Xürrəmilər hərəkatı


Xürrəmilər hərəkatı

Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri Xürrəmilər hərəkatıdır. Müəyyən fasilələrlə 60 ildən artıq davam edən bu hərəkat xalqımızın azadlıq mübarizəsi olub, ərəb əsariəinə və feodal zülmünə qarşı yönəlmişdi.

 

 

         Xürrəmilər cəmiyyətdəki bərabərsizliyin kökünü sosial və mülki bərabərsizlikdə görürdülər. Onların şüarı torpağı və istehsal vasitələrini  hakimi təbəqənin asılılığından xilas etməklə maddi nemətləri insanlar arasında bərabər bölüşürmək idi.

         Məzdəkilərdən fərqli  olaraq xürrəmilər milli əsarətə qarşı çıxaraq Azərbaycanın istiqlaliyyətini bərpa etmək istəyirdilər. Bu hərəkatın nümayəndələri tarixdə ilk dəfə azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmış və qırmızı paltar geymişlər.

Xürrəmilər hərəkatını şərti olaraq üç  mərhələyə ayırmaq olar: birinci mərhələ xürrəmilərəqədərki dövrü, ikinci mərhələ isə  Babəkəqədərki dövrü əhatə edir. İkinci mərhələ isə Babəkin xürrəmilər hərəkatına başçılıq etdiyi dövrdür. Birinci mərhələdə  Azərbaycanın bir sıra bölgələrində Xilafətə qarşı üsyanlar geniş vüsət alır. 748-752-ci illərdə Beyləqan, Bərdə və ərdəbildə baş verən üsyanlar  daha irimiqyaslı olur. Xalq hərəkatı bütün Azərbaycanı bürüyür. Müsafirin başçılıq etdiyi bu üsyanı ərəblər çox çətinliklə yatıra bilirlər.  VIII əsrin ikinci yarısında Beyləqan, Bərdə, Şirvan və Dərbənddə  başlanan üsyanlar Xilafətə güclü zərbə endirdi. Üsyanlar məğlub olsa da, nəticəsiz qalmır və xürrəmilr hərəkatını yetişdirir.

İkinci mərhələdə də xürrəmilərin Xilafətə qarşı bir sıra üsyanları baş verir. Onlardan ikisi daha təhlükəli və geniş miqyaslı olmaqla Xilafətdə bir təşviş hissi yaradır. 778-ci ildə baş vermiş üsyan tezliklə yatırılır. 808-ci ildə iştirakçılarının sayı 100 minə çatmış ikinci bir üsyan olur. Xəlifənin göndərdiyi güclü qoşun bu üsyanı çox çətinliklə yatırmağa müvəffəq olur. Üsyan iştirakçılarına amansız divan tutulsa da, xürrəmilərin mübarizə əzmini qırmaq mümkün olmur. Hərəkatın bu dövründə xürrəmilərə başçılıq edən Cavidanla Əbu İmran arasındakı kəskin mübarizə, ümumi düşmənə qarşı yox, bir-birlərinə yönələn nifrət onun gücünü azaldır, ərəb ağalığına şərait yaradır. Xürrəmi rəhbərləri bir-biri ilə çəkişir, bu çəkişmələrin zərbəsi yenə də xalqa, onun azadlıq hərəkatına dəyir. Əbu İmranla Cavidan arasındakı ədavət düşmənçiliyə  çevirilir. Döyüşlərin birində Əbu İmranı öldürən Cavidanın özü də aldığı yaralardan vəfat edir. Xürrəmilər isə başsız qalmır. Tarix bu dövr üçün öz qəhrəmanını yetişdirir.  Hərəkata rəhbərlik sərkərdəlik məharəti, dəyanəti və cəsurluğu ilə bütün Xilafəti lərzəyə salacaq Babəkə keçir. 

[b]Xürrəmilər hərəkatı

Babək Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir. Əsil adı Həsəndir. Ərdəbil yaxınlığındakı Bilalabad kəndində anadan olan Babək hələ uşaq ikən atası quldurlar tərəfindən  öldürülür. Anası onu çətinliklə  böyüdür. Yeniyetmə Babək ilk vaxtlar çobanlıq, sonra isə dəvə karvanında sarbanlıq edir. Ticarət karvanları ilə ölkəni başdan-başa gəzir. Hər yerdə  haqsızlıq və zülm görür. Həyatın bərkindən-boşundan  çıxır. milli və dini  zülm altında inləyən xalqın həyatı, ağrı-acısı Həsənin qəlbində dərin iz buraxır, onun dünyagörüşənə ciddi təsir edir.

 

          Bəzz qalasının sahibi Cavidan həm də  xürrəmi icmasının başçısı idi. İmkanı olduqca ölkəni gəzib xalqı istilaçılara qarşı mübarizəyə səsləyən, igid oğulları başına  toplayan Cavidan səfərlərinin birində Babəklə tanış olur. Söhbət zamanı bu gənc oğlanın qəlbindəki  mübarizə əzmini, yadellilərə olan nifrətini və azadlıq eşqini duyur. O, bu gəncin dərrakəliliyini, vətənpərvərliyini və mübarizə əzmini yüksək qiymətləndirir. Bu görüş Babəkin Bəzz qalaasına getməsi ilə nəticələnir. 

         Xürrəmilər hərəkatına rəhbərliyə keçən Babək 816-cı ildən 837-ci ilə qədər ərəb istilasına qarşı inadlı müqavimətin başında durur. Xalqın böyük əksəriyyətini azadlıq uğurnda mübarizəyə cəlb edən Babək xürrəmilər arasındakı  hərc-mərcliyə son qoyur, xürrəmi qoşunlarında ciddinizam-intizam yaradır.

Cavidanın ölümündən  sonra xəlifə bir qədər arxaynlaşır, xürrəmilərə qarşı ordu göndərmir. Babəkin nəyə qadir olduğunu bilməyən xəlifə xürrəmilərə qarşı Azərbaycandakı ərəb hərbi qüvvələrdən istifadə edir. Ancaq müharibənin geniş vüstə aldığını, Xilafət üçün Babəkin qorxulu qüvvəyə çevrildiyini görüb səhv etdiyini anlayır.

         819-cu ildə xürrəmilərə qarşı ilk nizami ordu göndərsə də üsyançılar bu ordunu darmadağın edir. Bununla da düz on il müddətində xürrəmilər Xilafəti bir neçə nizami ordusunu məğlubiyyətə uğradılar.

         Hərəkatdan, onun rəhbərliynin döyüş bacarıqlarından, sərkərdəlik məharətindən lərzəyə düşən Xilafət Babəkə qarşı həlledici savaşa başlayır. 829-cu ilin iyun ayında yaxşı silahlandırılmış ordu Həşdadsər dağında xürrəmilər üzərinə hücuma keçir. Ərəblər bu döyüşdə qələbə çalmağı, Babəkin iqamətgahının yerləşdiyi Bəzz qalasını ələ keçirməyi qarşılarına məqsəd qoyurlar. Lakin bu dəfə də niyyətləri baş tutmur.   Ərəb ordusu üç istiqamətdən xürrəmilərin üzərinə hücum edir. Taktiki hiylə işlədən xürrəmilər qəflətən sağ və sol cinahlardan ərəb ordusu üzərinə əks zərbə endirirlər.  Şiddətli döyüş ərəblərin əvvəlcə geri çəkilməsi, sonra isə qaçması ilə nəticələnir. Ərəbləri mühasirəyə alan xürrəmilər onların 30 min döyüşçüsünü məhv edirlər. Bu döyüşdə sərkərdə Məhəmməd əl-Tusi öldürülür.

         Xürrəmilərin uğurları getdikcə artır. Bir ərəb mənbəlrində deyilir: «Babəkin işi böyük vüsət aldı. Ərəblər ondan qorxmağa başladılar. Onunla vuruşurdular. Lakin qalib gələ bilmirdilər. Babək qoşunları dağıdır və sərkərdələri öldürürdü». 830-cu ildə  xürrəmilər ərəblərin daha bir ordusunu məğlub edərək Həmədan şəhərini tuturlar.  Bu müvəffəqiyyət onların ərəblərin nizami orduları üzərində sayca beşinci qələbəsi olur. Mühüm strateji əhəmiyyəti olan Həmədanın tutulması ərəblərin vəziyyətini  ağırlaşdırır. Müharibə İranın da bir sıra vilayətlərini bürüyür. Xəlifə Məmun ölərkən varisi Məmuna xürrəmilərə qarşı amansız olmağı vəsiyyət edir: «Xürrəmilərə qarşı müharibəyə qətiyyətli və rəhmsiz adam göndər. Ona vəsait, silah, atlı və piyada qoşun ver. Əgər xürrəmilərə qarşı mübarizə uzansa, onda onların üzərinə bütün dostlarınla və köməkçilərinlə özün get».

         833-cü ilin sonunda bütün qüvvələrini  cəmləşdirən ərəblər Həmədan şəhəri yaxınlığında xürrəmiləri ilk dəfə ağır məğlubiyyətə uğradırlar. Mənbələrin məlumatına görə bu məğlubiyyət nəticəsində xürrəmilər çoxlu itki verir, 60 mindən 100 min nəfərə qədər xürrəmi azadlıq  uğrunda həlak olur.

 Ərəb ordusuna sərkərdə təyin edilmiş türk mənşəli Afşin ilk  əvvəl döyüşlərə can atmır. Əks-kəşfiyyatı gücləndirməklə    xürrəmilərin gücünü, hərəkət istiqamətlərini dəqiqləşdirir. Xürrəmilər arasında çəkişmə salmaq, onların ən yaxşı sərkərdələrini aradan qaldırmaq işini on plana çəkir. Babəkin  silahdaşları arasında İsma əl-Kürdi, Adin, Abdulla, Rüstəm və Tarxan kimi cəsur, hərbi işi yaxşı bilən sərkərdələr var idi. Tarxan isə ərəblərin ən çox çəkindiyi, qorxduğu şəxslərdən idi. Afşin dəqiqləşdirir ki, Babəki məğlub etmək üçün ilk növbədə Tarxanı aradan götürmək, xürrəmi ordusunu rəhbərsiz qoymaq lazımdır. Adətən qış aylarını Həşdadsər dağı yaxınlığında öz kəndində keçirən Tarxan kiçik bir dəstə ilə öz mülkünə gedir. Afşinin göndərdiyi qatil gecə ikən onu öldürür. Tarxanın ölümü xürrəmilər üçün ağır zərbə olur. Bundan istifadə edən ərəblər daha da cəsarətlə hərəkət edir, ruhdan düşmüş xürrəmilər  isə dalbadal məğlubiyyətlərə  düçar olurlar.

Lakin yenilməz sərkərdəlik qabiliyyətinə malik olan Babək ruhdan düşmür, ağıllı, taktiki manevrlərlə düşməni çıxılmaz vəziyyətə salır. 836-cı ildə Həşdadsər dağı yaxınlığındakı döyüş yenidən xürrəmilərin qələbəsi ilə başa çatır. Ərəblərin xeyli canlı qüvvəsi məhv edilir.

         Xəlifənin Afşinin köməyinə göndərdiyi iki böyük ordu gəlib çatdıqdan sonra Afşin  837-ci ildə Bəzz qalasını mühasirəyə alır. Getdikcə uzanan və daralan mühasirə xürrəmilərin qüvvələrini tükəndirir. Babəkə xəyanət yolunu tutan bir sıra feodallar hərəkatdan uzaqlaşır.  Bu döyüş sonuncu  olur. İllərlə alınmaz olan, istilaçılara qarşı mübarizənin mərkəzi Bəzz qalası süqut edir. Bu zaman ərəblər Babəkin oğlunu əsir alırlar. Onu məcbur edirlər ki, atasına müharibəni dayandırmağı, bu halda xəlifənin onu,  bağışlayacağı barədə məktub yazsın. Oğlunun məktubunu oxuyan Babək ona belə bir cavab göndərir: «Əgər sən mənim oğlum olsaydın mənim kimi olardın, amma sən mənim oğlum deyilsən. Unutma ki, bir gün azad yaşamaq qırx il  miskin qul kimi yaşamaqdan yaxşıdır».

 Bəzz qalasını tərk etmək məcburiyyəti qarşısında qalan Babək keçmiş müttəfiqi, Şəki hakimi Səhl ibn Sumbat tərəfindən xəyanət yolu ilə Afşinə təhvil verilir və 838—ci il martın 14-də Samiriyyə şəhərində işgəncə ilə edam  edilir.

         Babək Azərbaycan xalqının azadlıq mübarizəsinin rəhbərləri arasında xüsusi yer tutan xalq qəhrəmanıdır.       Əsrlərdən bəri adı cəsurluq, qəhrəmanlıq rəmzinə çevrilən Babək mahir döyüşçü və sərkərdə olmaqla yanaşı, görkəmli siyasi xadim olmuşdur. Orta əsrlər dövrünün ərəb tarixçiləri Babəkə və onun hərəkatına böyük nifrət bəsləyirdilər. Lakin onlar bu hərəkatın vüsətini və əzəmətini göstərməklə yanaşı, onun rəhbərinin fövqəladə sərkərdəlik məharətinə və igidliyinə də xüsusi yer ayırırlar. Onlardan bəziləri hətta Babəki qədim dünyanın məşhur sərkərdəsi Hanniballa müqayisə edirlər. Müəlliflərdən biri qeyd edir ki, «Babək öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir igid idi».          Məğlubiyyətlə nəticələnsə də , xürrəmilər hərəkatı Xilafəti lərzəyə saldı, onu kökündən sarsıtdı. Bütün Yaxın və Orta Şərqdə ən böyük milli azadlıq hərəkatı olan xürrəmilik başqa xalqların da mübarizəsinə təkan verdi. IX əsrin 30-cu illərinin sonu-40-cı illərin əvvəllərində Azərbaycanda ərəb əsarətinə qarşı azadlıq hərəkatının yeni dalğası başlanır. Varsanda, Mərənddə, Bərdədə və Ktiç qalasında güclü çıxışlar olur. Bu üsyanlardan birinə Əbu Musa adlı igid bir şəxs başçılıq edir. Qarabağda, dağlar üzərində ucalan əzəmətli Ktiç qalasını özlərinə istehkam edən üsyançılar 200 minlik ərəb ordusunun  bir illik mühasirəsinə mətantəl sinə gərirlər. 28 dəfə hücum etmələrinə baxmayaraq ərəblər heç bir nəticə əldə edə bilmirlər. Sərkərdə Buğa hiyləyə əl atır. Üsyan başçılarına toxunul­mazlıq vəd edərək  danışıqlar aparmağa dəvət edir. Lakin vədini pozaraq onları girov götürür. Bundan sonra üsyanı çətinliklə yatırmaq mümkün olur.

Xürrəmilər hərəkatı

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 dekabr 2011 13:30
    babeki taniyiram bizim gonsumuzdu

  2. 27 avqust 2012 13:32
    uydaaaaa gozum kelleme cixdi what

  3. 1 sentyabr 2012 14:53
    fellow maraqliydi

  4. 4 sentyabr 2012 12:55
    yaxsi idi ama bunu da
    ERKEN
    ORTA
    YENI DOVR kimi yigsaydiniz lap yaxsi olardiii
    bully

  5. 26 oktyabr 2012 14:09
    esl milli qehraman

  6. 6 dekabr 2012 18:00
    yaxi yazilib hatlidir[

  7. 31 oktyabr 2013 11:06
    eladir cox sagolun winked

  8. 12 noyabr 2013 21:00
    Bunlari bilirdim ama bezileri lap maraqli geldi.tesekkurler)

  9. 18 noyabr 2013 20:19
    biyaqki,xeberi oxuyanda lap deli oldum.dunyada 6 milyona qeder azerbaycanli var.buradaki. xurremilerden dansirlar.yeqin evvel azerbatanlilarin ssayi  100 milyonu otub.dalasmaqdan sonra azalib

    lol lol lol lol love love tongue tongue recourse recourse recoursebildikde.yazdim

  10. 26 fevral 2014 18:41
    hamsi kitabdaki melumatlardi ve esas melumatlardii..
    xebere gore twk..  smile

    --------------------

  11. 7 iyul 2014 12:40
    cox maraqli idi.xebere gore twk.

    --------------------

  12. 3 oktyabr 2014 15:40
    vacib melumatlar idi teşekkürler

  13. 23 sentyabr 2015 17:43
    elllllllla wink

  14. 1 yanvar 2017 18:44
    qaqqa adimin babatdi sagolun

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.