Tarixdə "11 dekabr"

11 dekabr

1790– 1787-1791-ci  illər rus-türk müharibələri dövründə Suvorovun başçılıq etdiyi rus ordusu türklərin möhkəm qalası hesab edilən İzmayılı (İsmayıl) ələ keçiriblər.

Tarixdə "11 dekabr"


1905- Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə fərman verib. Duma 1906-cı il aprelin 27-də işə başladı. Azərbaycanda seçkilər mayın 31-də keçirildi və beş azərbaycanlı Dumanın deputatı seçildi.

Tarixdə "11 dekabr"


1941-  ABŞ Almaniya və İtaliyaya qarşı müharibə elan edib

Tarixdə "11 dekabr"


1946- UNİSEF təşkil edilib

Tarixdə "11 dekabr"


1988 - Ermənistandakı zəlzələdən (7 dekabr) sonra bu ölkəyə ilk yardım edənlərdən biri Azərbaycan olub. Lakin erməni tərəfi xislətinə sadiq qalaraq Azərbaycan təyyarəsini qəbul etməyib. Leninakan (Gümrü) hava limanında dispetçerlər tərəfindən yanlış istiqamətləndirilən "İl-76" təyyarəsi dağa dəyərək partlayıb, 63 nəfər xilasedici (ehtiyatda olan hərbçi) və 9 ekipaj üzvü həlak olub. Bir nəfər xilas olsa da, ömürlük şikəst qalıb. Buna rəğmən Azərbaycandan Ermənistana qatarla humanitar yardım və 150 nəfər inşaatçı göndərildi. Dağıdıcı zəlzələ (25 minədək adam ölmüşdü) ilə dünyanın diqqətini özünə cəlb edən Ermənistan azərbaycanlıların deporatasiyasını başa çatdırdı, dünya isə bunu "görmədi".

Tarixdə "11 dekabr"


1991- Xalq Cəbhəsinin təzyiqi ilə general-leytenant Valeh Bərşadlı müdafiə naziri vəzifəsindən azad edilib, onun yerinə respublikanın hərbi komissarı Tacəddin Mehdiyev təyin edilib. İki aya yaxın nazir olan T.Mehdiyev isə "Daşaltı faciəsi" (26 yanvar 1992) ilə yadda qaldı.

Tarixdə "11 dekabr"


1991- Rumıniya Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. İki ölkənin diplomatik əlaqələri1992-ci il iyunun 21-də quruldu.

Tarixdə "11 dekabr"
 


1994- Rus qoşunu Çeçenistana soxulub. Birinci Çeçenistan Müharibəsi başlayıb

Tarixdə "11 dekabr"


2003- Cenevrədə keçirilən "İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti"ndə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan rəhbəri Robert Koçaryan arasında ilk görüş olub.

Tarixdə "11 dekabr"


 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 dekabr 2011 21:32
    cox tesekkurler bu informasiyalara gore

  2. 11 dekabr 2014 10:11
    tesekkurler wink [url=https://]My Webpage[/url]

    --------------------

  3. 12 dekabr 2014 14:06
    Tesekkurler maraqli idi fellow

  4. 13 dekabr 2014 12:08
    Men ne ucun mesaj yaza bilmirem axi mesaj qutusunu bosaltdim.
    Bu nedir ee deyesen sayt tam duzelmeyib.

    --------------------

  5. 13 dekabr 2014 20:06
    düz deyirsən sayt düzəlməyib məndə də elə olur bilmirəm niyə.həm də mənim şəklim xəbərim olmadan niyə dəyişib?anlamıram belay

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.