Multikulturalizm Siyasətinin Müqayisəli Təhlili

Multikulturalizm Siyasətinin Müqayisəli Təhlili

Müxtəlif Ölkələrdə Multikulturalizm Siyasətinin Müqayisəli Təhlili
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli və dini azlıqları da dəstəkləyirlər.
Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik kimi dəyərləri təşkil edir. Bu səbəbdən də multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burda irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Lakin multikulturalizmlə liberalizm arasında bir mühüm fərq vardır. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir.

Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.

Multikulturalizm cəmiyyətdə təzahür edən çoxnövlü mədəni müxtəlifliyin növlərindən biridir. Bundan başqa, biz multikulturalizmlə əlaqədar olan izolyasionizm (təcrid etmə), assimilyasiya və aparteidi kimi digər təzahürləri də qeyd edə bilərik.

İzolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmaqla mədəni müxtəlifliyin formalaşmasının qarşısını alır. Nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanunu” göstərmək olar;
Assimilyasiya – izolyasionizmə alternativ olan siyasətdir. Bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və ölkəyə yeni daxil olanların mədəniyyətlərinin əridilməsini nəzərdə tutur;
Aparteid – müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onların izolyasionizmə (təcridinə) yönəlmiş siyasətdir.
Göstərilən təzahürlərdən fərqli olaraq, multikuliuralizm – təkcə adamların hakim etnik qrupu tərəfindən deyil, həm də milli azlıqlar və ölkəyə yeni daxil olanlar tərəfindən dəstəklənən mədəni müxtəlifliyə münasibətdə fərqli reaksiyaların rəngarəngliyidir. Multikulturalizmin yuxarıda sadalanan spesifik cəhətləri onu son nəticədə cəmiyyətin inkişafına səbəb olan pozitiv təzahür, müsbət hadisə kimi xarakterəzə edir.

Multikultural cəmiyyətin formalaşması və inkişafı – tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşmişdir. Onu da qeyd edək ki, multikultural cəmiyyətin formalaşmasında və inkişafındademokratiya mühüm rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin təkamülü üçün əlverişli şərait yaradır. Multikultural cəmiyyət ilk növbədə Qərbi Avropanın və Şimali Amerikanın demokratik ölkələrində mövcud olmuşdur. Həmin ölkələrdəki tolerantlığın, əxlaqi qaydalara uyğunluğun və demokratiyanın yüksək inkişaf səviyyəsi orada multikulturalizmin ideyalarının yayılması üçün münbit şərait yaratmışdır.

Yuxarıda deyilənləri nəzərə almaqla, qeyd edək ki, bölgələrin tarixi inkişafındakı müxtəlifliyə uyğun olaraq, həmçinin multikultkralizmin də müxtəlif modelləri mövcuddur. Bu spesifik modellərin arasında mən Amerika, İsveç, Avstraliya və Kanada modellərini qeyd etmək istərdim.





a. Multikulturalizmin Amerikan modeli.

1960-cı illərin ortalarınadan etibarən ABŞ anqlo-saksonları immiqrantlarla bir yerə qatan bir növ “əridici qazan” (“melting pot”) rolunu oynayırdı. Bu «qazanda» anqlo-saksonlar üstün mövqeyə malik idilər. Lakin bir müddət keçdikdən sonra vəziyyət tamamilə dəyişdi. “Əridici qazan” proqramı multikulturalizm ideologiyası ilə əvəz olundu. Bunun əsas səbəbi iki mühüm qanunun – “Vətəndaş Hüquqlarına dair Qanun” (1964) və “İmmiqrasiya haqqında Qanun” (1965) – qəbul edilməsi olmuşdu. Birinci qanun ölkədə anqlo-saksonların mövqelərini bir qədər zəiflətməklə yanaşı, bütün millətlərin bərabərliyini təmin etdi. İkinci qanun isə ölkəyə immiqrasiyanı sürətləndirdi.

Bu gün biz ABŞ-ın multikultural siyasətində bir tərəfdən – mühacirlərin Amerika cəmiyyətinin dəyərlərini qəbul etməsini; digər tərəfdən isə – etnik və irqçi ekstremizmin qarşısını alan əlavə mexanizmlərin formalaşması kimi bu cəmiyyətdə etno-mədəni oxşarlğın çatışmazlığını qörürük.

b. Multikulturalizmin İsveç modeli.

Multikulturalizmin İsveç modelinin xüsusiyyəti ondan ibarətdir ki, cəmiyyətdə mədəni müxtəlifliyin saxlanılmasında dövlət fəal rol oynayır. Dövlətin bu cür fəallığı ilk növbədə ölkədəki konkret siyasi durumla əlaqədardır. Belə ki, İsveçdə uzun müddət çox güclü siyasi mövqeyə malik Sosial-Demokrat partiyası hakimiyyətdə olmuşdur. 1976-cı ildə İsveç hökuməti əcnəbilərə səs vermək hüququ verdi. 1997-ci ildə qəbul olunmuş “İmmiqrasiya haqqında Qanun” isə İsveçi multikulral cəmiyyət kimi qələmə verir.

İsveçin multikultural siyasətinin əsas istiqamətləri – dil və təhsil strategiyalarıdır. Bu strategiyalar immiqrantları həm öz doğma dillərini, həm də İsveç dilini öyrənməyə sövq edir. İsveç hökuməti ölkədəki mədəni müxtəlifliyə vacib və zəruri olan bir reallıq kimi yanaşır.

c. Multikulturalizmin Avstraliya modeli.

Avstraliyada multikultural cəmiyyətin formalaşması uzun müddət dövlət tərəfindən təqib edilən izolyasionizm siyasəti ilə müşaiyət olunmuşdur. 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanun” izolyasionizm siyasətininin idarə olunmasında hakim elita üçün inzibati əsas rolunu oynamışdır. Situasiya yalnız aşağıda adı çəkilən qanunların qəbul edilməsi ilə dəyişməyə başlamışdır: “Vətəndaşlıq haqqında Qanun” (düzəlişlərlə) (1948); “Miqrasiya haqqında Qanun” (düzəlişlərlə) (1958), “Əcnəbilər haqqında Qanun” (düzəlişlərlə) (1984) və “Viza rejimi haqqında Qanun” (düzəlişlərlə) (1997).

d. Multikulturalizmin Kanada modeli.

Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərə təsadüf edir. Kanada hökuməti əhalinin irqi, etnik və konfessional müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin əsas milli xüsusiyyətinə çevrilmişdi. Bu o deməkdir ki, multikulturalizm kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biridir. Bu ölkədə multikulturalizm Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-ci maddəsi ilə qorunur.

ABŞ və Avstraliyadan fərqli olaraq Kanadada etnik azlıqlara münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyasəti yeridilmir. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilini azad şəkildə istifadə etmək, həmçinin öz doğma dillərində təhsil almaq hüququna malikdirlər. Bu vacib situasiya Kanadada yaşayan etnik azlıqların öz mədəni dəyərlərini qoruya bilməsinə şərait yaradır.

Beləliklə, multikulturalizmin müxtəlif modellərinin müqayisəli təhlili nəticəsində bir neçə ümumiləşdirmə aparmaq istərdim:

1) Multikulturalizm – pozitiv sosial təzahürdür. O, cəmiyyətin inkişafı üçün münbit şərait yaradır; etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir;

2) Multikulturalizm – cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gəlmişdir;

3) Demokratiya multikultural cəmiyyətin formalaşmasında ən mühüm amillərdən biridir;

4) Bölgələrin tarixi inkişafının xüsusiyyətləri multikulturalizmin fərqli modelininin yaranmasını müəyyən etmişdir;

5) Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin olmasına baxmayaraq, heç şübhəsiz ki, multikultural cəmiyyətinin formalaşmasında və multikultural ətraf mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur.
Zaur İbrahimov
Kənan Əliyev
Azərbaycan Respublikasının Prezidenti Yanında
Dövlət İdarəçilik Akademiyası



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.