Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə: 4-cü dərs

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə: 4-cü dərs

 

Türkiyə XVII əsrin II yarısı- XVIII əsrdə 4-cü dərs: Rusiya Osmanlı dövləti ilə müharbələrdə məqsədi, 1735-1739-ci illər müharibəsi; 1768-1774-cü il və 1787-1791-ci illər müharibələri. Z.Əliyev
 

   Türkiyə XVII əsrin II yarısı- XVIII əsrdə: 4-cü dərs
    Rusiya- Osmanlı müharibələri
Rusiyanın Osmanlı dövləti ilə müharibələrdə məqsədi:
  
   Qara dəniz sahillərinə çıxış əldə etmək Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Digər tərəfdən, Rusiya belə hesab edirdi ki, Qara dənizə çıxmaqla Krım xanlığı və Türkiyə tərəfindən törədilə biləcək təhlükəni aradan qaldırmaq mümkün olacaqdır. Ukrayna və Belorusiya torpaqlarını yenidən Rusiyaya ilhaq edilməsinin davam etdirilməsi siyasəti və digər amillər Rusiya- Türkiyə münasibətlərini gərginləşdirmişdi. Türkiyəyə qarçı siyasətdə Rusiya xüsusilə təcavüzkarlıq məqsədləri güdürdü.
   Bir sıra Avropa dövlətləri , xüsusən Fransa, Rusiya – Türkiyə münasibətlərinin pisləşməsində və onların müharibəyə cəlb edilməsində maraqlı idilər. Məqsəd Rusiyanın diqqətini qərbdən cənuba yönəltmək , öz mövqelərini Balkanlarda və boğazlarda möhkəmlətmək idi.
   Krım türklərinin cənub sərhədlərində Rusiya üçün təhlükə törətdiyini və bunda Türkiyənin onlara kömək etdiyini bəhanə edərək, ruslar 1736-ci ildə Krıma soxuldular. Xanlığın paytaxtı Baxçasarayı ələ keçirsələr də, geri çəkilməli oldular. Həmin ilin yayında Rusiya Azova yiyələndi.
    1737-ci ilin yayında Rusiya Krımda xeyli uğurlar əldə etdi və Oçakov qalasını tutdu. Qala türklərin Qara dəniz sahillərində mühüm dayaq məntəqəsi və ticarət mərkəzi idi. Kinburn qalası da ələ keçirildi. Türkiyənin sülh danışıqları haqqındakı təşəbbüsləri nəticə vermədi və hərbi əməliyyatlar genişləndirildi. Müttəfiqi Avstriyanın dalbadal ağır məğlubiyyətə düçar olması və seperat sülh müqviləsi bağlaması , İsveçlə münasibətlərin pisləşməsi Rusiyanı sülh danışıqlarına başlamağa məcbur etdi. 1739-cu ildə Belqrad yaxınlığında Türkiyə ilə müqvilə bağlandı. Müqaviləyə görə , təkcə Azov qalası Rusiyada qaldı. Rusiyanın ticarət gəmiləri Azov dənizi, eləcə də Qara dınizdə üzə bilməzdi. Türkiyə ilə ticarət əlaqələri saxlamaq üçün Türkiyə gəmilərindən istifadə olunmalı idi . Həmçinin Rusiya İstanbulda səfirlik açmaq hüququ qazandı.
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə: 4-cü dərs

 


  Osmanlı dövlətinin Avropa ölkələrindən iqtisadi və siyasi asılılığı
     XVIII əsrin 30-40-cı illərində Türkiyənin iri Avropa dövlətlərindən, ilk növbədə İngiltərə və Fransadan  iqtisadi və siyasi asılılığı artmağa başlamışdı.Əvvəllər Türkiyə Avropaya mahud və ipək parçalar, dəri və ayaqqabı, saxsı qablar , bəzi silah növləri ixrac edir, Qərb və Şərq arasında tranzit ticarətdə aparıcı rol oynayırdı. Şərqə gedən yeni ticarət yolları açıldığına və Aralıq dənizinin bu sahədəki rolu zəiflədiyinə görə Osmanlı imperiyası tranzit ticarətində əldə etdiyi qazancın xeyli hissəsini itirmişdi. Bununla yanaşı ölkədən xammal ixracı və Avropa ölkələrindən sənaye məhsullarının idxalının rolu artmışdı.
       Avropa dövlətləri XVIII əsrdə kapitalist inkişaf yoluna qədəm qoyduğu bir vaxtda Osmanlı imperiyasında  feodal münasibətləri hökm sürürdü. Feodal geriliyi elə bir həddə gətirib çıxartmışdı ki, türklər hərbi məğlubiyyətə uğramağa başlamış, hərbi qənimət mənbələri tükənmiş və feodalların müharibələrə marağı heçə
enmişdi. Bütün bunların müqabilində onlar kəndlilərin istismarını artırırdılar.
   Şəhər sənətkarları və tacirlərin də vəziyyəti pisləşmişdi. Gücçatmaz vergilər qoyulması, qəlp pulların kəsilməsi, əhalinin aşağı təbəqələrinin əmlakının müsadirə edilməsi və s. ciddi narazılığa səbəb olur, bəzən üsyanlara gətirib çıxarırdı.Kəndlilərin, sənətkarların və tacirlərin var-yoxdan çıxması, kənd təsərrüfatı, sənaye və ticarətin inkişafı yolunda feodalizm quruluşunun yaratmış olduğu maneələrTürkiyənin Avropa ölkələrindən geridə qalmasının əsas səbəblərindən idi.
 
   1768-1774-cü illərdə hərbi əməliyyatlar. Kiçik Qaynarca sülhü.
  XVIII əsrin ikinci yarısında Avropa dövlətlərinin xarici siyasətində güclənən təcavüzkarlıq meylləri yeni hərbi münaqişələr olacağından xəbər verirdi.
   Rusiyanın Baltik dənizi ətrafında yeni torpaqları ələ keçirməsi, həmçinin Qara dəniz ətrafı əraziləri ələ keçirmək cəhdləri onun Türkiyə ilə toqquşmasına gətirib çıxardı.
      Avstriya və Fransanın təhriki ilə Türkiyə 1768-ci ildə Rusiyaya mühaibə elan etdi. Buna səbəb kimi 1)Krım xanlığına məxsus olan bir kənddə türk əhaliyə rus qoşunlarının divan  tutması,2) rusların Osmanlı imperiyasında yaşayan xristian əhali arasında osmanlılara qarşı təxribat işləri aparması və
3) türk təbəəliyi əleyhinə üsyan qaldırmaq cəhdləri göstərilirdi. Krım xanlığı da müharibəyə qoşulmuşdu. Hərbi əməliyyatlar 3 cəbhədə- Dunay, Krım və Cənubi Qafqazda aparılırdı. Türk qoşunları Rusiyanın içəriilərinə doğru hərəkət etsələr də,
1769-cu ildə onların bu cəhdi baş tutmadı. Krım xanın qoşunları Ukraynanın bəzi rayonlarında , çoxlu qənimət ələ keçirdikdən sonra geri çəkilməli oldu. Əsas hərbi əməliyyatlar 1770-1771-ci illərdə həyata keçirildi. Rus ordusunun başında
P.A. Rumyantsev dururdu. 1770-ci ilin yayında düşmənin top atəşləri türk süvarilərini geri çəkilməyə məcbur etdi. Larqa çayı gölü yaxınlığında və Kaqul gölü ətrafında türklər düşmən orduları ilə inadlı döyüşlər aparsalar da məğlub oldular. Rus ordusu Bessarabiya, Moldaviya və Valaxiyanı ələ keçirib Dunay çayına çatdı. Rus qoşunları Qafqazda da müvəffəqiyyət qazanırdılar. 1770-ci ildə admiral rus donanması Q.A.Spiridovun komandanlığı altında Aralıq dənizinə daxil oldu. 1770-ci il  iyunun 26-da Xios yaxınlığındakı Çeşmə buxtasında rus donanması türk donanmsını ağır məğlubiyyətə uğratdı. Nəticədə bu,quruda rus qoşunlarının əməliyyatlarını asanlaşdırdı.
      1771-ci ildə rus qoşunları Baxçasarayı ələ keçirdilər. Az sonra bütün Krım işğal olundu. 1774-cü ildə rusların A.V.Suvorovun komandan olduğu yeni qoşun hissələri Turtukay və Qozluca yaxınlığında qələbə qazandılar. Larqa, Kaqul və Çeşmə qələbələri Avstriyada təşvişə səbəb oldu.Çünki Avstriya Balkanlarda Rusiyanın güclənməsinin qəti əleyhdarı idi. Avropa dövlətlərinin hədə-qorxusu Rusiyanın sülh danışıqlarına başlamağa məcbur etdi. 1774-cü il iyulun 10-da görə, Buq və Dnepr çayları arasındakı ərazilər, Krımdakı Kerç və yeniqala qalaları,
Kubanaqədərki torpaqlar Rusiyaya keçdi.Rusiya Azov qalasını möhkəmlətmək imkanı əldə etdi.Kiçik Qaynarca sülh müqaviləsi Türkiyə və Qara dənizi ətrafı türk xalqları üçün faciəvi oldu. Rusiya Qara dənizi dövlətinə çevrildiyindən
Krım xanlığının taleyi ciddi təhlükə altına düşdü.
 

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə: 4-cü dərs

 


  1787-1791-ci illər Rusiya-Türkiyə  müharibəsi. Yassi çülhü.
   Krımın  Rusiyaya qatılması(1783) Türkiyə ilə müharibəyə səbəb oldu. Avstriya Rusiyanın Reç Pospolitanın birinci dəfə bölüşdürülməsinə xeyir-dua verməsi müqabilində onun müttəfiqinə çevrildi.Türkiyə Prussiya və Hollandiya, həmçinin İngiltərə tərəfindən müdafiə olunacağına , İsveç və Polşanın Rusiyaya qarşı müharibəyə qoşulacağına inanırdı.Lakin bu inam özünü doğrultmadı. 1787-ci ilin iyulunda Türkiyə Rusiyaya 7 tələbdən ibarət ultimatum göndərdi.Ultimatuma Türkiyənin səlahiyyətli nümayəndələrinin Krıma gəlib boğazlardan keçəcək ticarət gəmilərini yoxlaması, rus qoşunlarının Tiflisdən çıxarılması və s. məsələlər daxil edilmişdi. Cavab almayan Türkiyə höküməti 1787-ci ilin avqustunda Rusiyaya müharibə elan etdi. Hərbi əməliyyatlar türklərin 1787-ci ilin sentyabrında Kinburna desant çıxartması ilə başladı. Lakin qaladakı güclü rus qarnizonu bu qüvvələri geri oturtdu.
     1788-ci ilin fevralında Avstriya Türkiyəyə qarşı müharibəyə qoşuldu. Lakin hərbi əməliyyatlar ona müvəffəqiyyət gətirmədi. Sentyabrda imperator II İosifin komandanlığı altında 40 min nəfərlik Avstriya qoşunu Banat vuruşmasında darmadağın edildi. İmperator çətinliklə canını qurtardı. Lakin rus cəbhəsində müvəffəqiyyət qazana bilmədilər. A.V.Suvorovun Moldaviyada əldə etdiyi bir sıra qələbələr, Rotyomkinin Akkerman və Bender qalalarını ələ keçirməsi vəziyyəti rusların xeyrinə dəyişdirdi.
   Avstriya ordusunun hücumu nəticəsində Belqrad ələ keçirildi.
   Dunay sahilindəki alınmaz türk qalası İsmayıl (İzmail)  1790-cı il  A.Suvorovun başçılığı ilə rus qoşunları mühasirəyə aldılar, lakin bir neçə ay ərzində qalanı ələ keçirmək mümkün olmadı.1790-çı il il dekabrın 11-də rus qoşunları qəti hücuma keçdilər. Türk əsgərləri rəşadətlə döyüşürdülər. Onlar əsir düşmürdülər. Rusların 600 topdan açdıqları aramsız atəşlər qala divarlarını yerlə yeksən etmişdi. Döyüşün 10 saatadək davam etdirilməsinə baxmayaraq , axşama yaxın düşmən qoşunları ələ ala bildilər. Rus sərkərdəsi M.İ. Kutuzov bu döyüşdə ağır yaralandı və gözünün birini itirdi.
    Admiral F.Uşakovun komandanlığı altında rus donanması Kerç boğazında, sonra isə Tendr və  Kaliakriya adaları yaxınlığında türk donanmasına xeyli ziyan vurdu.
   Avropada baş verən siyasi hadisələr müharibənin gedişinə müəyyən təsir göstərdi. Bununla əlaqədaar olaraq Avstriya tezliklə müharibədən çıxdı. Müttəfiqini itirən Rusiya da tələsik müharibə apardığı sülh bağlamağa məcbur oldu.
   Qərb diplomatiyası Rusiyanın daha böyük iddialarla çıxış etməsinin qarşısını almaq və onu inqilabi Fransaya qarşı koalisiya cəlb etmək üçün öz səylərini artırmışdı. Çar höküməti də Osmanlı dövləti ilə sülh bağlamağa məcbur oldu. Rusiya ilə Türkiyə arasında sülh danışıqları başlandı və 1791-ci il yanvarın 9-da
Yassıda sülh müqaviləsi imzalandı. Müqaviləyə görə, Cənubi Buq ilə Dnestr arasındakı torpaqlar , Oçakov daxil olmaqla,Rusiyanın əlinə keçdi. Dnestr Rusiya ilə Türkiyə arasında sərhəd oldu. Dnestrin mənsəbindən tutmuş Krımadək bütün
Qara dəniz sahilləri Rusiyanın tərkibinə qatıldı. Türkiyə Krıma iddialarından əl çəkdi və onun Rusiya imperiyasına mənsub olmasını təsdiq etdi. Rusiya Qara dənizdə qəti olaraq möhkəmləndi.
     XVIII əsrin son rübündə Rusiya ilə Türkiyə arasında baş verən müharibələr Türkiyə üçün ağır nəticələrlə qurtardı. Türkiyənin həm Balkanlarda , həm də Qara dəniz və Qafqazda nüfuzu aşağı düşdü. Qələbədən ruhlanan Rusiya isə yeni işğallara hazırlaşmaqda idi.
 
   Hacıqabul r-nu, UDULU kənd tam orta məktəbi, müəllim Z.Əliyev
 
 

 

Yükləmək ücün qeydiyyatdan keçin!

 

 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 10 aprel 2015 09:13
    Məqalə müəllifinə təşəkkürlər.... çox göZəl işlənib !

    --------------------

  2. 11 aprel 2015 12:04
    Zakir müəllim sizə nə qədər təşəkkür etsəm az çox-çox gözəl məqalədir. lol

    --------------------

  3. 12 aprel 2015 18:31
    Tarixi xatırlatdığınız üçün təşəkkürlər....

    --------------------

  4. 13 aprel 2015 21:15
    Təşəkkür edirik..... Həqiqətən də bütün fəaliyyətini şagirdlərə həsr edən müəllimlər unudulmazdir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.