Tarixdə "8 dekabr"

8 dekabr 

1989 - Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları silahlı hücumlarla müşayiət olunmağa başlayıb. Erməni silahlı dəstələrinin Azərbaycanın sərhəd bölgələrinə intensiv basqınları baş verib. Bu zaman azərbaycanlıların Ermənistandan deportasiyası tamamilə başa çatdırılmış, Dağlıq Qarabağdakı azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə kampaniyası start götürmüşdü. Dekabrın ikinci yarısında erməni silahlı dəstələrinin təxribatçı Dağlıq Qarabağ Muxtar Vilayətindən kənara çıxıb, Ermənistandan gətirilən silahlı dəstələr Xanlar (indiki Göygöl) və Şaumyan (indiki Goranboy rayonunun ərazisi) rayonlarındakı erməni yaşayış məntəqələrində yerləşdirilməyə başlayıb.

Tarixdə "8 dekabr"
 

 

 

1991 – Azərbaycan Respublikası İslam Konfransı Təşkilatının üzvlüyünə qəbul edilmişdir

Tarixdə "8 dekabr"

 

 

1991 – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk Hərbi andı qəbul olunmuşdur

Tarixdə "8 dekabr"

 

 

1991 - Belarusun Brest şəhəri yaxınlığındakı "Belovejskaya Puşşa" qoruğundakı "Viskuli" hökumət iqamətgahında Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçukvə Stanislav Şuşkeviç " Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında" bəyanat imzalayıblar. Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli ittifaq müqaviləsinə xitam verilib. Beləcə Sovet İttifaqı yaranmasının 69-cu ildönümünə üç həftə qalmış süqut etdi. Slavyan üçlüyünün qərarına birinci olaraq Qazaxıstan qoşuldu, dekabrın 21-də isə Azərbaycan da da-

xil olmaqla keçmiş sovet respublikalarının rəhbərləri Almatıda toplanaraq MDB-nin təsis olunması barədə qərar qəbul etdilər.

Tarixdə "8 dekabr"

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 dekabr 2012 22:27
    Tkr gnn tarxini yazan oullara.

    Tkr gnn tarxini yazan oullara.

  2. 3 may 2014 16:49
    8 dekabr 1991-ci il. Erməni quldurları Kərkicahan qəsəbəsini PDM və ZTR-lərdən atəşə tutulmuş, 8 nəfər aöır yaralanmışdır.("Bakinskiy raboçiy" qəzeti, 10 dekabr,1991).

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.