Tarixdə "18 dekabr"

18 dekabr

1412 - Qaraqoyunlu hökmdarı Qara Yusif Kür çayı sahilindəki döyüşdə Şirvanşah I İbrahim və onun müttəfiqlərini məğlub edib

Tarixdə "18 dekabr"

 

 

1853 – Krım müharibəsi dövründə admiral Naximovun başçılıq etdiyi rus donanması Osman-paşanın başçılıq etdiyi Osmanlı donanmasını Sinop dəniz döyüşündə məğlubiyyətə uğratmışdır.

Tarixdə "18 dekabr"


 

 

1917 - Bolşevik Rusiyasının rəhbəri, RSFSR Xalq Komissarları Sovetinin sədri Vladimir Lenin Bakı bolşeviklərinin lideri Stepan Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin edib. Qərara əsasən, Şaumyana Cənubi Qafqazda sovetləşmə siyasətini həyata keçirmək, həmçinin Rusiya ordusunun cənub (Türkiyə) cəbhəsindəki qüvvələrinə faktiki rəhbərlik hüququ verilmişdi. Bu təyinat Şaumyan və onun daşnak-bolşevik əlaltılarına Bakıda və bütövlükdə Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirmək üçün müstəsna imkanlar verirdi və ermənilərin 1918-ci ilin martında həyata keçirdiyi soyqırımı bunu bariz şəkildə göstərdi.

Tarixdə "18 dekabr"
 

 

 

1940 – Almaniya füreri Hitler SSRI-na qarşı hazırlanmış "Barbarossa” planını təsdiq edib.

Tarixdə "18 dekabr"

 

 

1997 - Prezident Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, bu deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib, terror və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.

Tarixdə "18 dekabr"

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 19 dekabr 2011 10:53
    her gun melumat aliram.Cox maraqlidi tewekkurler

  2. 18 dekabr 2013 21:36
    Təşəkkürlər....

  3. 18 dekabr 2013 21:54
    angry  elaydi ama ben biwey anlamadim yaa sey benim resmimi kim koymuw. Buranin rehberi kim :-(

  4. 19 dekabr 2013 11:03
    Hörmətli Rahilə!  Şəklini mən dəyişdim. Bir tarixi şəkildir. İstəməz de yenidən dəyişim!  Saytdan istifadən üçün ayrıca təşəkkürlər!

  5. 21 dekabr 2013 18:30
    Twkda benim kodumu nerden bildiniz :-)

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.