ingiltərə burjua inqilabi

ingiltərə burjua inqilabi

 

İngiltərə burjua inqilabı
 
      İngiltərə burjua inqilabı: 1-ci dərs
     İngiltərə inqilabının başlanması
 İnqilab ərəfəsində İngiltərənin sosoial-iqtisadi və siyasi vəziyyəti.
     XVII əsrin ikinci rübündə İngiltərə feodal ölkəsi olaraq qalırdı.lakin ölkə iqtisadi inkişaf dövrü keçirirdi.İnqilab ərəfəsində İngiltərədə manufakturaların sayı artırdı. Bu müəssisələrdə mahud,şüşə, kağız, sabun, barıt, silah və s. məhsullar istehsal edilirdi. Bu dövrdə İngiltərədə Avropanın digər ölkələrində olduğundan daha çox kömür və dəmir çıxarılır və dəmir əridilirdi. Mahud sənayesi yenə də sənayenin əsas sahəsi olaraq qalırdı.
     İngiltərədə tacirlər manufakturaları sex qaydaları və məhdudiyyətlərin olmadığı kənd yerlərində yaratmağı üstün tuturdular. Bir çox mallar , əsasən, mahud digər ölkələrə ixrac olunurdu.Lakin şəhərləri,xüsusən , London sürətlə inkişaf edirdi. Ölkənin 5.5 mln. Nəfər əhalisinin 500 mini Londonda yaşayırdı. Londonun mərkəzində banklar, valı tacirlər və gəmi sahiblərinin  kontorları yerləşirdi.
      

ingiltərə burjua inqilabi

 

Sənətkarların və şəhər əhalisinin sayının artması taxıl, ət,yun və digər kənd təsərrüfatı məhsullarına tələbatın yüksəlməsinə səbəb olurdu. Ölkənin cənub-şərq hissəsində bu məhsulları satış üçün istehsal etmək getdikcə daha sərfəli olurdu.
      İngiltərənin cənub-şərq bölgələrində orta və xırda mülkədar- zadəganlar və varlı kəndlilər təsərrüfatlarında muzdlu əmək tətbiq etməyə başlamışdılar. Öz maraq və məsuliyyətlərinə görə onlar burjuaziyaya  bənzəyirdilər. Zadəganların bu hissəsini yeni zadəganlar adlandırırdılar.Yeni zadəganlar qənaətcil,içgüzar təsərrüfatçı idilər. Onlar qoyun ,cins iri buynuzlu heyvanları çoxaldır, yun ilə geniş ticarət edir, şəhərlərə satış üçün taxıl,ət,pendir göndərirdilər.Onların malikənələrində muzdlu fəhlələr gön emal edir, pivə bişirir, çətənə lifindən kəndir toxuyurdular. Yeni zadəganlarda tazirlərə qarşı nifrət hissi daha yox idi.Onlar artıq şəhər burjuaziyasına təkəbbürlə baxmırdılar.Qızlarını isə çox zaman tacirlərə verir, yaxud özləri tacir qızları ilə evlənirdilər.  Yeni zadəganların ata-babaları vaxtı ilə londonda kətan və yaxud kəndirlə sərfəli alver edən və varlanaraq torpaq, həmçinin zadəgan rütbəsi almış tacir olmuşdular.
     

ingiltərə burjua inqilabi

 

Zadəganların bir qismi bilavasitə təsərrüfatla məşğul olmurdu. Onlar torpağı iri sahələrlə fermerlərə icarəyə verirdilər. Fermerlər də öz növbəsində muzdlu işçi qüvvəsi tətbiq etməklə torpağın becərilməsini təşkil edirdilər.
        İngiltərədə təhkimçilik yox idi. Lakin kəndlilərin əsas kütləsi töycünü mülkədarlara pulla, məhsulla və heyvanla ödəyirdilər.Kəndlilərin pul ilə haqq- hesabları getdikcə artırdı.
          Mülkədar-zadəganların torpaqları onların tam mülkiyyəti hesab olunmurdu. Kral torpağın ali mülkiyyətçisi idi.Vaxtı ilə kraldan torpaq almış vassallar indi ona cəngavər kimi xidmət etməli idilər. Belə hərbi xidmətin zəruriliyi çoxdan aradan qalxmışdı.Kral muzdlu ordu saxlayır, mülkədar isə bu cür xidmət əvəzinə kral xəzinəsinə pul verməli idi. Krala torpağa görə böyük məbləğdə pul vermədən mülkədar , torpağı varisinə verə biməzdi, torpağı satmaqdan ötrü icazə əvəzində yenə də haqq verməli olurdu.
       

ingiltərə burjua inqilabi

 

Kral müxtəlif yollarla xəzinəni  doldururdu.O, varlı adamlardan  "hədiyyələr” tələb edirdi. Əgər kimsə bundan boyun qaçırıdısa kral deyirdi:”Ona draqunu göstərin”. O zaman belələrinin evlərinə əsgər dəstəsi gedir və orada azğınlıq edirdi. Kral bir çox məhsulların ticarət hüququna  özü yiyələnmişdi.Bu hüququ o, xeyli pulla tacirlərə sataraq bu yolla onları qazandıqları mənfəətin bir hissəsindən məhrum edirdi. Kralın ağır vergiləri yeni zadəganlara və bujuaziyaya əldə etdikləri vəsaiti tam şəkildə təsərrüfatın inkişafına yönəltmələrinə mane olurdu.

 

ingiltərə burjua inqilabi

 



 

Yükləmək ücün qeydiyyatdan keçin!

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 sentyabr 2014 07:34
    Görəsən,İngiltərə və s. ölkələrdə krallığın hələdə qalmasının səbəbi nədir?Zakir müəllim,çox sağ olun.Hekayə kimi oxudum

    --------------------

  2. 28 sentyabr 2014 22:07
    Romanin ''parcaLa ve hokmranLiq eT'' siyaseTini bugunki dovrumuzde davam eLetdiren 2 olke var : 1i Rusiya ve Digeri IngiLTere.Lamiye,suaLin maraGLi geLdi.)ZehmeT oLmasa SuaLa cavab vere biLersiz?? Cox saGoLun Zakir Mellim.)

    --------------------

  3. 2 oktyabr 2014 21:34
    hmmmm bilirdim bunlari ama yenede oxumaga deyerdi..TewekkurLer.........

    --------------------

  4. 3 oktyabr 2014 15:27
    maraqlı idi teşekkürler

  5. 4 oktyabr 2014 21:06
    Tessekkur edirem. Cox maraqli idi

  6. 5 oktyabr 2014 12:54
    Hörmətli Hamlet müəllim, Sizi və Sizin şəxsinizdə Bütün "TARİX-İNFO"-çuları Qurban bayramı münasibəti ilə səmimi qəlbdən və istiqanlıqla təbrik edirəm,Sizə və tarixinfoçulara möhkəm can sağlığı,xoşgünlər və illər, səadət və millətimizin gələcəyi naminə elm və təhsil sahəsindı böyük müvəffəqiyyətlər arzu edirəm.Kəsdiyiniz qurbanları və oxutdurduğunuz duaları
    ALLAH qəbul eləsin. Hamlet müəllim və "TARİX-İNFO" şagird,tələbə,abutiriyent, müəllimlərin yeni-yeni tarixi bigilər və məlumatların əldə edilməsində müstəsna rolu vardır.Bu sayta uzunömürlülük arzu edirəm. İstifadəçilər arasında daha da fəalları vardır ki, onlar saytda verilən bütün məqalə və xəbərləri oxuyaraq hər birinə rəylər verirlər. Melisa Can,Lamiyyə , Miliçka və digər istifadəçilər(bütün tarix infoçulardan üzr istəyirəm) SİMASINDA SAYT daha oxunaqlı və məsuliyyətli olmuşdur. Digər tərəfdən TARİX_İNFO mənim(SADƏ KƏND MÜƏLLİMİ) geniş istamiyyətə təqdim olunmağımda əsaslı və sanballı şəkildə rol oynayıb. Buna görə də bu bayram günündə TARİX-İNFOYA öz DƏRİN TƏŞƏKKÜRÜMÜ bildirirəm və nə qədər fiziki və mənəvi gücüm var , bu saytın zənginləşməsində və gənclərimizin tarixi bilik və bacarıqlarının artırılmasında fəal iştirak edəcəyəm. Bir daha Qurban bayramınız mübarək! Hörmətlə Zakir müəllim.

  7. 5 oktyabr 2014 14:21
    Cox sagolun Zakir mellim.sizin ve butun muselmanlarimizin da bayrami mubarek oLsun.1Azerbaycan ovladi ve tarix.info-cu olArag Rebbimden dileyim budurki neqede omrumuz var gucumuz olsun tariximizi taniyaq bilek sevek sevdirek.!Allah razi oLsun sizden Hamlet Mellimden ve diger emeyi oLan mellimlermizden..Amin..)

    --------------------

  8. 6 oktyabr 2014 09:35
    Amin.Çox sağ olun,Zakir müəllim.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.