XIX əsrin I yarısında Azərbaycanda mədəniyyətin inkişafı

XIX əsrin I yarısında Azərbaycanda mədəniyyətin inkişafı

 

 

 

Əziz abituriyentlər ! Mən də bir abituriyent kimi özümə konspektlər hazırlayıram. Hazırladığım bu konspekti Sizlərlə bölüşmək qərarına gəldim. Buyurun !

XIX əsrin I yarısında Mədəniyyət

Bu dövrdə Azərbaycanda mədəniyyət ləng inkişaf edirdi.

 

Səbəblər :

1.Rusiyanın Avropadan geri qalması

2.Maarifə az vəsait buraxılması

3.Təhsilin silki s əciyyə daşıması

Maarif 

1.Azərbaycanda ilk qəza məktəbi 1830-cu ildə Şuşada açılmışdır.

2.Dövlət məmurları məqsədi ilə 1854-cü ildə Şamaxıda ali 4 sinifli məktəb yaradıldı.

3.Azərbaycanda 1839-cu ildə N.Dementyevin "Yazı nümunələri”,Mirzə Kazımbəyin "Türk-tatar dilinin qrammatikası” dərslikləri çap olnumuşdu. Kazımbəy dərsliyinə görə "Demidof” mükafatı almışdır.

4.Dünyəvi müsəlman məktəbləri yaranması haqda ilk təşəbbüs 1832-ci ildə Abbasqulu ağa Bakıxanov tərəfindən verilmişdir. Lakin, bu layihə həyata keçməmişdir.

5.Bu dövrdə milli məktəbləri mollaxanalar təşkil edirdi. İbtidai təhsil verən bu məktəblər içərisində ən qədimisi 1801-ci ildə Şuşada İbrahim xan məscidi nəzdində olan idi.Bu məktəbdə dərs keçən məşhur şəxslərdən biri Mirzə Şəfi Vazeh olmuşdur.

6.Qəza məktəblərinə şagirdlərin ləng cəlb edilməsi və hökumətə sadiq ruhanilərin hazırlanması çarizmin "Müsəlman məktəbləri” yaratmağa məcbur etdi. Bu cür məktəblər ilk dəfə Tiflisdə açılmışdır. Belə məktəblər İslamda təfriqəni gücləndirmək üçün çarizm tərəfindən şiə və süni təriqətləri üzrə yaradılırdı.

 

 



 Elmin inkişafı

 

Görkəmli nümayəndələr :

1.Kərim ağa Şəkixanov - Şəkinin orta əsrlərdən başlayaraq - 1806-cı ilə qədər baş vermiş hadisələrdən bəhs edən "Şəki xanlarının tarixi” əsərini yazmışdır.

2.Mirzə Adıgözəl bəy - tarixi qaynaqlardan istifadə edərək 1736-dan 1828-dək əhatə edən "Qarabağnamə” - ni yazmışdır.

3.Mirzə Camal Cavanşir - "Qarabağ tarixi ”əsərini yazmışdır. Mirzə Adıgözəl bəyin "Qarabağnamə”- sindən fərqli olaraq siyasi hadisələrlə yanaşı xanlığın sosial-iqtisadi vəziyyəti əks olunmuşdur.

4.İsgəndər bəy Hacınski - Rus ordusunda kapitan rütbəsində xidmət edib. "Fətəli xanın həyatı” əsərini yazmışdır.

5.Abbasqulu ağa Bakıxanov - Rus ordusunda xidmət edib. Türkmənçay sülh müqaviləsində tərcüməçi olub. Abbasqulu ağa Bakıxanov 1837-ci il Quba üsyanı zamanı etiraz edib. Həcc ziyarətindən qayıdarkın vəfat edib. 1841-ci ildə Azərbaycan tarixini ilk dəfə bütöv halda əhatə edən və elmi əsaslarla yazan "Gülüstani - İrəm” əsərini yazmışdır. Əsər Azərbaycan tarixinin ən qədim dövründən 1813-cü il Gülüstan sülhünə qədər əhatə edir. "Gülüstani - İrəm ” ilk dəfə tam şəkildə 1923-cü ildə Azərbaycan tarixi adı ilə çap olunub. Bakıxanov bu dövrün məşhur fəlsəfə və coğrafiya nümayəndəsi olmuşdur.

6.Mirzə Cəfər Topçubaşov - Bu dövrün məşhur şərqşünası olmuşdur. Topçubaşov Sankt-Peterburq universitetində İran ədəbiyyatı kafedrasının müdiri və professoru olmuşdur. 15 il Rusiya arxeologiya cəmiyyətinin şərq şöbəsinin rəhbəri olub. Bir sıra tarixi əsərlərin müəllifi olmuşdur. Britaniya kral cəmiyyətinin həqiqi üzvü olub.

 

 



XIX əsrin I yarısında Mətbuat

 

Azərbaycan türkcəsində ilk qəzetlər XIX əsrin I yarısında çap olunmağa başlamışdır.

1. 1832-ci ildə Tiflisdə nəşr olunan "Tiflisskiye vedomosti” qəzetinə "Tatar xəbərləri” adlı əlavə nəşr olunub (burada əsasən sənədlər sərəncamlar əks olunub).

2. 1841-1846-cı illərdə "Zaqafqazski vestnik” qəzetinə Azərabaycanca əlavə "Qafqazın bu tərəfinin əxbarı” adlı əlavə çap olundu.

3.Azərbaycanca ilk mətbəə 1858-ci ildə Şamaxıda açılmışdır.

 

XIX əsrin I yarısında İncəsənət

1.Bu dövrün ən məşhur xanəndəsi Səttar olmuşdur.

2.1817-ci ildə ilk Azərbaycan mahnısı nota alınmışdır. "Dərbəndli Fətəlinin İran mahnısı”

3.Məhəmməd Rza İrəvani - miniatür rəssamlığının nümayəndəsi kimi "Şikəstin sağalması” əsərini yazmışdır. Bu əsər Sankt-Peterburqda Ermitajda saxlanılır.

4.Divar rəsmləri və bədii tikmə sahəsində portretler tikən rəssam Mirzə Qədim İrəvaniolmuşdur


Kompüterinizə yükləyə bilərsiniz

Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

 


 

 


 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 fevral 2014 13:37
    biz bunlari edebiyat hazirliqinda kecmiwiy.ama esasen metbuat hakkkinda mahninin nota alinmasi kimi bir sira melumatlari burdan oyrendim.cox sagolun..

    --------------------

  2. 24 fevral 2014 19:02
    Cox sagolun. men de ozume konspekt duzeldirem amma 10 cu sinif yox idi..

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.