İslam mədəniyyəti

İslam mədəniyyəti
 

Ə
rəb xilafətində mədəniyyətin yüksək inkişaf etməsinin səbəbləri :

 

 

Ərəblərə tabe olan xalqların mədəni inkişafı yüksək səviyyədə olması və ərəblərin onu öyrənməsi

  1. Ərəblərə tabe olmayan xalqların mədəniyyətinin öyrənilməsi (qədim Yunanıstan , Roma və Hindistan mədəniyyəti) , onlardan istifadə edilməsi və öz müstəqil mədəniyyətlərini yaratması
  2. İşğal edilmiş ölkələrdən ayrı-ayrı adamların və ya sülalələrin Xilafət dövlətinin idarə edilməsində iştirak etməsi
  3. İşğal edilmiş ölkələrdən ayrı-ayrı adamların ərəb mədəniyyətinin yaradılmasında iştirak etməsi
  4. Böyük şəhərlərin və vahid dövlətin olması

 

Ərəblərə tabe olan xalqların ərəb dilində yazıb-yaratmalarının səbəbi :

  1. Ərəb dili Xilafətin dövlət dili idi. Xilafətin hər yerində dövlət işləri ərəb dilində aparılırdı. Məhkəmələr ərəb dilində gedirdi.
  2. Ərəb dili İslam Dinin, «Quran»ın dili idi. Ona görə də ərəb dili islamı qəbul edən bütün ölkələrdə yayılırdı. Ərəb dili ilə yanaşı, ərəb yazısı da yayılırdı. Məktəblərdə ərəb dilə öyrədilirdi.
  3. Qədim Yunanıstan və Şərqin alimlərinin əsərləri ərəb dilində tərcümə olunmuşdu. Odur ki, müsəlman ölkələrində yaşayıb-yaradan alimlər onu ərəb dilində oxumalı idilər.

Ərəb dilində yazılan əsərlər daha tez və daha geniş ərazidə yayıla bilirdi.

 

 

 

Ərəb xilafətinə daxil olan xalqların yaratdıqları öz mədəniyyət

nailiyyətləri  vahid ərəb-islam mədəniyyətinə daxil olmuşdur.


 

Ərəb xilafətində təhsilin inkişafı İslam dini  ilə bağlı olub. İslamdan sonra savadlı adamların sayı artdı. Müharibədə əsir düşən adam oxuyub-yazmağı öyrətməyi bacarırdısa , onu dərhal azad edirdilər.

Ərəblərdə ilk təhsil məsçid yanındakı məktəblərdə idi, Ali təhsili isə mədrəsələrdə alırdılar. Mədrəsələrdə alimlərdən dərs alan tələbələr «şəhadətnamə» (icazə) alırdı. Erkən orta əsrlərdə Avropa ölkələrində kral saraylarında çoxları yazmağı-oxumağı bacarmadıqları zamanı , İspaniyada Kordova xilafətində bunu hər bir adam bilirdi. Ən böyük ərəb kitabxanalarından biri İspaniyadakı Kordova xəlifələrinin birinə məxsus idi (400 mindən çox kitab vardı). Xilafətdə ilk növbədə təsərrüfatla, xüsusilə sənətkarlıq və ticarətlə bağlı elm sahələri inkişaf edirdi. Tacir, karvanı ilə bir neçə ölkənin ərazisindən keçmək üçün bu ölkələrin iqlimi, bitkiləri, heyvanları haqqında bilməli idi. O, eyni vaxtda təbib, coğrafiyaçı, diplomat, riyaziyyatçı və astronom olmalı idi.

 

 

 

Avropalılar ərəblərdən öyrənmişdilər :

  1. Qədim yunan, roma, hind və b. dillərdə olan elmi əsərləri və onların tərcümələrini
  2. Riyazi rəqəmləri, o cümlədən «sıfır» işarəsini (indiyə kimi avropalıların ərəblərdən

     öyrəndikləri hind rəqəmləri ərəb rəqəmləri adlanır)

  1. Onluq kəsri
  2. Ərəblərin aşkar etdiyi ulduzları (ərəb adları ilə birgə)
  3. İbn Sinanın tibbə dair əsəri latın dilinə tərcümə edilmiş və XVII əsrə qədər Avropa

     həkimlərinin dərs kitabı olmuşdu

  1. Ərəbdilli sözləri (alqebra, almanax, alximiya, tarif, divan və s.)
    İslam mədəniyyəti
     

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 yanvar 2013 19:10
    Ereb xilafetinin tehsili islam dini olubbbbbbbbbbbbbbbb?????????????/ belay

  2. 29 oktyabr 2014 10:52
    Mən belə fikirləşirəm :ABŞ,İngiltərə və s. ölkələr nə qədər dinimizi gözdən salmağa,Müsəlman ölkələri sıxışdırmağa çalışsalar da, vaxt gələcək xristianların çoxu İslam dinini qəbul edəcək.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.