Qızıl Ordu dövləti

[/b]

[b]Qızıl Ordu dövləti

Qızıl
Ordu dövləti 

 

 

Qızıl Ordu (Orda) dövlətinin yaradılması. Monqol işğalları dovrunde, XIII əsrin 40- illərində Şərqi Avropada yeni bir türk dövləti yarandı. Rus mənbələrində bu dövlət Qızıl Orda, şərq mənbələrində isə Cuci Ulusu, Dəşti Qıpçaq və ya Göy  Ordu adı ilə məlumdur. Qızıl Ordu dövlətinin tərkibinə qıp­çaq­ların, peçeneqlərin  yaşadığı ərazilər, qərbdə Dnestr sahillərindən başla­yaraq, şərqdə Tobol çayının İrtış çayına töküldüyü yerə və Sırdərya çayının aşağı tərəflərinə qədər uzanan torpaqlar daxil idi. Krım, Qafqazın Dərbəndə qədər olan hissəsi, Ürgənc şəhəri ilə birlikdə Şimali Xarəzm, Volqa-Kama bulqarları mordvin torpaqları da Qızıl Ordunun hakimiyyəti altında idi. Rus knyazlıqları ərazicə Qızıl Orduya daxil deyildi, ondan vassal asılılığında idilər.

Qızıl Ordu qoşunlarının içərisində  monqollar sayca az idilər. Qoşunun əsas hissəsini türk tayfalarındən ibarət hissələr təşkil edirdi. Qızıl Ordu xan­larının rəsmi fərmanları XIV əsrdən etibarən türk dilində yazılırdı. Qızıl Ordunun köçəri-monqol cəmiyyəti feodal münasibətlərinin ilk pilləsində dururdu. Xarəzmdə qədim əkinçilik mədəniyyəti və böyük şəhərlər vardı. Ür­gənc şəhəri müsəlman Şərqində ən böyük mədəni mərkəzlərdən biri hesab edilirdi. Krım da iqtisadi və mədəni inkişaf səviyyəsinə görə Qızıl Ordunun qabaqcıl vilayətlə­rindən biri sayılırdı. XIII əsrdə Krımın liman şəhərləri Kiçik Asiya, QafqazBizansla qızğın alver edirdi. Həmin şəhərlərdə bizanslılara, italyanlara, türklərə, ərəblərə, yəhudilərə, alanlara qıpçaqlara rast gəlmək olardı. Volqa bulqarları əsrlər boyu əkinçiliklə məşğul olduqları üçün yüksək əkinçilik mədəniyyətinə malik idilər.

            Qızıl Ordunun paytaxtı əvvəlcə indiki Həştərxanın yaxınlığında Saray-Batı şəhəri, XIII əsrin ikinci yarısından etibarən Volqa (İdil) çayının qollarından biri  olan Axtuba sahilində (indiki Volqoqrad yaxın­lığında) salınan Saray-Bər­kə şəhəri olmuşdur. Paytaxtın Volqa sahilində salınması bu çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətli rol oynamasından irəli gəlirdi. Bulqar dövlə­tindən və rus  knyazlıqlarından Mərkəzi Asiya və Monqolustana gedən köhnə yol buradan keçirdi. Sürüləri otarmaq  və köç salmaq üçün əlverişli olan Aşağı Volqa eyni zamanda əkinçilik bölgələrinin yaxınlığında yerləşirdi. Taxıla həmişə ehtiyac hiss edən monqollar bu yerlərin əhəmiyyətini yaxşı başa düşürdülər. Onlar taxıla olan ehtiyaclarını bulqar və qismən də rus torpaqları hesabına ödəyirdilər.

           

Qızıl Ordu dövləti
 

Feodal münasibətlərinin formalaşması. Qızıl Orduda feodal münasi­bət­lərinin inkişafı prosesi davam edirdi. Köçəri-maldar qrupları feodalların hökmranlığı altında idilər. Xanlar və xan ailəsinin üzvləri ən böyük feodal idilər. Bunların ardınca noyonlar və ya türkcə deyildiyi kimi bəylər gəlirdi. Köçəri əhali sahibkarlarına at, qaramal, kumız verməyə məcbur idi. Gəlmə feodallar yer­li əkinçi əhalinin yaşadığı torpaqları da tuturdular. Bu əhali həmin feodallara öz üzüm bağlarından və tarlalarından götürdükləri məhsulun bir hissəsini ver­məli, arxlardan istifadə haqqını ödəməli idilər. Zəhmətkeş əhali dövlətin əsas vergi ödəyənləri hesab olunurdular. Feodallar xandan, onların təbəələrini döv­lə­tin xeyrinə vergi verməkdən azad edən fərmanlar alırdılar. Belə imtiyazlı şəxslərə tarxan deyilirdi. Torpağa sahib olmaq və müxtəlif məcburi işlərdən azad edilmək üçün xanların verdiyi fərmanlar yarlıq adlanırdı.

 

            İri feodallar xandan asılı deyildilər və  çox zaman xanlarla silahlı müba­rizə aparırdılar. XIII əsrin axırlarında tümənbaşı Noqay xan xüsusilə qüvvət­lə­nərək, Qara dənizin şimal sahilindəki çöllərdə, Dunay çayının aşağı tərəflərinə qədər olan ərazilərdə köçəri həyat sürən orduları və Krımı özünə tabe etmişdi. Noqay xanları taxtdan endirir və taxta əyləşdirirdi.

           

Qızıl Ordu dövləti

Feodalizmin inkişafı, müsəlman ölkələri ilə əlaqələr, habelə Qızıl Ordu­nın tərkibində İslamı qəbul etmiş bir  çox xalqların mövcud olması burada da İslam dinini yayılmasına  şərait yaradırdı. Batının qardaşı Bərkə xan müsəlman­lığı qəbul etmişdi. İslam dini yalnız XIV əsrin birinci yarısında, Özbək xanın döv­ründə (1313-1342) Qızıl Ordunun rəsmi dini oldu.

 

            Dövlət quruluşu. Qızıl Ordu Böyük Monqol imperatorluğunun bir his­səsi sayılırdı. İmperatorluğun ayrı-ayrı ərazilərinə sahib olan xaqan övladları və qohumları yeni böyük xaqan seçmək və bütün dövlətə aid ümumi məsələləri həll etmək üçün qurultaya toplaşırdılar. Lakin XIII əsrin axırlarından etibarən Qızıl Ordu ilə Monqol imperatorluğu arasında bu əlaqə əslində kəsilmişdi.Qızıl Ordu dövlətinin başında xan adlandırılan hökmdar dururdu. Xanın yanında ali məş­və­rətçi orqan olan məclis fəaliyyət göstərirdi.

            Məclisə xanın arvadları, oğulları və dövlətin ayrı-ayrı hissələrinin rə­is­ləri (tümənbaşılar, minbaşılar və başqaları) daxil idi. Mərkəzi Asiya dövlət­lə­rində və İranda olduğu kimi, xanın yanında divan təşkil edilmişdi. Dövlətin işlərini bəylər əmirlər, ayrı-ayrı sahələri isə vəzir naiblər idarə edirdilər. Xanın xüsusi məmurları olan baskaklar məhsul və pul vergilərini toplayırdılar. Tabeliyində hərbi dəstələr olan baskaklar dövlətin bütün əsas vilayətlərinə göndərilirdi. Kəndlilər və sənətkarlar vergilərə qarşı narazılıq edən kimi həmin hərbi dəstələr silahı işə salırdılar.

           

Qızıl Ordu dövləti
 

Qızıl Ordu dövlətinin dağılması. Qızıl Ordu dövləti vahid mərkəzləş­di­ril­miş dövlət deyildi. Həm etnik, həm də mədəni cəhətdən çox müxtəlif olan xalqlar Qızıl Ordunun hakimiyyəti altında yaşamaqda davam edirdilər. Qızıl Ordu öz tərkibinə daxil olan müxtəlif əraziləri tamamilə birləşdirməyə müvəffəq olmaq üçün iqtisadi və mədəni cəhətdən kifayət qədər yüksək səviyyədə deyildi. Dövlətin ayrı-ayrı hissələrində feodal münasibətləri inkişaf etdikcə iri feodal­ların müstəqilliyi artırdı. Qızıl Ordu xanları ailəsinin hakimiyyət uğrunda bir-birilə mübarizə aparan üzvləri yerli əyanların bu meyllərindən istifadə edirdilər. Xarəzmdə, Krımda Volqar-Bulqar dövlətində Qızıl Ordu tərkibindən tədricən ayrılan vassal mülkləri meydana gəlməkdə idi. Ayrı-ayrı köçəri əyanlar və getdikcə daha çox müsətqilləşirdilər.

 

            1282-ci ilədək Qızıl Ordu  xanların dövlətin parçalanması meyllərinin qar­şı­sı­nı ala bilirdilər. XIII əsrin 80-ci illərindən etibarən başlayan daxili çəkiş­mələr və ziddiyyətlər dövləti xeyli zəiflətdi. Lakin hakimiyyətə gələn Özbək xan ara müharibələrinə son qoydu. Onun dövründə dövlətin türkləşməsi prosesi başa çatdı. Özbək xanın və onun oğlu Canı bəyin (1342-1357) dövründə dövlət hərbi cəhətdən də xeyli qüvvətləndi. Canı bəyin öldürülməsindən sonra Qızıl Or­duda daxili çəkişmələr yenidən gücləndi. 1357-1380-ci illərdə Qızıl Orduda 25-dən artıq xan dəyişdi. XIV əsrin 60- illərində Xarəzm Həştərxan müs­təqilləşdi. Polşa Litva  Qızıl Orduya məxsus Dneprboyu torpaqları işğal etdi.

           

Qızıl Ordu dövləti
 

Qızıl Ordunun zəifləməsindən istifadə edən rus knyazları Dmitri Don­­skoyun başçılığı altında öz qüvvələrini birləşdirərək, 1380-ci ildə Kulikovo çölündə Qızıl Ordu xanı Mamayı ağır məğlubiyyətə uğratdılar. Əmir Teymurun köməyi ilə Qızıl Orduda hakimiyyətə gələn Toxtamış xan (1380-1395) 1382-ci ildə Moskvanı tutaraq yandırdı. Eyni zamanda Teymurdan asılı olan ərazilərə, o cümlədən Azərbaycana talançı yürüşlər etdi. Bu hadisə Əmir Teymurla Toxtamış xanı toqquşdurdu. 1395-ci ildə Terek çayı sahilindəki döyüşdə Toxtamış xanı Əmir Teymur üçüncü dəfə ağır məğlubiyyətə düçar etdi. Bu zərbədən sonra Qı­zıl Ordu  bir daha özünə gələ bilmədi, onun şərq vilayətləri Teymur impera­torlu­ğunun tərkibinə daxil edildi. Güclənmiş Litva  dövləti də müntəzəm olaraq Qızıl Ordanı sıxışdırmağa başladı.

 

            XV əsrin birinci yarısında Orta Volqaboyu Qızıl Ordudan ayrıldı və Qa­zan xanlığı təşkil edildi. Volqa çayının aşağı tərəflərində Həştərxan xanlığı mey­dana gəldi. Volqanın aşağı axarlarından İrtış çayına qədər ərazidə Noqay Ordusu yarandı. XV əsrin ikinci yarısında isə Krım Qərbi Sibir ərazilərində müs­təqil dövlətlər meydana gəldi. Qızıl Ordu xanı Əhməd xan Polşa kralı IV Kazimirin təhriki ilə 1472-ci ildə artıq itaətdən çıxmış Moskva üzərinə yürüş etdisə də, müvəffəqiyyətsizliyə uğradı.

            1480-ci ildə Əhməd xan Moskva knyazlığı üzərinə sonuncu dəfə yürüş təşkil etdi. Uqra çayı sahilində dayanan Əhməd xanla Moskva knyazı III İvan arasında danışıqlar heç bir nəticə vermədi.

           

Qızıl Ordu dövləti
 

«Uqra görüşü» adinı almış bu hadisə zamanı artıq Əhməd xan üçün səfərin əvvəllərində əlverişli vəziyyət dəyişmiş oldu. Polşa kralı müttəfiqinə yardım edə bilmədi. Soyuqların düşməsi və əlverişli məqamın əldən getməsi Əhməd xanın geri qayıtmsına səbəb oldu. Əhməd xan noqaylar tərəfindən öldürüldü. Əhməd xanın «Uqra görüşü»ndə uğursuzluğu Rusiyanın Qızıl Ordudan vassal asılılığına son qoydu. Feodal pərakəndələyinə məruz qalan Qızıl Ordu XVI əsrin əvvəlində süqut etdi.

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 fevral 2012 18:11
    Shirvanshahlar qisa vaxtda olmayib bu dovlet Azerbaycan tarixinde en uzunomurlu feodal dovletdir Daqilmasi ise tesaduf sayram men Sefevi Tehmasib etdi bunu sadece osmanlilara qarshi mubarizede daxilde parcanmalarin qarshisini evvelceden alirdi

  2. 2 yanvar 2013 14:57
    qiil ordunun tarixi qisadi ama oyrene bilmiremmmmmmmmmm

    umumiyetle tarixi nece oyrenim?????????????

    ]sayti beyendim ama test secimi azdirrrrrr((((((((((((

  3. 6 mart 2013 22:11
    qizil ordu menim en yaxsi bildiyim dersdi. indi bir azda tekrar etdim sagolun

  4. 25 iyul 2014 22:46
    menim en cox xosladigim fenn tarixdi ona gorede asanliqla oyrene bilirem

  5. 17 noyabr 2014 14:54
    Çox sağ olun.təşəkkürlər

    --------------------

  6. 11 fevral 2015 15:31
    testler azdi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.