Fransa burjua inqilabı (2-ci dərs)

Fransa burjua inqilabı (2-ci dərs)

 

Fransa burjua inqilabı-2-ci dərs:İnqilabın başlanması,1879-cu il 14 iyul xalq üsyanı.inqilabın qələbəsi. Müəllim Zakir Əliyev
 
 

Fransa burjua inqilabı (2-ci dərs)

 

FRANSA  BURJUA İNQİLABI-(2-ci dərs )
 
 Fransa burjua inqilabının başlanması.
Monarxiyanın devrilməsi.

 Burjua inqilabı ərəfəsində Fransada:
  1.Feodal-mütləqiyyət quruluşu dərin böhran içərisində idi;
  2.Ölkənin təsərrüfat vəziyyəti pisləşmişdi;
  3.1787-1789-cu illərdə ticarət-sənaye böhranı genişlənmişdi;
  4.İşsizlik getdikcə artırdı;
  5.Kütləvi yoxsulluq şəhər və kəndləri bürümüşdü;
  6.Ölkənin maliyyə vəziyyəti ağırlaşmışdı;
  7.Kral xəzinəsi boşalmışdı.
   Vəziyyətin ağırlığını görən kral 1614-cü ildən bəri çağırılmayan Baş Ştatları çağırmağı qərara aldı. XVI Lüdovik Baş Ştatlardan yeni borclar və vergilər üçün razılıq almaq ümidində idi.  İmtiyazlı silklər Baş Ştatlarda hakim mövqe tutmaq və kral hakimiyyətini öz xeyirlərinə məhdudlaşdırmaq niyyətində idilər. Lakin bu ümidlər boşa çıxdı.Çünki burjuaziya başda olmaqla üçüncü silk Baş Ştatların çağırılması xəbərindən istifadə edərək öz siyasi proqramları ilə çıxış etməyə başladı.Baş Ştatlara seçkilər xalq kütlələrini daha da fəallaşdırdı.1789-cu ililn yazında  xalq kütlələri vergi verməkdən imtina edir, vergi kontorlarını dağıdırdılar. Üsyan dalğası ölkəni bürümüşdü.                                                            

Fransa burjua inqilabı (2-ci dərs)

 

        
     Baş Ştatlara seçkilər zamanı burjuaziya ,kəndlilər və sənətkarlar feodal qaydalarına qarşı öz etirazlarını yazılı şəkildə bildirmək imkanı əldə etmişdilər. Göründüyü kimi, artıq  inqilabın başlanması üçüçn əlverişli şərait yaranmışdı. Kral XVI Lüdovik Paris əhalisindən qorxduğuna görə Baş Ştatları Versalda çağırmağa razı oldu.1789-cu il mayın 5-də Versalda Baş Ştatların təntənəli açılışı oldu.Kral taxta əyləşib .adəti üzrə şlyapasını başına qoyduqda , zadəganlar və ruhanilər də yerlərində əyləşib şlyapalarını geydilər.Üçüncü silkin deputatları əvvəllər olduğu kimi başıaçıq diz çökmədilər, ayaq üstə dayanıb , qara şlyapalarını da başlarına qoydular.Bu isə krala etiraz demək idi. Buna görə də əyanlar heyrətləndilər və hiddətləndilər. Kralın çıxışı üçüncü silkin deputatlarını bərk hiddətləndirdi. Kral "yeniliklərəhəddindən artıq yeniliklərə meyl göstərilməsini” pislədi.Lakin kral islahatlar haq-oında heç nə demədi. Kral , zadəganlar və rühanilər silki səsvermə qaydasının tərəfdarı idilər və bu qayda ilə Baş Ştatların fəaliyyətini özlərinə tabe etmək istəyirdilər.Lakin üçüncü silkin nümayəndələri silklər üzrə deyil, adbaad səsvermə qaydasını irəli sürdülər.Üçüncü silkin nümayəndələri iyunun 17-də özlərini Milli Məclis elan etdilər.İyunun 20-də kral iclasa mane olmaq üçün iclas keçiriləcək binanın qapılarını bağlatdırdı. Lakin üçüncü silkin deputatları top oynanılan zala toplaşaraq , konstitusiya hazılamayınca dağılışmayacaqlarına təntənəli surətdə and içdilər.                                                                    

Fransa burjua inqilabı (2-ci dərs)

 

                                                                  
    Kral XVI Lüdovik silahdan istifadə etməkdən qorxurdu, çünki Versal qarnizonunun bir hissəsi Milli Məclisin tərəfinə keçmişdi.Tezliklə zadəganların liberal hissəsi də üçüncü silkə qoşuldular.İyulun 9-da Milli Məclis özünü Müəssislər Məclisi elan etdi və özünün konstitutisya qəbul etmək hüquqnu bəyan etmiş oldu.   
           Kral və saray dairələri vəziyyətin belə şəkil almasından bərk qəzəbləndilər.Hökümət Müəssislər Məclisini qovmaq üçün ordu yığmağa başladı.Lakin  xalq kütlələri artıq mütləqiyyətə qarşı mübarizəyə qalxmışdılar.
1789-cu il 14 iyul xalq üsyanı:Fransa burjua inqilabı Parisdəki üsyanla başladı.Xalq natiqləri adamların toplaşdığı yerlərdə Müəssislər Məclisinin başı üzərində olan təhlükədən danışır və onları silahlandırmağa çağırırdılar.Burjua dairələri dövlətin müflis olması haqqında elan veriləcəyi barədə şayiələr yaymağa başladı.Bu isə hökümətin borclar üzrə öz üzərinə götürdüyü öhdəliyi ləğv etməsi demək idi. Birja,dükanlar və teatrlar bağlanmışdı.
   

Fransa burjua inqilabı (2-ci dərs)

 

   İyulun 13-də Parisdə xalq kütlələri ratuşada burjua milisini təşkil etmək üçün Daimi komitə yaratdılar.Sonra o , Milli qvardiya adını aldı.Bir çox yerlərdə  silahdükanları dağıdıldı.Silah anbarlarından 30 minə yaxın tüfəng və bir neçə top ələ keçirildi. Qrdunun bir hissəsi üsyançılar  tərəfinə keçdi. Səhərə yaxın bütün şəhər onların əlində idi.
     

Fransa burjua inqilabı (2-ci dərs)

 

Paytaxtda mütləqiyyətin dayağı Bastiliya qalası idi.Qala Parisin şərq tərəfində yerləşən qəsəbələrindən şəhərin mərkəzinə gələn xalq kütlələrinin yolunu kəsirdi.Bastiliya səkkiz qülləli qaranlıq qala idi.Çox hündür divarlarla və dərin xəndəklə əhatə olunmuş qalın divarlardan hərbi mağzallar qəzəblə xalqa baxırdı.Üsyan günü Bastiliyanın topları paytaxtın sənətkar və fəhlə məhəllələrinə tuşlanmışdı.
      Əllərində müxtəlif silah tutmuş xalq kütlələri ,burjua milis dəstələri,üsyana qoşulmuş əsgər və zabit qrupları iyulun 14-də səhər qalanı mühasirəyə aldılar və Bastiliyanın təslim olunmasını tələb etdilər.Mühasirə başlandı. Üsyançılar qalanın qapısı ağzına iki top çəkib gətirdilər və asma körpünün zəncirlərini top mərmiləri Ilə vurub dağıtdılar.Qala komendantı öldürüldü.Bastiliya təslim oldu. Bu,Fransa Inqilabının başlanğıcı demək idi.Bu tarixi hadisə-14 iyul günü fransız xalqı tərəfindən milli bayram kimi qeyd olunur. Parisdə inqilabın qalib gəlməsi çox mühüm nəticələrə gətirib çıxartdı:
   1.Xalq üsyanı Müəssislər Məclisinin vəziyyətini daha da möhkəmləndirdi;
   2.Bastiliyanın ələ keçirilməsi mütləqiyyətin devrilməsinə və konstitusiyalı monarxiyanın təsbit olunmasına şərait yaratdı. 
  3.Fəhlələr,sənətkarlar,toxucular,xırda dükançılar iri burjuaziyaya hakimiyyəti ələ ələ almaq imkanı verən əsas qüvvə oldular.Onların nümayəndələri Paris bələdiyyəsinə rəhbərlik etməyə başladılar.İri burjuaziyaya liberal zadəganlar da qoşuldular.İnqilabın gedişində yaradılmış  Milli qvardiyanın rəisi  Markiz  Lafayet  oldu.O, Şimali Amerikada istiqlaliyyət müharibəsində iştirak etmişdi.
   

Fransa burjua inqilabı (2-ci dərs)

 

Parisdə inqilabın qələbəsi bütün ölkədə güclü inqilabi  yüksəliş üçün siqnal oldu. Bastiliyanın ələ alınmasından sonra bütün Fransanı "bələdiyyə inqilabları” dalğası bürüdü.Şəhərlərdə xalq keçmiş hakimiyyəti devirirdi.Onların yerində  yeni burjua bələdiyyələri yaradılırdı.Kəndlilər zadəgan qəsrlərinə hücum edir, vergi və mükəlləfiyyətlər yazzılmış sənədləri yahdırırdılar. Kəndli "jakeriyası” güclü inqilabi qüvvəyə çevrilmişdi.Mülk sahibləri tarixə "Böyük dəhşət” adı altında daxil olmuş dövrü yaşayırdılar.Onların çoxu şəhərlərə, yaxud xaricə qaçmış və ya öldürülmüşdülər.
     Kəndli üsyanlarından qorxan Müəssislər Məclisi avqustun 4-də feodal quruluşunun tamamilə ləğv olunduğunu elan etdi. Kəndlilərin şəxsi mükəlləfiyyətləri o cümlədən biyar pulsuz olaraq ləğv edildi.Lakin torpağın alınması və irsən keçməsi zamanı ağaya verilən birdəfəlik pul və kəndlilərin  mülkədarların xeyrinə verdikləri digər ağır ödəniçlərin pulla alınması qaydası qalmaqda idi.
   İnqilabın əsas məsələsi olan aqrar məsələ axıra qədər həll edilmədi. Ancaq kəndlilər bunu inqilabın gedişində başa düşməmişdilər və ona görə də  kəndlərdə başlamış çıxışlar müvəqqəti olaraq zəifləmişdi.
   Mütləqiyyətin devrilməsi , feodal vergi və mükəlləfiyyətlərinin bir hissəsinin ləğvi saray aristokratiyasında yeni qəzəbə səbəb olmuşdu.Kralın qardaşları və yuxarı  təbəqənin bir çox nümayəndələri tələsik xaricə qaçdılar  .
   

Fransa burjua inqilabı (2-ci dərs)

 

                                         Hacıqabul rayonu, UDULU kənd məktəbi,müəllim Zakir əliyev
 

Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 mart 2015 20:23
    Xəbərə söz ola bilməz ! Ancaq bu xəbərin şəkli hanı?

    --------------------

  2. 27 mart 2015 08:35
    Əziz və dəyərli Hamlet müəllim, bu vacib məqalənin gözəl və nəfis şəkildə Ana səhifədə dərc etdirmənizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Dünya tarixinin yeni dövrünün ən böyük və mühüm hadisəsi olan Böyük Fransa burjua inqilabı öz miqyasına, hərəkətverici qüvvələrinə, gedişinin mürəkkəbliyi və ziddiyətliliyi,çox mərhələli olması və bu mərhələlrin özünəməxsus xüsusiyyətləri,inqilabın nəticələri və əhəmiyyətinə görə digər burjua inqilablarının tarixinə nisbətən zəngindir, mürəkkəb və ziddiyyətlidir. Digər bir amil də var ki, nəinki şagirdlər və tələbələr . hətta müəllimlər də bu mövzunu sevə-sevə öyrənirlər. Bunları nəzərə alaraq bunu qeyd etmək vacibdir ki, bu inqilabın tarixinin "TARİX.İNFO"da işıqlandırılmasınım müstəsna əhəmiyyəti vardır. Bir daha SİZƏ və "TARİX.İNFO"ya öz təşəkkürümü bildirirək Sizə gənclərimizin tarixi bilik və bcarıqlarının daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində YENİ-YENİ UĞURLAR ARZU EDİRƏM!!! Hörmətlə Zakir müəllim.

    Dəyərli Melisa və Jalə xanımlar, bu materiala yüksək qiymət verdiyinizə görə Sizə təşəkkür edirəm və MƏNƏVİ ZƏNGİNLİK VƏ TARİX ELMİNİN ÖYRƏNİLMƏSİNDƏ BOL-BOL UĞUR SEVİNCLƏRİ arzu edirəm!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.