Sultan I Murad Xudavəndiyar

Sultan I Murad  Xudavəndiyar

 

Sultan I Murad  Xudavəndiyar

   Sultan I Murad Osmanlı dövlətinin hökmdarıdır.                                                            
Sultan I Murad 1326-cı ilin  29 iyununda Bursa şəhərində şəhərində anadan olmuşdur və 1389-cu ililn 28 iyununda Kosova döyüşündə Serb şahzadəsi Miloş Obiliç tərəfindən  öldürülmüşdür.

Sultan I Murad  Xudavəndiyar

 Babası OSMAN   Osmanlı  dövlətinin yaradıcısıdır. Atası Osmanlı dövlətinin ikinci hökmdarı Orxan Qazi (hakimiyyət illəri: 1326-1359)Anası Nilufər(mənası dəniz çiçəyi-Z.Ə.) xatundur.Sultan I Murad uca boylu, girdə sifətli və iri burunlu idi.İri və əzələli bir bədənə malik idi.Başına Mövləvi sarğı və başlıq geyərdi.İlk təhsilini anası Nilufərdən almışdı.Daha sonra Bursa mədrəsələrində elm və mədəniyyətadamlarından təhsil almışdı.Murad çox həssasmehriban və həlim adam idi.Elm və mədəniyyət xadimlərinə hörmətlə yanaşır,yetim və kimsəsizlərə qayğı ilə yanaşardı.Dahi  dövlət və hərbiadam idi.Tez bir zamanda qərar verərdi və cəld hərəkətedərdi.Silahla davranmağı yaxşı bacarır və hər döyüşdəOrdusunun başında  durardı. Sadə yaşamağı və geyinməyi sevərdi.           

Atası Orxanın dövründə  Osmanlı dövlətinin ərazisi 95 000 kvadrat kilometrdi-sə Sultan I Murad şəhid olanda Osmanlı dövlətinin ərazisi 500 .000(!) kvadrat kilo-metr idi.        Orxan  Qazinin zamanında dövlətin gələcəyi onun böyük oğlu Süleyman paşa-nın adı ilə bağlı idi.Bütün gözlər onda idi.Orxan Qazi səltənətinin son illərində büt-ün hərbi işi Süleymanın rəhbərliyinə və iradəsinə buraxmışdı.Rumeliyə hücuma başlamazdan əvvəl Süleyman atasının əlini öpərək demişdi:-" Bu bölgənin fəthinimənə həvalə et!”           

Sultan I Murad  Xudavəndiyar

 

1359-cu ilin sonunda Süleyman paşa 43, kiçik qardaşı Murad isə 33yaşında idi. Murad sərt və cəsarətli bir əsgər olan Lala Şahinin əlində yetişmişdi.Lakin Süleymanın gözqamaşdırıcı şöhrəti və nüfuzu Muradı tamam gölgədəsaxlayırdı. Bir gün dövlət yükünün bütün ağırlığı onun çiyinlərinə düşəcəyiniheç düşünmürdü.Ancaq Sülemün Paşanın gözlənilməz və təsadüfi ölümüMuradı vəlihəd etdi.Bu hadisədən iki ay sonra isə atası Orxan Qazinin vəfat et-məsi şahzadə Muradı dövlətin başına gətirdi.        Əgər Qrxan bəy Osmanlıların Avropaya ayaq basmış  ilk türk bəyi olmuşdusa,I Murad Osmanlı tarixinə ilk dahi SULTAN kimi düşmüşdür. Qazi Hünkar,I MURAD,Murad Xudavəndiyar və Qazi Murad adları ilə Osmanlı sülaləsindən "SULTAN”adlandırılan ilk bəy idi.Bunun əsas səbəbi Osmanlı dövlətinin həm ərazi,həm dəqüvvə baxımından güçlü bir dövlətə çevrilməsi olmuşdu.Qaynaqlara görə,I Murad dini müharibələrdə daha əzəmətli uğurlar qazanmışdı.Onu "İslamımCəngavəri " də adlandırırdılar.Murad çox mərd sərkərdə kimi ad qazanıb ətrafın-dakı qonşu dövlətləri daima gərginlik altında saxlayırdı.Muradın həm də gözəlsəsi və müqayisəedilməz natiqlik qabiliyyəti var idi.Nizam intizama ciddi əməl edir, tabeliyində olan xalqların dini mənsubiyyətindən asılı olmayaraq,onlarlaədalətli daavranırdı. Əsgərlərlə mühasibətdə çox diqqətli isi.Geniş dünyagörüşüvə uzaqgörən siyasətçi olan Murad ölkəsində güclü dövlət idarəçiliyinin əsasınıqoyur.O, Bizans imperiyasının nüfuzunun itirilməsi   ilə böigədə olan boşluğuməharətlə doldurub ,müxtəlif dilə, dinə və millətlərə malik olan xalqlardan ibarətunikal bir dövlətin qurucusu kimi tarixdə yer aldı.         

Sultan I Murad  Xudavəndiyar

 

XIV əsr Qərbin zəifləməsi və əksinə,Osmanlı türklərinin  Şərqi Avropada güclənməsi zamanı ilə üst-üstə düşdü. Müqəddəs Qüdsün qaytarılmasının müm-künsüzlüyü,xaçlı orduların bir-birləri ilə çəkişmələri,iütisadi böhran, tənəzzül vəkəndli üsyanları Avropa cəmiyyətini zəiflətmişdi. Bu amillər yalnız Osmanlı türk-lərinin xeyrinə idi.        Orxan Qazinin ölümündən sonra I Murad bir neçə il qardaşları  İbrahim vəXəlil ilə öz hakimiyyətini kəskin rəqabət şəraitində qorumaq uğrunda mübarizəyə sərf etdi.Xəlilin nişanlısı İren Bizans imperatoru VI İoan Kantakuzinin qızı idi.İoanın təşviqi ilə Xəlil qardaşı Murada qarşı  bir taxt mübarizəsinə hazırlaşarkənona dəstək verən  İbrahimlə birgə  edam edildi. Sultan I  Murad bu hadisə iləOsmanlı tarixində qardaşlarını öldürən ilk hökmdar oldu.      1361-ci ildə I Murad cənub-şərqdə yerləşən Karaman bəyliyinin üzərinə səfərəçıxdı. Səfərin nəticəsində Ankara,Sultanönü bölgələrini fəth edidi və Osmanlı dövlətinin ərazisi daha da genişlənir.Bunun nəticəsində Asiya tərəfdən arxa tərəftəhlükəsiz şərait yarandıqdan sonra Sultan I Murad  hərbi sərkərdələri Lala Şahin Paşa,Haci İlbəy və Evrenos Bəyləri yeni fəthlər üçün Avropaya göndərdi.Osmanlı qoşunları Çorlu,Keşan,Dimitovka,Pinarhisar,Babaəski və Lüləburqazı zəbtetdi.Lala Şahin Paşa Rumeli bəylərbəyi təyin edildi və Rumeli ordusuna komandanıoldu.Rumelini türkləşdirmək məqsədilə Anadoludan türkləri gətirərək burada yer-ləşdirmə hərakatı başlandı.Lüləburqazda Sultan I Murad,Lala Şahin Paşa,EvrenosBəylərin iştirakı ilə Hərbi məclis toplandı və Ədirnənin fəthi qərara alındı.Osmanlı qoşunları Lala Şahin Paşanın başçılğı ilə Sazlıdərə döyüşündə Bizans-Bolqar birləşmiş qoşunu üzərində parlaq qələbə qazandı.Ədirnə  fəth edildi.Bununla I Murad  Bizansın Frakiyadakı mərkəzi və imperatorluğun üçüncü böyükşəhəri ələ keçirdi. Ədirnə İstanbul və Dunay sahilləri arasındakı yolda ən güclü qala idi.I Murad Balkanlarda fəthlərini genişləndirmək strategiyasını həyata keçirməkvə Ədirnənin coğrafi mövqeyini nəzərə alaraq Ədirnəni Osmanlı dövlətinin ikincipaytaxtı seçdi.        

Sultan I Murad  Xudavəndiyar

 

Ədirnə türklər tərəfindən fəth olunduqdan sonra serblərin və bolqarların Bizansla əlaqələri kəsildi.Gözlənildiyi kimi,osmanlıların qarşısına iki slavyan xalqı-Bolqar və serblər çıxmış oldu.1363-cü ildə zəngin bolqar şəhəri Filibe (Plovdiv)türklər tərəfindən fəth edildi.Bununla yanaşı Bizans imperiyasının Osmanlı dövlətinin tabeli bir dövlət halına gətirən müqavilə bağlandı.26 sentyabr 1364-cüildə Serb Sındığı döyüşündə türklər zəfər şaldı.Sultan I  Murad Bursaya qayıtdı.Biləcikdə Serb Sındığı zəfərinə bir məscid tikdirdi.Biganı fəth etdi.1365-ci ildəBolqar çarı Şişman türk sultanının vassalı olmasını qəbul edib bacısı MariyanıMuradın hərəmxanasına göndərdi.      

 

Sultan Muradın ordusu qazanılan qələbələrdə qonşu türk bəylikləri ilə birlikdəçiyin-çiyinə vuruşurdular.Bu qələbələrin qazanılmasında,ordunun göstərdiyi mərd-lik və şücaətdən başqa , I Muradın apardığı hərbi islahatlar da çox önəmli rol oynayırdı.Ədirnədə yeni qurulmuş ordugah sarayında I Muradın yanında  vəzirCandarlı Xəlil,atasının siyasi müşaviri Molla Rüstəm,Lala Şahin Paşa,Evrenos Bəylərin iştirakı ilə  divan quruldu.Bu divanda I Murad dedi: " Balkanlarda əsaslışəkildə yerləşməyimiz və Anadoludakı bəylərə qarşı silah üstünlüyümüzü saxla-maq üçün ,peşəkar və daimi bir ordu qurmağımız lazımdır. Heç bir dövlətin sahibolmadığı yeni bir əsgər ocağı quracağıq.Onları silahlandırıb dəstəkləyəciyik, eyni zamanda onlara maaş verəciyik”. Türk qoşunlarının ənənvi hissəsini sipahilər-könüllü kəndlilərdən  ibarət idi.Müharibələr zamanı Ordu könüllülərin hesabınaformalaşır və onlar dövlətdən buna görə də maaş alırdılar. Təbiidir ki,könüllüqoşunun döyüş keyfiyyətləri yüksək deyildi. Buna görə də I Murad peşəkarordunun yaradılmasına çox böyük önəm verirdi. Məhz I Muradın başçılığı altnda"Yeniçəri korpus” formalaşmağa başladı.         Sonralar korpus türk piyadalarının əsas qüvvəsini və sultanın şəxsi qvardiya-sına çevrildi .Yaranmış seşmə korpus əsasən xristian ailələrdən məcburi olaraqyığılan uşaqlarla komplektləşdirilirdi.Onlar İslam dinini qəbul edir,Türk ailəsindətürk-islam tərbiyəsini alıb böyüyürdülər.Yeniçərilər sultanın şəxsi qvardiyası olduğu üçün ,yalnız ona tabe idilər.Onlar yüksək maaşlar alırdılar və ilk gündənən imtiyazlı türk əsgəri sayılırdılar.Aparılan islahatlar nəticəsində Osmanlı ordusugüclü,intizaml  və çoxsaylı olub Avropanın cənubunda yerləşən böyük dövlətlərüzərində qələbələr qazanmağa qadir bir gücə malik olur.      

Sultan I Murad  Xudavəndiyar

 

Sultan I Murad yeni ordu yaradaraq istər Anadoluda, itərsə də Avropada    bir birinin ardınca qalibiyyətli fəthlərini davam etdirir. Biz aşağıda qısaca xülasəşəklində Muradın fəthlərin bir neçəsini göstəririk:1367-ci ildə Karnava,Aydos, Buzgar qalaları fəth edildi;1368-ci ildə Viza,Qırxkilsə və Tirəbolu qalalarının fəthi; Ədirnənin paytaxt edildi vəÇoxlu memarlıq abidələri və  Köhnə Ev tikildi;1371-ci ilin sentyabrın 26-da osmanlı türkləri Çirmən döyüşündə serbləri ağır məğ-lubiyyətə uğratdılar və Serbiya osmanlılardan asılılığı qəbul etməyə ,hər il müəyyən miqdarda əsgər və vergi verməyə məcbur oldu;İstanbul yaxınlığındaÇatalca ələ keçirildi;Çirmən döyüşündən sonra Bursaya döndü.Oğlu Bəyazidi Süleyman şahın qızı ilə evləndirdi:Kutahya,Tavşanlı,Simav və Əmət gəlinin cehizi olaraq Osmanlılara verildi;Akşəhər,Yalvac,Yenişəhər,Karaağac və ƏgridirHəmidoğlu Hüseyn bəydən satın alındı;1372-ci ildə osmanların Adriatik dənizi sahillərinə ilk yürüşləri başlandı, Yunan-Istanın  Attika bölgəsinə ilk osmanlı yürüşü edildi;1372-ci ildə Makedoniyanın fəthinə başlanıldı;1375-ci ildə Nişin fəthi; Bolqar çarının Osmanlı hakimiyyətini qəbul etdi;Gelibolugeri qaytarıldı;1383-1384-cü illərdə Albaniyaya, Bosniya və Hersoqovinaya yürüşlər edildi;1386-cı ildə Sofiya fəth edildi;

1389-cu ildə Konyada Osmanlı-Karaman müharibələri;Silistre,Zictovi,Niqbolu,Plevna, Lofça,Deliorman və Dobrucanın işğalı baş verdi.      

Sultan I Murad  Xudavəndiyar

 

Sultan I  Muradın  Balkan fəthlərinin   zirvəsi  1389-cu ildə  Serbiyanın cənub-şərqində Kosova çölündəki döyüş oldu. Serbiya çarı Lazarın 200 minlik ordusunuI  Muradın ordusu 1389-cu ilin iyunun 25-də Kosova çölündə qarşıladı.SultanMurad ordusunu üç istiqamətdə yerləşdirmişdi.Mərkəzdəki qüvvələrə I Muradözü, sağ cinaha oğlu İldırım Bayazid,sol cinaha isə digər oğlu Yaqub Çələbi başçılıqedirdi.Döyüş hər iki tərəfdən güclü ox atəşi ilə başlandı.Serb qüvvələri türklərin sol cinahına doğru irəliləməyə cəhd göstərdi.Yaqub Çələbi cənub – şərqə doğru çəkilməli oldu.İldırım Bəyazidin qüvvələri sol cinahın köməyinə gəldi.Təşəbbüstürklərin əlinə keçdi.Düşmənə  fasiləsiz ağır zərbələr vurulurdu.Səkkiz saatlıqdöyüşdə türklər möhtəşəm qələbə qazandılar.Serb çarı Lazar öldürüldü.Lazarın yeznəsi Miloç Obiliç əsir düşmüşdü və bildirdi ki,o,İslam dinini qəbuletmək və bu münasibətlə Sultanın ayağını öpmək istəyir.Muradın yanına gəlməyənail olan Miloş paltarının altında gizlətdiyi xəncərlə xaincəsinə qəflətən SultanMuradın üstünə atılaraq onu ölümcül yaraladı.Sultan I Murad 1389-cu ilin iyunun28-də vəfat etdi.     

Sultan I Murad  Xudavəndiyar

 


Beləliklə,Sultan I Murad Frakiya, Makedoniya, Bolqarıstan və Serbiyanın fəth- lərindən sonra Avropada Osmanlı  imperiyasının əsasını qoydu.Qara dənizsahillərini Dunay çayının aşağı axınlarınadək fəth edib və Balkanları ələ keçiribI Murad Bizans imperiyasının paytaxtı Konstantinopolu Qərbi Avropa  ilə birləş-dirən quru yollarla əlaqəsini kəsdi.Bununla da Bizansı özündən asılı olan şəhər-dövlətə çevirdi.Bizans bundan sonra faktiki olaraq Osmanlı imperiyasınınvassalı oldu və 1453-cü ildə Sultan II Mehmet tərəfindən fəth olundu. Əgər Osman yeni türk dövlətinin əsasını qoydusa və Orxan Qazi bu dövləti Ana-doluda ərazisini genişləndirib möhkəmləndirdisə , Sultan I Murad Avropadafəthlər edərək Osmanlı dövlətini geniş ərazili imperiyaya çevirdi.                          

                                                                                    


Haciqabul rayonu S.Qulmaliyev adina 


 UDULU kend orta mektebinin tarix Muellimi Zakir Əliyev                                       



Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 16 may 2014 23:34
    Mənim bilgimə görə sultan I Murad sarayda yaşayan xanımlara etibar etməmiş həmişə onlardan etiyat edərmiş.Ətraflı məlumat üçün təşəkkür edirəm

  2. 17 may 2014 11:35
    cox sag olun.genish melumat ucun

    --------------------

  3. 17 may 2014 20:39
    melumat ucun coooox sagolun.minetdaram

    --------------------

  4. 18 may 2014 13:03
    cox sagolun maraqli melumayiydi

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.