Fransa burjua inqilabi 4 cü dərs

Fransa burjua inqilabi 4 cü dərs

 

Fransa burjua inqlibi 4 cu dərs. Müəllim: Zakir Əliyev
 FRANSA BURJUA İNQİLABI-4-cü dərs :  Yakobinçi        diktatura

     Müdaxiləçilər üzərində qəti qələbə çalmaq üçün fikirləşməyən jiron-
distlər əsas diqqətlərini iri sahibkarların mənafeyini müdafiə etməyə yönəltmişdilər. Onları ən çox qəzəbləndirən jirondistlərin Konventdən geri çağırılmalarını tələb edən Marat və digər yakobinçilər idi.Jirondistlər Maratı tribunalın məhkəməsinə verməyə nail oldular. Lakin Marat məhkəmədə jirondistlərin satqın siyasətini ifşa edərək qələbə çaldı. Parisin yoxsulları- sankyülotlar(Fransada zadəganların kasıblara geyimlərinə görə həqarətlə verdikləri ləqəb) Maratın qələbəsini sevinclə qarşıladı və onu əllərində şəhərin kqçələri ilə apardılar.       Marat və Robespyer xalqı jirondistlərə və xarici müdaxiləçilərə qarşı mübarizəyə çağırırdılar.İnqilabi bölmələrin Milli qvardiyasının batolyonları çıxış etməyə hazır idilər.      1793-cü ilin mayın 31-də səhər tezdən Parisdə yenidən zənglərin həyəcan səsləri eşidildi. Parisin müxtəlif rayonlarında xalq kütlələrinin çıxışları başla-
dı.Silahlanmış dəstələr Konventin binasına yaxınlaşdılar.      Ertəsi gün Lion şəhərində əksinüilabi qiyamın olması və vətənpərvərlərin
öldürülməsi haqqında bütün Parisə yayıldı. Bu qorxunc xəbər üsyana təkan verdi. İyunun 2-də Milli qvardiya Konventin binasını mühasirəyə aldı.Konventin iclası yenidən başladı, 23 jirondist deputat Konventdən qovuldu və həbs edildi.
 Yakobinçilərin hakimiyyətə gəlməsi.İnqilabın 3-cü mərhələsi      1793-cü ilin 31 may-2 iyun üsyanı və jirondistlərin Konventdən qovulması Fransa burjua inqilabının ən yüksək mərhələsinin –yakobinçilərin hakimiy-
yətinin başlanğıcı və inqilabın ikinci mərhələsinin sonu oldu.
     1793-cü il 31 may-2iyun=1794-cü il 27 iyulunadək Fransa inqilabının 3-cü
mərhələsi: Yakobinçilərin hakimiyyəti dövrü.
       Yakobinşilər hakimiyyətə elə bir vaxtda gəlmişdilər ki,yaranmış vəziyyət
yeni inqilabi tədbirlər görülməsini tələb edirdi.Respublika təhlükə qrşısında
idi.İri ticarət-sənaye mərkəzləri olan Lion, Bordo və Marsel əksinqilabçıların
hakimiyyəti altında idi.Ölkənin 83 departamentindən 60-nı əksinqilabi qiyam bürümüşdü.Təkcə Fransanın mərkəzi və Şimal-şərqi Konventə sadiq qalmışdı.
Əksinqilabi qiyam nəticəsində Vandeya qana boyanmışdı. Fransa düşmən dövlətlər tərəfindən əhatə edilmişdi.
        1793-cü ilin iyuluna qədər Dantonun rəhbərlik etdiyi İctimai Qurtuluş Komitəsində jirondistlərə qarşı ciddi tədbir görmək istəmirdilər.Lakin 1793-
cü ilin yayında jirondistlərə yaxın olan bir qadın Maratın evinə girib onu
xaincəsinə öldürdü.Onun ölümü inqilab üçün böyük itki oldu.
        Yakobunççilərin gördüyü qəti tədbirlər respublikanı və inqilabın nailiy-
yətlərini xilas edə bildi.
       1793-cü ilin iyununda Konvent Yeni Konstitusiya qəbul etdi.Yakobin hakimiyyəti dövründə qəbul edidiyi üçün bu konstitusiya Yakobin Konstitusi-
yası adlanır. !793-cü il konstitusiyası:
    1.Bərabərlik,azadlıq,söz və mətbuat azadlığı, xüsusi mülkiyyətin toxunul-
        mazlığını nəzərdə tuturdu;
    2.Ali hakimiyyətin mənbəyi xalqın iradəsi hesab edirdi və xalqın əsarətə
       qarşı üsyan etmək hüququnu təsdiqləyirdi;
    3.Fransa vahid və bölünməz respublika elan edilirdi;
    4.Səsvermə hüququ əmlak vəziyyətindən asılı olmayaraq 21 yaşına çatmış
       kişilərə verilirdi;
   1793-cü il yakobinçilər konstitusiyası burjua demokratiyasının prinsiplərini
tam və ardıcıl ifadə etdiyinə görə 1791-ci il konstitusiyasını xeylı geridə qo-
yurdu. Lakin əməli olaraq 1793-cü il konstitusiyası həyata keçirilmədi.Çünki
xarici hərbi müdaxilə və vətəndaş müharibəsi şəraitində inqilabi diktatura zə-
ruri idi. Yakobinşilər inqilabi hökümət yaradıldığını elan etdilər. Onlar 1793-cü il konstitusiyasının qüvvəyə minməsini müharibənin axırına qədər ləngit-
dilər,sonra isə yakobinçilər diktaturası süqut etdiyi üçün konstitusiyanın hə-
yata keçməsi mümkün olmadı.
    1793-cü il iyulun 10-da İctimai Ourtuluş Komitəsi yenidən seçildi.Bir qədər sonra Robespyer onun tərkibinə daxil oldu və faktiki olaraq hökümətə rəh-
bərlik etməyə başladı.
    Jirondistlər və monarxiya tərəfdarları əksinüilabi terrora başlayanda İctimai Qurtuluş Komitəsi daha sərt və ardıcıl inüilabi tədbirlərə əl atdı.
Yakobinçilər əksinqilabçılara qarşı mübarizə aparmaq və onlara divan tut-
maq üçün Ümumi Təhlükəsizlik Komitəsini gücləndirdilər.
Yakobinçilərin tədbirləri:
     1793-cü ilin iyulun axırlarında zəruri tələbat malları ilə möhtəkirlik
edənlərə ölüm cəzası verilməsi haqqında qanun qəbul edidi.
      İnqilabın taleyi zəhmətkeş əhalinin ən çoxsaylı hissəsinin, yəni kəndlilərin
mövqeyindən asılı idi. Kəndlilərin əsas hissəsini əksinqilaba qarşı mübarizəyə qaldırmaq üçün 1793-cü ilin iyulun 17-də yakobinçilər feodal vergi və mükəl-
ləfiyyətlərin tamamilə və əvəsiz ləğv edilməsi haqqında dekret verdilər.
  Kəndlilər hüquqi cəhətdən öz pay torpaqlarının tam mülkiyyətçisinə çevril-
dilər.Ruhanilərdən və mühacir zadəganlardan müsadirə edilmiş torpaqların
kəndlilər tərəfindən satın alınmasını asanlaşdırmaq üçün bu torpaqların kiçik
sahələrn şəklində möhlətlə satışa buraxılması barədə Konvent dekret verməli
oldu. Digər bir dekretlə inqilab ərəfəsində senyorlar tərəfindən tutulan içma
torpaqları kəndlilərə qaytarılırdı.
    Beləliklə,Yakobin diktaturası kənddə  feodal münasibətlərini qəti
olaraq ləğv etdi və bununla da XVIII əsr Fransa burjua inqilab-
ının əsas məsələsini həll etmiş oldu.
        Lakin kənd   yoxsullarının pulsuz torpaqla təmin edilməsi və iri icarənin
ləğvi həyata keçirilmədi.Torpaqların bərabər bölünməsi və keçmiş zadəgan-
ların əlində qalmış mülklərin müsadirə olunması haqqında heç bir söz deyil-
mədi. Torpağın bərabər bölünməsi xeyrinə çıxış etmək üstündə əvvəlki kimi
yenə də ölüm cəzası nəzərdə tutulurdu.
      Bütövlükdə yakobinçilərin aqrar qanunvericiliyi hər şeydən əvvəl kəndli-
lərin orta təbəqələrinin və kəna burjuaziyasını mənafeyini müdafiə etməsinə
baxmayaraq qəbul edilmiş aqrar dekretlər bir çox departamentlərdə kəndli-
lərin inqilabi vətənpvərliyinin yüksəlməsi və əksinqilabi qiyamların yatırıl-
ması ilə nəticələndi.
      1793-cü il avqustun axırı-sentyabrın əvvəllərində ərzağın bahalığı və çatış-
maması nəticəsində xalq kütlələrinin vəziyyəti son dərəcə ağırlaşmışdı.Paris-
də yoxsullar sabit qiymətlər(qiymət maksimumu) müyyən edilməsi və inqila-
bi terorun gücləndirilməsi uğrunda güclü hərəkata qalxdılar.
       Xalq kütlələrinin təzyiqi ilə Konvent bu tələblərin həyata keçirilməsi haq-
Qında qanun qəbul etdi.1793-cü ilin sentyabrın 17-də əksinqilabın tərəfdar-
Ları olan "şübhəlilər haqqında”qanun qəbul etdi.Bütün şübhəlilər həbs olun-
Malı idilər.
       İnqilabi tribunal əksinüilabçılara qarşı amansız cəza tədbirləri qəbul edil-
di. İnqilaba qarşı çıxan jirondist başçıları edam edildilər. Lionda qalxan əksin-
qilabi qiyam yatırıldı. Vandeyalı əksinqilabçılar məğlubiyyətə uğradıldı.1793-
cü il oktyabrın axırlarında sabit qiymətlər qoyulması haqqında qanun qəbul edildi.
    İnqilabi ordu və müdaxiləçilər üzərində qələbə
        Fransadakı inqilabi vəziyyət Avropa ölkələrini təşvişə salırdı.Avropa hök-
mdarları Fransadakı hadisələrin digər ölkələrə də təsir edəcəyindən qorxur-
dular.Hələ kralın edamından sonra inqilabi Fransaya qarşı koalisiyaya İngiltə-
rə və İspaniya da qoşulmuşdu. Bununla da 1793-cü ildə inqilabi Fransaya qarşı İngiltərənin başçılığı ilə birinci koalisiya yarandı. Koalisiyanın məqsədi
Burbonlar sülaləsinin hakimiyyətini bərpa etmək idi(birinci koalisiya 1797-ci
Ildə Avstriyanın Fransa ilə sülh bağlamasından sonra sona çatdı).
    Xalq kütlələrinin təzyiqi ilə yakobinçilər höküməti ordunu əsaslı surətdə yenidən qurdu.Əsgərlərin sayının artırılması üçün könüllülük prinsipindən məcburi və kütləvi səfərbərlik prisipinə keçildi. Təlim keçmiş batolyonlar in-
qilabi ruhlu yeni dəstələrlə birləşdirildi.Qətiyyətsizlik və bacarıqsızlıq göstə-
rən generallar dərhal inqilabi tribunala verilir və gilyotinə göndərilirdilər.
Döyüşlərdə fərqlənən əsgərlər və aşağı rütbəli zabitlər yüksək hərbi vəzifələ-
rə keçmək imkanı qazanmışdılar. Orduda əsas vəzifələri xalq içərisindən çıxan gənc və istedadlı zabitlər tuturdular. Bastiliyanın alınmasında fəal işti-
rak etmiş Qoş 25 yaşında general rütbəsi almışdı.
      Ölkədə hərbi sursat istehsalı armışdı. 600 min əsgəri birləşdirən ayrı-ayrı
qoşun hissələrinin əlaqələndirilməsi İctimai Qurtuluş Komitəsinin hərbi
bürosuna tapşırılmışdı.O,tarixdə ilk baş qərargah rolunu oynayırdı.
      Bütün bunlar 1793-cü ilin sentyabrından cəbhədə vəziyyətin dəyişilməsinə
səbəb oldu. Fransanın şimal-şərqindəki sərhəd məntəqələri avstriyalılardan
təmizləndi.Dekabrda fransız ordusu Tulonu azad etdi.
    Nəhayət,1794-cü ilin yayında müdaxiləçilərin orduları Fransadan qovulub
çıxarıldılar.
      1794-cü il 9 termidor (27 iyul) çevrilişi.Yakobinçi     diktaturanın süqutu.
      Hərbi qələbələr nəticəsində xarici təhlükənin zəifləməsi yakobunçilər arasında ixtilafları kəskinləşdirdi. Yakobin blokunun başında xırda və qismən
də orta sahibkarların mənafeyini müdafiə edən Maksimilan Robespyer, Sen-
Jüst və onların tərəfdarları durudular.M.Robespyer yakobinçilər arasında olan digər cərəyanlarla mübarizə apararaq,uzun müddət üçün yakobin blokunun daxili və xarici əksinqilabla mübarizədə birliyini saxlamaq istəyir-
di.
       Yakobinçilərin robespyerçi  qrupunun son məqsədi: iri mülkiyyəti
müəyyən qədər məhdudlaşdıran , kənddə feodal qaydalarını ləğv edən
yoxsulların bir hissəsinə  mülkiyyət hüququ verən  demokratik respub-
lika qurmaq idi.
     Xalq kütlələrinin-sənətkarların və yoxsullaşmış xırda burjuaziyanın arzu
Və ümidlərini "İfrat” yakobinçilər ifadə edirdilər.Onların başında Eber və Şomet dururdu.”İfrat” yakobinçilərin məqsədi:
1.    İri mülkiyyətin məhdudlaşdırılması;
2.    Sabit qiymətlərin gözlənilməsi;
3.    İnqilabi terorun gücləndirilməsindən ibarət idi.
   Yakobin blokunda yeni meydana gələn orta burjuaziyanın mənafeyini Danton başda olmaqla "mötədillər” müdafiə edirdi.”Mötədil”lərin məqsədi:
    1.İnqilabi diktaturanın zəifləməsi;
    2.Konstitusiya qaydalarının bərpası;
    3.Sabit qiymətlərin ləğv edilməsini istəyirdilər.
1794-cü ilin fevralında ifrat yakobinşilər Robespyerçi İctimai Qurtuluş Komitəsinə və Konventə qarşı açıq çıxış etdilər. Üsyan etməklə Eber,Şomet
və onların tərəfdarları İctimai Qurtuluş Komitəsinin yeniləşdirilməsinə, terrorun güclənməsinə və s. nail olmaq istəyirdilər.Bu qsyana hazırlığa cavab olaraq İctimai Qurtuluş Komitəsi eberçiləri həbs etdirdi. Martın 24-də Eber və
daha13 adam edam edildi. "İfrat”çılara divan tutulması xalq arasında yako-
binçi diktaturanın dayağını zəiflətdi.
   Eberçilərin aradan götürülməsindən sonra hakimiyyətin yakobinçilərin
Mötədil cinahının əlinə keçməsi təhlükəsi artdı. Ona görə də martın sonunda
Danton və tərəfdarları həbs olundular və  aprelin əvvəllərində edam edildilər.
    Yakobinçilər höümətinin sosial-iqtisadi siyasətindən əhalinin yoxsul təbə-
qələri narazı idilər.Ərzaq məhsullarına qoyulan sabit qiymətlərə riayət edil-
mirdi.Fəhlələrin və yoxsul sənətkarların vəziyyəti pisləşmişdi.
     Konvent üzvlərinin əksəriyyətini inqilab dövründə varlanmış yeni burjua-
ziya nümayəndələri təşkil edirdilər. Yakobinçilər diktaturasına onlar müvəqqəti rejim kimi baxırdılar və ona ancaq xalq kütlələrinin təzyiqi altında
dözürdülər.Onlar qeyri-məhdud sərvətə nail olmağı bərpa etmək,inqilabi diktaturanı və teror rejimin ləğv etmək istəyirdilər. Varlı kəndlilər də yako-
binçi diktaturanın qalmasında maraqlı deyildilər. 
      Əvvəllər yakobinçi diktaturanı müdafiə edən sağ yakobinçilər-"dağ”ların bir hissəsi 1794-cü ilin iyun-iyul aylarında Konventin narazı üzvləri ilə birləşdilər.Yakobin bloku dağıldı.Konventin dərinliklərində əksinqilabi qəsd hazırlanmağa başlandı.
    Əksinqilabi çevrilişin yetişdiyini hiss edən Robespyer İctimai Qurtuluş Kom-
təsinin və Təhlükəsizlik Komitəsi tərkibinin yeniləşdirilməsinə çağıran nitqlə çıxış etdi.Ertəsi gün ,termidorun 9-da (27 iyul) sui-qəsdçilər Konventdə qarmaqarışıqlıq salaraq Robespyer və onun tərəfdarlarının həbs edilməsi
haqqnda qərar qəbul edilməsinə nail oldular. Bu zaman Robespyer qışqıraraq
dedi:”Respublika məhv oldu,quldurlar qələbə çaldılar!”.
 Ertəsi gün 22 nəfər , o cümlədən Robespyer,Sen-Jüst və başqaları edam edildilər.Beləliklə,9 termidor(27 iyul) çevrilişi Yakobinçilər diktaturasına son
qoydu.
  Fransa burjua inqilabının nəticələri və inqilabın əhəmiyyəti
          1789-1794-cü illərin Fransa burjua inqilabı feodal-zadəganlar və monar-
arxiya üzərində tam qəlbəyə çatdırılan yeganə burjua inqilabı idi. İnqilab Fransada ictimai həyatın bütün sahələrində çox ciddi dəyişiliklərə gətirib
çıxartdı.İnqilabın ən böyük nailiyyəti  və tarixi əhəmiyyəti onun feodalizm
quruluşunun dağılmasına səbəb olması idi.
        1789-1794-cü illər inqilabı xalq inqilabı idi. İnqilabda əsas rolu xalq kütlələri oynayırdılar. Məhz xalq kütlələrinin çıxışları, fransız burjuaziyası-
na qələbə qazandırdı. Fransa inqilabının qələbəsi kapitalizmin inkişafını
sürətləndirdi.
         Fransa burjua inqilabı Avropada mütləqiyyətə və feodalizmə ən güclü
zərbə endirdi və ümumdünya tarixinin bütün sonrakı inkişafına böyük
təsir göstərdi.
    Hacıqabul rayonu, UDULU kənd məktəbi, müəllim Z. Əliyev
 
 
 

Fransa burjua inqilabi 4 cü dərs

 

Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 oktyabr 2014 16:25
    Müəllim və tələbə-çagirdlərin ən çox sevdikləri mövzulardan biri Böyük Fransa Burjua inqilabı mövzusudur.Bu mövzunun maraqlı olmasını nəzərə alaraq bütünlüklə işləyib hazırlamağı qərara aldım.Digər tərəfdən isə yeni kurikulum islahatlarına uyğun olaraq "Ümum tarix" dərslikləri də yenidən işlənilib hazırlanacaq.Yeni dərsliklər isə çagirdərin bilik,bacarıq və yaş xüsusiyyətləri,guya nəzərə alınıb, yenidən işlənəcək.Bu zaman, belə düşünürəm ki, dərsliklərdə bu mövzu haqqında tarixi bilgilər və məlumatlar da sadələşdiriləcək və tələbə-şagirdlər bu mövzu haqqında az məlumat əldə edəcəklər.Allah bu saytı uzunömürlü etsin və Hamlet müəllimə cansağlığı versin ki, bu lahiyədə bu mövzu ətraflı və geniş şəkildə istifadəçilər tərəfindən tam məlumat alsınlar. Hörmətli İstifadəçilər həm Sİzin adınızdan və həm də öz adımdan Hamlet müəllimə öz dərin təşəkkürümü bildirirəm ki, bu mövzuya dair bütün dərsləri nəfis şəkildə tərtib edərək saytda yerləşdirmişdir. Bir daha çox sağ olun , Hamlet müəllim. Səmimiyyətlə Zakir müəllim.

  2. 7 oktyabr 2014 19:10
    Zakir mellim cox duzgun edibsiz.Cunki tarix kitablari bugun berbad vezietdedi.burdan meqsedli wekilde yararlanmag mumkundur.Var oLun.

    --------------------

  3. 4 noyabr 2015 19:25
    cox tezekkurler beyendim ela melumatlardi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.