Gəncə üsyanı

Gəncə üsyanı


Üsyançılarla əlaqəsi olan və bəzi silahdaşları ilə iyunin 9-da Tiflisə gəlmiş Azərbaycanın keçmiş baş naziri və xarici işlər naziri Fətəli xan Xoyski artıq üsyan yatırıldıqdan sonra üsyanı və onu yaradan səbəbləri çox qısa, lakin dəqiq təsvir etmişdir. Onun sözlərinə görə, bolşeviklər Azərbaycana girdikdən sonra 6 gün ərzində Bakıda vəziyyət sabit olaraq qalıdı. Vəziyyət yalnız Bakıya R K (b) P MK-nın Qafqaz bürosunun üzvü Q.Orcokinidze və işğalçı XI Ordunun komandanı M.Levandovski gəldikdən dərhal sonra dəyişdi. Bolşeviklər Azərbaycan ordusunun ləğv edilməsinə başladılar: ordu hissələri ya buraxılır, ya da XI Ordunun tərkibinə qatılırdı. Bu andan etibarən hakimiyyət ölkənin daxili həyatını acıqdan-açığa ruslaşdırmağa başladı. Türk dili bütün dövlət idarələrində istifadədən çıxarıldı və rus dili ilə əvəz edildi. Həmçinin azərbaycanlı məmurların əksəriyyəti ruslarla əvəz edildi. Mayın sonunadək Bakı təməlinədək qarət edildi. Bolşeviklər ölkəyə soxulana qədər Azərbaycan paytaxtında bol olan ərzaq və sənaye malları kütləvi sürətdə Mərkəzi Rusiyaya daşınaraq tədricən yox oldu. Nəticəsi isə bu oldu ki, mayın sonunda şəhərdə çörəyin davamlı olaraq çatışmazlığı hiss olumağa başladı. Əgər ölkənin işğalından əvvəl çörəyin bir funtu 16 rubl, 1 funt ət 30 rubl idisə, işğaldan sonra 400 qram çörəyin qiyməti 120-dən 200 rubla və ətin 1 funtu 120 rubla yüksəldi. Çörək olmadığı şəraitdə əhali düyü ilə qidalanmalı oldu.
Bütün bunlar cəmiyətdə, o cümlədən də bolşeviklərin Azərbaycana daxil olmasına yardım göstərən Hümmət və İttihad partiyalarının üzvləri arasında kütləvi narazılığa səbəb oldu. Bolşevik qəzetləri kütləvi surətdə güllələnən "əks-inqilabçılar"ın siyahılarını "müntəzəm olaraq" dərc edirdi. Gəncə üsyanını yaradan əsas səbəblər bunlar idi. Bakı sakinləri bolşeviklərin bəd əməllərinə dözsə də, kənd əhalisi etiraz etməyə başladı və bu, silahlı üsyana çevrildi.
Narazı olanlar Azərbaycanın ikinci böyük şəhərində, ənənəvi milli azadlıq mərkəzi olan Gəncədə toplaşdılar. Orada onlara bolşeviklərin tərksilah etməyə müvəffəq olmadığı Azərbaycan ordusunun bir hissəsi qoşuldu. Üsyanı yatırmaq məqsədilə bolşeviklər şəhər yaxınlığına çoxsaylı artilleriya çəkib gətirdilər ki, 6 gün ərzində onlardan şəhərə ən azı 8 min mərmi atıldı. Bunun nəticəsində dinc əhali arasında kütləvi tələfat baş verdi. Üsyançılar axıradək döyüşdülər və ağır hücümlar zamanı 2 minə yaxın qırmızı əsgəri əsir götürüb, düşmənin 1500-ə yaxın canlı güvvəsini məhv etdilər. Bu cür müqavimət bolşeviklərin təsvir edilə bilməyəcək intiqamına səbəb oldu. Onlar nəhayət şəhərə soxulduqdan sonra nəinki dinc əhaliniin evlərini dağıdır, həm də onların qarşısına çıxanların hamısını öldürürdülər. Şəhərin müsəlmanlar hissəsi tamamilə məhv edildi. 2-3 yaşlı uşaqlar öldürüldü; kütləvi zorakılıq və təhqirə məruz qalmış qadınlar arasında 8 yaşlı qızlar da var idi. Öldürülmüş müsəlmanların sayı 10 min nəfər təşkil edirdi. Bu hadisələrdən sonra şəhərdə faktiki olaraq müsəlman qalmadı. Xilas olmuş sakinlər dağlara qaçdı.
Gəncə üsyanı

Kazımbəyli Cahangir 1885-ci ildə Gəncədə doğulmuşdur. Çar ordusunun polkovniki, 1920-ci ildə Gəncə hərbi qarnizonundakı üsyanın başçısı, 1939-cu ildə Varşavanın müdafiəsində diviziya komandiri. Peterburq Hərbi Hava Akademiyasını bitirmişdir.
Kazımbəyli 1914-18-ci illər rus-alman müharibəsinin iştirakçısı olmuş, 1918-ci ilin əvvəlində Vətənə qayıtmışdır. Elə o ildə də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Gəncə hərbi qarnizonuna komandir təyin olunur.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti süqut etdikdə 1920-ci ilin aprelində ə kommunist rejiminə qarşı Gəncə qarnizonunu üsyana qaldırdı. 1920-ci il mayın 28-də Sovet Rusiyasının XI ordusu Gəncəyə hücum etdi. Qanlı döyüşlər getdi. Gəncə qarnizonu Kazımbəylinin komandanlığı altında bolşeviklərə layiqli cavab verdi.
Qüvvələr bərabər deyildi. Yeddi gün, yeddi gecə vuruşduqda sonra Gəncə qarnizonu təslim oldu. Kazımbəyli deyirdi: "Doğrudur, biz döyüşü uduzduq, yoldaşlarımızın çoxu qurban getdi. Vətən uğrunda can hayıf deyil, ancaq düşmən bunu unutmaz". Sovet ordusu bir neçə min döyüşçüsünü və zabitini itirdi. Onların cəsədlərini yığmağı çatdırmırdılar, çaqqallar yeyirdi.
Bu qanlı faciə haqqında kommunist rejimi 70 il susmağı məsləhət bildi
İnanırıq ki, tarixin bu səhifələri araşdırılacaq və bu hadisə Azərbaycan tarixində öz layiqli yerini tutacaqdır.
Gəncə üsyanı yatırıldıqdan sonra Cahangir Kazımbəyli Türkiyəyə, sonra Polşaya gedir. Burada o, Polşa ordusuna daxil olub diviziyaya komandirlik edir. 1939-cu ildə Varşavanın müdafiəsində iştirak edib, almanlara əsir düşür. Müharibədən sonra İtaliyaya köçür. Sonra İstanbula gəlir. 1954-cü ildə Almaniya Federativ Respublikasına gedir.
Burada azərbaycanlıların birliyini yaratmaq üçün onlar arasında təşkilati-siyasi söhbətlər aparır. Almaniyada Azərbaycan Mərkəzini yaradır. 1955-ci ilin yanvarında Mokvanı göndərdiyi aqent tərəfindən şəhid edilir.
Gəncə üsyanı

Qırmızı ordu Bakıya soxulduqdan bir ay dan az müddət sonra, 1920-ci il mayın 22-də Gəncədə keçmiş Azərbaycan ordusu generallarının rəhbərliyi altında yerli qarnizon qoşunlarının böyük üsyanı baş verdi. Üsyan edən əsgər və kəndlilər hücum edərək qərərgahı və Gəncədə yerləşdirilmiş sovet hissələri heyətindən 2 min nəfəri tərksilhah etməyə, Ağstafa ilə Bakı arasında dəmiryolu nəqliyyatını bir neçə gün dayandırmağa nail oldular. Üsyançılarla döyüşlərdə ağır itkilər verən bolşeviklər üsyanı yalnız mayın 31-də, ağır artilleriya tətbiq etdikdən sonra müvəffəq oldular.
Hələ üsyan başlamazdan əvvəl, mayın 16-da Gəncədə gizli şəkildə olan iki gürcü zabiti üsyançların fəaliyyətini bu zaman Qırmızı körpü-Sadaxlı ərazisində bolşeviklərə qarşı döyüşən gürcü ordusunun əməliyyatları ilə əlaqələndirmək idi.
Mövcud operativ vəziyyəti nəzərə alaraq, Gürcüstan Silahlı Qüvvələrinin Baş Komandanı general Giorgi Kvinitadze bolşevikləri bütün Zaqafqaziyadan qovmaq məqsədi ilə hücuma keçməyi planlaşdırırdı. Onda olan məlumatlara görə, Azərbaycandakı bolşevik qoşunlarının sayı(cəmi 3-4 diviziya) ölkəni əldə saxlamaq üçün kifayət etmirdi, Polşa cəbhəsində əlverişsiz inkişaf edən hadisələr, həmçinin Sovetlərin nəqliyyat əlaqələrinin zəifliyi qoşunların Rusiyadan Zaqafqaziyaya tez bir zamanda köçürülməsini istisna edirdi. Bununla yanaşı, Bakıya uğurlu hücum baş tutduğu təqdirdə, qonşu Dağıstanda dağlıların üsyanına bel bağlamaq olardı. Sonralar Kvinitadzenin xatırladığı kimi, bu məlumatları o həm gürcü kəşfiyyatı xətti, həm də "Azərbaycanın bolşeviklərdən qaçmış hökümət üzvlərindən alırdı. Həmin məlumat göstərirdi ki, Azərbacanda vəziyyət yaxşı deyildi, əhali arasında işğalçılara qarşı narazılıq artmaqdadır, Azərbaycan qoşunları passivdir və müəyyən hadisələri gözləyir, onların bəzi hissələri fəallıq göstərmişdir, beləliklə, həm əhali, həm nüfuzlu liderlər, həm də qoşunlar bizim tərəfdən azad olunmağı və gürcü qoşunlarının hücumlarını səbirsizliklə gözləyirlər ki, onlara qoşulsunlar".
Lakin bu planlar Gürcüstan hökümətinin qərarına görə gercəkləşmədi. Bolşeviklərlə kompromisə əsasən ölkənin müstəqilliyini qorumağa ümid edərək,
(Yön:1921-ci il Gürcüstan işğal olundu) Tiflisdə 7 may tarixli müqavilənin şərtlərini vicdanla yerinə yetirməyə üstünlük verdilər.
Bakı istiqamətində miqyaslı hücüm üçün hərbi əməliyyatları dayandırmaq və qoşunları ilkin mövqelərə çəkmək əmrini aldı. Kvinitadze Gürcüstan hökümətinin sədri N.Jordaniyanı bolşeviklərlə danışıqlara getməməyə inandırmaq üçün var güvvə ilə çalışsa da, Jordaniya hərbi əməliyyatları dayandırılmasına təkid etdi. Sonralar bu hadisələr barədə Kvinitadze yazırdı ki, həm gürcü ordusunun şəxsi heyəti, həm də sursat "bolşevikləri Zaqafqaziyadan qovmaq üçün kifayət idi; mən əmin idim ki, təkan gözləyən Azərbaycan əhalisi ayağa qalxacaq. Mənim bu fikrim daha sonra Gəncə üsyanı ilə sübut edildi."
General Kvinitadzenin vəziyyətə verdiyi qiymətin düzgünlüyünü hal-hazırda arxiv mənbələri təstiq edir. Belə ki, o zaman Azərbaycanda vəziyyətin bolşeviklər üçün nə qədər müşkül olduğu barədə XI Ordunun rəhbərliyinin 26 may 1920-ci il tarixdə, Gəncə üsyanının qızğın vaxtında yazdığı məxfi məktub da buna dəlalət edir. Üsyanın Azərbaycanın rayonlarında kütləvi xaraxter alacağı təqdirdə sənəd, Qırmızı Ordu əsgərlərinə, heç bir halda "tərk edilməyəcək Bakı tərəfə çəkilmək göstərişi verirdi. Oradan imkan təqdirdə bütün Azərbaycanı yenidən işğal etmək planlaşdırılırdı.
Bədbəxtlikdən üsyançılar Gürcüstanla bolşeviklər arasında barışığın imzalanması haqqında yalnız üsyan başlandıqdan sonra, mayın 28-dən 29-na keçən gecə bildilər....

Odlar Yurdu kitabından


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.