Tarxin məhkəməsi

 Tarxin məhkəməsi


Hakim
 :  Cənab Bağırov, hanı hüquq elmində , hüquq təcrübəsində olan təqsirsizlik prezumpsiyası ? Axı, dustaq özünə cani deməklə onu cinayətkar demək olmaz. Bunu sübut etmək lazımdır. Siz bilən bu məhkəmə idi, yoxsa insanlara divan tutma maşını ?

 

  Müttəhim  :  Əvvəla, mən Azərbaycan Kommunist Partiyasının birinci katibi idim. Ayrı – ayrı nazirliklərdə baş verən proseslərdən xəbərim olmaya da bilərdi.

  İkincisi, lap xəbərim olsaydı belə yenə onun qarşısını almaq iqtidarında deyildim. Əlbəttə, bu gün oturub XX əsrin 30 – cu illərini müzakirə etmək və bəzi şəxsləri mühakimə etmək də olar. O günləri dərk etmək, siyasi ab – havanı hiss etmək üçün, məhz o günləri yaşamaq lazımdır. Azərbaycan müstəqil deyildi. O SSRİ adlanan böyük bir dövlətin əyaləti idi. Mən də bu əyalətin rəhbəri. Əgər mən də verilən tapşırığa əməl etməsəydim mənim günüm o dustaqların günündən də betər olardı. Məgər, mənim üzərimdə 1956 – cı ildə qurulan məhkəmə buna əyani sübut deyildimi ?

  Üçüncüsü, Tarix boyu insanlar həbs edilmişlər, onlara münasibətdə təqsirsizlik prezumpsiyası pozulmuşdur. Keçmişdən də, indidən də bu haqda kifayət qədər dəlil və sübutlar gətirmək olar.

  Dördüncüsü, Bəli, düz ifadə etdiniz , bu bir dəhşətli, nəhəng ölüm maşını idi. İnsanları dəyirman buğdanı üyüdən kimi üyüdürdülər. İndi məlum olub ki, bu maşın dinc dövrdə 66 milyon adamın ölümünə bais olub. Müqayisə üçün deyim ki, Romanovlar sülaləsi 304 ildə cəmi 1 milyon adama ölüm cəzası kəsib. Mən özüm də bu ölüm maşınının bir vinti idim. Mən nə edə bilərdim ? Yoxsa, 66 milyon adamın da ölümündə mən günahkaram ?

  Prokuror  : Represiya illərində, bu özbaşınalığın tüğyan etdiyi illərdə Azərbaycanın 51 rayonundan 31 – də Xalq Daxili İşlər Komissarlığının rayon şöbələrinin rəisləri ermənilər idi. Özü də məlumdur ki, Azərbaycan ziyalılarının qaymağı olan insanların ittiham edilməsi və mühakiməsində , represiyanın cəza orqanlarına soxulmuş və yerləşdirilmiş deyək, bu ermənilər xüsusi canfəşanlıq göstərirdilər. Bu təsadüf idimi, yoxsa məqsədyönlü siyasət ?

  Müttəhim  : Cinayətkarın milləti olmur. Sovet dövləti beynəlmiləlçi dövlət idi. Adamları işə götürəndə hansı millətə mənsub olduqları ilə maraqlanmırdılar. İndi nə deyirsiniz ? Əgər o vaxt mən onları yalnız erməni olduqlarına görə işdən çıxarsaydım nə olardı ? Siz bu riskə gedərdinizmi ?

  İkincisi, Siz mənə həmin vəzifələrdə qulluq edən azərbaycanlıların ermənilərdən daha çox humanist olduğunu sübuta yetirsəniz, mən siz deyən ittihamı qəbul edə bilərəm.

  O indi dəb düşüb. Siz hətta adamı anası belə erməni olması üstündə təqsirləndirirsiniz. Sual edirəm, hansınız anadan olmamış anasının hansı millətdən olduğunu sifariş edib ? Bu absurddur.

  Hakim  :  Söz şahid Jeltenkova Yevdokiya Alekseyevnaya verilir ( ittiham tərəfi ) .

  Şahid  :  1938 – ci ilin yayında 2 – ci şöbənin rəisi Kudin məni otağına çağırdı. Əməliyyat müvəkkili Kryuçenkov və Bakı Partiya komitəsinin keçmiş işçisi Məryəm Mirqədirova orda idi. Kudin Mirqədirovaya divana uzanmasını əmr etdi və mənə işarə etdi ki, onun paltarını qaldırım. Bundan sonra  Kudin onun kürəklərinə, sağrılarına rezin dəyənəklə vurmağa başladı. Elə ilk zərbələrdən M. Mirqədirovanın kürəyində və sağrılarında qançırlar əmələ gəldi. O huşunu itirdi. Üzünə su çılənib özünə gəldikdən sonra Kudin onu yenidən döyməyə başladı. Buna  baxmayaraq Mirqədirova bütün işgəncələrə dözərək heç nəyi boynuna almadı.

  Hakim  :  Siz də işgəncə prosesində iştirak edirdinizmi ?

  Şahid  : Bəli

Vəkil  ( ittiham tərəfi )  : 1937 – ci ildə  İsmayıllı, Cəbrayıl, Astraxanbazar ( indiki Cəlilabad), Qonaqkənd və digər rayonlarda gecə əməliyyatları nəticəsində 70 min adam məhv edilmişdi. Ancaq İsmayıllı rayonunu Kürdmaşı kəndində törədilmiş faciəli hadisə ibrətamizdir. 1937 – ci ilin noyabrında həmin kənddə 18 – 70 yaş arasında olan bütün kişilər Sovet hakimiyyətinə qarşı üsyan hazırlamaq üçün silah saxlanılması kimi saxta ittihamla həbs olunmuşdular. Onlardan 13 nəfəri istintaq gedişində həlak olmuş, 63 nəfəri isə həmin ilin dekabrında güllələnmişdilər.

  Şahid Qoryayev Fyodor Yakovleviç ( ittiham tərəfi ) :  Elə xidmətə başladığım ilk gündən dustaqların döyülməsi, onlara işgəncə verilməsi halları ilə üzləşdim. Dustaqlar işgəncəyə davam gətirməyib müstəntiqlərin tərtib etdiyi protokollara qol çəkir, əksinqilabi təşkilatın üzvü olduqlarını " boyunlarına alırdılar ". Bəziləri isə güya təşkilatın üzvü olan daha  40 – 50 adamın adını verirdi. Bu adlar isə siyahıya çox vaxt müstəntiqlər tərəfindən daxil edilirdi.

  Hakim  :  Dustaqların böhtançı ifadələr verməsi üçün hansı işgəncə üsullarından istifadə edilirdi ?

  Şahid  :  Bunun üçün şöbələrdə xüsusi " silahlar " olurdu. Məsələn, şöbə müdürü Qriqoryanda xüsusi dəstəkli qalın kəmər var idi. Xətkeşin tili, nazik çubuq, hətta təyyarə trosundan da eyni məqsədlə istifadə olunurdu.    

  Vəkil ( müdafiə tərəfi )  : Türklər demişkən : " yazıqlar olsun sizə " şahidləriniz də baş – ayaq canilərdi ki. Onlar şahidlik etməli deyil həbsxanada oturmalıdırlar.   Siz, indi burda yüzlərlə fakt gətirə bilərsiniz.  Yerlərdə çoxlu cinayətlər baş vermiş, özbaşınalıqlar olmuşdur. Bütün bunlara müdafiə etdiyim  şəxs öz məhkəməsində olan son çıxışı zamanı cavab vermişdi. Bu cavabda qeyd olunur ki, bir çox hadisələr müttəhimə məhkəmə gedişi zamanı məlum olmuşdur. O, məsuliyyəti üzərindən atmamış və demişdir ki, " Xalq qarşısında günahkaram . Onlar məni şaqqalasalar belə azdır ". Lakin yenə də deyirəm ki, yerlərdə baş verən hadisələrə görə əlaqədar şəxslər, yerdəki məmurlar da cavabdehlik daşıyırlar. Qoy onlar yaxalarını kənara çəkməsinlər.

  Şahid ( ittiham tərəfi ) Əli Əşrəf Əlizadə ( geologiya minerologiya elmləri doktoru ) : Qeyd etməliyəm ki, neft sənayesi sahəsində iyirmi il çalışmış bir mütəxəssis kimi, Bağırovun neft sənayesinə rəhbərliyini Azərbaycanın neft sərvətini tükənməyə və aşağı neft qatından şüurlu şəkildə istifadə etməməyə yönəldilmiş düşmənçilik kimi qiymətləndirirəm. Məsələn, əgər buruq aşağı qatdan hər gün 15 ton neft verirdisə, Bağırovun göstərişi ilə neft çıxarılması yuxarı qatlara keçirilirdi. Bu da aşağı qatların sonrakı istismarını həmişəlik dayandırırdı, orada qalan neftin çıxarılmasına imkan qalmırdı.

  Vəkilin ( müdafıə tərəfinin ) şahidə sualı  :  Beləliklə təsdiq edirsiniz ki, neft quyuda qalır və gələcək nəsillər o nefti çıxara, öz iqtisadiyyatlarını inkişaf etdirmək üçün ondan istifadə edə bilərlər.

  Şahid ( ittiham tərəfinin )  :  Bəli, təsdiq edrəm.

  Mütəxəssis  :   Müasir dövrdə dünyanın iri  neft şirkətləri ilə ona görə müqavilələr imzalandı ki, Sovet texnikasının zəifliyi üzündən və neft ehtiyatından vəhşi üsullarla istifadə etmək nəticəsində neft yalnız üst  qatdan çıxarılmış, 2 – ci, 3 – cü geoloji qatda olan neft ehtiyatı ya az çıxarılmış və yaxud da ona heç toxunulmamışdır. İndi ordan çıxarılan neft Müstəqil Azərbaycanın iqtisadi inkişafına sərf edilir.

  Vəkil ( müdafiə tərəfini )  :  Bunun nəyi pisdir ki. Bağırov onu gələcək nəsillərə saxlayıb. Siz yuxarıda dediyinizi bir daha təsdiq edirsinizmi ?

  Mütəxəssis  :  Bəli

  Vəkil  ( müdafiə tərəfi )  : Mənim bu mövzu barədə artıq sualım yoxdur. Keçək başqa mövzuya. SSRİ rəhbərliyi Azərbaycan əhalisinin Sovet Ordusu arxasında almanlarla əməkdaşlıq edəcəyindən ehtiyat edirdi. Azərbaycanlıların Orta Asiya və Qazaxıstana köçürülməsi planı hazırlanmışdı. Lakin Respublika rəhbərliyi, xüsusən də M. C. Bağırov  Stalini inandıra bilmişdi ki, azərbaycanlıların öz torpaqlarından köçürülməsi nə iqtisadi və nə də siyasi baxımdan qələbəyə xidmət edə bilməz, bu respublikada neft və pambıq kimi strateji məhsulların istehsalını azaldar, orduda vuruşan əsgərlərə pozucu təsir göstərər.

  Mütəxəssis  :  Bəli, almanların Qafqaz üzərinə hücumu zamanı Sovet rəhbərliyi Azərbaycan və Dağıstan xalqlarını da Sibirə göndərmək qərarına gəlmişdi. Məhz, M. C. Bağırovun və Ə. M. Əliyevin ( Dağıstan Kommunist (bolşeviklər ) Partiyasının birinci katibi Əziz Əliyev ) şəxsi səyləri nəticəsində bu faciənin qarşısı alındı.

  Vəkil ( müdafiə tərəfi )  :  Mövzunu davam etdirib demək istəyirəm ki, 1945 – ci ildə də belə bir məsələ qalxdı. 1945 – ci ilin payızında  Ermənistan SSR rəhbərliyi UİK (b)P MK qarşısında Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin ondan alınıb Ermənistana verilməsi tələbini qoyur. UİK (b)  MK katibi G. M. Malenkov  Azərbaycanın rəhbəri M. C. Bağırovdan bu məsələyə münasibətini öyrənir. Bağırov əhalisinin əksəriyyətinin azərbaycan türklərindən ibarət olan Şuşa rayonundan başqa Yuxarı Qarabağın Ermənistana verilməsinə bir şərtlə razılığını bildirir ki, əsasən azərbaycan türkləri ilə məskunlaşmış rayonlar Azərbaycana birləşdirilsin. Lakin bu şərt Ermənistan bir yana, Mərkəzi də təmin edə bilməzdi. Bu, Zəngəzurun yenidən Azərbaycana qaytarılması ilə Türkiyə və Sovet imperiyasının türk xalqları arasında yaradılmış " erməni ərazisinin " ləğvi demək olardı. Mərkəz isə buna gedə bilməzdi.

  Vəkil ( ittiham tərəfi )   :  Axırı nə oldu, bununla da azərbaycanlıların köçürülməsinin qarşısı alına bildimi ?

  Vəkil ( müdafiə tərəfi )  : Xeyr, Azərbaycan türklərinin Ermənistan SSR ərazisindəki dədə - baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. Əslində, Ermənistandan köçürüləcək əhalinin Orta Asiyada yerləşdirmək fikri mövcud idi. Lakin M. C. Bağırov köçürüləcək əhalinin Azərbaycanda yerləşdirilməsinə çalışdı. Ona görə də 1947 – ci il dekabrın 23 – də SSRİ Nazirlər Soveti Ermənistandan köçürüləcək əhalinin Azərbaycan SSR – in Kür – Araz ovalığında yerləşdirilməsi haqqında qərar verdi. Beləliklə, 100 mindən çox azəri türkü özgə yerə yox, Azərbaycana köçürüldü. M. C. Bağırov Sovet İttifaqi Kommunist Partiyasının Siyasi Bürosunun üzvlüyünə namizəd olmasına baxmayaraq, onun gücü və imkanı yalnız buna çata bildi.

  Hakim  :  Və nəhayət Seyid Cəfər Pişəvərinin də ölümünə  aydınlıq gətirək və bununla da bu tarixin məhkəməsini bitirilmiş hesab edək. Bunun üçün söz şahid Salayev Lətiv Səməd oğluna ( 1944 – 1949 – cu illər DTN Yevlax rayon şöbəsinin müdürü ) verilir  :  1947 – ci ilin iyun  - iyul aylarında Yevlağın 14 - cü kilometrində içərisində Demokratik İran Azərbaycanının rəhbəri doktor S. C. Pişəvəri olan maşın qəzaya uğramışdı. Mən Yevlax xəstəxanasında özümü Pişəvəriyə çatdırdım. Qəzanın təfərrüatını danışmağı xahiş etdim. Hadisəni danışıb qurtaranda bir neçə dəfə " xəyanət " sözünü təkrar etdi və bildirdi ki, " mən 11 il İranda təkadamlıq kamerada qaldım, Rza şah və Qəvami əs – Səltənə məni məhv edə bilmədi. İndi isə nəhayət, onlar öz niyyətlərinə çatdılar. " Hadisə barəsində ətraflı məlumatı olan  Sarkisovu  ( DTN – nin  Şamxor rayon şöbəsinin müdürü, Fərəcov ( Naxçıvan DTN naziri ) və mən tutduğumuz vəzifələrdən kənarlaşdırıldıq. Sonralar , mən Yemelyanovdan  Pişəvərinin ölümü haqqında soruşanda dedi : " Respublikanın sahibi kimdir ? Mən və Bağırov , ya sən ?” Mən belə hesab edirəm ki, Pişəvəri öldürülüb. Lakin əlimdə əsaslı dəlil yoxdur. Hər halda əminəm ki, Piəvərinin ölümündə Bağırovun, Yemelyanovun, Yaqubovun və Quliyevin əli var.
  Vəkil ( müdafiə tərəfi )  :  Hörmətli Hakim adamı təqsirləndirmək üçün əldə tutarli dəlil olmalıdır. Şübhə adamı günahlandırmaq üçün əldə əsaslı dəlil , sübut ola bilməz.

  Hakim  :  Hormətli məhkəmə iştirakçıları, biz artıq hər iki tərəfi, həm ittiham, həmdə müdafiə tərəfini kifayət qədər dinlədik. Belə hesab edirik ki, hər iki tərəf əlavə dəlil sübutlar gətirə bilərlər. Bu sonsuzluğa qədər uzana bilər. Elə irəli sürülmüş arqument və faktlar bu və ya digər ittihamlar xarakterikdir, yəni cinayət barədə obyektiv nəticə çıxarmağa bəs edər. Ona görə məsələni uzatmayaq, sonuncu dəfə həm ittiham, həm də müdafiə tərəfinə söz verək. İndi söz dövlət ittihamçısı prokurora verilir.

  Prokuror  :  Hörmətli Hakimlər, hörmətli məhkəmə iştirakçıları, biz məhkəmənin gedişində gördük ki, faktiki olaraq cinayət baş vermişdir.  Ayrı – ayrı cinayət hadisələrini təkzib etmək xatirinə müdafə tərəfi nə qədər arqument gətirsə belə bu tarixi faktdır, biz ondan yan keçə bilmərik. Bəli, hadisənin üstundən xeyli vaxt keçib. Hətta 1956 – cı ildə mövzu ətrafında böyük bir məhkəmə də keçirilib. Bizə deyə bilərlər, daha nə istəyirsiniz məhkəmə də olub, müttəhim cəzasını alıb və hətta kifayət qədər həbsxanada yatıb və ölüb getmişdir. İndi bu hadisələri yenidən çözələməyin yeridirmi? Bəli, artıq hadisələrin üstündən uzun zaman keçmişdir. İndiki zaman nöqteyi – nəzərindən baxanda bəzi cinayət hadisələri öz mahiyyət və mənasını dəyişib. Ona görə deyirlər ki, bu və ya digər hadisəni obyektiv araşdırmaq üçün onun zamana ehtiyacı vardır. Lakin belə hesab edirəm ki, əgər bu cinayətdə bir – iki nəfər iştirak  etsəydi, bəlkə də onu araşdırmağına ehtiyac yox idi. Amma bu bütöv bir xalqa, Respublikaya qarşı törədilmiş cinayətdir. Biz gələcək nəsillər naminə bu hadisələri obyektiv araşdırmalı və  yenidən qiymətləndirməliyik ki, gələcəkdə vətəndaşlarımız bir daha bu səhvləri təkrar etməsinlər. Ona görə dinlədiyimiz bu məhkəmə, eşitdiyimiz faktlar və sübutlar bizə imkan verir deyək ki, müttəhim M. C. Bağırov törədilmiş cinayət hadisələrinə bir başa məsuliyyət daşıyır və Azərbycan xalqına qarşı baş vermiş cinayətdə o təqsirkardır. Hörmətli hakimlər xahiş edirəm qərar çıxaranda bunu nəzərə alasınız.

  Vəkil ( müdafiə tərəfi )  :  Hörmətli hakimlər, hörmətli məhkəmə iştirakçıları Prokurorun çıxışı məndə belə bir fikir yaratdı ki, sanki biz geri qayıtmışıq və sovet məhkəməsində oturmuşuq. Axı, neçə dəfə demişəm ki, biz o məhkəməni dəfələrlə görüb yaşamışıq. Bir daha onu yaşamağa ehtiyac yoxdur. Bəli müdafiə etdiyim müttəhimin bəsi cinayətlərdə günahı vardır. Açıq etiraf edək ki, o dövrdə yaşasaydıq çoxlarımız başqa cür danışar, hadisələri başqa səpkidə izah edərdik. Bəs onda necə hərəkət edək. Gəlin hər şeyi öz adı ilə adlandıraq. Yəni düzü – düz , əyrini - əyri deyək. Məhkəmənin gedişi zamanı bir sıra arqument və faktlarla biz sübüt etdik ki, o vaxt cinayət adlandırılan bir sıra hadisələr bü günkü gündən baxanda əslində cinayət deyildir. Digər bir şeyi nəzərə alın ki, biz Sovet imperiyası adlandırılan bir ölkədə yaşayardıq. Hətta müttəhim özü etiraf etdi ki, bir sıra cinayətlərin qarşısını almaq iqtidarında deyildi. Əks təqdirdə onun özünü məhv edərdilər. Amma Prokuror bir şeyi düz deyir. Allah xalqımıza bu günləri birdə yaşatmasın. Rusiyada hadisə baş verəndən sonra daim işlədilən bir söz var : " Kimdir günahkar ? və Nə etməli ?” Öz aramızda günahkar axtarmaq xasiyyətindən birdəfəlik əl çəkək. Biz gələcəyə baxaq, nə etmək lazım gəldiyi ilə daha çox maraqlanaq. Xahiş edirəm qərar verəndə dediklərimi nəzərə alasınız.

  Hakim  :  Ayağa durun. Hakimlər qərar verməyə gedir. ( bir neçə dəqiqədən sonra)

  Hakim  :   Hörmətli məhkəmə iştirakçıları, icazə verin Məhkəmənin qərarını elan edim: ( Qərar hər dəfə oyundan sonra oxunur. Fikir verdinizsə, biz qərarı vermədik. Çünki qərar hər oyundan sonra müxtəlif ola bilər. Bu ixtiyarı Tarixi məhkəməsi oyunun iştirakçılarına vermək lazmdır. Deyə bilərsiniz ki, bu dərsi 45 dəqiqəyə keçmək olmaz. Dərsi qələmə alanda mən onu sırf dərs üçün nəzərə almamışam. Bu materialdan  Dərs – tamaşa, məktəbdə tamaşa hazırlamaq üçün ssenari, əlavə bilik mənbəyi və s. məqsədilə istifadə etmək olar. Əsas məqsədim odur ki, şagirdlər həm o dövrdə baş vermiş hadisələri özləri yaşasınlar, həm hansı şəraitdə o hadisələrin baş verdiyini, zaman dəyişdikcə hadisələrin mahiyyətinin necə dəyişdiyini, həm də debatın üstün cəhətlərini göstərməkdir. Həm " hə " var, həm " yox ". Həqiqət bunun ikisinin arasındadır. Qoy uşaqlar əyani görsünlər ki, hər bir fikri təkzib etmək olar. Həyatda mütləq həqiqət yoxdur. Təki sənin fikrində arqument, fakt, sübüt və birdə əsası odur ki, məntiq olsun. Əgər bunları bir – birinin ardınca düzüb vaxtında işlətdinsə inandırma bacarığın artır, sən hər bir debat yarışını udursan. Müəllimlər isə dərsin formasından asılı olaraq, materialı artırıb – azalda bilərlər. – Müəllif )

  Qiymətləndirmə  :  Şagirdləri qiymətlədirən zamanı Hakimlər komandası oyunda iştirak edən hər bir şəxsin bacarığını qiymətləndirməlidir. Qiymətləndirmə zamanı aşağıdakı meyarlar əsas götürülməlidir : 1. Rolu ifa etmək bacarığı  2. İnandırma bacarığı

  Qiymətləndirmə zamanı düz və səhv qərar qəbul etmək yox, inandırma bacarığı əsas götürülməlidir. Hakimlər komandasının işini rolların ifaçıları qiymətləndirəcək. Bir sözlə sinifdə qiymətləndirilməyən şagird qalmayacaq.

  Refleksiya   :  Refleksiya üçün şagirdlərə aşağıdakı suallar verilməlidir :

-          Rolda özünü necə hiss edirdin ?

-          Rolu ifa etmək asan idimi ?

-          Roldan çıxmaq çətin idi ?

Evə tapşırıq : Evə   " Həyatında səhv qərar veriyin olubmu ?” , " Sonrakı peşmançılıq fayda verməz " mövzusunda esse yazmaq




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 mart 2012 03:03
    Mircefer Baqirov ozune laiq olan cezani aldi...Xalqimizin o cur oqullarini mehv etdi...Belke gullelenme onun ucun cox asan olum idi....verdiyi ishgenceler qisminde olseydi daha edaletli qerar olardi....

  2. 2 iyul 2012 02:54
    Mir Cafer Bagirov kim olub?!Hamimiz bilirik ki SSSRin vaxtinda 1933ilden-53iledek Azerbaycana rehberlik eden shexs!Hansi Azerbaycana?Sovet Imperiyasina dahil olan Azerbaycana!Bagirov sovet hakimiyeti Azerbaycana geldiyi zamanlar bolshevik,komunist ve onlarin terefkeshi iydi.Sonralar hakimiyet gurulannan sonra cox vezifeler deyishdikden sonra Azerbaycanin 1katibi teyin olunur!Elbet ki *naliyetlerine* gore merkez onu teyin edir.Hansi naliyetlerdi bu?!Bu gyn bize tariximizden aydindi!Biz ona berayit gazandira bilerik bezi xalgimiza xidmetlerine gore!Beli!Amma daha cox gunaxlandira da bilerik ve tam esasli!
    1-Komunist partiyasinin-qirmizi terror partiyasi adini gazanmish daha cox Azerbaycana gelmesini destekliyen ve garshisini almiyan laradn biri!Hetta dashnak cucun terorcularina goshulub onlardan olmasi!
    2-Milletine garshi zor tetbig eden,ziyallari mexf eden,azerbaycanlilari hakimiyetden uzaglashdiran,her zaman azerbaycanlilara dushman olan ermenleri bash vezifelere erleshdiren ve milleti onlara gurban veren bir shexs!
    3-Azerbaycanin servetlerini Sovet Imperiyasinin ixtiyarina buraxmasi!Rushfetxorculugu yaymasi ve desteklemesi!Bununla xalga boyuk ziyan vurmasi!
    4-Ozunu xalgina gore gurban vere bilmemesi!Tutdugu vezifesi xette bunuda onnan teleb edirdi,amma milleti vezifesine gore gurban vermek daha ustun tutdu!
    Eziz oxucular,men hele cox sadaliya bilerem,amma siz mene sual vere bilersiniz ki-Bes sen o dovyrde yashayib, onun erinde olsayndi ne ederdin?!Haklisisz!Sualiniz gabuldu.
    Amma cavabi coz hasanddi.
    Men cox guman ki o xette gelib cixmazdim,ona goreki tarix bize gosterir ki,o vaxt girmizi terrornan vurushanlarin ekseriyeti mexf edildi,ve cox guman ki mende onlardan biri olardim!
    Ve hayatim sona catanacan ola bilsin ki hele bu sinag meni gozleyir!

    Amma soybetimiz Mir Cafar Bagirovdandi,ve menim fikirimce o Sovet Imperiyasinin gulluxcusu olmasaydi,azad Azerbaycanin boyuk shexsiyetlerinnen biri ola bilerdi!Amma insanlarin ustunde hakimiyetlik etmek ve boyuk vezife sahibi olmag onu bu gunky Mir Cafar Bagirov etdi!Odur ki bu insanin tarixi bele olmaliidi, ve azerbaycanlilarin tarixine qanli iz goydu!Onun xette yasha dolannan sonra artiq derk etmeyi ve xalga xidmet etmek isteyi, yuxari Qarabaxi gorumag xereketleri ve sayri cehdleri olsada bele,o diktator adini artig gazanmishdi!

    Amma o zamanlar ermeniler ne geder isteseydiler de bele Garabahi onlara vermeyecekdiler!Sovetin o vaxt icinde serhet deyishmekleri sovetin daha tez dagilmasi olardi ve Moskva bunu cox gozel derk edirdi!Bu ancag acig aydin sovet dagilan zaman mumkyn oldu ona gore ki,ermeniker bu zamani her gun gozleyirdi,amma azerbaycan hecda xazir deyildi!

  3. 22 aprel 2013 14:55
    cox sagolun wink

  4. 22 aprel 2013 16:48
    Hormetli Nizami muellim chox saq olun. Zaman butun yaralari saqaldir. Her zamanin 1 hokmu var

  5. 12 avqust 2014 22:35
    cox maraqli idi.xebere gore tesekkur.umumiyyetle, Bagirov haqda tam menfi insan olub,milleti ucun hec ne etmeyib ,sovet qulu olub demek olmaz.bezi meselerde bele olmayib meselen o neft meselesinde.bu mene cox maraqli geldi.1de o ne vaxt olub 56da gullelenib?ama men bir yerde oxumusdum ki 76 kazanda gizli hepsde oz ecelinden olub?bu ne derecede dogrudur Hamlet mellim

  6. 13 avqust 2014 09:26
    ve bunu cox boyuk tesufle diyiremki Nizami Mellim sayta girmir.cox tesuf.men Nizami mellimin werhlerin oxumuwam.cox xiwuma gelir.ancag realligi eks ettdiren fikirleri var.. men mircefr bagirovu sadecexalq duwmeni kimi taniyiram ve ona nifret eedirem.Leyla,, 1soz varee,,100 yaxwilig etsen az,1pisly etsen coxdu.! o noqteyi nezerden diyiremki 1nefte gore xalq duwmenine hak kazandirmag dogru deil.! ______

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.