Assasinlər

Assasinlər
AssasinlərXaşaşilər, Həşişilər və ya Assasinlər (ərəb. الحشاشين‎‎ — Assasin, Haşaşın, Haşışın, Hassassin, Haşaşiyyın; fars. حشیشیون/Hašišiyun‎) — Şiəliyin İsmaililər məzhəbinin Nizarilər qoluna aid olan qruplaşma. Həsən Sabbah tərəfindən 1090-cı ildə Ələmut qalasında yaradılmışdır.
Xaşxaşilər siyasi məqsədlər üçün həyata keçirdikləri qətllərə görə ad çıxarmışdılar. XIV əsrin ortalarında xaşxaşilərin adının Avropa dillərindəki tələffüzünə uyğun olan "assasin" sözü bir çox Avropa dillərinə qatil kimi tərcümə edilməyə başladı və indiyədək də həmin mənada qalmaqdadır.
Tarixi
Həsən Sabbahın məqsədi Səlcuqilər dövlətindən intiqam almaq idi. Bunun üçün Nizamülmülk və Sultan Məlikşahı öldürmək istəyirdi. Həsən Sabbah Ələmut qalasını aldıqdan sonra qalada bəzi dəyişikliklər etdi, qalanın asma bağlarını yenilədi, divarlarını gücləndirdi. Həsən gənckən bir şeyxin ona xaş-xaş içirməsi ilə bu bitkinin təsirini anlamış, onunla bir çox insanı aldada biləcəyini sanmışdı. Ələmut qalasını aldıqdan sonra Hindistandan xaş-xaş bitkisini gətirtdi. Dünyanın dörd bir tərəfindən kölə bazarlarından gözəl qadınlar gətirdib başlarına xanım ağaları qoyaraq yetişdirdi. Həsən Sabbah çox keçmədən Ələmuta yaxın kiçik qalaları, həmçinin Xəzər dənizinə yaxın böyük bir qalanı da aldı. Həsən Sabbahın bu müvəffəqiyyətlərini eşidən digər İsmaili təriqətinə mənsub kişilər Ələmuta axın etməyə başladı.
Xaşxaşilər qısa vaxt ərzində gücləndilər. Bu dövrdə Məlikşah Nizamülmülkü böyük vəzirlikdən çıxarıb adi vəzir etmişdi. 1092-ci ildə Məlikşah öz varisinin kim olacağına qərar verdi. O zamana qədər yetişdirilən xaşxaşi fədailərindən biri olan İbn (Əbu) Tahir, Nizamülmülk savaş hazırlığında ikən çadırına tələbə qılığında girib onu öldürmüş, xaşxaşilərə olunacaq həmlə beləcə önlənmişdir. Çox keçmədən yenə xaşxaşilər tərəfindən Məlikşah da öldürülmüş, Səlcuqilərin çöküşü sürətlənmişdir. Daha sonra Sultan Səncər, xaşxaşilərə bir həmlə etməyi düşündüsə də, yatağına saplanmış xəncəri və mətkubu görüncə fikrindən daşınmışdır. Məktubda "İstər bizə hücum et, istərsən bizi rahat burax, əgər yatağına öz evim kimi girə bilmişəmsə, özündən muğayat ol İbn (Əbu) Tahir".
Səlcuqilər zəiflədikdən sonra xaşxaşilər İranın şimalı, Cənubi Asiya, Orta Asiya, Şərqi Anadolu, Cənubi Anadolu və İraqın şimal bölgələrində hakimiyyət qurmuşdur. İran mənşəli bu təşkilat, bölgəni hakimiyyətləri altında saxlayan və İsmaililəri əzməyə çalışan Səlcuqlulara qarşı mücadilə etmək məqsədilə cinayəti sistemli bir hücum aləti olaraq işlətməyə başladılar. Hədəf aldıqları şəxsi öldürməkdə çox dəqiq və müvəffəqiyyətli idilər. Taktikalarının əsas prinsipləri az itki vermək, günahsız insanları öldürməmək olsa da, onlara qarşı olan qorxunun daim canlı qalması üçün cinayətlərini əsasən ictimai yerlərdə, çox vaxt ibadətgahlarda törədirdilər. Hədəflərinə cild dəyişdirib yaxınlaşan xaşxaşilər, qurbanın sağ qurtulmaması üçün zəhər, ox və nizə yerinə, əsasən xəncərdən istifadə edir, yaxalandıqlarında isə intihar əvəzinə, öldürülməyi üstHəsən Sabbah müridlərinə "Biz sadəcə bir insanı öldürməklə qalmayıb, min nəfərin qəlbinə də qorxu toxumları əkəcəyik" demiş və xaşxaşilərə qurbanı öldürdükdən sonra qaçmamalarını, dayanıb gözləmələrini tənbehləmişdir. Bir xaşxaşi cinayəti işləməzdən əvvəl gözləməli, qurbanın hər hərəkətini öyrənib onu öldürmək üçün ən ideal vaxtı seçməli idi. Səlcuqilər Ələmut qalasını dəfələrlə mühasirəyə alsalar da, fəth edə bilməmişdilər. Xaşxaşilər monqol istilasından yaxa qurtara bilməmiş, 1256-cı ildə Ələmut qalasını, 1260-cı ildə Masyaf qalasını itirsələr də dayanmamışdılar. 1277-ci ildə bir çox sərkərdəyə sui-qəsd etmiş, həmin ildə Ələmutu mühasirəyə alsalar da ələ keçirə bilməmişlər. Sonrakı mühasirələr də (1281, 1292, 1389) nəticəsiz olmuşdur. 1402-ci ildə bir alimin öldürülməsi xaşxaşilərin varlığının son isbatıdır.
Günümüzdə İsmaili təriqətinin xocaları hələ də müridlərini xaşxaşi ruhu ilə tərbiyə edir.
 Mənbə vikipediya



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 yanvar 2015 21:52
    Maraqlıdır. Təşəkkürlər!

  2. 3 yanvar 2015 10:53
    Çox sağ olun..

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.