Azərbaycan Tarixi 5 dəqiqədə” – Milli Animasiya Filmi

Azərbaycan Tarixi 5 dəqiqədə” – Milli Animasiya Filmi

Sizlərə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu maliyyə dəstəyi ilə hazırlanan “Azərbaycan Tarixi 5 dəqiqədə” – Milli Animasiya Filmini təqdim edirik. Filmin hazırlanmasında əsas məqsəd Azərbaycanın qədim və zəngin milli tarixini ən qədim dövrlərdən müasir tarixə kimi 5 dəqiqə ərzində yerli və beynəlxalq ictimaiyətin diqqətinə çatdırmaqdır. Filmin hazırlanmasında Azərbaycanın tanınmış tarixçiləri və bu sahə üzrə mütəxəsislər cəlb olunmuş və müxtəlif tarixi mənbələrdən istifadə olunmuşdur. Azərbaycan tarixi qədimdən ən yeni tarixə kimi (e.ə. 2-ci minillikdən – 1993-cü ilə qədər) qısa metrajli animasiya filmi Azərbaycanın tarixi ərazisində formalaşan dövlətləri və onların ərazilərini xüsusi animasiya effektləri ilə təsvir edir.
İnanırıq ki, bu film tədris müəsisələrində əhəmiyyətli vizual material kimi tədris prosesində geniş istifadə olunacaqdır. İngilis dilində olan versiya da yaxın zamanlarda ictimailəşdiriləcəkdir.
Layihəmizin həyata keçirilməsinə göstərdikləri əvəzsiz dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna dərin minnətdarlığımızı bildiririk. Filmin ərsəyə gəlməsində göstərdikləri təşkilati və texniki dəstəyə görə “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı Birliyinə və DigiMarks təşəkkürümüzü bildiririk.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.