Avropa mədəniyyəti

[/i]

[i]Avropa mədəniyyəti

Q
ə r b i      A v r o p a     m ə d ə n i y y ə t i    

 

 

Qədim almanların işğallarından sonra Qərbi Avropada mədəniyyətin tənəzzül etdi. Elm texnikanın səviyyəsi aşağı idi. Din mədəniyyət üzərində ağalığ edirdi. Allaha və möcüzələrə inanmadan insanlar dünyanı izah edə bilmirdilər (qədimdə olduğu kimi təbiətin qüvvələri qarşısında aciz idilər).  Bunlar erkən orta sər mədəniyyətinin Avropada geridə qalmasının başlıca səbəbləri idi.

Bu dövrdə insanlar dünyanı təsəvvür edirdilər :

1. Yer dairəvi lövhə şəklində idi, göy qübbəsi papaq kimi Yer üzərini örtürdü. Göydə isə Günəş, Ay və beş planet hərəkət edirdi.

Ölkələr arasında mədəni əlaqələrin olmamasının başlıca səbəbi natural təsərrüfatının hökmranlığı idi. Yolların pis, qorxulu və çətin olması da buna da səbəb idi. Bu səbəblər avropalılara başqa ölkələr haqqında uydurmalar yaratmağa səbəb olmuşdu.

Vaxtı yerə basdırılmış çubuğun kölgəsinə əsasən bilirdilər. Monastırlarda və varlı bəzi ailələrdə su və qumm saatından istifadə edirdilər. İlin 12 aya bölünməsi qaydası saxlanılır və Roma rəqəmləri ilə adlanırdılar.

Erkən orta əsrlərdə Qərbi Avropada yeganə savadlı adamlar kilsə xadimləri idi (onlar Bibliyanı bilməli və dua oxumalı idi). Kəndlilər tam savadsız, feodallar içərisində tək-tük savadlı vardı, kralların əksərriyəti yazmağı bilmirdi. Kilsə məktəbləri mövcud idi ( 2 pilləli : I – aşağı pillə, qrammatika və diplomatika öyrədilir, II – yuxarı pillədə hesab, astronomiya və s. ).

Qərbi Avropanın hər yerində dərslər latın dilində aparılırdı. Latın dili və əlifbası elm və mədəniyyətdə aparıcı idi. 

İmperiyanı idərə etmək üçün Böyük Karla savadlı adamlar lazım idi. Buna görə Karl təhsilə, elmə və mədəniyyətə diqqət yetirirdi. Onun səyi ilə Mədəniyyət yüksəlişə qədəm qoydu. Böyük Karlın dövründə mədəniyyətin inkişaf etməsi «Karolinq oyanışı» adlanırdı. O, sarayına İspaniya, İngiltərə və İtaliyadan savadlı adamları dəvət edirdi, İngilis alimi Alkuinə məktəblərin idarəsini tapşırmışdı. Alkuin müəllimliklə yanaşı bir neçə dərslik də yazmışdı. Kral təşkil etdiyi saraydakı ədəbi dərnək «saray akademiyası» adlanırdı. Böyük Karl latın dilini yaxşı bilirdi ( hətta balışının altında latınca əlyazma saxlayırdı). Latınca yazmağı öyrənirdi.

 

Roma imperatorları kimi , Karl Axen şəhərində daşdan saraylar və kilsələr tikdirirdi.

Axen kapellası(kilsə) dövrümüzə kimi qalmamışdır.

Böyük Karl tədbirləri nəticəsində imperiyada savadlı adamların sayı artdı. VI-XI əsrlərdə monastırlarda antiq müəlliflərin bir çox əsərinin üzü köçürüldü və dövrümüzə gəlib çatdı.

 

Frank imperiyasının tənəzzülü ilə «Karolinq oyanışı» da başa çatdı.

Böyük monastırlarda kitab emalatxanaları vardı. Bürada rahiblər kitabların köçürülməsi ilə məşğul idi(dini kitabların köçürülməsi Allah qarşısında savab sayılırdı). Kitablar perqamentdən hazırlanırdı. Bibliya kitabını yazmaq üçün 300 dana dərisi istifadə edilmişdi. Kitablar çox baha idi. Onları yalnız varlı adamlar əldə edə bilərdi.

Erkən orta əsrlərdə Qərbi Avropada mədəniyyətin inkişafında İslam mədəniyyəti təsiri olmuşdu. Bunu Avropaya ərəb tacirləri yaymışlar.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 mart 2012 23:56
    Qedim dovrden ferqli olaraq orta esrlerde Avropada tekallahliq olmushdur.Metinde mueyyen herf sehvleri var ki,onu da bildirmeyi ozume borc bilirem.

  2. 18 noyabr 2013 20:44
    yaxsiki,natiq adli istifadeci
    rey verib.
    bu cur maraqli xebri nece defe oxuyublar rey vermirler
    adminstratora tesekuler.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.