Xalqların böyük köçündə hunların rolu

Xalqların böyük köçündə hunların rolu

 


Xalqların böyük köçündə hunların rolu

 

 

 

       Amerikanın kəşfi və  məskunlaşması  ilə  müqayisə olunacaq   bir hadisə  türk  xalqlarının  qərbə  tərəf  hərəkəti oldu. II  əsrdə Altayda başlayıb və Avropaya tərəf  yayılaraq  300 ildən çox davam edən  bu köç Böyük adlandırıldı və bu hadisə bəşəriyyət  tarixində  mühüm iz qoydu.

       Böyük Hun imperiyası dağıldıqdan sonra hun tayfaları (qərbə doğru hərəkət edib) Volqa və Ural  çayları ətrafındakı torpaqları ələ keçirdilər.Onların qərbə doğru əziyyətli hərəkəti sonralar  uzun müddət davam etdi.Hunların və digər  xalqların qərbə  axını "Xalqların böyük köçü” adlanır. "Xalqların böyük köçü” eramızın IV əsrində hunlarla Böyük Çin səddində  başladı və VI əsrə qədər davam etdi.

      Şimaldan, qərbdən və Pribaltikadan böyük qüvvə ilə cənuba və şərqə axışan qədim german tayfaları öz yollarında daha da güclü,köçəri türklərin axınına rast gəldilər.Bu iki cərəyan toqquşdu,qarışdı  və güclü bir axının tərkibi oldular.Bu kütlə Avropanın içərilərinə daxil oldu və Roma imperiyasını məhv etdi, bir müddət sonra bu proseslərə Slavyan tayfaları  da cəlb olundular.

      Hansı səbəbdən qərbi qsiun-nu-nun nəsilləri olan tarixi hunlar Aral dənizinin Şimalındakı çölləri tərk etdilər və Avropaya üz tutdular? Biz  bu  haqda bilmirik. Təqribən 374-cü ildə, Cordanesin də dediyi kimi, hunlar Bulamerin rəhbərliyi altında Don çayını keçdilər,Terek və Kuban ərazilərində yaşayan  alanları məğlub edərək özlərinə tabe etdilər . Dneprdən qərbdə hunlar osqotlara  hücum etdilər. Kral  Qermanirix öz qoşununu  hunlara qarşı apardı.Onların  ordusu darmadağın edildi  və kral döyüşdə həlak edildi.Ammian Marsellinin məlumatına görə isə intihar etdi. Qara dəniz çöllərindəki hadisələr vestqotlardan da yan keçmədi.Vestqot  hökmdarı  Atanarix hunların hücumuna  müqavimət göstərməyi  qərara aldı və  öz qoşununu Dnestr çayının qərb sahilində cəmləşdirdi.Xəbərdarlıq etmədən hunlar gecə ikən çayı keçib Atanarixin düşərgəsinə hücum etdilər. Visiqotlar hücumun qarşısını ala bilmədilər və Seretə çəkildilər. Xalqın böyük  hissəsi imperiyada sığınacaq tapmağı qərara aldı; Atanarix və onun tərəfdaşları Olteriyanı keçib Kaukalanda getdilər.Patça görə Kaukaland  Maros,Tissa və Dunay çayları arasında yerləşən Banatın dağlıq hissəsi idi.Təqribən 376-cı ildə cənubi Rusiyada böyük bir regionun hakimləri hunlar  idi. 384-cü ilin yazında hun atlıları Norikum və Raetiyadan Qalliyaya keçdilər. 395-ci ildə hunların böyük orduları Don çayını  keçərək cənub-şərqə döndülər, Qafqazdan keçib Ermənistanın cənub-qərbinə ,roma əyalətlərinə və İrana hücum etdilər.

      Bir qrup hunlar Anti-Taurusdan cənuba və qərbə tərəf olan ölkələri qarət etdilər.Onlar Fərat çayını keçəndə romalılar hücum edib onları məhv etdi. Digər qrup, Basiç və Kursixin  rəhbərliyi ilə Dəclə və Fəratın vadiləri ilə Stesifona tərəf getdilər. Fars ordusunun onlara tərəf gəldiyini  eşitdikdə geri döndülər, lakin onlar məhv edildi,digər dəstə isə Azərbaycana qaçdılar, xəzər qapılarından keçərək cənubi  rus çöllərinə üz tutdular.Üçüncü qrup Şərqi  Kiçik  Asiyanı  və Suriyanı qarət etdi.  Böyük köçün yaxın şərq səhifələrindən uzun zaman tarixçilər heç nə bilmirdilər.Bu hadisəni ancaq əfsanələr əhatə edirdi.Amma 1945-ci ilin dekabrında misirdə kəndlilər qədim məskənin xarabalıqlarında təsadüfən lüləyə bükülmüş papirus tapdılar.Sonralar alimlər  bu hadisənin XX əsrin böyük arxeoloji  kəşfinin  olduğunu  təsdiq etdilər.Bu əlyazmalar  IV əsrdə yazılmışdı.Bu yazılarda Göy Tanrı barədə deyilirdi.Qədim türklər köçəri  cəmiyyət dünyasına aid idilər,Köhnə dünyanın etnik tarixində rolları böyükdür.Uzun məsafələrə köç edərək,oturaq xalqlarla qarışaraq, əzəmətli imperiyalar yaradaraq, ictimai inkişafın gedişatını dəyişdilər,bir xalqın mədəni nailiyyətini digərlərinə ötürdülər,nəhayət  özləri də dünya  mədəniyyətinə töhfələr vermişdilər.

      395-ci il yürüşünün səbəbi kimi hunlarda baş vermiş aclıq göstərilir. Həqiqətəndə  onlar  özləri ilə  bacardıqları qədər çoxlu iri buynuzlu mal sürülərini apardılar. Çoxlu qənimət ələ keçirdikdən sonra hunlar Abşeron  yarımadasının yanından keçərək geri qayıtdılar.Hunların bir hissəsi Azərbaycan ərazisində məskunlaşmış, Azərbaycan xalqının formalaşmasında iştirak etmişlər. Türklərin Anadoluya fəth məqsədi ilə ilk gəlişləri hunlar zamanında bu şəkildə olmuşdur. Bundan sonra bu gözəl torpaqlara sahib olmaq arzusundan daşınmayacaqlardır.Amma bu arzu yeddi yüz  il sonra Səlcuq türkləri tərəfindən gerçəkləşdiriləcəkdi.

      Erkən orta əsrlərdə Azərbaycana gəlmiş türkdilli etnoslar hun  ittifaqında birləşmişdilər.Bu ittifaqa bir çox türk etnosları,o cümlədən kəngər, peçənəq, bulqar, qıpçaq, sabir, utiqur, onoqur, xəzər, türk, uz, heptal, barsil tayfaları daxil idi.Hun ittifaqında adı çəkilən bir çox tayfalar qədim dövrdən Ön Qafqaz ölkələrinin sakinləri olmuşlar.Onların adı ilə bağlı bir çox toponimlər yaranmışdı.Azərbaycanın Gürcüstanla sərhədlərində hun adını daşıyan Hunarakert və Hunan toponimləri erkən orta əsrlərdə artıq mövcud idi.Beləliklə,hunlarla bərabər Azərbaycana və qonşu ərazilərə yeni türk etnosları gəlmiş,burada dil cəhətdən qohum olduqları yerli azəri türkləri arasında məskunlaşmış və onlarla qaynayıb qarışmışlar.

      Beləliklə qısa zamanda Ural  dağlarından  Dunay çayınadək  əraziləri ələ keçirən  hunlar Avropada öz dövlətlərini  qurdular. Pannoniya (müasir Macarıstan) bu dövlətin mərkəzinə çevrildi .

     "Xalqların böyük köçü”  VI  əsrdə  Slavyanların  Bizans  imperiyasında  məskunlaşması ilə başa çatdı.Yeni eranın başlanğıcında onlar digər tayfalarla birlikdə antik  quldarlıq sistemini məhv etmiş, Avropa tarixinin yeni səhifəsinin yazılmasında mühüm rol oynamışdılar.

Xalqların böyük köçündə hunların rolu





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 mart 2012 23:24
    Nuru muallim cox qisa ve aydin yazidi teshekkur edirem meqaleye qore

  2. 3 mart 2012 16:36
    sizde sag olun...ugurlar size...bele yazilar olduqca inwallah yerlewdirerik sayta...

  3. 4 mart 2012 09:41
    Gurcu shairi Shota Rustaveli deyir ki,"Saxladigin senin deyil,Verdiyinse senindir bil".Hormetli Nuru biz eshitdiyimizi,bildiyimizi bashqalari ile bolushmeliyik.Bir coxlari bu saytdan yalniz istifade etmeye calishir.Eceb edir.Ele sayt onlar ucun yaradilib.Dunyanin en qiymetli varligi insandir.Dunen reyleri oxuyanda sevindim.Sevindim ki,Nana -74-un imzasi yene saytdadir.Axi biz deyerli insanlari itirmemeliyik.Biz onlari qoruyub saxlamagi bacarmaliyiq.Onlar ozlerinden cox bize lazimdir.Yaziniz subut edir ki,siz de bele sexslerdensiniz.Bashqalarini da devet edirem.Bolushun,biliyinizi,dushuncenizi,fikirlerinizi,elminizi,shagirdlere sevginizi.Buna coxlarinin ehtiyaci vardir.Size de muveffeqiyyet.Mene rast gelen ilk yazinizdir.Sonuncu olmasin.Hormetle Nizami m.

  4. 4 mart 2012 18:25
    Teshekkur edirem.Umud edirm ki,Sizin deyerli fikirlerinizin tez-tez shahidi olacagiq.Hormetle...

  5. 12 mart 2012 19:10
    Nizami mellim mende size oz tewekkurumu bildirirem.Caliwacam tarixi meqaleleri, fikirlerimi sizlerle ve genclerimizle boluwum...Shota Rustaveliden sitat getirmeyiniz xowuma geldi, bu sozlerde oz novbesinde insanda maraq dogurur. Menim tarixci kimi yetiwmeyimde, en azindan bu meqaleni yaza bilmeyimde Hamlet mellimin rolu cox boyukdur. Hamlet mellim ozu cox maraqli insan oldugu ucun saytida cox maraqli ve celbedicidir. Nizami mellim sizleri ve diger tarixcileri bu saytda gormek cox xowdu. Size de gelecek iwlerinizde ugurlar arzu edirem! Inwallah sizin umidlerinizi dogruldaram ve meqalelerimin sayi daha da cox olar...Sonda mende oz reyimi qafiye ile bitirirem
    "Yemeye, yatmaga heyvan can atar,
    Bilikli insana,soyle,kim batar."

  6. 14 may 2012 11:36
    hunlar heqiqetende cox gucluduller!!!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.