Sayt haqqında

 

Sayt haqqında



Sayt haqqında

 

 

   Artıq bir neçə aydır əməkdaşlıq etdiyim və sevə - sevə yazılarım səhifələrində dərc edilən Tarix – info saytı mənə doğma olduğu üçün bu qeydləri qələmə almağı borc hesab etdim. Hamlet müəllim saytda əməkdaşlıq təklif edəndə ozum daxilən hiss etdim ki, nə qədər vaxtında edilmiş təkilfdir. İndi elə dövrü yaşayıram ki, artıq öyrəndiklərimi bölüşməyə ehtiyac əmələ gəlib.  Belə  bir vaxtda Hamlet müəllimin müraciəti lap yerinə düşdü və buna görə ona sağ ol deyirəm. O gündən saytda tarixi hadisələr, interaktiv metodlar,dərslər,pedoqoji təcrübələr və sairlər haqqında məqalələrlə çıxış etməyə başladım. Sayt hazırda öz ətrafına kifayət qədər intellektual müəllim və şagirdlər toplusu yığıb. Sevindirici haldır ki,sayta qoyulan məqalə və materialların da səviyyəsi günü gündən yaxşılaşır. Saytı hər gün izləməklə bir şeyin də şahidi oluram ki, müzakirələrin, irəli sürülən təkliflərin, ayrı – ayrı müəllim və şagirdlərin fikirləri aktual xarakter daşıyır və müasir təhsilə bunun xidməti ölçüsüzdür. İndi sayt həm müəllim üçün, həm şagird üçün, ümumiyyətlə tarixlə maraqlanan hər bir şəxs üçün sanballı mənbəyə çevrilir. Belə davam edərsə yaxın zamanda sayt elektron məkanda öz layiqli yerini tutacaq. Bütün bu dediklərimi qeyd etmək üçün mən qələmə əl atmamışam. Bunlar artıq məlum həqiqətlərdir.

 İndi keçirik əsas məsələyə və məni əsasən narahat edən nədir? Mən müəlliməm, təvazökarlıqdan uzaq olmasın, özü də təcrübəli müəllim. Auditoriyaya baxan kimi məni rahat edən məsələ haqqında deyil, ən çox məni gələcəkdə narahat edəcək məsələlər barəsində düşünürəm. Saytı ilk gündən izləyən vaxtdan düşünürdüm ki, görəsən senzuranın olmadığı məkanda bizim müəllim və şagirdlərimiz özlərini necə aparacaqlar. Görəsən şagirdlərimizdə mübahisə mədəniyyəti, özgə fikrini sakit qarşılamaq mədəniyyəti varmı. Son dövrə qədər mən bunu müşahidə edirdim (əhsən bizim şagirdlərə). Amma gəlin səmimi etiraf edək, auditoryamızda səviyyəsizlər də var. Axır zamanlar saytda belələrinə də rast gəlmək olur. Biz o səviyyəsizlərin yazılarını oxumalı və hər gün qanımızı qaraltmalı və vaxtımızı boş – boş şeylərə sərf etməliyikmi? Məgər belə yazılar saytın nüfuzuna xələl gətirmir? Susaqmı, yoxsa belə halların qarşısını alaq? Hər bir şəxsdə daxili senzura olmalıdır. Biz hamımız ona əməl etməliyik. Yoxsa bu saytı az bir vaxt içərisində məhv edərik. Qısası elə edə bilərik ki, heç saytla maraqlanan olmaz.

  Debatla  məşğul olan zaman uşaqlara deyirdim ki, debatın qızıl qaydalarından biri tolerantlıqdır. Heç vaxt sizin fikirlərinizlə razı olmayan və öz fikrini irəli sürən şəxsin şəxsiyyətinə toxunmayın. Fikrə qarşı fikirlə mübahisə aparın. Nalayiq söz, söyüş, zəiflikdir və yaxud da fikirsizlikdir. Bir daha təkrar edirəm, nalayiq söz sənin zəifliyindir.

  Bu çox qorxulu haldır. Hörmətli müəllim və şagirdlər bəs onda nə edək? Ya belələrini saytdan qovmaq lazmıdır, ya da saytda belə hallara qadağa qoymaq və yaxud da belələrinə qarşı ciddi senzura tətbiq etmək lazımdır. Bəs Siz necə fikirləşirsiniz?




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 fevral 2012 17:40
    Nizami muallim cox dyerli meslehetlerdir, deyim ki doqrudur bele sherhleri esasen ushaqlar yazir ve onlar bezen hecne derk etmeden bunu edir Sizin fikirleriniz lap yerinde oldu en azindan anlayarlar Men Nzami muallime qoshularaq Eziz sayt istifadecileri Sizlere muraciet edirem Gelin birlikde sayti zenginleshdirek ve mubahiseni mbahise kimi deyerlendirek.

  2. 6 fevral 2012 19:39
    mende sizin fikirlerinize qosuluram

  3. 7 fevral 2012 00:52
    men cox uzr isteyirem Sizden ancaq oz fikirlerimi dmek istedim
    1-cisi men sytda sadece saylaricoxalsin deye istifadecitoplamiram -buna qalsa men yalanciistifadeciler adlarinin 100-nuduzelderem

    2-cisi sayt etrafinda men toplamaqa calishdiqim insanlar oz hevesleri namine burada olur bunu ne men nede kimse mecbur ede biler

    3-cusu burada axi boyuk bir hadise bash vermeyib axi niye bunu shishirddek beli sehf bir hereket oldu onuda anladilar yanlishi tez duzeltdiler biz axi tarixciyiyik her yanlishi derhal saytdan qovmaq? xeberdarliq etdik

    neyse men bu saytla nese elde etmek ucun istifadecilerin ixtiyarina cixdim burada oz tecrubemi oz ideyalarimi oz metodikami Sizlerle paylashmaqa cixdim mence bu artiq ozu bir cesaretdir cunki coxlari bunu gizledir hec meslehete ehtiyac bilmir Amma gorurem ki saytda artiq meni ve umumen zehmeti kifayet qeder anlamayanlar var bu uqurlu ishe korkorane baxanlar var ele ilk yanlisha qore hevesden dushub bizi unutmaq isteyenler var Men bele etmerem cunki men sayti meni hevesden kimse salacaq deye yaratmadim

    Allah bildiyiniz kimi Size yar olsun! Allah yolunuzu aciq etsin !

  4. 6 yanvar 2013 14:07
    HAMLET MUELLIM SIZ BIZE TARIX HAQQINDA UMUNI MELUMATI IZAH EDIRSINIZ BUNA GORE COX SAG OLUN winkMy Webpage

  5. 6 yanvar 2013 15:19
    mence duzgun bir fikir

  6. 3 may 2013 19:48
    Hormetli Hamlet muellim sizin yaratdiqiniz sayt cox xoshuma gelir. Tarix muellimi olaraq size ishlerinizde uqurlar arzulayiram. Saytinizin dizayni superdir.saytdan istifade ederek menevi zenginleshirem ve bir cox materiallardan istifade edirem. Bunun ucun size boyuk teshekurler.

  7. 24 iyun 2013 21:31
    cox sagolun melumata gore lol lol lol

  8. 24 avqust 2013 20:38
    melumat ucun sagolun.

  9. 23 noyabr 2013 12:31
    meleumata gore cox sagolun.bezi seyler amma meni m narahat etdi

  10. 3 iyul 2014 22:34
    maraqli saytdir

    --------------------

  11. 4 iyul 2014 12:41
    elbetdeki rehberliy terefinden bunun qarwisi alina biler.bezi insanlar bura bawka meksedle giriir.men hemwe dimiwem indi de diyirem bawka meksedlercun coxayli portallar sosial webekler var..!!!! Sayti korlamiyin.qadaga senzurasi olsa daha rahat olar iwimiz.

    --------------------

  12. 26 avqust 2014 11:44
    Tamamile dogrudur,Nizami muellim.Cox dogru noqteye toxunmusunuz.Bu meni de sozun esl menasinda narahat edir.Xahis edirem belelerini saytdan xaric edesiniz ki, bizi narahat etmesinler.Evvelceden tesekkur edirem.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.