Tarixdə "12 yanvar"

12 yanvar

1908 - Böyük bəstəkar Üzeyir Hacıbəyovun müəllifi olduğu ilk Azərbaycan operası "Leyli və Məcnun" tamaşaya qoyulub. Bu, müsəlman Şərqində ilk opera əsəri idi. Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa bu məzmunda idi: "Müsəlman dilində əvvəlinci dəfə opera. "Leyli və Məcnun". Şənbə günü, axşam, yanvarın 12-si (yeni təqvimlə 25-i) "Nicat" maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqetamaşaya qoyulacaq".

Tarixdə "12 yanvar"
 

 

1989 - SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında" fərman verib. Fərmana əsasən, Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə birbaşa Moskvaya tabe olan "Xüsusi İdarə Komitəsi" yaradıldı. Moskvanın qərarı guya münaqişənin səngiməsinə yönəlmişdi. Gerçəkdə isə Arkadi Volskinin rəhbərlik etdiyi "komitə" Dağlıq Qarabağın Azərbaycanın suverenliyindən çıxarılmasına xidmət edirdi. Əhalinin geniş etiraz çıxışlarından sonra "Xüsusi İdarə Komitəsi" həmin ilin noyabrında Bakının formal tabeçiliyində olan Təşkilat Komitəsi ilə əvəzləndi.

Tarixdə "12 yanvar"
 

 

1990 - ilk Şərqi Avropa ölkəsi olaraq Kommunist Partiyasını qadağan edib

Tarixdə "12 yanvar"

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 avqust 2012 12:04
    xebere gore twk

  2. 12 yanvar 2014 21:34
    Bu gun peygemberizin anadan oldugu gundu.bu munasibetle movlud gecrnizi tebrik edirem.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.