Tarixdə "26 dekabr"

26 dekabr

1802 - Şimali Qafqaz hakimləri və bəzi Azərbaycan xanları Rusiyanın himayəsinə keçmək barədə Georgiyevsk anlaşmasını imzalayıblar. Sənədi Quba (Seyfəli xan) və Talış (Mir Mustafa xan) xanları imzalamışdı. Onlar rusların hərbi təhdidi altında bu anlaşmaya getmişdilər. Talış xanlığı həm də İran tərəfdən hücumlardan qorunmaq üçün bu addımı atmışdı. Georgiyevsk anlaşması xanlıqların hələ Rusiyaya birləşdirilməsi demək deyildi. Bir qədər sonra Rusiya Azərbaycan torpaqlarının gerçək işğalını həyata keçirdi.

Tarixdə "26 dekabr"

 

1825 – Rusiyada "Dekabristlər üsyanı" baş vermişdir.

Tarixdə "26 dekabr"

 

1918 - Cümhuriyyət parlamenti F.Xoyskinin qurduğu 3-cü hökuməti təsdiqləyib. 14 nəfərlik koalisiya hökumətində 3 rus nazir yer almışdı. Cümhuriyyət rəhbərliyi bununla həm rusları parlamentdə iştiraka (10 yer) təşviq etmək, həm də demokratik əsaslı hökumətlə Bakıdakı ingilis komandanlığının dəstəyini qazanmaq niyyəti güdürdü.

Tarixdə "26 dekabr"

 

1991 - Xankəndi (Stepanakert) şəhərindən sonuncu azərbaycanlı ailələr qovulub, 1989-cu ildən şəhərdə azərbaycanlalara (7 min nəfər) qarşı aparılan etnik təmizləmə başa çatıb. 26 dekabr Xankəndinin ermənilər tərəfindən işğalı günüdür.

Tarixdə "26 dekabr"

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.