“Orxon abidələri”

“Orxon abidələri”

 

 

"Öd tenqri yasar, kisi oğlı kop ölçülü törümis” tərcüməsi : "Taleyi tanrı yazar. Bütün insanlar ölmək üçün yaranmışlar”. Verdiyim stat Kültigin abidəsində yazılmış bir parçadır. Bugün türklərin yazısından və tarixindən danışacağam. Türklər Mərkəzi Asiyadan Şərqi Avropaya qədər torpaqları işğal etmişlər. Elə buna görə də, türk yazılarına Mərkəzi Asiyadan və Şərqi Avropanın ən müxtəlif guşələrində türk dilində yazılmış abidələrə rast gəlinir. Türklərin yazılı abidələrindən biri Şimali Monqolustan ərazisində tapılmışdır. Bu abidə Orxon çayı sahilindədir, abidələrdən ən böyüklərindəndir. Məhz buna görə qədim türk abidələri adətən "Orxon abidələri” adlanır. "Orxon abidələri”ndən başqa Yenisey yazılarıda vardır. Bu yazılar adətən məzar daşları üzərində həkk olunmuşdur. Adətən bu abidələr V əsrəaid edilir və sayı 120-dən çoxdur. Bu yazılar daha çox təsviri xarakter daşıyır, Orxon yazıları qədər inkişaf etmədiyindən az oxunaqlıdır. Türk yazılı abidələri adətən məzar daşları üzərində olur. Amma kağız üzərində də yazılmış bir neçə abidə var. Məsələn, "Falnamə” əsəri. Qədim türk abidələri arasında mühüm yer tutur. Qədim türk abidələrinin tarixi adətən V-X əsrə aid edilir. Lakin türk yazılı abidələrinin xronoloji çevrəsi daha genişdir. 1970-ci ildə İssık-kul gölü ətrafında , 1989-ci ildə Azərbaycandan tapılan yazı nümunələri bunu bir daha sübut edir.

“Orxon abidələri”

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 15 oktyabr 2013 18:54
    axi orxan yenisey abideleri haqda etrafli melumat yoxdu(((

  2. 18 noyabr 2013 20:35
    EH
    mene esas melumat lazim idi
    onu da goturdum
    deyesen adin orxandi
    tesekuler!
    canimi qurtardin
    sanahki tarix dersinden love love

  3. 30 yanvar 2014 12:18
    yox adim orxan deyil

  4. 1 fevral 2015 16:17
    cox sol menee ele bu lazim idi lol wink love tongue

  5. 16 dekabr 2015 20:35
    Orxan abidleri dersinde motivasiyani nece qurmaq olar

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.