1988-2002-ci illər arasındakı xronoloji məlumatlar

1988-2002-ci illər arasındakı xronoloji məlumatlar

1988-ci il

 

 

 




İyun - SSRİ ilə ABŞ arasında orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilə qüvvəyə minmiş və sonrakı üç il ərzində kütləvi qırğın silahının bü növləri ləğv edilmişdir.



Noyabr - Fələstin Milli Şurası Fələstin dövlətinin yarandığını e'lan etmişdir.



1989-cu il

15 fevral - Əfqanıstandan sovet qoşunlarının çıxarılması başa çatmışdır.



May - Macarıstanda kommunist rejimindən demokratik idarə üsuluna keçilmişdir.



May – Çində islahat tərəfdarlarının Tyananmen meydanında nümayişi hərbi qüvvə tətbiq edilməklə yatırılmışdır.



İyun - Polşada parlament seçkiləri nəticəsində kommunist rejimindən demokratik idarə üsuluna keçilmişdir.



9 noyabr – Şəhərin şərq hissəsini qərb hissəsindən ayıran «Berlin divarı» sökülmüşdür.



17 noyabr – Çexoslovakiyada «məxmər» inqilab başlanmışdır.



Dekabr – Rumıniyada Çauşesku rejimi devrilmişdir.



1990-cı il

3 oktyabr – ADR AFR-ə birləşdirilmiş və vahid Almaniya dövləti yaranmışdır.



Noyabr – ATƏM-in iştirakçısı olan dövlətlərin yüksək səviyyəli görüşü Yeni Avropa üçün Paris xartiyasını qəbul etmişdir.



Noyabr – Parisdə Avropada adi silahların məhdudlaşdırılması haqqında çoxtərəfli müqavilə imzalanmışdır.



Dekabr – Bolqarıstanda bazar iqtisadiyyatına keçilməsi üçün radikal islahatlara başlanmışdır.



1991-ci il

Yanvar – İraqın Küveyti işğal etməsinə cavab olaraq ABŞ, Səudiyyə Ərəbistanı və bir qrup dövlətlər İraqa qarşı körfəz müharibəsinə-«Səhrada tufan» əməliyyatına başlamışlar.



Mart – Albaniyada ilk dəfə çoxpartiyalı seçkilər keçirilmiş və bazar münasibətlərinə keçid başlanmışdır.



İyun –QİYŞ-in fəaliyyətinə xitam verilmişdir.



1 iyul – Varşava Müqaviləsi Təşkilatı buraxılmışdır.



İyul - SSRİ və ABŞ arasında hər iki ölkədə nüvə silahı ehtiyatlarını üçdə bir qədər azaltmaq haqqında müqavilə imzalanmışdır.



19-21 avqust – SSRİ-də Dövlət Fövqəl’adə Vəziyyət Komitəsi yaradılmış, dövlət çevrilişinə cəhd göstərilmişdir.



Oktyabr – Sloveniya və Xorvatiya Yuqoslaviyadan ayrılıb öz müstəqilliyini e'lan etmişlər.



Oktyabr – General C.Dudayev Çeçenistan prezidenti seçilmiş və Çeçenistan Respublikasının müstəqilliyi e'lan edilmişdir.



Noyabr – Makedoniya Yuqoslaviyadan ayrılıb öz müstəqilliyini e'lan etmişdir.



Dekabr – Avropa İqtisadi Birliyinin 12 üzvü Maastrixtdə (Hollandiya) Avropa İttifaqının yaradılması, inteqrasiya prosesini sür'ətləndirmək haqqında qərarlar qəbul etmişdir.



8 dekabr – SSRİ-nin ləğv edilməsi və Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında Belovejdə Rusiya, Ukrayna və Belarus prezidentləri saziş imzalamışlar.



21 dekabr – Alma-Atıda Orta Asiya respublikaları, Qazaxıstan və Ermənistan MDB-yə daxil olmaq haqqında sənədləri imzalamışlar.



1992-ci il

Mart – Bosniya və Hersoqovina öz müstəqilliyini e'lan etmişdir.



Aprel – Serbiya və Çernoqoriya birləşərək Yuqoslaviya ittifaqı yaratmışlar.



İyun – Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yaradılmışdır.



İyul – Helsinkidə ATƏM-in iştirakçısı olan 52 dövlətin görüşündə millətlərarası münaqişələrlə əlaqədar sülhün qorunması və bərpa olunması üçün qüvvələr yaradılması haqqında qərar qəbul edilmişdir.



Oktyabr – Ankarada türk dövlətləri başçılarının birinci zirvə toplantısı keçirilmişdir.



1993-cü il

Yanvar – Çexoslovakiya müstəqil Çexiya və Slovakiya dövlətlərinə ayrılmışdır.



Yanvar –Rusiya və ABŞ prezidentləri SSM-2 müqaviləsini imzalamışlar. Bu müqaviləyə görə, hər iki dövlət nüvə raketləri ehtiyatlarının üçdə iki hissəsini ləğv etmək barəsində razılığa gəlmişlər.



Yanvar – NATO «Sülh naminə tərəfdaşlıq» proqramı ilə çıxış etmişdir.



May – Avropa Birliyi Qafqazda və Mərkəzi Asiyada nəqliyyatın inkişafına dair TRASEKA proqramını qəbul etmişdir. Bu texniki yardım proqramı Avropadan Qara dəniz-Cənubi Qafqaz-Xəzər dənizi-Mərkəzi Asiya istiqamətində nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə xidmət edir. 3 Qafqaz və 5 Mərkəzi Asiya ölkəsi onun iştirakçısıdır.



13 sentyabr – İsrail və Fələstin Azadlıq təşkilatı rəhbərləri İordan çayının qərb sahilində və Qəzza bölgəsində yerli özünüidarə təşkil edilməsi prinsipləri haqqında Vaşinqton bəyannaməsi imzalamışlar.



1994-cü il

5-6 dekabr - Budapeştdə ATƏM-in zirvə toplantısı keçirilmiş, ATƏM-Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) çevrilmişdir.



11 dekabr – Rusiya Çeçenistana qarşı iri miqyaslı hərbi əməliyyatlara başlamışdır.



1995-ci il

11 may – Dünya dövlətləri nüvə silahını yaymamaq haqqında 25 illiyə bağlanmış müqaviləni müddətsiz uzatmaq barəsində razılığa gəlmişlər.

Dekabr – Bosniyada sülhü tə'min etmək üçün Deyton sazişi imzalanmışdır.



1996-cı il

11 aprel – Afrikanın 43 dövləti bu qitənin nüvə silahından azad zona e'lan edilməsi haqqında saziş imzalamışdır.



Avqust – Xasavyurdda Rusiya ilə Çeçenistan arasında hərbi əməliyyatların dayandırılması haqqında müqavilə bağlanmışdır.



Sentyabr – Taliban qüvvələri Kabili tutub Əfqanıstanda öz dövlətlərini yaratmışlar.



2-3 dekabr - Lissabonda ATƏT-in üzvü olan dövlətlərin zirvə toplantısı keçirilmişdir.





1997-ci il

15 may - Avropada adi silahlar haqqında cinah sazişi təsdiq edilmişdir.



May – İranda dünyəvi xətt tərəfdarı Məhəmməd Hatəmi prezident seçilmişdir.



1 iyun – Honkonqda Böyük Britaniyanın müstəmləkə idarəçiliyi başa çatmış, şəhər Çinə birləşdirilmişdir.



İyun – Denver sammitində «böyük yeddiliyin» liderləri Rusiyanı bu birliyə qəbul etmişlər.



1998-ci il

Mart – Serbiya Kosovo albanlarına qarşı irimiqyaslı hərbi əməliyyatlara başlamışdır.



Aprel – İndoneziyada xalq kütlələrinin təzyiqi ilə general Suxarto prezidentlikdən istefa vermişdir.



May – Hindistan və Pakistan nüvə silahı sınaqları keçirmişlər.



May – Vaşinqtonda İsraillə Fələstin muxtariyyəti arasında «Sülh əvəzinə torpaq» prinsipi üzrə razılaşma imzalanmışdır.



İyul – Avropa Birliyinin vahid bankı yaradılmışdır.



1999-cu il

Yanvar – Avropa Birliyinin ümumi valyutası «avro» dövriyyəyə buraxılmışdır.



Fevral – Kürd terrorçu təşkilatı - PKK-nın başçısı Abdulla Öcalan həbs edilib Türkiyəyə gətirilmişdir.



12 mart – Çexiya, Polşa və Macarıstan NATO-ya qəbul edilmişlər.



24 mart – NATO Serbiyanın Kosovo albanlarına divan tutmasının qarşısını almaq üçün hərbi əməliyyatlara başlamışdır.



18 noyabr – Azərbaycan neftinin Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan, Gürcüstan və Türkiyə Respublikaları arasında saziş imzalanmışdır.



Noyabr – İstanbulda ATƏT-in zirvə toplantısı keçirilmiş, Avropa təhlükəsizliyi xartiyası qəbul edilmişdir.



2000-ci il

26 mart – V.V.Putin Rusiya Federasiyasının prezidenti seçilmişdir.



Aprel – Bakıda türkdilli dövlətlərin VI zirvə toplantısı keçirilmişdir.



Sentyabr – Sidneydə XXVII olimpiya oyunları keçirilmişdir.



Oktyabr – Yuqoslaviyada seçkilərdə demokratik qüvvələrin nümayəndəsi V.Koştunitsa qələbə çalmış və Miloşoviç rejiminə son qoyulmuşdur.



Noyabr-dekabr – C.Buş (kiçik) ABŞ-ın 43-cü prezidenti seçilmişdir.



2001-ci il

11 sentyabr – ABŞ-ın Nyu-York və Vaşinqton şəhərləri ən böyük terrorçu basqınlarına məruz qalmışlar.



7 oktyabr – ABŞ və müttəfiqləri beynəlxalq terrorizmə və Əfqanıstanda taliban rejiminə qarşı "Sonsuz azadlıq” əməliyyatına başlamışlar.



2002-ci il

mart-aprel – İsrail Fələstinə qarşı irimiqyaslı hərbi əməliyyatlara başlamışdır.



23-24 aprel – Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabadda ilk Zirvə görüşü olmuşdur.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 1 noyabr 2011 18:33
    ne qesengdir.

  2. 21 noyabr 2013 16:25
    dogurdan mene de marqli idi
    bele meulumata gore tesekuler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.