Sultan Mahmud Qəznəvi

Sultan Mahmud Qəznəvi

 

Sultan Mahmud Qəznəvinin atası bu dövlətin qurucusu Subuq Təkin, anası isə Zabulustanlı nəcabətli bir ailənin qızı idi. Gənc yaşlarında atasının iştirak etdiyi döyüşlərdə vuruşan Mahmud 997-cu ildə sultan elan olundu. O, Samanilərin əlində olan Buxara, Xorasan, Herat, Bəlx və Kabili tutdu. Tanınmış alim Əbu Hamid İsfahanini Bağdada göndərdi. 991-1030-cu illərdə xəlifəlik etmiş Əl-Qədir Qəznəli Mahmudun elçisini məmnuniyətlə qarşıladı. Xəlifə yeni hökmdara tac və bayraq göndərdi. Mahmud Qəznəviyə xəlifə tərəfindən "yəminüd-dövlə”, "vəli əmirü’lmüminin” və "əmirülmillə” adlarını verdi. Göndərilənləri qəbul edən Sultan İslam dinini yaymaq və islam düşmənlərilə mücadilə etmək için hər il Hindistana yürüşə çıxmağı vəd etdi. Qəznədə Abbasi xəlifəsi Əl-Qadir adına xütbə oxundu.
Sultan Mahmud Xorasan ,Əfganıstan və Bəlucistanı tutdu. Mavəraünnəhir xanı İlikxan və sonra Qədir xanla savaşarak Xarəzmə əraziləri ələ keçirdi. Rey, İsfahan, Qəzvin, Savə, Zəncan, Əbhər şəhərləri Qəznəvilər dövlətinin tərkibinə qatıldı.
Ölkəsinin şimal sərhədlərini möhkəmləndirən Sultan Mahmud 1000-ci ilin sentyabrından başlayaraq 1027 – ci ilə qədər Hindistana on yeddi dəfə səfərə çıxdı. 
Birinci səfərdə Kabilin şərqindəki qalaları tutan Sultan Mahmud 1001-ci ildə Peşavar racəsi Caypalın ordularını darmadağın etdi.1004-cü ildə Bhatiya bölgəsi Qəznəvilərə birləşdirildi. Fəth olunan bölgələrə İslam alimləri göndərildi. 4-cü yürüşdə Multan şəhəri tutuldu.Qərmətilik təriqətinə meyl edən Multan əmiri Əbülfəth Davud Hind çayında yerləşən bir adaya qaçdı. Multanın yeni valisi Şuhpalın bütpərəstliyi qəbul etməsi 1008-ci ilin qışında Sultan Mahmudun Hindistana beşinci səfərinə səbəb oldu.Döyüşdə qələbə qazanan Sultan Multanın idarəsini Həzin Təkinə tapşırıb Qəznəyə döndü. Həmin ildə Hindistanın şimal-qərbindəki feodal dövlətlərinin Pəncab racəsi ilə birləşərək müsəlmanlara qarşı hərbi əməliyyatlara başlamaları Sultan Mahmud Qəznəvinin Hindistana 6-cı dəfə səfərə çıxdı.Böyük itkilər bahasına da olsa qələbə qazanan Sultan Mahmud Qəznəvi müsəlman-türklərin Pəncaba tam yerləşmələrinə şərait yaratdı.
1009-cu ilin oktyabr ayında ticarət yolları üzərində yerləşən Narayyanpur şəhəri Qəznəvilərin əlinə keçdi. 1010-cu ildə isə bütün Multan əmirliyinin ərazisi Qəznəvilərə birləşdirildi.1014-cü ildə Hindistana 9-cu səfərinə çıxan Sultan Mahmud Nandana qlasını tutaraq Kəşmir üzərinə yeridi. 2 dəfə Kəşmir racəsinin ordularını yenən Sultan Mahmud İslamı bu bölgələrə də yaymağa müvəffəq oldu.
10-cu səfərində Hind bütpərəstlərinin ən çox ibadətgahları yerləşən Çanesar şəhəri müqavimətsiz Qəznəvilərin əlinə keçdi.
"Çakrasvami” adlı qənimət kimi Qəznəyə gətirilib müsəlmanlara nümayiş etdirildi. Bu qələbədən sonra xeyli hindli İslamı qəbul etdi. 1015-ci ildə Sultan Mahmud qışın sərt keçməsi ucbatından mühasirəyə aldırdığı Lahut qalasını tuta bilmədi və Qəznəyə qayıtdı. Sultan Mahmud Qəznəvinin adı ən uzaq Hindistan şəhərlərinə yayılmışdı.Bir çox şəhərlər Qəznəlilərə müqavimət göstərmədən tabe olurdular. Sultan Mahmud Hindistana 12-ci səfərini Kanavə vilayətinə etdi.Sirsava qalasını tutan Sultan Büləndşəhr qalasını mühasirəyə alarkən, racə Hardat sultanı qarşılayaraq 10 min nəfərlik məiyyətilə İslamı qəbul etdiyini bildirdi. 20 dekabr 1018-ci ildə Kanavə tamamilə tutuldu.1020-ci ildə Kalincar, 1021-ci ildə bütövlükdə Kəşmir əyaləti, 1022-ci ildə yenidən qiyam qaldırmış Kalincar üzərinə yürüş təşkil olundu.Sultan Mahmudun Hindistana 16-cı yürüşü nəticəsində 8 yanvar 1026-cı ildə ən böyük bütxananın yerləşdiyi Somnat tutuldu.Şəhərdə məscid inşa olundu.Hindistana 17-ci yürüşü zamanı Sultan Mahmud qərmətiliyi qəbul etmiş Mənsuriyyə əmiri cəzalandırıldı. Onun ordusunun əksəriyyətini qazilər adlandırılan könüllülər təşkil edirdilər.
Sultan Mahmud Qəznəvi fateh olması ilə yanaşı,həm də görkəmli alim idi.Onun sarayında Biruni kimi məşhur alim yaşayıb yaradırdı.Onun məşhur türk-islam alimi Əbülhəsən Harkani ilə dostluq etməsi məlumdur.Məşhur şair Əbülqasim Firdovsi özünün "Şahnamə” əsərini Sultan Mahmudun sifarişi ilə yazmışdır. 33 il hakimiyyətdə olmuş Sultan Mahmud Qəznəvi 1030-cu ildə Qəznə şəhərində vəfat etmiş və burada dəfn olunmuşdur.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 fevral 2015 10:36
    maraqli idi tşk.

  2. 27 fevral 2015 18:35
    Məlumat üçün təşəkkürlər

    --------------------

  3. 22 aprel 2015 23:20
    Ciddi və maraqlı yazıdır. Çəkdiyiniz zəhmət və gördüyünüz faydalı iş üçün təşəkkürlər!!!

  4. 21 dekabr 2015 15:37
    TESEKKURLERRRR

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.