Tarixdə "7 dekabr"

Tarixdə "7 dekabr"
Tarixdə "7 dekabr" çox mühüm hadisələrlə yadda qalmışdır. Bunu oxuyun, məsləhətdir..müsəlman Şərqində demokratik əsaslı ilk parlament.
Tarixdə "7 dekabr"
1875 - Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski (1875-1920) Şəkidə anadan olub. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir, ulu babaları Xoy və Şəkinin xanları, atası çar Rusiyasının generalı olub. F.Xoyski 1906-cı ildə II Dövlət Dumasının deputatı seçilib. Cümhuriyyətin 1-3-cü hökumətlərində baş nazir (may 1918 - mart 1919) olub, beşinci hökumətdə (dekabr 1919 - aprel 1920) xarici işlər naziri işləyib. 1920-ci ilin iyununda Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib.
Tarixdə "7 dekabr"
1917 - ABŞ Avstiya-Macarıstana qarşı müharibə elan edib
Tarixdə "7 dekabr"
1918 - Bakıda H.Z.Tağıyevin Qızlar Məktəbinin binasında (MEA-nın Əlyazmalar İnstitutu) Xalq Cümhuriyyətinin parlamenti işə başlayıb. "Müsavat" fraksiyasının (lideri M.Rəsulzadə) təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun müavini seçilib. İclasda müvəqqəti Nazirlər Şurasının istefası qəbul edilib və yeni (üçüncü) hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb. Parlament ölkə əhalisinin 24 min nəfərinə 1 deputat olmaqla formalaşmışdı və 80 azərbaycanlı, 21 erməni, 10 rus, 1 alman, yəhudi, gürcü və polyak deputat üçün yer ayrılmışdı. Həmkarlar və neft sənayeçiləri üçün 5 yer nəzərdə tutulmuşdu. Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi. Parlamentdə 11 fraksiya vardı. 17 ay müddətində 145 iclas keçirilmiş, 230-dək qanun qəbul olunmuşdu. Məhz parlamentin açılışında bu gündə Məmmədəmin Rəsulzadə ilk dəfə bu sözləri söyləmişdir : "Bir kərə yüksələn bayraq bir daha enməz!"
Tarixdə "7 dekabr"
1941 - Yaponlar ABŞ-a məxsus olan Havay adalarındakı Pearl Harbor hərbi bazasını, Filippin adaları və Britaniya Malayziyasını bombardman edib (Asiya qitəsində 8 dekabr). Buna cavab olaraq ABŞ Yaponiyaya müharibə elan etmişdir. Beləliklə ABŞ İkinci Dünya müharibəsinə qoşulmuşdur.
Tarixdə "7 dekabr"
1988 - Ermənistanın şimalında baş verən güclü zəlzələ nəticəsində Leninakan, Kirovakan və Spitak şəhərləri yerlə yeksan olub. Rəsmi mənbələrə görə ölənlərin sayı 25 000 nəfəri keçib (məlumatlar ziddiyyətlidir). Təbii fəlakət zonasına ilk kömək Azərbaycandan gəlib. Buna baxmayara ermənilər Azərbaycana məxsus İl-76 təyyarəsini raketlə vurub yerə salmışıdılar.
Tarixdə "7 dekabr"
1989 - Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistan parlamentinin Dağlıq Qarabağın ilhaq edilməsi barədə qərarına (1 dekabr 1989) bir həftə sonra münasibət bildirib. Ali Sovetin Rəyasət Heyəti qərarı "Azərbaycan SSR-in suverenliyinə yolverilməz müdaxilə" kimi dəyərləndirib.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 dekabr 2011 23:19
    yaddawi yenilemek yaxwidir,elinize sagliq

  2. 8 dekabr 2011 23:20
    deymez Gulshen xanum

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.