İngiltərə burjua inqilabı-3

İngiltərə burjua inqilabı-3

 

İngiltərə burjua inqilabı. 3-cü dərs; Uzunmüddətli parlament, islahatları,levellerlər. I Karlın edam edilməsi. müəllim Zakir Əliyev
 
 İngiltərə burjua inqilabı- 3-cü dərs
  3. Yeni zadəganlar və burjuaziya hakimiyyət başında
Uzunmüddətli parlamentin islahatları
 Ölkədə bütün siyasi hakimiyyət yeni zadəganların və burjuaziyanın əlinə keçmişdi. Parlament hələ vətəndaş müharibəsinin gedişində bir sıra islahatlar həyata keçirmişdi. Zadəgan-mülkədarlar və burjuaziyanın torpaqları onların tam mülkiyyəti elan olunmuşdu. Bu torpaqlardan istifadəyə görə onlar artıq krala vergi verməyə borclu deyildilər. Bunula da feodal münasibətlərinin əsaslarından biri olan "cəngavər mülk sahibliyi” ləğv edildi. Parlament kralın, onun tərəfdarlarının və keşişlərin torpaqlarını müsadirə edərək satışa qoydu. Kilsə parlamenə tabe edildi. Tacirlərdən alınan vergilərin miüdarı azaldıldı.
     

İngiltərə burjua inqilabı-3

 

Parlament kəndlilərin mülkədarlardan asılılığını ləğv etmədi. Kəndlilər feodal mülkiyyətlərini və onda bir vergini ödəməli idilər. Müsadirə edilən torpaqlar iri sahələr şəklində satıldığı üçün kəndlilərin onu almağa gücü çatmırdı.
      Yeni zadəganlar və burjuaziya üşün inqilab artıq 1646-cı ilin sonlarında başa çatmışdı. Parlamentdəki iri zadəganlar kralı devirmək istəmirdilər. Sadəcə olaraq onun hakimiyyətini məhdudlaşdırmaq yolu ilə ölkədə məhdud monarxiya yaradılmasına çalışırdılar. Bu məsələ ilə əlaqədar onların irəli sürdüyü bütün təkliflər kral tərəfindən inadkarlıqla rədd edilirdi.
      Xalq kütlələrinin əksər hissəsi parlament seçkilərində iştirak etmək  hüququ almamışdı. Buna görə də onlar inqilabı inkişaf etdirmək uğrunda mübarizəni davam etdirirdilər
     Levellerlər, "bərabərçilər”
     London sənətkarları və xüsusilə də yeni tipli ordunun əsgərləri arasında məşhur siyasi publisist Con Lilbernin ideyaları geniş yayılmışdı.Lilbernin tərəfdarlarını levellerlər adlandırırdılar. Con Lilbern çox da varlı olmayan zadəgan oğlu idi. Lrala və anqlikan kilsəsinə qarşı çıxdığına görə  1637-ci ildə kral məhkəməsi tərəfindən böyük məbləğdə cərimə edilərək rüsvayçiliq sütununa bağlanmışdı. Vətəndaş müharibəsi zamanı kapitan rütbəsində londonlu sənətkarlardan ibarət olan piyada polkunda döyüşmüşdü.
      Levellerlərin əsas tələbləri onların 1646-cı ildə tərtib edilmiş proqramında öz əəksini tapmışdı. Bu tələblər aşağıdakılardan ibarət idi:
1.     I Karlın və Lordlar palatasının hakimiyyəti ləğv edilsin;
2.     Ali hakimiyyət İcmalar palatasına verilsin;
3.     Həmin palata öz seçiciləri- İngiltərə xalqı qarşısında məsuliyyət daşısın;
4.     Geniş vicdan azadlığı tətbiq edilsin;
5.     Hər bir insan doğulandan etibarən yaşadığı cəmiyyətdə bərabər hüquqlu olmalıdır;
6.     Bütün kişilərə parlament seçkilərində iştirak etmək hüququ verilsin.
 

İngiltərə burjua inqilabı-3

 

 Levellerlər xüsusi mülkiyyəti müdafiə edir, lakin yoxsul kəndlilərin xeyrinə hüç bir tələb irəli sürmürdülər, töycünün ləğv edilməsi məsələsini qoymurdular.
       Kral I Karlın edamı
     Uzun müddətli parlamentdə üstünlük təşkil edən iri mülkədarlar kral hakimiyyətinin saxlanmasının tərəfdarları idilər. Onlar inqilabi tədbirlərin həyata keçirilməsinə hər vəchlə mane olmağa çalışırdılar. Onların bilavasitə təsiri ilə parlamentin inqilabi ordunu buraxmaq və xalqı tərksilah etmək haqqında qərar qəbul etmək cəhdi inqilabi qüvvələri hərəkətə gətirdi.1648-ci ilin sonunda komandanlığın əmri ilə polkovnik Prayd kiçik bir dəstə ilə parlamentin girişini tutdu və mötədil deputatları parlamentə buraxmadı. "Prayd təmizləməsi” adını almış bu hadisədən sonra kralla saziş bağlamağın əleyhdarları olanlar parlamentdə üstünlük qazandılar.
     Ordu kralın edam edilməsini tələb edirdi. Kromvel respublika tərəfdarı olmasa da levellerlərin təzyiqilə monarxiyanı ləğv etməyə məcbur oldu. Kralın edam olunmasını tələ edən Kromvel özünəməxsus sətlik və yenilməzliklə kralın mühakimə edilməsinə və ona ölüm hökmü çıxarılmasına nail oldu. I KARL "dövlətin düşməni, cani, zalım, xəyanətkar kimi edama məhkum olundu.
    1649-cu il yanvarın 30-da edam həyata keçirildi. Londonda kral sarayının divarları önündə qara pərdəyə bürülmüş edam kürsüsü ucaldılmışdı. Təbərzinlə silahlanmış əsgərlər onu mühasirəyə almışdılar. Bütün meydan camaatla dolmuşdu. Kralın tərəfdarlarının qisasından qorxan cəllad maska geyinmişdi. I Karl cəllad kürsüsü qarşısında diz çökdü. Görünməmiş hadisə baş verdi, xalq kralı edam etdirdi.
 

İngiltərə burjua inqilabı-3

 

     Kralın edam edilməsi xəbəri Avropanın bütün kral saraylarını həyəcana gətirən bir hadisə oldu.
 
     Hacıqabul rayonu, UDULU kənd tam orta məktəbi, müəllim Z.Əliyev

[/b]

 

[b]

İngiltərə burjua inqilabı-3

 

Yükləmək ücün qeydiyyatdan keçin!

 


 
 
 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 mart 2015 12:59
    TƏŞƏKKÜRLƏR ZAKİR MÜƏLLİM winked

    --------------------

  2. 13 mart 2015 13:13
    Dəyərli Hamlet müəllim, Yeni dövrün bu mühüm tarixi hadisəyə aid bu məqalənin Ana səhifədə NƏFİS tərtibatla dərc etmənizə görə Sizə dərindən təşəkkür edirəm, Sizə cansağlığı və yaradıclıq işlərinizdə bol-bol uğurlar arzu edirəm! Hörmətlə Zakir müəllim.

  3. 14 oktyabr 2015 17:22
    cox beyendim tesekkurler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.