Qazan xanlığı

 

Qazan xanlığı

 

 

 

Qazan xanlığı [/b]

 

            Qazan xanlığının yaranması. XIV[/i]əsrdə Volqa çayının aşağı və orta axarlarında iqtisadi və mədəni yüksəliş baş verdi. Bu yüksəlişdə İdil Bulqar padşahlığının ənənələri böyük rol oynadı.  XVəsrinbirinciyarısında Orta Vol­qa­­boyunun Qızıl Ordudan ayrılması nəticəsində Kama çayının Volqa çayına ­küldüyü yerin  yaxınlığında müstəqil Qazan xanlığı yaradıldı. Qızıl Ordu xanı Ulu Məhəmməd 1437-ciildə Qızıl Orduda baş verən daxili çəkişmələr nəticə­sində Saray-Bərkə şəhərini tərk etdi və Qazan şəhərini öz dövlətinin paytaxt elan etdi. Ulu Məhəmməd yeni yaratdığı dövlətin mövqelərini möhkəmlən­dirmək üçün ayrı-ayrı türk bəylərini itaət etməyə çağırdı. Volqanın sol sahilində yaşayan çəmən çeramisləri, çayın uca sağ sahilində yaşayan dağ çeremisləri, udmurtlar, çuvaşlar  Qazan xanlığının hakimiyyətini  qəbul etdilər.

            Qazan xanlığı əlverişli coğrafi mövqeyə malik idi. (Xanlığın ərazisi indiki Tatarıstan respublikasının bir hissəsini təşkil edirdi.) Qərbdə Qazan xanlığının ərazisini Moskva knyazlığından Sura çayı ayırırdı. Bu xanlıq ticarət cəhətdən olduqca əlverişli şəraitdə yerləşirdi.  Belə ki, xanlığın ərazisində mü­hüm su yolları-Xəzər dənizinə tökülən Volqa, Ural tərəfdən axıb gələn Kama Oka çayları burada bir-birinə qovuşurdu. Buxara və Xivəyə gedən karvan yolları da buradan keçirdi. Bu ölkə maldarlıq və əkçinlik vilayətlərinə, arıçılıq, ovçuluq və balıqçılığın inkişaf etdiyi ərazilərə malik idi.

           

Qazan xanlığı

 

 

VIII-Xəsrlərdə  Volqa ilə Kama sahillərində bulqar  tayfalarının qayna­yıb qarşıması nəticəsində  Volqa-Kama bulqarları yaranmışdı. Qazan türkləri va­hid bir xalq kimi XIIIəsrdə monqolların hücumlarından sonra formalaşmağa başlamış, bu proses əsasən XVIəsrinsonlarında başa çatmışdı. Bulqar türklərinin böyük tayfalarından biri Qazan adlanırdı. Qazan tayfasına mənsub ailələr Cənubi Qafqazda gəlib məskunlaşmışdılar. Bunu indiki Azərbaycan Respublikasının, habelə Qərbi Azərbaycanın ərazilərində Qazançı  adlı kəndlərin olması da sübut edir.

            Təsərrüfathəyatı. Dövlətquruluşu. Əhalinin başlıca məşğuliyyəti əkin­­çi­lik, maldarlıq, meşə arıçılığı və sənətkarlıq idi. Qazan sənətkarları müxtəlif metal növlərindən əşyalar və bəzək şeyləri hazırlamaqla məşhur idilər. Xanlığın əhatə etdiyi ərazinin əlverişli təbii-coğrafi şəraiti bu yerlərdə əhalinin kənd təsərrüfatı ilə məşğul olmasına geniş imkan yaradırdı.

            Geniş meşələr ölkəni xəz dəri ilə təmin edirdi. Xəz dəri və meşin xan­lığın başlıca ixracat malları idi. Qazanın İran, Azərbaycan, Rus torpaqları, Sibir Mərkəzi Asiya bazarları ilə geniş ticarət əlaqələri var idi. Şərq bazarları ölkəni  parça və zərgərlik malları ilə təchiz edirdi. Sibirdən buraya xəz dərilər, Rus torpaqlarından duz gətirilirdi. Volqadakı ticarət adasında hər il yarmarka  (ildə bir dəfə keçirilən beynəlxalq bazar) keçirilirdi. Yarmarkada İrandan, Həş­tə­rxandan, Krımdan, Mərkəzi AsiyadanQafqazdan gələn tacirlər fəal iştirak edirdilər. Ticarət xanlığa böyük gəlir gətirdiyi üçün Qazanda iri karvansaralar, qonaq evləri, məscidələr tikilmişdi.  O vaxtdan Volqaboyunda və sonra bütün Ru­siyada Qazan yeganə şəhər idi ki, şərq üslubunda daim fəaliyyət göstərən  hamamlar var idi. Qul alveri də geniş yayılmışdı.

           

Qazan xanlığı

 

 

Feodallar mülkləri Qazan şəhərinin ətrafında yerləşmişdi. Xan iri feodal­lara bütöv vilayətləri iqta kimi verirdi. Onlar isə həmin yerlərin əhalisindən yasaq olaraq pul və başqa  məhsullar toplayırdılar. Onların mülkləri xanın xey­rinə vergi verməkdən və başqa mükəlləfiyyətlərdən azad idi.  Qazan feodalları ara­sında çəkişmələrdən istifadə edən qonşu ölkələrin aramsız hücumları ölkə üçün təhlükəli vəziyyət yaradırdı.      

Dövlətin başında xan dururdu. Xanqdan sonra mühüm mövqeyi xanın irsi məşvərətçisi sayılan kərəçlər tuturdular. Daha sonra bəylər, murzalarxırda feodallar  gəlirdi. Ruhanilər də feodal əyanlar təbəqəsinə daxil idilər. Ən mü­hüm məsələləri həll etmək üçün xan özünün bütün vassallarını qurultaya-bütün Qazan torpaqlarının şurasına çağırırdı. «Qara camaat» dövlətin idarə işlərinə buraxılmırdı. Kənd yerlərində onlar «aksakkal» adlanan qocalar tərəfindən idarə edilirdilər. Vergi işlərinə darğa baxırdı.

            Moskvaknyazlığıiləmünasibətlər. Moskvaknyazlığınıciddinarahatedən[b]məsələlər:  Ulu Məhəmmədin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Qazan xanlığının yüksəlişi, ətraf ərazilərdə nüfuzunun artması;  xanlığın təbii sər­vətləri, habelə Volqa çayı kimi mühüm ticarət yolunun onun ixtiyarında olması.  Ulu Məhəmməd hakimiyyətdə olduğu 1437-1445-ciillərərzində Mosk­va knyazlığının işğalçı məqsədlərinin həyata keçirilməsinə nəinki mane oldu, hətta bir neçə dəfə Moskva knyazlığı üzərinə yürüş edərək, uğurlu nəticələr də əldə etdi. 1439-cuildə isə Moskvanın lap yaxınlığına qədər irəliləyə bildi. 1444-ildə Suzdal yaxınlığında rus qoşunları darmadağın edildi. Ulu Məhəmməd Rusiyanın ayrı-ayrı şəhərlərini idarə etmək 500 nəfərdən çox türkü müxtəlif vəzifələrə təyin etdi. Rus knyazları Qazan xanlığından asılı vəziyyətə düşdü.

           

Qazan xanlığı

 

 

1467-ciildə Moskva knyazı III İvan Qazan üzərinə hücum etsə də, uğursuzluğa düçar oldu. 1468-ciildəki hücumda ruslar yalnız bayır şəhəri tuub yandıra bildilər. Qazanlılar şəhəri müdaifə  etdilər, hətta əks hücumla rusları Nij­ni-Novqorodda qədər qovudalr.  Həmin ildə ruslar ikinci yürüşü zamanı qəfil­dən qazanlıları yaxaladılar. Müvəffəqiyyətsizliyə uğrayan xan sülh bağla­mağa məcbur oldular.      

            1479-cuildə Qazanda hakimiyyətə Moskva əleyhdarı olan Əli xan gəldi. 1480-ciildə Moskva knyazlığının Qızıl Ordudan asılılığı ləğv ediləndən sonra Rusiya-Qazan münasibətləri daha da kəskinləşmişdi. 1487-ciildə ruslar Qazanı tutdular Əli xanı əsir edib Beloozeriyaya sürgün etdilər. III İvan xanın qardaşları Məhəmməd ƏliniƏbdüllətifi növbə ilə taxta əyləşdirdi. Onlar xanlığı Mosk­vanın vassalı kimi idarə edirdilər. Ulu Məhəmməd sülaləsinin son nümayəndəsi olan Məhəmməd Əmin 1518-ciildə vəfat etdi. Moskva onun ye­rinə [i]Şah Əlini xan hazırlamışdı. Lakin bu plan baş tutmadı. Qazan xanı Şəfa Gərayoldu. O, yerli feodalların və din xadimlərinin köməyi ilə hakimiyyətini qismən möhkəmləndirə bildi.Qazan xanlığı 1552-ci ildə Rusiya çarı IV İvan Qroznı tərəfindən işğal olunaraq süquta uğradılmışdır.

Qazan xanlığı

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 iyun 2012 15:01
    Genish eyni zaman da lazimli melumata gore cox saq olum. Madam ki Qazan xanliqi haqqinda melumat yerleshdirmisinizse Qizil Ordu dovletinin parcalanmasndan sonra yaranmish diger xanliqlar haqqda melumat verseniz yaxshi olar. Uqurlar!

  2. 21 iyun 2012 15:39
    Siz teki bizimle qalin ardi olacaq tezlikle Novbeti meqale Heshterxandir Sizede uqurlar !

  3. 21 iyun 2012 22:04
    size ugurlar ela meqaledi

  4. 22 iyun 2012 16:25
    twk.cox lazimli melumatlardi.inwAllah davami olar. smile

  5. 25 fevral 2013 21:08
    duzu teze girmiwem sayta.bu il imtahan verem tarile bagli videolar sayta verin zehmet olmasa

  6. 14 noyabr 2013 10:34
    cox beyendim size uqurlar
    winked   winked





     

  7. 1 noyabr 2014 23:06
    Hamlet Mellim minnetdaram.meqaleni oxuyanda fikir verdimki 1439 cu il Ulu Mehemmedin Moskva knyazligina yaxinlawmasi(yeni ili) 1467 III Ivan Qazan xanligin ugurusz II defe yene hucumu.daha sonra 1479 , 1518 meseleri elavedi.yeni dersliyde yoxdu.coxsagoLun.

    --------------------

  8. 13 noyabr 2014 00:30
    maraqli melumatdi tesekkur wink

    --------------------

  9. 17 noyabr 2014 15:04
    çox sağ olun .sibir xanlığı deyəsən yoxdu.tapa bilmədim

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.