Azərbaycan musiqiçiləri

[/b]

Azərbaycan musiqiçiləri

Musiqiçilər

 

 

Azərbaycan musiqiçiləri
 

Cabbar Qaryağdı oğlu

 

         (1861-1994)

 Azərbaycanın xalq artisti, özünün orijinal ifaçılıq üslubunu yaratmışdır.  Musiqi tarixində ilk dəfə muğamı teatr səhnəsində və konsertlərdə ifa etmişdir.

 

 

                  

Azərbaycan musiqiçiləri
 

Keçəçi oğlu Məhəmməd

 

                   (1864-1940)

 

Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsidir. 1912-ci ildə «Sport-record» şirkəti tərəfindən onun ifasında «Rahab», «Şahnaz», «Çoban bayatısı», «Qarabağ şikəstəsi» qrammofon valına yazılmışdır.

 

        

Azərbaycan musiqiçiləri
 

Məşədi Məhəmməd Fərzəliyev

 

                   (1872-1962)

 

Qüdrətli və məharətli səsə malik olub, klassik muğamların təkrarolunmaz tərzdə ifa etmişdir. Xüsusilə «Şüştər» muğamının mahir ifaçısı kimi tanınmışdır.

 

        

Azərbaycan musiqiçiləri
 

Məşədi Cəmil Əmirov

 

                   (1875-1928)

 

Azərbaycanın musiqi tarixində xanəndə, tarzən, bəstəkar, musiqi-ictimai xadim kimi tanınmışdır. «Seyfəl-Mülük» (1915) operasının və «Namuslu qız» (1923) operettasının müəllifidir. Gəncədə musiqi məktəbi açmışdır.

 

                  

Azərbaycan musiqiçiləri
 

İslam Abdullayev

 

                   (1876-1964)

 

Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsidir. Milli musiqi tarixinə «Segah» muğamının bənzərsiz və mükəmməl ifaçısı kimi daxil olmuşdur. Bu muğam orijinal təfsirinə görə xalq arasında «Segah İslam» adlandırılmışdır.

 

 

 

Azərbaycan musiqiçiləri
 

Məcid Behbudov[/b]

 

(1873-1945)

 

Xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biridir. Qafqaz xalqlarının dillərində mahnılar oxumuşdur.

Məşhur müğənni Rəşid Behbudovun atasıdır.

 

 

Azərbaycan musiqiçiləri

Seyid Şuşinsiki

 

 (1889-1965)

Azərbaycan musiqi mədəniyyətində mühüm xidməti və görkəmli xanəndədir. Muğamların kompozisiya quruluşuna yeni cəhətlər gətirərək, «Rast-Humayun», «Qatar-Bayatı», «Şur-Şahnaz» kimi muğamlar yaratmışdır.

 

[/b]

[b]Azərbaycan musiqiçiləri
 

Murtuza Məmmədov (Bülbül)

 

(1897-1961)

Azərbaycanda professional vokal ifaçılığı  məktəbinin banisi. Xalq tərəfindən nadir tembrli səsinə görə «Bülbül» adlandırılırdı. Yaradıcılığının zirvəsini «Koroğlu» operasında Koroğlu obrazı təşkil edir.

 

                  

Azərbaycan musiqiçiləri

Zülfi (Zülfüqar) Adıgözəlov

 

                   (1898-1963)

 

Klassik xanəndəlik məktəbinin nümayəndələrindən biridir. «Rast» muğamının ən mükəmməl ifaçısı kimi tanınırdı.

 

                  

Azərbaycan musiqiçiləri

Xan Şuşinski

 

                   (1901-1979)

Qarabağ muğam məktəbinin parlaq nümayəndəsidir. Nadir tembrli gözəl səsə malik olmuşdur. Bəstələdiyi mahnılar («Şuşanın dağları», «Qəmərim») musiqi xəzinəsinə daxil olmuşdur.

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 yanvar 2012 13:12
    bir musiqi tlbsi kimi bel sslri unutmamz kemiimizi unutmamz demkdir.

  2. 21 avqust 2012 20:49
    of okuya okuya oldum be bu ne lan angry

  3. 9 sentyabr 2012 17:59
    maraqli melumatlardi
    *Tugba Aziz*

  4. 8 avqust 2013 13:29
    Bunlari bilmirdim......Tesekkurler!

  5. 20 sentyabr 2014 17:45
    Salam. Cabbar Qaryağdı oğlunun vəfat etdiyi il düz deyil. Burada 1994 cü il yazılıb. Əslində (1861-1944)

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.