Qedim yunan-şəhər dövlətləri

Qedim yunan-şəhər dövlətləri

 

Qədim Yunan şəhər-dövltləri Təbiət Yunanıstanı 3 hissəyə -şimali,cənubi və orta Yunanıstana bölmuşdǜ.Şimali Yunanıstanda Fessaliya,orta Yunanıstanda Attika,cənubi Yunanıstanda (Peloponnes) isə Lakonika və Messeniya vilayətləri yerləşirdi. E.ə VIII-V əsrlərdə Yunanıstanda şəhər-dövlətləri meydana gəlməyə başladı.Orta Yunanıstanda Afina,cənubi Yunanıstanda Korinf,Sparta,Egey dənizi sahillərində Milet,Sajos,Efes, Rodos, Lesbos kimi şəhər-dövlətləri yaranmışdı. AFİNA.Yaranmış şəhər-dölətlərin arasında Afina xususi yer tuturdu.Afina Attikada yerləşirdi.Hələ e.ə II minilikdə meydana gəlmişdi.Həmin dövrdə Afina sakinləri hǜndǜr təpələrin ǜstǜndə akropol tikirdilər.Orada varlı,adlı-sanlı adamlar,ətrafında isə sənətkarların,tacirlərin,yoxsuların evləri yerləşirdi. Artıq VIII əsrdə Afinada adlı-sanlı adamlar hakimiyyəti ələ alıb,Attikanin bǜtǜn əhalisini özlərindən asılı hala salmışdılar.E.ə VIII-VII əsrlərdə Afinada özǜnəməxsus idarəçilik sistemi var idi.Bu dövrdə idarəçilik sistemi olan aristokratiya meydana gəldi.Adlı-sanlı adamlar öz idarə ǜsullarını aristokratiya-yaxşıların hakimiyyəti adlandırırdılar.Attikanin qalan azad əhalisi demos adlanırdı.Demos-tacirlər,kəndlilər,gǜnəmuzdçular,sənətkarlar və dənizçilərdən ibarət idi. Başqa yunan şəhərlərində olduğu kimi,Afinadada əhalinin əsas məşğuliyyətini əkinçilik,ticarət,sənətkarlıq,maldarlıq təşkil edirdi.Afinalılar ticarətdə və sənətkarlıqda xǜsusilə böyǜk uğur qazanmışdılar.Afinalı sənətkarlar gildən mǜxtəlif növ məişət əşyaları hazırlayırdılarki,bu məişət əşyaları arasında amfora adlanan qablar xǜsusi yer tuturdu.Amfora qablardan şərab və zeytun yağı saxlamaq ǜçǜn istifadə olunurdu.Bu dövrlərdə Yunanistan ərazisində ticarət də inkişaf eləmişdi.Hətta Afina şəhərində xǜsusi bir ərazi yaranmışdı ki,buna aqora(bazar meydanı) deyirdilər.Ticarətin inkişaf etdiyini göstərən başqa subut isə gumuş pullardan istifadə olunmağı idi.Qədim Afinalılar Babilistanla,Finikiyayla,Misirlə,Qara dəniz sahillərində yaşayan xalqlarla ticarət əlaqələri saxlayırdılar. Afinada adlı-sanlı adamlar özlərinəməxsus munbit torpaqları özləri əkib-becərirdilər.Sonralar onların torpaqlarının,mal-qaralarının sayı artırdı,özləri bu işin öhdəsindən gələ bilmirdilər,buna görə də başqalarının əməyindən istifadə etmək zərurəti yaranırdı.Adətən kəndlilərin əməyindən gunəmuzdçular kimi istifadə edirdilər.Gunəmuzdçular-torpağı və işi olmayan,yalnız gördukləri işə görə haqq alan adamlara deyilirdi.Kəndlinin yoxsullaşmağı,onun varlıdan borc almağına gətirib çıxarırdı.Kəndi borcunu borc daşı ustundə göstərilən vaxtda ödəmirdisə,həmin adam və ailəsi qula çevrilirdi.Bu da qulların sayını artırırdı. E.ə VII əsrdə aristokratlarla demoslar arasında gərginlik yaranmışdı.Başlıca səbəb aristokratların idarəçiliyi tamamilə ələ alması idi.Əhalinin heç bir təbəqəsini Afinanın idarəçiliyinə yaxın buraxmırdılar.Belə ki,xalq yığıncağını çağırmırdılar,əvəzinə Ağsaqqallar şurasını çağırır və Ağsaqqallar şurasının seçdiyi 9 hakimi təyin edirdilər.Ağsaqqalar şurası qanunlar qəbul edir,həmin qanunlara əsasən gunahkarlar cəzalandırılır,məhkum edilirdilər.Şuranin qəbul etdiyi qanunlar sərtliyinə görə seçilirdi.Kiçik bir səhvə görə,insanlar amansız şəkildə cəzalandırılırdı.Ona görə bu qanunlara-"Bu qanunlar murəkkəblə yox,qanla yazılmışdır"deyirdilər.Bu qanunların muəllifi kimi adətən Drakonun adı göstərilir və tarixdə bu qanun "Drakon qanunu" da adlanır.Bu arada demoslar yaranmış vəziyyətlə barışmaq istəmirdi.Onlar,xususilə kəndlilər borca görə qula çerilməyin,satılmağın,amansız şəkildə cəzalandırılmağın əleyhinə çıxırdılar və aristokratlara qarşı mubarizəyə başlamışdılar. Vəziyyət o qədər gərginləşmişdiki,aristokratlar demosların qorxusundan muəyyən dərəcədə guzəştə getməyə məcbur oldular.E.ə 594-cu ildə Solonun adı ilə bağlı islahat keçirildi.Solon məhşur döyuşçu olmuşdur.Həmin islahata görə,kəndlilərin borclari ləğv edilir,borca görə qul edilən afinalılar azad olunur,afinalıların gələcəkdə borca görə qul edilməsi qadağan edilirdi.Bu islahatdan sonra əhalinin aristokratlar və demoslar adlandırılmağı da ləğv edildi .Əhali uçun umumi bir ad-vətəndaş muəyyən edildi.Vətəndaş dedikdə,dövlət qarşısında muəyyən vəzifələri olan,eyni zamanda muəyyən huquqlara malik olan insanlar nəzərdə tutulurdu.Solonun islahatı Afinanın sosial sturukturunda da yeni xususiyyətlər meydana gətirdi.Əhali sahib olduqları əmlaka görə dörd təbəqəyə bölunməyə başladı.Bu təbəqələşmə özunu orduda aydın şəkildə göstərirdi. Yalniz ən varlı adamlar suvari hissədə xidmət edirdilər. Çunki, at çox baha olduğundan,hər kəs at ala bilmirdi.Bununla belə,butun vətəndaşlar orduda xidmət etməyə borclu idilər.Ordunun döyuş qabiliyyətini artırmaq məqsədilə yeni-yeni tədbirlər göruldu.E.ə VI əsrin sonlarında Afinanın xalq yığıncağı ordu və donanmaya başçılıq edən hərbi başçı-strateqlər seçməyə başladı. SPARTA.E.ə I minillikdə Yunanıstanda meydana gəlmiş şəhər-dövlətlərdən biri də Sparta dövləti idi.Sparta Yunanıstanın cənubunda,Peloponnes adlanan hissəsində yerləşirdi.E.ə II minilliyin sonunda şimaldan Yunanıstan ərazisinə daxil olan yunan-dori tayfalari cənuba kimi gəlib çıxmışdılar.Həmin dövrdə Lakonika vilayətini zəbt etmiş və Sparta şəhərinin əsasını qoymuşdular.Bundan sonra dorilər özlərini spartalılar adlandırdılar.Spartalılar uzun çəkən muharibələrdən sonra,e.ə VII əsrdə Messeniya vilayətini də ələ keçirdilər.Tabe olmayan əhali öz yurdlarını tərk etdilər,qalan əhali isə spartalılar tərəfindən qula çevrildilər.Spartalılar qula çevirdikləri messeniyalıları hilotlar adlandırırdılar.Hilotlar spartalıların əkin-biçin işlərilə məşğul olurdular. Messeniyada azad əhali də spartalılardan asılı idi.Bu asılılıq onda özunu göstərirdiki,onlar spartalılara vergi verirdilər.Sparta dövlətində əsas rolu xalq yığıncağı oynayırdı.Xalq yığıncağı Ağsaqqallar şurasını seçirdi.Ağsaqqallar şurası da öz növbəsində ən muhum məsələləri həll edir,hərbi munaqişələri yoluna qoyur və gunahkarlara cəza verirdi. Spartalıların əsas məşğuliyyəti hərbi iş idi.Spartalı kişilər hərbi işdən başqa digər işlə məşğul olmağı özlərinə təhqir sayırdılar.Onların çox yaxşı silahları var idi,həmçinin çox yaxşı döyuşçu idilər.Onların döyuş qaydası falanqa adlanırdı. 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 iyul 2014 11:29
    size neqeder tewekkkur etsem oqeder de azdir.. 
     men bu dersleri tekrar elemeliydim kitabdan.ele burda qabagma cixdi.sef elemiremse sabaha bu dersi hazirlamaliydim.. 
    cox sagolun..
    ele burdan tekrar eledim de day.. 
      laughing

    --------------------

  2. 14 iyul 2014 19:24
    cox sag olun

    --------------------

  3. 16 iyul 2014 00:45
    Lamiyyə xanım,bu mövzu həm müəllimlərin,həm də tələbə və şagirdlərin sevdyiyi mövzulardandır.Mövzu ətraflı işlənilmişdir.Buna görə Sizi təbrik edirik. Sizə yaradıcılıq uğurları arzu esirik.Hörmətlə Zakir müəllim.

  4. 16 iyul 2014 22:44
    Zakir müəllim,mən də öyrəndiklərimi burada paylaşmağa çalışıram.Sizdən bu sözləri eşitdiyimə görə sevindim.Sağ olun.

    --------------------

  5. 25 avqust 2014 17:59
    Sema,evvelki illerin orta esrler tarixini tekrar etdim.Cox sag ol.

  6. 20 sentyabr 2014 11:14
    çox maraqlıdır,demək olar ki kitabdakının eynisidir,amma bilmədiklərim də oldu oxuyanda,təşəkkür edirəm,əməyə hörmət eliyirik

  7. 20 oktyabr 2014 03:40
    məllimimiz "Solon islahatı" ilə bağlı diidiki həmin dövrdə kim islahat keçiriir və ya qərar verirdisə o geri götrə bilərdi ancağ həmin qanunu.Buna görə də Solon 15il ölkədən kənarda yaşıyır ki,verdiyi qanunları heçkəs ona götüzdürməsin.

    --------------------

  8. 20 oktyabr 2014 09:51
    Sitat: poli
    Sema,evvelki illerin orta esrler tarixini tekrar etdim.Cox sag ol.

    Sitat: nuray01
    çox maraqlıdır,demək olar ki kitabdakının eynisidir,amma bilmədiklərim də oldu oxuyanda,təşəkkür edirəm,əməyə hörmət eliyirik

    sağ olun

    --------------------

  9. 26 fevral 2015 20:00
    Çooox və çox gözəldi bunu yazana öz adımla təşəkkür edirəm... Yən uşqalar üçün tələbələr üçün vəsaitdir smile

    --------------------

  10. 26 oktyabr 2015 09:51
    melumatlara göre sag Olun,Amma Bunlari kitabdan da elde ede bilerik,texminen mezmunu eynidir.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.