İngiltərə burjua inqilabı-4

İngiltərə burjua inqilabı-4

 

İngiltərə burjua inqilabı.4-cü dərs.Respublikanın elan edilməsi.Kromvelin protektoratlığı,1688-ci il çevrilişi,İnqilabın əhəmiyyəti. müəllim Zakir Əliyev
 
 İNGİLTƏRƏ BURJUA İNQİLABI- 4-cü dərs:
İnqilabın başa çatması. İngiltərənin parlamentli monarxiyaya çevrilməsi

 

İngiltərə burjua inqilabı-4

 

 İngiltərənin respublika elan edilməsi
   Parlamentin 1649-cu il 17 mart tarixli qərarı ilə İngiltərədə kral hakimiyyəti, iki gün sonra-19 martda isə Lordlar palatası ləğv edildi.
   1649-cu il mayın 19-da İngiltərə respublika elan edildi. Hakimiyyət varlı tacirlərin, sahibkarların və yeni zadəganların əlinə keçdi. Bütün qanunverici hakimiyyət İşmalar palatasının şəxsində bir palatalı parlamentin əlində cəmləşdi. İcra hakimiyyəti Oliver Kromvelin başçılıq etdiyi 41 nəfərdən ibarət şuraya tapşırıldı.
    İngiltərənin respublika elan edilməsi inqilabın yüksəlişi, inqilabi mübarizənin çox böyük qüvvə kəsb etməsi demək idi.
    Lakin şəhər və kənd yoxsullarının vəziyyəti yaxşılaşmadı. Vətəndaş müharibəsi ölkəni sarsıtdı, özü ilə aclıq və fəlakət gətirdi.
      Levellerlər ordu hissələrinə müraciət edərək, onları üsyana çağırdılar. Bu çağırışa cavab olaraq ayrı-ayrı polklarda həyacanlar başladı. Kromvel bu həyacanları yatırmaq üçün bütün  işlərə şəxsən özü başçılıq edirdi. Ordunu müxalif qüvvələrdən təmizlədiyi üçün parlament ona hərarətlə təşəkkür etmişdi. London varlıları isə Kromvelə qızıldan hazırlanmış çay dəst hədiyyə vermişdi.
     1649-cu ilin əvvəllərində Uinstenli başda olmaqla bir qrup kəndli Londonda olan təpələrin birində boş yeri şumladı və az sonra hərəkat bütün başqa bölgələri əhatə etdi. Kənd yoxsulları vı sənətkarlar torpağı əkib becərir, boş yerləri şumlayırdılar. Buna görə də belələrini diggerlər, onlar isə özlərini "həqiqi bərabərçilər” adlandırıdılar. Diggerlər levellerlərdən fərqli olaraq torpaq üzərində xüsusi mülkiyyətə qarşı çıxır, təkcə siyasi bərabərlik deyil, iqtisadi bərabərlik də tələb edirdilər.
     Lakin respublika kasıbların bu dinc hərəkatını da amansızcasına yatırdı: onların əkinləri məhv edildi, yandırıldı, özləri isə həbsxanalarda saxlanılaraq təhqir edilirdi.
      Levellerlər feodal mükəlləfiyyətlərinin ləğvini tələb etmədiklərinə görə geniş kütlələr onların müdafiəsinə qalxmadlar. Feodal mükəlləfiyyətlərini saxlamaq və le
vellerləri əzməklə butjuaziya və yeni zadəganlar xalq içərisində öz dayaqlarını zəiflətdilər.
         

İngiltərə burjua inqilabı-4

 

İrlandiya və Şotlandiyanın işğal edilməsi
    Levellerlərdən təsirini heçə endirmiş Kromvel orduda rəhbərliyi tamamilə öz əlinə keçirdi və hərbi müdaxiləyə başladı. 1649-cu il avqustun 13-də 132 gəmidən ibarət güclü donanma ilə İrlandiya sahillərinə 10 min nəfərlik yaxşı silahlandırılmış qoşun çıxardı. Bu yürüşdə qarşıya bir sıra vəzifələr qoyulmuşdu: "Yaşıl ada”nı ingilis müstəmləkəsinə çevirmək,irland kəndlilərin torpaqlarını əsgər və zabitlərə paylamaqla ordunun əhval-ruhiyyəsini qaldırmaq.
    İrlandiyadakı müharibə artıq vətəndaş müharibəsi deyildi, bu müharibə müstəmləkəçilik, soyğunçuluq müharibəsi idi. Kromvelin ordusu kəndləri yandırır, əhalinin azuqələrini məhv edir, əkinləri tapdalayırdılar. Əsir düşən irland-katoliklərin hamılıqla məhvinə əmr verən Kromvel öz hərəkətlərini "ədalətli Allah məhkəməsi " adlandırdı.
 Bir çox irlandiyalını Kromvel adanın az münbit olan qərb torpaqlarına sürgün etdi, onların torpaqlarını isə özünün zabit və əsgərlərinə payladı. İrlandiya səhraya çevrildi.Onun əhalisinin üçdə biri məhv edildi. İrlandiya kəndliləri lendlordlardan tamamilə asılı olan icarədarlara çevrildilər.
    İrlandiyanın işğal edilməsi "yeni tipli” inqilabi ordunun işğalçılar ordusuna çevrilməsinə səbəb oldu. Bu inqilabın sonrakı inkişafına və möhkəmlənməsinə mane oldu. Respublikanın və inqilabin digər nailiyyətlərini müdafiə etmək əvəzinə ordu İrlandiyanı qarət etməyə başladı.
   1652-ci ildə Kromvel ordusu Şotlandiyaya soxulub orada ingilis əksinqilabına kömək göstərən yerli feodalların qoşununu darmadağın etdi. Şotlandiyanın müstəqilliyinə son qoyuldu.
       

İngiltərə burjua inqilabı-4

 

Kromvelin  hərbi diktaturasının yaradılması
     Kromvelin siyasəti ölkədə sabitlik yaratmadı. Kəndli icarədarlara torpaq sahəsi və  icma torpaqlarından istifadə hüququ verilmədi. Respublika kütləvi işsizliyin və səfilliyin qarşısını almaq üçün heş bir tədbir həyata keçirmədi. Uzunmüddətli parlament öz nüfuzunu itirdi. Varlı sahibkarlar və yeni zadəganlar belə qənaətə gəldilər ki, ölkədki həyacanlar son qoymaq üçün güclü şəxsin hakimiyyətini yaratmaq lazımdı.
     Ordunun yuxarı dairələri və zadəganlar bütün hakimiyyəti Kromvelə verməyi qərara aldılar.1653-cü ildə respublikaya və inqilaba son qoyan əksinqilabi çevriliş baç verdi. Kromvel " İngiltərə. Şotlandiya və İrlandiya azad dövləti”nin lord- protektoru elan olundu. Əslində protektorluq rejimi yeni zadəganlar və burjuaziyanın əlaltisi olan Kromvelin hərbi diktaturası idi.
     Lord-protektor qanunlar verməyə və ölkəni parlamentsiz idarə etməyə başladı.Güclü ordu onun tabeliyində idi. Bütün İngiltərə Kromvelə sadiq generalları vilayətlərə başçılıq edirdi. Protektorat faktiki olaraq monarxiyanın dirçəlməsinə gətirib çıxartdı. Zabitlər tərəfindən ona təklif olunmuş taxt-tacdan imtina etməsinə baxmayaraq, Kromvel zahirən kralı təqld edirdi. Onun hakimiyyəti bütün əvvəlki kralların hakimiyyətini kölgədə qoymuşdu. Kromvel inqilab tarixində iki rol oynafı: əvvəlcə o, inqilabın başçısı, sonra isə onun boğucusu oldu.
     Lord-protektor ölkəni yeni zadəganların və burjuaziyanın mənafeyinə uyğun olaraq idarə edirdi. 1654-cü ildə Kromvel ingilislərin dənizdə başlıca rəqibi olan Hollanduya üzərində qələbə qazandı.
    O dövrdə Hollandiyanın ticarət donanması İnfiltərə və Fransanın birlikdə götürülmüş donanmasından iki dəfə çox idi. Hollandları "dəniz faytonçuları” adlamdırırdılar: öz gəmilərində onlar bir çox ölkələrin, o cümlədən İngiltərənin mallarını daşıyırdılar. Hollandiya ilə bu müharibədə qələbə ingilis burjuaziyasının dünya ticarətində payının artmasına imkan verdi.
     

İngiltərə burjua inqilabı-4

 

 Stüartlar sülaləsinin bərpası
     1658-ci ildə Oliver Kromvel vəfaat etdi və oğlu Riçard Kromvel pritektor elan olundu. Lakin fərasətsiz Riçard hakimiyyəti əlində saxlaya bilmədi. Yeni zadəganlar və burjuazuya özləri üçün əlverişli şərtlər əsasında məhdud monarxiyanı bərpa etmək qərarına gəldilər. Edam edilmiş kralın oğlu II Karl 1660-cı ildə taxta dəvət edildi. I Karl inqilab iştirakçılarını təqib  etməyəcəyinə, torpaqların yeni sahiblərində qalacağına və digər bu kimi məsələlərə toxunmayacağına söz vermişdi. O, parlamentin razılığı olmadan vergi qoymayacağını da öhdəsinə götürmüşdü. Bu Stüartlar sülaləsinin bərpası demək idi. Parlament Lordlar Palatasının bərpasına razılıq vermişdi və anqlikan kilsəsi də dövlət kilsəsi yenidən elan edlmişdi.
    Çox keçmədi kİ, II Karl götürdüyü öhdəlikləri pozmağa başladı.İnqilabın bir çox xadimləri edam edildilər. Kral parlamenti tez-tez buraxmağa baçladı və hətta onu bir neçə il çağırmadı. II Karl Fransa kralından gizli pul borcu alaraq, onunla İngiltərənin mənafeyinə zidd ittifaq bağlamışdı. Halbuki Fransa dünya ticarətində və müstəmləkələr uğrunda mübarızıdə İngiltərənin ən təhlükəli rəqibi idi.II Karl habelə,qadağan edilməsinə baxmayaraq, muzdlu ordu yaratmışdı.
      1688-ci il çevrilişi. Parlamentli monarxiyanın yaradılması.
II karlı əvəz edən II Yakov sələfindən irəli gedərək  bütün xalqın nifrət
 etdiyi katolik dinini bərpa etməyə cəhd göstərdi.Bu, cəmiyyətdə Stüartlara qarşı böyük etimadsızlıq dalğasının güclənməsinə səbəb oldu.Yeni zadəganların yuxarı dairələri mütləqiyyətin bərpasına yol verməmək üçün , həm də xalq üsyanlarından qorxaraq döxvət çevrilişi etmək qərara aldılar.Parlament II Yakovu devirdi və Hollandiya hakimi, II Yakovun qızı Mariyanın əri Oranlı Vilhelmi hakimiyyətə gətirdi. Vilhalm və Mariya protestant olduqları üçün ölkədə katolik dininin bərpası təhlükəsi səngidi.
      1688-ci ildə Vlhelm ordu ilə İngiltərənin cənub-qərbinə çıxaraq Londona yollandı. II Yakov xəlvətcə Fransaya qaçdı. Bu saray çevrilişi nəticəsində İngiltərədə parlamentlə kral arasındakı mübarizəyə son qoyuldu. 1689-cu ildə parlament "Hüquqlar haqqında bill” qəbul etdi. Bu qanun məhdud parlamentli monarxiya rejimini və parlamentin hökmranlığını təsbit etdi. Kral ordu və məhkəmə üzərində hakimiyyət hüququndan məhrum olundu, qanuna rabe edildi,ölkənin maliyyəsi parlamentin ixtiyarına keçdi.Kral parlamentin qəbul etdiyi qanunları qəbul etdyi qanunları ləğv etmək, vergi qoymaq və qoşun toplamaq hüquqlarından məhrum edilirdi. Yuxarı təbəqələrin dövlət çevrilişinin silahlı mübarizə olmadan başa çatmasının səbəbi isə inqilabın gedişində mütləqiyyətin əsasının sarsılması idi.
    Oranlı Vilhelm mərhəmətli və vicdanlı adam idi. Avropada istedadlı sərkərdə kimi şöhrət qazanmışdı. Lakin bir çox ingilislər onu sevmirdi və yadelli hesab edirdi. Buna baxmayaraq, Oranlı Vilhelm İngiltərədə 15 il hakimiyyət sürmüşdü.
   

İngiltərə burjua inqilabı-4

 

İngiltərə burjua inqilabı-4

 

İngiltərə burjua inqilabının tarixi əhəmiyyəti
     İngiltərə burjua inqilabı mütləqiyyətə son qoysa da , feodal qaydalarına zərbə vursa da, başa çatmamış qaldı. İnqilab kəndlilərin mülkədarlardan asılığını tamamilə ləğv etmədi və onları torpağın sahibi etmədi. Töycü qalmışdı. Feodalizm qalıqları hələ də mövcud idi. Ona görə də İngiltərə burjua inqilabı həm də natamam inqilab idi. Çünki inqilabın başında burjuaziya ilə ittifaqda olan yeni zadəganlar dururdular və onlar mülkədar torpaq sahibliyinin saxlanmasında maraqlı idilər. 
    İnqilab İngiltərədə kapitalizmin inkişafına təkan verdi. Ölkədə hakimiyyətə sahib olan torpaq aristokratiyasının bir hissəsi yeni zadəganlar və burjuaziya ilə bağlı idi. Onlar parlament vasitəsilə kapitalist münasibətlərinin inkişafına müsbət təsir göstərən bir sıra qanunlar qəbul edilməsinə nail oldular. Parlament ticarətin inkişafına mane olan amilləri aradan qaldırdı.
    İnqilabın qələbəsi nəticəsində muzdlu əməkdən istifadə edilən kənd təsərrüfatında kapitalist münasibətləri sürətlə inkişaf etməyə başladı və sənaye sahələrində texnika tətbiqi genişləndi. Ölkədə hüquqi dövlət, vətəndaş cəmiyyətinin rüşeymləri meydana gəldi.İngiltərə inqilabı və onun respublika quruluşu, hamının qanun qarşısında hüquq bərabərliyi digər Avropa ölkələrinin gələcək inkişfına böyük təsir göstərdi.

İngiltərə burjua inqilabı-4

 

 

       
İzahlı lüğət:
1.Yeni zadəganlar- təsərrüfatı kapitalistcəsinə, yəni muzdlu əmək tətbiq etməklə təşkil edən İngiltərə zadəganı;
2.Fermer-kapitalist kənd təsərrüfatında muzdlu əmək tətbiq edən sahibkar;
3.Puritan-latınca "purus” ,yəni təmiz deməkdir. Dəbdəbəli kilsə ayinlərinə və mərasimlərinə qarşı çıxan dini məzhəb;
4.Bill-ingiliscə "qanun” deməkdir.Parlament üzvünün irəli sürdüyü qanun layihəsi. Parlament tərəfindən qəbul və dövlət başçısı tərəfindən təsdiq edidikdən sonra qanun qüvvəsi almış olur;
5.Xartiya(ingiliscə)-mühüm məsələəri özündə əks etdirən sənədləri, eləcə də konstitusiyanı və s. belə adlandırırlar;
6.Petisiya- kollektiv müraciət forması; 
7.Kavaler- ingiliscə "cəngavər” deməkdir.Vətəndaş müharibəsi dövründə kral tərəfdarlarına verilən ad;
8.Girdəbaşlar- parlamentin tərəfdarları.Onlar saçlarını dəyirmi vurdurur və gur saç saxlayırdılar;
9. Levellerlər- ingiliscə "bərabərçilər” deməkdir;
10. Digger-ingiliscə "yerqazan” deməkdir. Diggerlər öz tələblərində levellerlərdən daha irəli getdikləri üşün özlərini "bərabərçilər” də adlanmışdılar.

İngiltərə burjua inqilabı-4

 

İngiltərə burjua inqilabı-4

 

     
Hacıqabul rayonu,UDULU kənd tam orta məktəbi, müəllim Z. Əliyev

Yükləmək ücün qeydiyyatdan keçin!

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 mart 2015 20:45
    Dəyərli Hamlet müəllim, şagirdlərin və tələbələrin böyük maraq göstərdiyi İngiltərə burjua inqilabına aid olan bu materialın nəfis və gözəl tərtibatla Ana səhifədə dərc etdirməniz mənim tərəfimdən böyük məmnunluq hissi ilə qarşılandı. Bu baxımdan Sizə öz səmimi təşəkkürümü bildirirəm, Sizə cansağlığı, "TARİX.İNFO"la birlikdə böyük yaradıcılıq uğurları arzu edirəm!
    Hörmərlə Zakir müəllim.

  2. 29 mart 2015 22:34
    Zakir muellim xeyli zehmet cekmisiniz. Eslinde biz size tesekkur edirik

  3. 30 mart 2015 18:33
    Tesekkurler,ZAKIR muellim.Cox sag olun..... wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.