Tarixdə "31 yanvar"

31 yanvar

Tarixdə "31 yanvar"

 


1884
- Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim Məhəmmədəmin Rəsulzadə (1884-1955) Bakının Novxanı kəndində anadan olub. 1904-ci ildə sosial-demokrat "Hümmət" təşkilatının qurucularından olub. 1908-ci il-də İrana gedərək Məşrutə inqilabında iştirak edib, sonra Türkiyəyə gedib. 1913-cü ildə çarın elan etdiyi amnistiyadan sonra Bakıya qayıdıb və "Hümmət"in əsasında yaradılan "Müsavat" partiyasına rəhbərlik edib. 1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, həmin il mayın 27-də Seymin azərbaycanlı deputatları Rəsulzadənin sədrliyi ilə Azərbaycan Milli Şurasını yaradıblar, 28 mayda Xalq Cümhuriyyəti elan olunub. Cümhuriyyətin süqutundan sonra Rəsulzadə Moskvaya aparılıb, oradan mühacirətə gedib. 1922-ci ildən Türkiyədə, 30-40-cı illərdə Avropada Azərbaycan siyasi mühacirətinə rəhbərlik edib. 1947-ci ildə Türkiyəyə qayıdıb və 1955-ci ildə Ankarada vəfat edib.

 

 

 

Tarixdə "31 yanvar"


1902
- Şamaxı şəhərində güclü zəlzələ böyük dağıntı və tələfat törədib, əhalinin əksəriyyəti şəhəri tərk edib. Şamaxıda 1856, 1861 və 1872-ci illərdə də dağıdıcı zəlzələlər baş verib.

 

 

Tarixdə "31 yanvar"


1992
– Azərbaycan Respublikasının Milli Qəhrəmanı Xəlilbəyli Təbriz Xəlil Rza oğlunun şəhid olduğu gün. Azərbaycanın xalq şairi Xəlil Rzanın oğludur. Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollandı. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərmişdi. Döyüş şücaətinə görə DİN-nin "Boz qurd" mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, qəhrəmancasına həlak oldu.

 

 

Tarixdə "31 yanvar"


2006
- Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2005-ci ilin adamı" mükafatı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya təqdim olunub. M.Əliyeva təhsil sisteminin inkişafında xidmətlərinə, mədəni irsimizin dünyada təbliği üçün gördüyü işlərə, xeyriyyəçilik fəaliyyətinə görə bu mükafata layiq görülmüşdü.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 1 fevral 2012 00:08
    1946- ci il idi. Bir nefer azeri ziyalisi qaca-qaca gelir M.Resulzadenin yanina. Mirze,Mirze deye ona muraciet edir,mushtulugumu ver,Sovet qoshunlari bir olkeni terk etdi,Irani.Mirzenin hali deyishmir.Deyir:Mirze niye sevinmirsen? Mirze cavab verir:Burda sevinmeli ne var ki.Onsuz da Sovet hokumeti dagilacaq.Bir var ondan sonra xalqimiza butov Azerbaycan qalsin,bir de var ki,yarimciq Azerbaycan.Hele Sovet hokumetinin dagilmasina 55 il qalmishdi.Gel indi M.Resulzadenin uzaqgorenliyine inanma.Allah sene rehmet etsin. Azerbaycan xalqinin dahi oglu.Sen hemishe ureklerde yashamisan,yashayirsan,yashayacaqsan!

  2. 14 fevral 2012 16:46
    Gelen defe 10 fevral gununde hansi tarixi hadiseler bash verib
    onlar haqqnda yazarsnz.

  3. 9 oktyabr 2012 23:18
    Mehemmedemin Resulzade....sen hemise yasayacaqsan.unudulmayan bir yerde-hafizemizde ve qelbimizde...

  4. 26 yanvar 2013 16:29
    " Bir kere yukselen bayraq bir daha enmez" bu sozler insani qururlandirir.

  5. 7 mart 2013 15:27
    musteqilliyi bu xalqa ilk bexs edenler siz hemise qelbimizdesiniz

  6. 15 aprel 2013 01:00
    Birinci rey bildiren qardsimizin yazdigi daha maragli idi

  7. 26 aprel 2013 20:20
    xosuma geldi bele melumatlara gore cooox sag olun.

  8. 29 may 2013 12:30
    eladı sağolun

  9. 29 iyul 2014 17:50
    TewekkurLer.. Bilmediyimiz cox wey var. elave melumatlarla dunya goruwumuz,intellekt bazamiz geniwlenir..

    --------------------

  10. 29 dekabr 2014 16:47
    Sitat: 987456
    Tarixdə

    ela

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.