Qusçular hərəkatı

Çexiya. Qusçular hərəkatı[/b]

 

ÇexiyaMüqəddəsRomaimperiyasınıntərkibində. XIV[/i]əsrinortalarında Çexiya kralı I Karl (1346-1378) Mü­qəddəs Roma  imperatoru seçildi. Çexiya onun zamanında imperiyanın tərkibində qüdrətli dövlətə çevrildi. I Karl imperator olduğu müddətdə Çexiya öz təsərrüfat yüksəlişi  dövrünü keçirirdi. Çoxlu torpaq sahələri əkilir, bol məhsul götürülürdü. Dağlardan qalay və dəmir çıxarılması artırılmışdı. O zaman Avropada gümüşdən pul kəsildiyində görə Çexiyada gümüş çıxarılması da sürətlənmişdi. Ölkə gümüş çıxarılmasına görə Avropada birinci yerə çıxmışdı. Mahud toxunması, şüşə qablar istehsalı Çexiyada yayılmış sənət sahələrindən idi. Çexiya karvan yollarının qovşağında yerləşirdi. Ona görə də Praqada ildə iki dəfə yarmarka keçirilirdi. Bu yarmarkalara Almaniya, Polşa İtaliyadan tacirlər gəlirdi. Praqa şəhəri I Karlın zamanında Müqəddəs Roma imperiyasının paytaxtı oldu. Şəhərdə böyük tkinti işləri aparılırdı. I Karl tərəfindən məşhur Karl körpüsü salınmışdı. Müqəddəs Vita kilsəsinin əsası qoyulmuşdu. (bu kilsə 600 ilə titkilib başa çatdırılmışdır) Paraqa Avropanın ən gözəl şəhərlərindən biri hesab olunurdu. Praqa universiteti  də bu zaman açılmışdı.

           

Qusçular hərəkatı

 

 

Çexiyadakatolikzülmüvəalmanağalığı. YanQus. Çexiyada ən böyük torpaq sahibi katolik kilsəsi idi. Ölkədə becərilən  məhsuldar torpaqların üçdə biri katolik  kilsəsinin əlində idi. Kilsə xalqdan topladığı sərvətin çox hissəsini Roma papasına göndərirdi. Xalqın vəziyyəti pisləşdikcə, kilsəyə qarşı narazılq artırdı. Katolik kilsəsindən təkcə yoxsullar, feodallar və cəngavərlər  narazı idilər. Varlı şəhrlilər, şəhər yoxsulları, kəndlilər və kilsəyə vergi vermək istəmirdilər. Çexiyanın sərvətini  alman feodalları da soyub talaayırdılar. Almanlar Çexiyada  ticarəti və dövəlt vəzifələrini öz əllərinə keçirmişdilər. Onlar yerli əhalini  sıxışdırırdılar. Cəngavərlərin vəziyyəti daha ağır idi, Alman feodalları onların torpaqlarını əllərindən almışdılar. Onlar da xaricə getməyə, yaxud quldurluq etməyə məcbur olurdular. Almanlar kilsədə, bazarlarda, şəhər idarəçiliyində, hətta Praqa universitetində də ağalıq edirdilər.

            XVəsrinəvvəllərində Praqa universtietinin professoru Yan Qus şəhərdəki kilsələrdən birinin qarşısında çıxış edərək, kilsəni və ruhaniləri kəskin tənqid etdi. Qus həm də katolik kilsəsisnin ixtiyarında olan torpaqların onun əlindən alınmasını, ruhanilərin var-dövlətlərindən əl çəkmələrini, kilsəinin Roma papasına deyil, çex kralına tabe olmasını tələb edirdi. O, çex xalqını Roma papasına və almanlara qarşı mübarizəyə çağırırdı. Yan Qus feodalizm əleyhinə çıxmırdı. Yan Qusu Almaniyanın Konstansa şəhərində keçirilən kilsə məclisinə çağırdılar. İmperator Yan Qusa toxunulmazlıq  fərmanı verməklə təhlüukəsizliyini təmin edəcəyini bildirsə də, vəində əməl etmədi. mühakimə etdilər. Qusdan tələb etdilər ki, öz ideyalarından əl çəksin. O, öz ideyalarından əl çəkməkdənsə ölümü üstün tutdu.

            Yan Qusu 1415-ciiliyulun 6-da tonqalda yanlırdılar. Onun edamı xalqın qəzəbini daha da alovlandırdı. Yan Qusun ardıcılları özlərini qusçular adlandırdılar.

           

Qusçular hərəkatı

 

 

Qusçumüharibələri. 1419-cuildə Praqada şəhər yoxsullarıının üsyanı başlandı.  Onlar şəhərin idarçəliyini ələ keçirdilər. Almanları  şəhərlərdən, ruhaniləri klisə və monastırlardan qovdular. Xalq hərəkatından istifadə edən panlar və cəngavərlər kilsə, monastr və alman feodallarının torpaqlarını əllərinə keçirdilər. Üsyançılarnı toplşadığı yer Tabor dağı idi. Onlar burada şəhər saldılar və özlərini taborçular adlandırdılar. Taborçuların əsas qüvvəsini kəndilər, xırda sənətkarlar, bəzi yoxsullaşmış cəngavərlər şəhər yoxsulları təşkil edirdilər. Onların əsas məqsədi feodal mükəlləfiyyələri və vergilərini ləğv etmək, feodalların torpaqlarını ələ keirmək idi. Taborçsular həm də yadelli işğalçılara və katoik kilsəsinin zülmünə qarşı mübarizə aparırdılar.

            Qusçuların digər qrupunu mötədillər təşkil edirdilər. Varlı ustalar, tacirləriri feodallar bu qrupa daxil idilər. Mötədillər taborçular kimi qətiyyətli deyildilər. Onlar ancaq yadelli işğalına son qoymağa, katolik kilsəsinin qüdrətini sarsıtmağa çalışırdılar. Roma papası qusçulara qaşı səlib yürüşü elan etdi. Çexiyaya göndəriləcək orduya Almaniya imperatoru başçılıq edirdi. Səlibçilər Praqa üzərinə 5 dəfə yürüş təşkil etsələr də, hər dəfə məğlub oldular. Taborçular ilk dəfə olaraq səhra toplarından böyük məharətlə istifadə etməyə başladılar. Atlı cəngavər qoşunlarını qabağını saxlamaq üçün taborçular dərhal kəndli arabalarını bir-birinə bağlayıb istehkam düzəldirdilər.

            Xalq qoşununa görkəmli sərkərdə Yan Jijka başçılıq edirdi. O, döyüşlərin birində yaralanaraq, gözlərini itirdiyi üçün düşmənləri onu «müdhiş kor» adlandırırdılar. Taborçuların üsyanı genişlənirdi. Bu üsyan həm də fe­odal qaydalarına qarşı çevrildiyinə görə mötədilləri  narahat edirdi. Mötədillər üsyanın gedişi dövründə öz istə­diklərinə nail olaraq kilsə və monastır torpaqlarını ələ keçirmişdilər. Çex tacirləri ticarəti öz əllərinə almışdılar. Şəhər varlıları şəhər idarəçiliyindən almanları qovmuşdular. Səlib yürüşlərində uduzan papa və imperator xalqın azadlıq mübarizəsini çexlərin öz əli ilə boğmağı qərara aldı. Çex feodal və cəngavərlərinə vəd etdilər ki,  üsyan yatı­rı­larsa, onların tutduqları torpaqlara toxunmayacaqlar. Panlar və cəngavərlər taborçular üzərinə yürüş etdilər. 1434-ildə [i]Lipani döyüşündə taborçular yaxşı silahlanmış  mötədillərin hücumunun qarşısını ala bilmədilər, məğ­lub oldular.

           

Qusçular hərəkatı

 

 

Taborçuların mübarizəsi kəndli müharibəsi idi. Fransa və İngiltərədəki kəndli üsyanlarından  daha yaxşı təşkil olunmuş, bütün ölkəni bürümüş və daha uzun sürmüşdü. Qusçumüharibələrinin[b]nəticələri: katolik kilsəsinə güclü zərbə vurdu; yadellilər Çexiyadan qovuldular, onların zorakılığı sarsıldı; çex dili alman dilini sıxışdırdı, müəssisələrdə çex dilində danışır, məhkəmələr bu dildə aparılırdı; Qusçu ideyaları digər Avropa xalqlarının da katolik kilsəsinə  və feodallara qarşı mübarizəsinin yüksəlməsinə kömək etdi.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 iyun 2012 14:41
    Salam muellim. Saytnza daxil olduqda her defe yeni-yeni tarixi melumatlara rast gelirem. Bu da sizin daima calishdiqinizdan xeber verir. Tarixi melumatlari daha genish shekilde sayta verirsiniz. Bu da bizi qane edir. Bu ishde size uqurlar arzulayiriq.

  2. 4 iyun 2012 15:25
    teshekkur edirem teki Sizlerden cox olsun Esas odur ki sayt yashayir !

  3. 4 iyun 2012 19:59
    salam. teshekkur ki maraqli dersler yerleshdirirsiz menim en cox shekiller xoshuma geldi

  4. 2 noyabr 2012 16:04
    Salam.teshekkur cox maraqliydi

  5. 15 dekabr 2012 15:08
    hamisini yadimiza saliriq tesekkur taix.infoya laughing

  6. 4 yanvar 2013 15:09
    SALAM.YADIMDAN CIXMIWDI GORDUYUNUZ IWLER GORE TWK

  7. 5 fevral 2013 15:08
    heqiqeten sagolun bele melumatlara ehtiyacimiz olur

  8. 10 iyul 2013 17:13
    bu ilki qəbula düşsə zor olar.........HAMLET müəllimə təşəkkür edirəm.....dəyərli məlumatlari bizimlə paylaşdiği üçün

    Hormetli Elcin  Quscular herəkatı qəbul proqramından çıxarılıb

  9. 2 noyabr 2013 14:56
    hm maraqlidir

  10. 5 noyabr 2013 19:54
    marali melumatlardi.sen katarina menim sinif yoldasim olmaginabaxmayacam.menim daha cox serh yaza bilimersen

  11. 15 noyabr 2013 15:12
    neyi maraqldir

  12. 15 noyabr 2013 19:16
    butun qizlar katarina,yesilsu76.men eyni sekillerid.deyesen dakora rose

    Dakoa rose hayraniiyiq love love love
    he xeber maraqliydu

  13. 21 fevral 2014 14:34
    Xebere gore cox sagolun

  14. 2 mart 2014 14:30
    cox saqolun...

  15. 2 mart 2014 17:46
    quwcular herekati cixarilib qebul imtahanninnan..

    --------------------

  16. 22 sentyabr 2015 13:03
    saolun
    tsk edrm

  17. 27 dekabr 2015 10:16
    Melumata gore tsk

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.