Abbas Mirze Qacar!

 

Abbas Mirze Qacar!

 

Qacarların zadəgan nəsli milli tarixin ayrı-ayrı mərhələlərində Azərbaycana böyük görkəmli şəxslər pleyadası hədiyyə edib ki, onların da arasında çox istedadlı sərkərdələr və məşhur dövlət xadimləri olub.

Tarix Qara Piri bəy Qacar, İmamqulu Qacar kimi sərkərdələr (Hər ikisi XVI yüzillik), İran hökmdarı və Qacarlar dövlətinin banisi Ağa Məhəmməd şah Qacar (1741-1797), həmçinin zamanında rus işğalına qarşı qəhrəmancasına müqavimət göstərən əfsanəvi Gəncə xanı Cavad xan Ziyadxan oğlu Qacarın (1748- 1803) adlarını əbədi olaraq yaddaşına həkk edib.

Heç şübhəsiz ki, siyahıya bu soyadın daha bir layiqli nümayəndəsini - Abbas Mirzə Qacarı (1788-1833) da aid etmək olar. Məlum olduğu kimi, Ağa Məhəmməd şah 1795-ci ildə qanlı müharibədən sonra İranda və Cənubi Azərbaycanda 1747-ci ildən uzanan daxili hərc-mərcliyə son qoya və ölkənin bütövlüyünü bərpa edə bildi. Nəticədə paytaxtı Tehran olan yeni Qacarlar dövləti yarandı.
O şahlıq dövründə Çingizxanın “Yasa”sını əldə rəhbər tutaraq ölkə üçün yeni qanunlar toplusu qəbul etdi. Qacar dövrünü tədqiq edən məşhur Azərbaycan alimi Əminə Pakravan yazır ki, “Qacar qanunvericiliyinə əsasən taxt-taca yalnız valideynləri hakim soyadın əsil nümayəndələri olan insanlar çıxa bilərlər”. Bu baxımdan Abbas Mirzənin tam olaraq bəxti gətirib. Onun anası Asiyabəyim xanım Qacarlar nəsli ilə yaxın qohumluq əlaqələri olan Dəvəli ailəsindən olub.

Asiya xanımın qohumları vaxtikən dövlətin birləşdirilməsi işində Ağa Məhəmməd şaha böyük maddi və hərbi köməklik göstəriblər. Şah isə minnətdarlıq əlaməti olaraq bu ailənin xanım nümayəndəsini özünə gəlin edib.

 

Abbas Mirze Qacar!

Abbasın atası taxt-tacın o zamanki varisi və İranın gələcək hakimi Fətəli şah Qacar idi. Ağa Məhəmməd şahın doğma övladı olmayıb, bu səbəbdən o, varislik məsələsinə həssaslıqla yanaşıb. Qardaşı oğlu Fətəli şahı oğulluğa götürən Ağa Məhəmməd Qacarların kişi nəslinin kəsilməməsi üçün onu dərhal Abbas Mirzənin anası - Asiya xanımla evləndirib. O Mazandaranda (Cənubi Azərbaycan) doğulduğundan özündə daimi türk təsiri hiss edib və uşaqlıqdan Ağa Məhəmməd şahın sevimlisinə çevrilib. Şah onu tez-tez hərbi yürüşlər və təlimlərə aparardı. O hərbi işin çətinliklərinə tez alışdı, möhkəmləndi və təcrübə topladı və bu, döyüş meydanında dəfələrlə onun köməyinə gəldi. 1797-ci lildə Ağa Məhəmməd şah Şuşada öz mühafizəçiləri tərəfindən xaincəsinə qətlə yetirildi və taxta Abbas Mirzənin atası Fətəli şah çıxdı.

İki il sonra o rəsmi olaraq taxt-tacın varisi – “Naib-us-sultan” elan olundu və paytaxtı Təbriz olan Azərbaycan vilayətinin canişini vəzifəsinə təyin olundu. Bu təyinat yazılmamış qanunlar və ənənələr ruhunda edilib, çünki Böyük Şah Abbasdan (1587-1629) başlayaraq imperiyanın hökmdarı olmazdan öncə taxt-tac varisinə Azərbaycanın idarəçiliyi etibar olunurdu ki, o da öz növbəində “çarlığın hakimi” fəxri titulunu daşıyırdı. Qacarlar da Səfəvilər kimi türk mənşəli idilər, ona görə də onlar qədim, lakin nişanə qaydasını saxlamalıdır.
1799-cu ildə Abbas Mirzə Təbrizə köçür. Fətəli şah dayısının missiyasını davam etdirməkdə, yəni Səfəvilərin keçmiş torpaqlarını geri qaytarmaqda qərarlı idi.

Abbas Mirze Qacar!

Bunun üçün birinci Şimali Azərbaycan xanlarının müqavimətini qırmaq tələb olunurdu, daha sonra isə Cənubi Qafqazda öz mövqeyini istənilən yolla möhkəmləndirməyə çalışan Rusiya ilə vuruşmaq lazım idi. Belə ki, Xoy əyalətinin canişini Cəfərqulu xan rusların dəstəyi ilə mərkəzi hakimiyyətə qarşı üsyan qaldırır. Gənc, eyni zamanda təcrübəli sərkərdə Abbas Mirzə dərhal üsyançılarla döyüşə girir və onları darmadağın edir. Üsyana başçılıq edən Cəfərqulu xan qaçmaqla canını qurtarmağa çalışır, lakin Abbas Mirzənin əsgərləri onun Urmiya rayonu ərazisində güllələyərək qətlə yetirirlər. Bu qələbə Abbasa görünməmiş sərkərdə şöhrəti gətirir.

Abbas Mirze Qacar!

 

Lakin Abbas bilirdi ki, ölkənin problemlərini, onun kənd təsərrüfatı, elm və hərbi iş sahələrində geriliyini silah yolu ilə həll etmək olmaz. İslahatlar qaçılmaz idi və o tədricən müasirləşdirmə işlərinə başladı. Onun sərəncamı ilə, kəndlilər üçün nəzərdə tutulan vergilər əhəmiyyətli dərəcədə azaldıldı, onlara əlavə olaraq hakimiyyət tərəfindən əhəmiyyətli dərəcədə maddi yardım göstərildi ki, bu da kənddə vəziyyəti bir xeyli yüngülləşdirdi. Abbas Mirzənin təşəbbüsü ilə, Təbrizdə - Azərbaycan vilayətinin paytaxtında İranın və Azərbaycanın tarixində qərb tipli ilk müasir mətbəə açıldı və bu da elm və ədəbiyyatın inkişafına ciddi təkan verdi.

Abbas həyatlarını ona qurban verməyə hazır olan azərbaycanlıların arasında olan nüfuzundan yararlandı. XIX əsrin əvvəlində rusların ortaya çıxması ilə Cənubi Qafqazda vəziyyət kəskinləşir. Çar ordusu tərəfindən Şimali Azərbaycan ərazilərinin işğalı, həmçinin Qacarların qohumu olan Gəncə hakimi Cavad xanın qətlə yetirilməsi Fətəli şahı Rusiyaya qarşı müharibə elan etməyə vadar edir. Birinci Rusiya-İran müharibəsi başlayır və bu savaş 9 il - 1804-1813 -cü illər ərzində davam edir.

Abbas Mirza ilk olaraq şimalda rus imperializminə qarşı mübarizədə öz qardaşlarına yardım etmək istəyini bildirir. Onun rəhbərlik etdiyi əsasən köçəri türk tayfalarından ibarət ordu Azərbaycanla sərhədi keçir və Üçkilsə adlı yerdə ruslarla ilk döyüşə girir. Rusların texniki üstünlüyünə baxmayaraq, azərbaycanlı döyüşçülərin cəsurluğu və igidliyi Uçkilsə ətrafında gedən döyüş zamanı rusları geri çəkilməyə və müdafiə mövqeyində durmağa məcbur edir. Belə ki, qacar atlılarının ildırım sürətli hərəkətləri rus topçularına lazımi mövqeləri tutmağa imkan vermir.

Abbas Mirze Qacar!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 sentyabr 2012 13:16
    Abbas hyatlarn ona qurban vermy hazr olan azrbaycanllarn arasnda olan nfuzundan yararland!!!
    Ne gozel!Bu cur azeri ovladlarina boyuk ehtiyacimiz var!

  2. 24 sentyabr 2012 22:06
    Ruzveltin fikrini cox beyendim.

  3. 17 oktyabr 2012 14:29
    elllllaaaadddddiiiiiiirrrr winked

  4. 20 fevral 2013 22:43
    Lakin unutmayaq ki,1827-ci ilde Feteli sah ve Abbas Mirze Tebrizin
    mudafiesine yardim etmediler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.