Həştərxan xanlığı

Həştərxan xanlığı

 

 

Həştərxan xanlığı[/b]

 

            Həştərxan xanlığınınyaranması. Həştərxan xanlığı, demək olar ki, Qazan xanlığı eyni vaxtda Qızıl Ordudan ayrılaraq müstəqil dövlətə çevrildi. Onun mərkəzi Həştərxan şəhəri idi. Bu şəhər indiki Həştərxan şəhərindən təxminən 12 km məsafədə  yerləşən Hacıtərxan kəndinin yerində yaranmışdı. Xanlığın əsası Qızıl ordu xanlarından biri olan Kiçik Məhəmmədin nəvəsi Qasım xan tərəfindən qoyul­muşdur. Böyük karvan yolu və su qovşağında yerləşən bu kənd sürətlə böyüyərək ticarət mərkəzinə çevrildi. Bu ərazidə Həştərxan  türkləri ilə yanaşı, xəzər, bolqar, peçeneqkuman  türkləri də yaşa­yırdılar.

            Həştərxan xanlığının ərazisi Aşağı Volqa sahillərindən başlayaraq Şi­mali Qafqazadək olan geniş bir ərazini əhatə edirdi. Həştərxan şəhəri ölkəni şərqdə Xarəzm Buxara ilə, cənubda Qafqaz Krımla, şimalda rus torpaq­ları və Qazan xanlığı ilə birləşdirirdi. Şəhərin belə bir əlverişli  mövqedə yerləş­məsi ona böyük ticarət əhəmiyyəti qazandırmışdı. Təxminən bir əsr ərzində müstəqil bir dövlət kimi fəaliyyət göstərən Həştərxan xanlığı bir müddət Qızıl Ordudan, Krım xanlığındanNoqay Ordusundan asılı vəziyyətdə olmuşdur.

           

Həştərxan xanlığı

 

 

Təsərrüfat həyatı. Xanlığın ərazisi geniş otlaqlardan ibarət olduğu üçün qədim zamanlardan bu yerlərin əhalisinin əsas məşğuliyyəti maldarlıq olmuşdur. Əhalinin digər məşğuliyyət növləri yardımçı sənətlər, ovçuluq və  balıqçılıq idi. Bu ərazidə balıq vətəgələri və çoxlu duz gölləri var idi. Əkinçilik mədəniyyəti qismən də olsa inkişaf etmişdi.

            Həştərxan xanlığı öz ictimai və dövlət quruluşuna görə digər türk dövlətlərindən çox az fərqlənirdi.  Ölkədə feodal təsərrüfat sistemi hökm sürürdü. İri dünyəvi və ruhani feodallar hakimiyyədə xüsusi rol oynayırdılar. Xan qeyri-məhdud hakimiyyətə malik idi. Xandan sonra ən böyük səlahiyyət bəylərin, murzaların və ruhanilərin əlində cəmləşmişdi. «Qara camaat» adlandırılan sosial təbəqə də onlara tabe idi. Qara camaat yasaq adlanan vergi ödəyirdi, feodallar isə vergilərdən azad idilər. Mərkəzi dövlət aparatı ilə yanaşı, yerli dövlət orqanları fəaliyyət göstərirdi. Bu orqanlara xanın yaxın qohumları, iri feodallar və din xadimləri başçılıq edirdilər.

            Tamamilə müstəqil olan ayrı-ayrı ulusların hakimləri xanın hökmr­a­nlığını xeyli məhduldlaşdırırdılar. Bu hakimlər içərisində birinci yeri xanın silahlı dəstələrinin baş komandanı olan kalqa tuturdu. Kalqanın böyük hüquqları var idi. O, xanın varsi hesab olunur,  xan tərəfindən öz sülaləsinə mənsub olan xanza­dalar arasından təyin olunurdu. Ölkədə şəriət qanunları hökm sürürdü.

           

Həştərxan xanlığı

 

 

Qonşu dövlətlərlə münasibətlər. Həştərxan xanlığının ərazisi qızğın ticarət mərkəzi idi. Odur ki,  onun qonşu dövlətlərlə münasibətlərində ticarət əla­qə­ləri mühüm yer tuturdu. Mərkəzi Asiya, Sibir və Qazaxıstandan buraya çoxlu şərq parçaları, ipək, müxtəlif ədviyyat malları, saxsı qablar gətirirdilər. Əvəzində isə qiymətli xəz dəriləri, gön, balıq, duz aparırdılar. Rus şəhərlərindən buraya hər il duz aparmaq üçün gə­milər gəlirdi. Həştərxan  hökuməti ilə əldə edilmiş sazişə əsasən Moskva knyazlığından buraya balıqçı dəstələri göndərilirdi. Həmin dəstələrə yerli türk əhalisi ilə birlikdə balıq tutmağa icazə verilmişdi.

           

Həştərxan xanlığı

 

 

XV[/i]əsrinsonlarındanbaşlayaraq xanlığın ticarət əlaqələri daha da genişlənirdi. Ticarət əlaqələri ölkənin etnik tərkibinin dəyişməsinə də güclü  təsir etmişdi. Həştərxanda və onun ətraf ərazilərində rusların, ermənilərin və yəhudilərin sayı xeyli artmışdı. Həştərxana [b]Venesiyadan da tacirlər gəlirdi. Əhalisi az və zəif  olan Həştərxan xanlığı qüdrətli qonşu dövlətlərlə rəqabətə tab gətirmir və getdikcə zəifləyirdi. Çoxdan bəri Həştərxan torpaqlarını ələ keçirmək istəyən Rusiya dövləti üçün belə bir fürsət XVIəsrin 50-ci[i]illərindəyarandı.

Həştərxan xanlığı

 

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 iyun 2012 13:41
    cox sag olun ki bizi bele lazimli ve gerekli melumatlarla temin edirsiz.

  2. 26 iyun 2012 22:42
    Azerbaycanin bereketli torpaglari!

  3. 28 fevral 2013 20:55
    derslikde oxumusdum burda da oxudum cox maraqli aydin yazilib

  4. 1 noyabr 2014 23:11
    Hewterxan Xanligi diger xanliqlara nisbeten qavranilmasi rahatdi.
    Ve deyimki bu erazide turklerle yanawi xezer,bulqar,peceneq,kuman tayfalarinin da oldugunu bilmirdim.tewekkurler Mellim.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.