk

  12. 30 sentyabr 2013 17:58
    Cox maraqlidir.Xosuma geldi. love

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.