İngiltərə burjua inqilabı-2

İngiltərə burjua inqilabı-2

 

İngiltərə burjua inqilabı: (Vətəndaş müharibəsi, Neyzbi döyüşü).2-ci dərs. Hacıqabul r-nu UDULU kənd tam orta məktəbi,meəllim Z,Əliyev.
 
          İngiltərə burjua inqilabı: 2-ci dərs
        İngiltərədə vəttəndaş müharibəsi
    Hakimiyyətin sarsıldığını görən I Karl parlament üzərinə hücüma keçmək qərarına gəldi. O, icmalar palatasının 5 nəfər üzvünü həbs etmək barədə göstəriş verdi. Ancaq palamentdəki müxalifət liderləri çıxıb getmişdilər. Xalq onları müdafiə etmək üçün ayağa qalxmışdı. Parlamenti müdafiə dəstələri təşkil edilirdi. Qonşu şəhər və kəndlərin sakinləri ,fermerləri ,xırda mülkədarların silahlı dəstələri də parlamenti müdafiə etmək üçün Londona gəlmişdilər. Qoşunun bir hissəsi də parlamentin tərəfinə keçmişdi.
     

İngiltərə burjua inqilabı-2

 

Əksinqilabi qəsdin puça çıxdığını görən I Karl şimala, köhnə feodal aristokratiyasının himayəsi altına qaçdı. 1642-ci ilin avqustunda I Karl parlamentə müharibə elan etdi. Bununla da İngiltərədə vətəndaş müharibəsi başlandı.
       İngiltərə bir-birinə düşmən olan iki cəbhəyə parçalandı. Kralın tərəfində feodal-zadəganlar dururdular. Kralın tərəfdarları kavalerlər adlanırdı. Parlament tərəfdarları isə əsasən cənub – şərq qraflıqlarında və Londonda yaşayan tacirlər, sənaye sahibləri, yeni zadəganlar, fermerlər, sənətkarlar, sənətkar köməkçiləri və başqaları idilər.Parlamentin tərəfdarlarını girdəbaşlar adlandırırdılar. Çünki onlar saçlarını dəyirmi şəkildə vurdururdular.
     

İngiltərə burjua inqilabı-2

 

Vətəndaş müharibəsinin əvvəllərində xeyli gücə malik olan kral ordusu palament ordusunu məğlub etdi. Əsasən, muzdlu piyadalardan ibarət olan parlament ordusu kral süvarilərinin zərbələrinə davam gətirmirdi.Parlament xalqı ayağa qaldırmaqdan çəkinirdi.Lakin rezliklə parlamentŞotlandiyanın şəxsində özünə müttəfiq tapdı. Şotlandiya ordusu İngiltərəyə daxil oldu və parlament ordusu ilə birləşərək kral ordusu üzərində qələbə çaldı. Həmin qələbədə Oliver Krimvel xüsusilə fərqləndi. Lakin vəziyyət gərgin olaraq qalırdı. Kral ordusu London üçün böyük təhlükə yaratmışdı.
    Vətəndaş müharibəsinin gedişi və nəticələri
    1645-ci ilin yanvarında İcmalar palatası parlament ordusunu möhkəmləndirmək üçün tədbirlər gördü. Yeni zadəganların nümayəndəsi Oliver Kromvelə yeni tipli ordu təşkil etmək tapşırıldı.
     

İngiltərə burjua inqilabı-2

 

Kromvel kralın və anqlikan kilsəsinin barışmaz düşməni idi.Hündürboylu, sağlambədənli, dolu və qırmızı sifətli , ala və iri gözlü, gur səsə malik olan Kromvel diqqəti özünə cəlb etməyi bacarırdı.O,sadə kənd dərzisi tərəfindən qaba parçadan tikilmiş yaxası ağ kostyum geyinirdi. Kromvel özünün bütün əməllərinə "Allahın əmridir” deyə haqq qazandırır, hər bir döyüşdən əvvəl uzun müddət dua edirdi. Sayıq siyasətçi idi. O, "Allaha bel bağla, ancaq barıtı quru saxla” deməyi sevirdi.
    Kromvel öz mahalının kəndlilərindən ibarət süvari dəstə yaratmışdı. Kromvelin təşkil etdiyi orduda dəmir intizam hökm sürürdü. Əgər keşikçini keşik zamanı yatmış görsəydilər, onu dərhal güllələyirdilər.Silahını itirənı də ölüm cəzası gözləyirdi. Kromvel dinc əhalıni incitməməyi qadağan etmişdi. Onun döyüşçüləri  özlərini igid və möhkəm göstərdiklərindən ohları dəmirböyürlülər adlandırırdılar. Kromvelin təklifi ilə parlamentin ordusu dəmirböyürlülər dəstəsi nümunəsində yenidən təşkil olunmuşdu. Bu orduya əsasən, kəndlilərdən,sənətkarlardan və manufaktura fəhlələrindən ibarət olan çoxlu könüllü daxil idi. Komandirlər içərisində keçmiş çəkməçiyə, arabaçıya, losmana rast gəlmək olurdu. Onların çoxunu isə orta və xırda mülkədarlar təşkil edirdilər. Kromvelə isə general rütbəsi verilmişdi.Bu tədbirlər tezliklə öz müsbət nəticəsini verdi.
     

İngiltərə burjua inqilabı-2

 

1645-cı ilin iyunun 14-də Neyzbi kəndi yaxınlığında parlament ordusu kralın başlıca qüvvələri ilə üz-üzə gəldi. Əvvəlcə kral süvarisi rəqibin sol cinahına güclü zərbə endirdi, onu əzişdirdi və palamüntin gerib çəkilən əsgərlərini təqib etməyə başladı. Bu hlledici anda sağ cinaha komandanlıq edən Kromvel kralın ordusu üzərinə qəflətən hücuma keçdi və onu darmadağın etdi. Kralın süvariləri döyüş səhnəsinə qayıtdıqda gözlərinə inanmadılar. Dəmirböyürlülər tərəfindən təqib edilən kral piyadaları pərən-pərən düşmüşdülər.5 min nəfər əsir alındı və bütün kral artilleriyası ələ keşirildi. Qaliblər I Karlın yazışmalarını ələ keçirdilər və məlum oldu ki, o, xəyanət edərək Fransa kralına İngiltərəyə müdaxilə etməyi təklif  edirdi.
     

İngiltərə burjua inqilabı-2

 

Belə bir ağır şəraitdə I Karl xidmətçisinin paltarını geyinərək Şotlandiyaya qaçdı. Lakin şotlandlar böyük məbləğdə pul alaraq onu İngiltərə parlamentinə təslim etdilər. I Karl həbs olundu. Beləliklə, 1646-cı il iyunun 24-də vətəndaş müharibəsi parlamentin tam qələbəsi ilə başa çatdı.
       

İngiltərə burjua inqilabı-2

 

Hacıqabul rayonu, UDULU kənd tam orta məktəbi, müəllim Z. Əliyev   
 
 

Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 mart 2015 17:45
    Dəyərli Hamlet müəllim, İngiltərə burjua inqilabı cəmiyyətin inkişafında köklü dəyişiklik yaradan tarixi hadisəyə aid olan bu materialın nəfis şəkildə Ana səhifədə dərc olunmasına görə Sizə və "Tarix.İnfo"ya səmimi surətdə təşəkkür edirəm və gənc nəslin vətənpərvərlik tərbiyəsində, tarixi bilik və bacarıqlarının artırılması istiqamətində yeni-yeni müvəffəqiyyətlər arzu edirəm. Hörmətlə Zakir müəllim.

  2. 12 mart 2015 12:35
    TƏŞƏKKÜRLƏR ZAKİR MÜƏLLİM winked

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.