TÜRKÜSTANDA CƏDİDÇİLİK HƏRƏKATI

TÜRKÜSTANDA CƏDİDÇİLİK HƏRƏKATI

 

Cədidçilik hərəkatı, XIX sonu və XX əsrin əvvəlində Orta Asiya ölkələrində milli və Avropanın mütərəqqi islahat ideyaları əsasında formalaşmış və həmin illər özlüyündə, ictimai inkişafda dönüş dövrü hesab olunurdu. Milli ziyalıların nümayəndələri və mütərəqqi düşüncəli insanlar, müstəmləkə şəraitində olan Türküstanın, yarımmüstəqil Buxara və Xivə xanlıqlarının geri qalmasını, iqtisadi və mənəvi sahələrdə geriləmənin səbəblərini dərk edirdilər, bu da onların şüurunda, gələcək tərəqqinin çevrilişsiz mümkün olmayacağı cəmiyyətdə, islahatların həyata keçirilməsi ideyasının yaranmasına təkan verirdi. [/b]

XIX əsrin sonu və XX əsrin əvvəllərində Türküstanın islahat hərəkatı tarixən çoxpilləli və çox çətin inkişaf yolu keçmişdir. Digər ölkələrin islahat və tərəqqi yoluna yönəlmiş fəlsəfi təcrübəsinə əsaslanan cədidçilər, ictimai inkişafa müxtəlif baxışların qarşıdurma obyektinə çevrildiyi milli zəmində, bu təcrübəni tətbiq etməyə cəhd göstərdilər. Müstəqillik uğrunda əsas mübarizə ideyası belə çətin bir şəraitdə formalaşmışdı. Cədidçilərin konsepsiyasının əsas hissəsini, Türküstanın bütün xalqlarının birliyi problemi təşkil edirdi, beləki, cədidçilər gələcək dövlət quruluşunu həmin xalqların həmrəyliyi ilə bağlayırdılar.

Tatar cədidçiliyinin rəhbəri və banisi İsmayıl Qaspiralı, həm də Türküstan cədidçilərinin əsas ideoloqu idi. XX əsrin əvvəllərində Volqaboyu, Krım və Qafqazın cədidçiləri ilə sıx qarşılıqlı əlaqələr qurulurdu. İsmayıl Qaspiralı özü Buxara, Səmərqənd və Daşkənddə bir neçə dəfə olmuş və yeni üsullu məktəblərin vəziyyəti ilə tanış olmuşdu. XIX əsrin sonu və XX əsrin əvvəllərində misir islahatçılarının  müddəaları ilə  türküstan cədidçiliyi arasında oxşar cəhətlər çox idi. 

Cədidçilik, başqa sözlə desək, milli şüurun yüksəlməsinə səbəb olan, cəmiyyətin yenilənməsi və islahatlanması hərəkatına təkan verən, milli müstəqillik uğrunda islahat ideologiyasının yaranması və inkişafında aparıcı rol oynayan, keçmişin görkəmli ictimai-siyasi cərəyanlarından biri hesab olunurdu. Uzun müddət sovet tarixşünaslığında cədidçilik "mürtəce”, "pantürkist”, "panislamist” ideoloji cərəyanı kimi təqdim edilirdi. Cədidçilərin mədəni-maarif fəaliyyəti nisbətən müsbət qiymətləndirilirdi, o da ki, yalnız  ilk dövrlərdə.  Müasir dövrdə məlum olur ki, cədidçilik hərəkatı, XIX əsrin sonu və XX əsrin əvvəllərində Türküstan cəmiyyətinin siyasi qüvvələrinin mürəkkəb əhatəsində mütərrəqqi cərəyanı təcəssüm etdirirdi.

Artıq məlum olduğu kimi, cədidçilik,  Mərkəzi Asiya bölgəsinin ictimai inkişafının dönüş dövründə yaranmışdı. Milli vətənpərvərlər tərəfindən, müstəmləkə şəraitində olan Türküstanın böhranlı vəziyyətinin dərinliyi, onun ümumdunya proseslərindən geri qalması, yerli əhalinin hər cür azadlıqsevər cəhdlərinin dəf olunması, mənəvi sferada geriləmənin dərk edilməsi, onların arasında, cəmiyyətin əsaslı islahatının aparılması ideyasının doğulmasına təkan verirdi.

Ancaq islahat hərəkatı, tarixən  birmənalı olmayan mürəkkəb xarakterli  yol keçmişdir. Cədidçilik, ictimai inkişafın perspektivlərinə, dünyagörüşlü yanaşmaların və müxtəlif fəlsəfələrinin çarpışma səhnəsinə çevrildi.

İlk mərhələdə hərəkatın iştirakçıları ictimai sistemin tamamilə dəyişdirilməsinə cəhd göstərmirdilər. Onlar üçün mənəvi sferanın modernləşdirilməsi məsələsi prioritet olaraq qalırdı. Yeni üsullu məktəblərin yaradılması, dövrü mətbuatın dərc edilməsinin təşkili,  dərslik və dərs vəsaitlərinin nəşr edilməsi, qərbin texnika və texnologiyasının mənimsənilməsi zərurətinin təbliğatı, avropa mədəniyyətinin nailiyyətlərinin istifadəsi ilə onlar, milli dünyəvi təhsilin yaranmasına, mənəvi həyatın yenilənməsi və zənginləşdirilməsi, milli şüurun yüksəlişinə zəmin hazırlayırdılar.

Keçmişə nəzər salan cədidçilər, cəmiyyətdəki bütün mənfi halları milli müstəqilliyinin itirilməsi ilə bağlayırdılar.  Beləki, M.Behbudinin fikrincə, 50 ötən il ərzində Mərkəzi Asiya xanlıqları dünyadan təcrid olunmuşdular və dünya nailiyyətlərindən bəhrələnə bilmədilər, bu da milli müstəqilliyin itirilməsinə gətirib çıxardı və bu müstəmləkə zülmünün başlıca səbəblərindən biri hesab olunurdu. Müstəmləkə sistemi isə Türküstan xalqlarını, bilmədikləri, avropa qanunlarına uyğun yaşamağa vadar edirdi, bunları bilmək üçün isə savadlı olmaq tələb olunur. Behbudi belə qənaətə gəlir ki, ali təhsilli mütəxəssislər, əsasən hüquqşünaslar millətə fayda verə bilərlər. Dövlət Duması, məhkəmələr və Türküstanda fəaliyyət göstərən Rusiya dövlətinin rəsmi orqanları vasitəsilə, onlar hökümətə müraciət edə bilərlər. Beləliklə, hələ 1913-cü ildə Behbudi aşağıdakı nəzəriyyəni irəli sürürdü: türküstanlılar arasında maarif və təhsilin inkişafı, öz milli-dövlətçilik maraqlarının müdafiəsi baxımından zəruridir.

Milli tərəqqipərvərlər, Rusiyadaki siyasi prosesləri yaxından izləyir, orada yaranmış siyasi partiyaların proqramlarını öyrənirdilər. Ancaq xalqın milli mentalitetinin xüsusiyyətlərinə, onun sülhsevərliyinə və təmkinliyinə əsaslanaraq, onlar sülh yolu ilə, leqal yollarla, Dövlət Dumasına müraciət etmək vasitəsilə və orada çıxış etmək yolu ilə qarşıya qoyulmuş məqsədlərə çatmaq istəyirdilər. Yerli əhalinin siyasi şüurunun artmasından narahat olan çar adminstrasiyası, Dövlət Dumasında Türküstan nümayəndələrinin iştirakına veto qoydu. Bundan sonra cədidçilər, Ümumrusiya Müsəlmanları İttifaqının tərkibinə daxil olmaq üçün, birləşmək və vahid müsəlman partiyası yaradılmasının zəruriliyi qənaətinə gəldilər.

[b]Mərkəzi Asiyanın cədidçilərinə 1905-1911-ci illərdə İran və Türkiyədə baş vermiş inqilablar nəzərə çarpacaq dərəcədə təsir göstərdi. Bu ölkələrin milli ziyalılarının nümayəndələri, monarxiya quruluşunu konstitusiya çərçivəsində məhdudlaşdırmaq və milli burjuaziyanın iqtisadi qüdrətini möhkəmlətməyi qarşılarına məqsəd qoymuşdular, buna da onlar müvafiq şərait və zəmin yaratmağa nail olmuşdular. 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 15 dekabr 2012 22:52
    Nuru muallim nezere alsaq ki bu cur meqaleler cox lazimli ikincisi Azerice demek olar ki tapilmazdir Siz ne qeder telebeler ucun cox deyerli sih qormusunuz Biliyinizi bizimle bolushduyunuz ucun teshekkur edirek Allah bilgilere ehtiyaci olanlara destek olanlara destek durar ! Yorulmayasiniz !

  2. 15 dekabr 2012 23:00
    Hamlet muellim, mende size tesekkurumu bildirirem! Nezere alsaq ki, magistr meqalemin jurnalda cap olunmagina hele biraz vaxt var, birinci defe burada isiq uzu gorduyune sevindim. Yeni eksluziv olaraq meqale bu saytda yerlesdirlidi. Bu da ebes yere deyil, cunki bu sayt respublikamizda en maraqli tarix saytdi...

  3. 19 dekabr 2012 00:44
    Tesekkurler.Bu herekat muselman turk xalqlarinin musteqilliye aparan yoldan kecirdi.

  4. 19 dekabr 2012 22:19
    Size de tesekkurler Napa!

  5. 22 fevral 2013 22:46
    tewekkurler winked

  6. 4 avqust 2014 19:16
    bu herekati heqiqeten de ilk defedi ewidirem.en cox en yaxwi tanidigim herekat celairiler ve quscular herekatidi ve diger herekatlar.Ilk oldu.bilmirdim.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.