Tarixdə "14 dekabr"

14 dekabr

1825 - Rusiyada dekabristlər üsyanı baş verib

Tarixdə "14 dekabr"


 

 

1846 - Rusiya çarı I Nikolay Cənubi Qafqazın inzibati bölgüsündə dəyişikliklər edilməsi barədə fərman verib. Fərmana əsasən, 1841-ci ildə yaradılmış Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv olunub, onların əvəzində 4 quberniya - Tiflis, Kutaisi, Dərbənd və Şamaxı quberniyaları yaradılıb. Azərbaycan torpaqları Tiflis, Dərbənd və Şamaxı quberniyaları arasında bölünüb.

Tarixdə "14 dekabr"

 

 

1919 - Bakıda Azərbaycan-Ermənistan konfransı işə başlayıb. Noyabrın 23-də tərəflər arasında bağlanmış sazişə uyğun olaraq keçirilən konfrans ərazi mübahisələrinə həsr olunmuşdu.Lakin bir həftə (dekabrın 21-dək) sürən konfrans nəticəsiz bitdi. Azərbaycan heyəti (XİN başçısı F.Xoyski, daxili işlər naziri M.Hacinski) sərhəd mübahisələrinin həllində israr etsə də, erməni tərəf müxtəlif bəhanələrlə bundan yayınıb, Zəngəzur daxil olmaqla heç bir məsələdə razılıq əldə olunmayıb. Bundan bir qədər sonra (yanvar 1920) erməni qüvvələri Zəngəzurda 50-dək azərbaycanlı kəndini talan etdilər.

Tarixdə "14 dekabr"
 

 

 

1939 - Finlandiyaya qarşı hərbi təcavüzə görə SSRİ Millətlər Cəmiyyətindən xaric edilib

Tarixdə "14 dekabr"

 

 

1995 – Parisdə Deyton sazişinin imzalanması ilə Yuqoslaviyada müharibəyə son qoyulub

Tarixdə "14 dekabr"

 

 

2008 -  Misirin Əl-Bağqadiyyə telekanalının jurnalisti Muntazar əl Zeydi Bağdadda mətbuat konfransında ABŞ prezidenti Corc Buşa ayaqqabı tullamışdır. Ayaqqabını atan zaman qışqıraraq demişdir : "Ay it bu sənə əlvida öpüşüdür”.  Əl Zeydi bu addımından sonra məşhurlaşıb. Hadisədən sonra müxtəlif ölkələrdə Corc Buşun şəklinə ayaqqabı atma yarışları təşkil olunub.

Tarixdə "14 dekabr"

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 dekabr 2011 09:50
    mellim tewekkurler eziyyetiniz heder getmesin

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.