İntibah dövrü

[/b]

[b]İntibah dövrü

İlk kapitalist müəssisəsi olan manufakturalar XIV əsrdə İtaliya şəhərlərində yaranmışdı. Manufakturaların yaranması ilə burjuaziya da yaranırdı. Burjuaziya ticarət vasitəsilə və manufakturada işləyən fəhlələri istismar  etmək yolu ilə  varlandığı üçün elm və texnikanın inikşafına maraq göstərirdi. Sürətlə varlanmaq elm və texnikanın inikşafını tələb edirdi.

 

            Burjaziyanın nümayəndələri gözəl saraylar tikdirməkdə, dəbdəbəli ev avadanlığı almaqda, təmtəraqlı geyinməkdə bir-birilə bəhsə girmişdilər. Beləliklə şəhərlər sürətlə böyüyür və gözəlləşdirdi. Burada zehni əməkə məşğul olan xüsusi adamlar qrupu meydana gəlirdi. Onlar ziyalılar adlanırdı.

            Burjuaziyanın yaranması ilə bədii əsərlərə olan tələbat da artdı. İndi təkcə kilsə və feodal əyanlar deyil, valı şəhərlərilərin yuxarı təbəqəsi də bədii əsərlər sifariş edirdilər. Odur ki, İtaliyada mədəni yüksəliş yeni təqəbənin-burjuaziyaın meydana gəlməsi ilə baş vermişdi. Yeni mədəniyyətin nümayəndələrinin diqqətini din deyil, ilk növbədə insan, onu işləri cəlb etdiyi üçün onları humanistlər adlandırırdılar. Rəssamlar və heykəltəraşlar insanı daha dəqiq təsvir etməyə çalışırdılar. Həm də bu zaman onlar insan bədənin görünüşünü dəqiq və mütənasib verməyə nail olmaq istəyirdilər. Bunun üçün onlar insan bədəninin quruluşunu öyrənir və riyaziyyatla məşğul olurdular. Beləlilkə, elm və incsənətin əlaqəsi möhkəmlənirdi. Hümanistləri hərtərəfli inikşaf etmiş insan maraq­landırırdı. Onlar qəlbi və vücudu, fikir və hissləri gözəl olan insanı hərtərəfli inkişaf etmiş insan hesab edirdilər.

            Kilsə antik dövrün mədəniyyətini, qeyri-xristian mədəniyyətini pisləyirdi.  Buna görə də antik mədəniyyət qismən unudulmuşdu. Humanistlər isə qədim Yunanıstan və qədim Roma mədəniyyətinə böyük maraq göstərirdilər. Çünki bu mədəniyyət klsə mədəniyyətindən fərqli olaraq insan gözəlliyini vəsf edirdi. Humanistlərin antik mədəniyyətə marağı sanki bu unudulmuş mədəniyyəti yenidən dirçəldirdi. Buna görə də yeni mədəniyyətin yarandığı dövr İntibah dövrü adlanır.

            Antik mədəniyyətə böyük əhəmiyət verən, onu diqqətlə öyrənən hümansitəlr qədim yunanların və romalıların əsələrini olduğu kimi təqlid etmirdilər. Əgər antik  yazıçılar insanı aciz, taleyi  öz əlində olmayan məxluq kimi təsvir edirdilərsə,  humanitlər onu öz taleyinin sahibi kimi qəəmə alırdılar. Hər şeyi insanın bacarığı, iradəsi ilə əlaqələndirdilər. Onlar əgər insan qarşısına qoyduğu məqsəd uğrunda  mübarizə aparırsa, iradəsindən dönmürsə, o özü öz taleyini yaradır, taleyitnin sahibi olur-fikrini irəli sürürdülər. Humnasitəlr bir çox əsərlərini latın dilində yox, xalq üçün asan başa düşülən ana dilində yazırdılar. İntibah elmdə və incəsənətdə ən böyük çevriliş idi.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 noyabr 2013 19:50
    xosuma geldi.vacibdir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.