İşğal olunmuş rayonlarımız haqqında

İşğal olunmuş rayonlarımız haqqında

11-ci sinif Azərbaycan tarixi kitabında şagirdlərin əksəriyyəti üçün qaranlıq qalan mövzulardan biri də işğal edilmiş rayonlarımızla bağlıdır. Orta məktəb dərsliyində ermənilər tərəfindən işğal edilmiş ərazilərimizdən Xankəndi, Xocavənd və Ağdərənin işğal tarixi verilməyib. Ümumiyyətlə bu ərazilərimizin işğalı haqda yazılmayıb. Digər kitablardan bu ərazilərimizin işğalını oxuyan şagirdlər haqlı olaraq sual verirlər ki müəllim niyə bu ərazilirimizin işğalı kitabda yoxdur?
Düşünürəm ki bu ərazilərimiz haqqında orta məktəb dərsliyində məlumat verilməli idi. Abituriyentlər üçün faydalı olacağını düşünüb onların tarixi və işğal tarixləri haqqında qısa məlumatı paylaşıram.
1. Xankəndi - Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 27-dən 28-nə keçən gecə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
2. Xocavənd - 26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km­­², əhalisi 41.725 nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. 1988-ci ilin fevralından başlayan Qarabağ mühari­bə­sində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
3. Ağdərə - Tərtər-İstisu avtomobil yolunun kənarındadır.Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.
7 iyul 1993-cü ildə ermənilər tərəfindən işğal edilmişdir.
İlqar Abdullayev (Tarix müəllimləri qrupu)


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.