Tarixdə "1 yanvar"

1 yanvar

630 – Məhəmməd peyğəmbərin başçılığı altında müsəlmanlar Məkkə şəhəri üzərinə hücum edərək şəhərə tutmuşlar.

Tarixdə "1 yanvar"
 

 

1751 – Fransa maarifçiləri Didro və Dalamber dünya tarixində ilk ensiklopediyanı çap etdirmişdir

Tarixdə "1 yanvar"
 

 

1813 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Lənkəran qalasını alıblar.  Lənkəran  xanlığı Rusiya tərəfindən işğal edilib. Gülüstan müqaviləsi (12 oktyabr 1813) ilə bu işğal rəsmiləşdirildi, 1826-cı ildə isə Rusiya çarı I Nikolayın fərmanı ilə  Lənkəran  xanlığı ləğv edildi.

Tarixdə "1 yanvar"

 

1841 - Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla İmereti quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bolündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Gəncə), Qazax, Balakən və Naxçıvan bölgələri İmereti quberniyasının tərkibinə daxil edildi.

Tarixdə "1 yanvar"

 

1863 – ABŞ prezidenti Avraam Linkoln quldarlığın ləğv edilməsi haqqında qanunu imzalamışdır

1912 – Nankində Çin Respublikası elan edilmişdir

Tarixdə "1 yanvar"

 

1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb. Bu bərədə siyasi qərar 1926-cı ildə Bakıda keçirilmiş Ümumittifaq türkoloji qurultayın tövsiyəsinə əsasən qəbul olunmuşdu. Lakin ortaq əlifba sayəsində Azərbaycan Türkiyə əlaqələrinin güclənməsindən ehtiyat edən SSRİ rəhbərliyi çox keçmədən onu aradan qaldırdı.

Tarixdə "1 yanvar"
1940[/b] - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib. Bu barədə göstəriş 1939-cu il-də SSRİ rəhbəri Stalin tərəfindən verilmişdi, həmin il iyulun 11-də Azərbaycan SSR Ali Soveti bununla bağlı qanun qəbul etmişdi.
Tarixdə "1 yanvar"

 

1942 – Vaşinqtonda 26 dövlətin iştirakı ilə "Vaşinqton Bəyannaməsi” qəbul edilmişdir. Bununla İkinci Dünya müharibəsi gedişatında antihitlet koalisiyası yaradılmışdır

Tarixdə "1 yanvar"
 

 

1959 - Kuba üsyançılar Fidel Kastronun rəhbərliyi ilə paytaxt Havanı ələ keçirərək, prezident Fulxensio Batistanı hakimiyyətdən salmışdılar

Tarixdə "1 yanvar"
 

 

1993 – Çexoslavakiya könüllü sürətdə iki respublikaya: Çexiya və Slovakiyaya bölündü

Tarixdə "1 yanvar"
 

 

1997 - ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Finlandiyanı Fransa (ikinci həmsədr ölkə Rusiya idi) əvəz edib. Rəsmi Bakı onunla razılaşdırılmamış bu dəyişikliyə etiraz edib və ABŞ-ın həmsədrliyini irəli sürüb. Nəticədə Minsk qrupunda üçlü həmsədrlik (Rusiya, ABŞ, Fransa) formalaşdı.

Tarixdə "1 yanvar"
 

 

2007 – Pangi Mun BMT-nin Baş Katibi seçildi

Tarixdə "1 yanvar"

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.