Tarixdə "10 dekabr"

10 dekabr


1848 – Lui Napaleon Bonopart (I Napaleonun qardaşı oğlu) Fransanın prezidenti seçilib

Tarixdə "10 dekabr"

 

 

1901 - İlk dəfə Nobel mükafatları təqdim edilib. Nobelin vəsiyyətinə görə, bu mükafat elm adamlarından yalnız riyaziyyatçılara verilmir.

Tarixdə "10 dekabr"


 

 

1906 – ABŞ prezidenti Teodor Ruzvelt Nobel mükafatı ilə təltif edilmişdir

Tarixdə "10 dekabr"


 

 

1922 - Cənubi Qafqazın üç sovet respublikasının nümayəndələrinin iştirakı ilə I Zaqafqaziya sovetlər qurultayı işə başlayıb. Azərbaycandan 175 deputatın iştirak etdiyi qurultayın (10-13 dekabr) yekunu olaraq Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaradıldığı elan olunub. "Zaqfederasiya"nın əsası 1922-ci il martın 12-də Rusiyanın təşəbbüsü ilə təsis edilən Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı ilə qoyulmuşdu. Qurultayda federasiyanın rəhbər orqanı - Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçilib. ZSFSR-in yaranması Azərbaycan SSR-i formal müstəqillikdən də məhrum etdi. Eyni zamanda, bu, SSRİ-nin təşkilinə ilk addım idi. Dekabrın 30-da ZSFSR, RSFSR, Ukrayna SSR və Belorusiya SSR ittifaq dövlətini - SSRİ-ni təsis etdilər. "Zaqfederasiya" 1936-cı ilədək mövcud oldu və həmin il Cənubi Qafqazın üç respublikası SSRİ-nin müttəfiq subyektinə çevrildi.

Tarixdə "10 dekabr"

 

 

1933 - Mir Cəfər Bağırov Azərbaycan Kommunist (bolşevik) Partiyasının birinci katibi seçilib.

Tarixdə "10 dekabr"

 

 

1948 - BMT Baş Assambleyası "İnsan hüquqları Bəyannaməsi”ni qəbul edib

Tarixdə "10 dekabr"

 

 

1991 - Dağlıq Qarabağ erməniləri "müstəqillik haqqında referendum" keçiriblər. Bölgədə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmənin keçirildiyi bir vaxtda təşkil olunan aksiya heç bir hüquqi əsasa malik deyildi və Ermənistandan savayı kimsə tərəfindən tanınmadı. 15 il sonra (10 dekabr 2006) separatçı rejimdə "konstitusiya" qəbulu üzrə keçirilən referedumun da aqibəti eyni oldu.

Tarixdə "10 dekabr"

 

 

1991 - 12 Avropa dövləti arasında Maastrixt sazişi imzalanıb. 1 yanvar 1992-də qüvvəyə minən saziş Avropa İttifaqının qanuni əsasını qoyub

Tarixdə "10 dekabr"

 

 

2003 - İran azərbaycanlısı Şirini Əbadi insan hüquqları sahəsində Nobel mükafatı alıb. O, tarixə bu mükafatı alan ilk müsəlman qadın kimi düşüb

Tarixdə "10 dekabr"



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 dekabr 2012 14:57
    cox sagolun

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.