Qədim Misir dərsi üzrə metodik təklif

[/b]

[b]Qədim Misir dərsi üzrə metodik təklif
 

Birinci dərs

 

İkinci dərs

Üçüncü dərs

 

Açar sözlər: relyef, qanun, sehirli simvollar

 

 VI sinif

 

Dərsin məqsədi- Şagirdlərin bədii yaradıcılıq prosesində internet texnologiyasından istifadə etməklə, mənəvi inkişafının formalaşmasına nail olmaq.

 

Vəzifələr:

 

              - şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək;

              - şagirdlərdə informasiya mədəniyyətinin formalaşmasına nail olmaq;

              - şagirdlərdə mənəvi dəyərlərə münasibəti formalaşdırmaq;

              - şagirdlərə Qədim Misir incəsənəti haqqında məlumat vermək;

              - əxlaqi və estetik dəyərlərin  səciyyəvi anlayışlarını formalaşdırmaq

 

 

Fənnin inteqrasiyası.

Qədim Misir sivilizasiyasının incəsənəti haqqında  biliklərin formalaşması üçün tarix, ədəbiyyat və incəsənət dərsliklərinin inteqrasiyası tələb olunur. Fənn mövzuları elə təşkil olunmuşdur ki, şəğirdlər istənilən məlumatı maksimum səviyyədə mənimsəsinlər. Qədim Misir cəmiyyəti, dini, Misir allahlarının atribut və panteonları haqqında mövzular ümumi dövlət proqramı üzrə tarix dərslərində öyrədilir. Paralel olaraq, ədəbiyyat və incəsənət dərslərində Qədim Misir mifologiyası və ədəbiyyatı haqqında məlumatlar verilir. Əsas məqsəd, müxtəlif saytların materiallarından istifadə etməklə, tədris kurslarında öyrənilən obyektin mahiyyəti haqqında bütöv təsəvvürlərin yaranmasına diqqət yetirməkdir.

 

 

Hazırlıq mərhələsi. Əyani vəsaitlər.

 

Tədris prosesində aşağıdakı əyani vəsaitlərdən istifadə etmək olar:

 

1. Qədim Misir əfsanələrinin mətnləri. Bu mətnlərə aid müxtəlif ədəbiyyatların içində, yalnız uşaq biliklərinə uyğun olanlarını seçmək. Bizim fikrimizcə, A.İ.Nemirovun «Qədim şərqin mif və əfsanələri» kitabı ən optimal seçim ola bilər. Biz uşaqlara təklif edirik ki, «Qədim Misirə aid olan dərslərdə bu kitabın «Qədim Misirin allahları və qəşrəmanları» bölməsi ilə tanış olsunlar.

 

 2. Dərsdə internetə qoşulmaq. Eyni zamanda disket və D.V.D.-yə yazılmış sayt                                                                    fraqmentlərindən də istifadə etmək olar. Saytlarda uşaqlara ancaq müxtəlif ölkə və xalqların   əfsanələri haqqındakı yazıları deyil, həm də, bütün allahların mifaloji formada təsəvürləri də   maraqlıdır. Eyni zamanda saytlarda dünya muzeylərinə səyahət edərək, Qədim Misir dövrünün   eksponatları ilə də tanış olmaq olar. Bu mükəmməl imkanla, bir dərsdə olmaqla, eyni zamanda,         A. S. Puşkin adına  incəsənət muzeyində, Qahirə, Luvr muzeylərində də olmaq olar.

 

 

3. Bizə Qədim Misir incəsənəti haqqında istənilən videofilm lazımdır. Bu  «A.S.Puşkin adına incəsənət muzeyi»nin  Misir zalının videoyazısı, «Qədim Misir» videofilmi də ola bilər. Eyni zamanda «Misir şahzadəsi» cizgi filmindən də fraqmentə baxmaq olar. Lakin uşaqlar bu cizgi filmində, qədim surətlərin və interyerin yaradılmasında olan səhvləri çox asanlıqla tapa biləcəklər. Ona görə də biz «Yox olmuş sivilizasiyalar» adlı televiziya seralından istifadə etməyi daha məqbul sayırıq.

 

4. Biz dərs üçün hər bir şagirdə Misir panteonlarının əsas allahlarının şəkillərinin surətini çıxarıb veririk. Şəklin ölçüsü, rəsm dəftərinin ölçüsünə uyğun olmalıdır.

 

5. «Ölülər kitabından» şəkillərin verilməsi.

 

Dərslərə səhvlər.

 

Birinci dərs. Əbədi şahlıq.

 

(Keçən dərsin ev tapşırığı – Qədim Misir əfsanələri).

 

 

 

 

 

 

 

 

 

 

(Piramidalardan videofraqment). Biz tarix dərslərində artıq piramidalar haqqında danışmışdıq. Siz şəkillərə diqqətlə baxın və fikirləşməyin ki, bu ağırlıqdakı daşları haradan və necə gətirərək piramidaları tikmişlər. Ancaq onlara baxın. Gəlin fikirləşək- bunlar nə üçündür? Kimə və nəyə görə bütün bunlar lazım idi? Ora ömürlük düşmək istəyən insan nələr hiss edirdi? Bunu təsəvvür etmək çətin olsa da, bizə bu işdə Qədim Misir incəsənəti kömək edəcək.

      Qədim Misirlilərə görə, ölüm həyatın sonu deyildi. Ondan sonra yeni həyat gəlir. Həyatla ölüm canlanaraq qapalı dövrə əmələ gətirirlər. Əbədi həyat haqqında təsəvvürlər ruhun və bədənin mövcudluğunu fərz edirdi. Yenidən doğulma qanunları böyük şəkimiyyət və avtoritetə malik olan kahinlərə məlum idi. Ehramlar yerdə səma idi. Ehramlardakı bütün dini mərasimlər allah və allah naminə həyata keçirirlirdi. Və hər kəs də inanırdı ki, allah bu mərasimlərdə iştirak edir. Bunun həmişə belə olacağına inam, günəş allahı Ra-nın batması və çıxmasına bir qanunauyğunluq verirdi. Eyni zamanda İsida ağlayaraq göz yaşları ilə bərəkətli Nil çayını doldururdu. Nut ulduzlarının düzülüşünə görə, Setanın himayəsində olan qumsallığın başlaması. İllər bir-birini əvəz edərək, hər şey yenidən təkrar olunurdu. İnsanlar fikirləşirdilər ki, bu əbədilik  Apopa qalib gələrək, zamanı durdura bilər. Özləri isə təbiət qanunlarına tabe olmağa cəhd göstərirdilər. Və bu müəyyən olunmuş qaydalar min illər boyu dəyişməz qalırdı. Beləcə qanunlar tərtib edilirdi. (Lüğəti dəftərə yazmaq)

       Kanon sözü yunan dilindən tərcümədə qanun və ya qayda deməkdir.Qanuna-şer formalarını

yazanlar, ehram və məzarların planlarını çəkən Qədim Misir ustaları tabe olurdular.

       Kanon- bədii qaydalardır. Bu qaydalar kahinlərə–ayinlərin ardıcıllığını, memara-abidələrin tərtibini, yazıçıya- sözlərin yığılması və cümlələrin qurulmasını göstərirdi. Qədim Misir incəsənətində kanon həm də relyefdə də yayılmışdı. (Relyeflərin nümayişi) İncəsənətin bu növü divar naxışından, daha mənalı və davamlı idi. (Lüğəti dəftərə yazmaq)

 

      Relyef- düz səth üzərində heykəltəraşlıq təsvirləridir. Fiqurların fon (ton, rəng) üzərindən nə qədər hündürdə yerləşməsindən asılı olaraq, relyeflərin iki növü möcuddur. Alçaq relyef (barelyef) və hündür relyef.(qorelyef)

 

     Hələ qədimdən başlayaraq incəsənətdə xarakterik Misir cizgiləri  formalaşmağa başladı. Sonralar bunlar ənənələrdə möhkəmləndi. Divar naxışları və relyefdə, həm də arxitekturada əvəvələrdən və xüsusi üsullardan siddi sistem düzəlir. Baxışlar və zövqlər, bədii üslub və təsvirin texniki üsulları dəyişilir. Dəyişməyən ancaq konondur (qanunlardır). Və bununlada həyatın əbədi mövcudluğuna inam artır. (Müəllim şagirdlərə Misir allahlarının şəkillərini paylayır).

 

Uşaqlar şəkillərə baxaraq, onlara tanış olan allahları tanıyırlar. İndi onlar, qədim divar  rəsmlərində və relyeflərdə təsvir olunan konkret personajları tanıya biləcəklər. Şəgirdlər özləri ölülər kitabından təsvirlərə baxaraq, (Luvr muzeyi- müəllimin seçiminə görə, foto, video, sayt)  müəyyən  allahların təsvirində, qanun cizgilərini müəyyən edirlər.

 

Dəftərdə rənglərlə işləmək. Qara  və ağ rəngli təsvirlər təkcə rəngi deyil, həm də konon tərəfindən yazılmış rəngi  verir.

 

Qədim Misirin hansı allahları bizə tanışdır? Onların təsvirlərini göstərin. Sizə onlar haqqında məlum olan mifləri danışın. (Ev tapşırıqlarının yoxlanılması. Şəgird cavab verdikdə, mütləq allahın nəyin simvolu olduğunu və hansı funksiyanı yerinə yetirdiyini deməlidir. Məsələn, həqiqət ilahəsi Maat-dəvəquşu lələyinin simvolu, ölülər səltənətində ölən adamın ürəyinin «çəkisini» müəyyən edirdi).

 

Qədim Misir allahları qüdrətli və böyük idi. Və onlar çox yaxında idilər. Bəlkə ono görə insanın yerdəki həyatının ömrü elə bir əhəmiyyət kəsb etmir. Və bu ömrün  allahların yanında davam etməsi, çox təbii görünürdü.

          Miflərə əsasən, ölən adam yenidən  dirilərsə, o halda onun ruhu geri qayıdacaq.

 

 

Yumru heykəllər (görünüşü hər tərəfdən mümkün olan heykəllər) fiqurların bütöv (tam) halda yerinə yetirilməsini tələb edir.

Ancaq, düz səth və divar naxışlarında buna nail olmpq çox çətindir. Buna görə də Qədim Misir sənətkarları belə bir təsvir üsulu tapdılar. (İnsan bədəninin bütün elementləri yaradılmış obrazda gözlə görünsün). Üz və ayaqların profildən göstərilməsi, bədənin bütün bu elemetləri yaradılmış obrazda gözlə görünsün. Bu təsvir üsulu Qədim Misir incəsənətinə möhkəm surətdə daxil olaraq, zamanın sınağından çıxaraq, kanon sistemində möhkəmlənir. O, həmçinin real insanların təsvirində də geniş yayıldı. Diqqət yetirin. Mənz bütün insan və allahlar «Ölülər kitabında», məbəd və məzarların divarlarında bu cür təsvir olunub. İndi onlar bizim dəftərimizdə də belə çəkilib.

 

(Ev tapşırığı – dəftərdə tapşırığı yerinə yetirmək).

 

Misirin simvolları. İkinci dərs.

 

Ev tapşırıqlarının yoxlanılması. Şagirdlər konon rənglərini izah edirlər. Müəllim panteon allahlarının təsviri olan şəkillərdən bir neçəsini şagirdlərə əlavə paylamalıdır. Bu ona görədir ki, şagirdlər səhvlər üzərində işləyə bilsinlər.

Kiçik yoxlama tapşırığı – cədvəldə boş yerlərin doldurulması.

 

Allahın adı

İşarə (simvol)

Vəzifələri

          Hepri

                         ?

             bərpa olunma

          Sehmet

                    dişi şir

                       ?

              ?

                    qaraleylək

             məktub,hesablama

             Set

                         ?

             quraqlıq, bədbəxtlik

              ? 

                     çaqqal

              mumiyalanmış

          Maat

                    dəvəquşu lələyi 

                         ?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sizin tərəfinizdən doldurulmuş cədvəldə «simvol» sözü var idi. Siz onu necə başa düşürsünüz? (bu sual-cavab uşaqların ümumi bilik səviyyəsindən asılıdır).

Gəlin birlikdə təyin edək.

Əgər biz diqqətlə təsvirlərə baxsaq (dəftərdə, monitorda) görərik ki, onların bir çox detalları təkrar olununr. Artıq sizə tanış olan rəsmlərə bir daha baxın. Allahlar və insanların xarici g.rünüşündə nə kimi ümumiliyi müəyyən etdiniz? Hansı hissələr daha çox təkrar olunur? (bir qayda olaraq uşaqların savabları, simvolik atributlar haqqında dəqiq olmasa da, ümumi məlumatlar verir. Şagirdlər allahlar və fironların əllərində anxların olmasını, xüsusən çəkilmiş göz xətlərinin aurılması və əlbəttə ki, boyunbağını qeyd edirlər. Müəllim şagirdlərə köməkçi suallar verməklə, onlardan şanagüllə və skarabey (qədim misirlilərdə: pul və daş üzərində qazılmış müqəddəs böcək şəkli) haqqında da eşidə bilər.

 

Nə üçün bu əlamətlər xüsusilə diqqəti cəlb edir?

 

Qədim Misir mifalogiyasında səma, torpaq və yeraltı səltənət qapalı dairə kimi təsəvvür edilir. Və həyatın istənilən fazasından keçən allahlar xarici görünüşlərini (görkəmlərini) dəyişirdilər. Və yeni formaya düşmək üçün, mütləq bədii üsul tapmaq lazım idi. Kanonun təsviri isə istənilən halda saxlanılırdı. Bu simvolik təsvir üsulu idi.

(Lüğət dəftərinə yazmaq) Simvol - hər hansı ideya və ya fikri ifadə edən, işarə və ya predmetdir.

 

 

 

 

 

Biz şəkildə başların simvollarla təsvir edilməsi, eyni allahın xarici görünüşünün müxtəlif formalarının ifadəsidir. Bu əvəzetmə mexaniki surətdə deyil, norma və münasibətlərin hormonal hesabına baş verir. Son nəticədə insan bədəninə,müxtəlif mənşəli predmetlərin (heyvan başları və ya əksinə) birləşməsindən təsvirlər alınır. Məsələn, (şəkil) müharibə ilahəsi Soxmet şir başlı qadın bədənli, Bastet pişik başlı, qadın bədənli, Xnum allahı qoyun başlı, kişi bədənli təsvir olunub.Ancaq bu heyvanların heç biri allahlarla eyniləşdirilməyib.Rəssamlara heyvan simvolları allahların xarakterini təsvir etməkdə kömək edirdi.

Digər simvollara da baxaq. Onların mənalarını başa düşməyə çalışaq. Siz hamınız allah və fironların əllərində anx-həyat simvolunu görmüsünüz. Baxın o xaçı xatırladır.(Müəllim lövhədə, şagirdlərsə dəftərdə şəkli çəkir). İllüstrasiyaların nümayişi. Bunlar Misir şahlarıdır. (fironlardan biri, Nefertiti). Onlar öz taclarında və ya çələnglərində(Nefertitadakı kimi). Günəşin odlu gözünün simvolu olan qızıl ilan aparırdılar. Hansıki bu simvol  dünyadakı bütün düşmənləri məhv edə bilər. (müəllim lövhədə, şagirdlər dəftərdə şəkil çəkirlər). Günəşin simvolu olan qaşlı yaxalıq geyimin daimi idi. Onlar öz «şüaları» ilə hər bir misirlinin ruhunu qoruyurdular. (illüstrasiyalar). Bu qeyri-adi bəzək əşyasına diqqətlə baxın. (Monitordan və ya kitabdan III Senysertin pektoralı nümayiş olunur). Pektoral- dini ayinlərin icrasında mühüm əşyalardan biridir. Onun içərisində skarabey böcəyi təsvir olunub ( müəllim lövhədə, şagirdlər isə dəftərdə şəkil çəkir). O Feniks quşu kimi Günəşin və yenidən dirilən adamın simvolu sayılırdı (Burada peyin şarı haqqında bioloji şərhə ehtiyac var. Peyin şarından böcək dünyaya gəlir. «Heçdən yaranaraq» ). Şanagüllənin xüsusi əhəmiyyətini siz özünüz izah edə bilərsininz. Şah məzarlarının divar naxışlarında tez-tez onun təsvirinə rast gəlinir. (müəllim lövhədə, şagirdlər dəftərdə şəkil çəkirlər). Dünyanın yaranması haqqında olan əfsanəni yadınıza salın. Bu gül Günəş allahına həyat verib. Əfsanəyə əsasən, şanagüllə gülü Nunanın hərcmərcliyindən yaranıb.Onun açılmış ləçəklərində ilahi körpə oturmuşdu. Onun gəlişi ilə dünya işıqlandı. Təsvirlərdə şanagüllənin üç müxtəlif –çəhrayı, ağ və mavi növlərinə rast gəlinir. Ən müqəddəsi çəhrayı şanagüllə sayılırdı. Sizcə nəyə görə? (şanagüllə- günəş şüalarının rəngi, Günəş isə bütün həyatın, dinin və Misir incəsənətinin əsas   simvoludur). Mavi və ağ rəngli şanagüllələrə dini ayinlərin keçirilməsində, məzar və məbədlərin divar təsvirlərində tez-tez rast gəlinirdi. Şanagüllənin çiçəkləri ilə məbədlərin sütunlarını bəzəyirdilər. Şanagüllə həyatın, təbiətin yenidən canlanmanın (dirilmənin) simvolu idi. İstənilən insan öləndən sonra, allah kimi ovsunlanmaqla, şənəgüllədən yenidən  yenidən canlana bilərdi.

          Misir sənətkarları heykəllərdə gözlərə xüsusi diqqət vermişlər. «Göz» simvolu çox məşhur olaraq, qədim Misir tarixi boyunca mövcud olmuşdur. Gözün təsviri «gözdəymədən» qorunmaq üçün ən yaxşı talisman hesab olunurdu.Qədim misirlilərin təsəvvürlərinə görə, göz əbədi həyatın simvolu idi. Gözün iki variantda təsvirinə rast gəlinib. İki gözü ilə görə bilən allah mövcudatın başlanğıcını canlandırdı.Mumiya şəklində təsvir olunan kor allah cansız mövcudatın simvolu idi. Qədim Misir rəssamları heykəllərdəki gözləri daha parlaq verməyə çalışmışlar.Əvvəlcə onlar bu məqsədlərinə çatmaq üçün, rənglərdən istifadə etməyə çalışırdılar.

Sonralar isə baxışlara daha çox ifadə vermək üçün, inkrustasiya-qaxma(başqa bir material üzərinə qaxılan sədəf, sümük, qiymətli daş və s.-n ibarət bəzək) texnikasından istifadə etməyə başladılar. Gözün qüzehli qişası şəffaf qiymətli daş olan kvarsitnən doldurulur. Bəbəyin yerində parlaq xrustal damcısı yığılır. Nəticədə göz təkrarolunmaz hipnoz hərəkətinə malik olurdu. Təsadüfi deyil ki, Qədim Misir obrəzları özlərinə diqqəti cəlb etdirirlər. Eyni zamanda özlərinin qapalı daxili aləmlərinə buraxmıplar.

         Biz artıq müəyyən etdik ki, bir çox simvollar bir-birlərinə pərçimlənərək, tamamilə yeni bir aləmin şəklini yaradır. Bizi onlardan min illər ayırmasına baxmayaraq, onları qoruyan və kömək edən, sitayiş olunan əzəmətli allahların, müxtəlif simvolların əhatəsində olan Qədim Misirin insanları bizim kimi sevinir və kədərlənirdilər. Və biz onlara bir addım yaxınlaşaraq, onları başa düşürük. Gələn dərsimizdə Qədim Misirdən sizin yadınızda ən çox nə qalıbsa, onu təsvir etməyə çalışacağıq. Evdə çalışın ki, bu suallar yzərində fikirləşəsiniz. Bu aləm bizə necə görsənir? Belə təsəvvür edə bilərsiniz ki, siz zaman-maşınıyla səyahətdən qayıtmısınız (kompyuterdə). Sizin yadınızda ən çox nə qalıb?

 

 

 

  Qədim Misir dünyası. Üçüncü dərs.

 

Dünya muzeylərinə mümkün olan kiçik ekskursiya-divar naxışları. «Ölülər kitabı»ndan şəkillər, saytda relyeflər və ya video-flimdən fraqmentlərə baxmaq.

 

Uşaqlara seçmək üçün iki növ iş verilir: peyzaj və portret.

 

Sulu boya ilə iş.

 

İşlərin müzakirəsi. Müəllifə suallar.(işin təqdim edilməsi)

 

- nə üçün mən məhz bu süjeti seçdim

- hansı hissləri mən vermək istədim və bu nə dərəcədə alındı

- konkret detallar nə kimi əhəmiyyətlidir

- hansı simvollardan mən istifadə etmişəm və nə üçün

 

 

Sinifdə müzakirə etmək üçün suallar:

 

- siz bu işə baxdıqda nə hiss edirdiniz

- sizdə hansı suallar yaranır

- işin əlvan-rəngarəng yerinə yetirilməsi sizin xoşunuza gəlirmi

- bu təsvirləri qədim misirli görsəydi nə deyərdi

- müəllif göstərmək istədiyini göstərə bildimi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 10 noyabr 2011 19:40
    Axwaminiz xeyir Ucarin fexri .Bu sayti gordukde 1daha sizinle fexr etdim.muasir dersin teleblerine cavab verir.wekiller ve melumatlar - hamisi elaaaaaaadir.Allah zehin aciqligi versin,hec yorulmayasiniz

  2. 4 dekabr 2011 20:59
    Shagirdler ucun melumat kimi yaxshidir. Istifade eden adamin tebii ki, biliyi daha da artar. Amma ders modeli kimi bitkin deyildir.Cox shey qarishiqdir.

  3. 5 dekabr 2012 14:37
    bu sayt eladir ve maraqlidir sagolun

  4. 24 oktyabr 2014 02:03
    cox maraqlidir. wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.