Erkən orta əsrlərdə türk xalqlarının mədəniyyəti

Erkən orta əsrlərdə türk xalqlarının mədəniyyəti

Türk xalqlarına məxsus ən mühüm yazılı mənbə Orxon-Yenisey abidələridir. Bu abidələr bütün türkdilli xalqların daşlar üzərində yazılan ilk tarixi sənədidir.  Orxon-Yenisey abidələrindən ilk dəfə XII əsr tarixçisi Əlaəddin-Ata Məlikin «Cuveyni tarixi cahangüşa» əsərində bəhs edilmişdir. Lakin Avroapaya məlum olmamışdır. Bu abidələr haqqında Avropada ilk elmi məlumatı Şimal müharibəsi (1700-1721) zamanı ruslara əsir düşən isveç zabiti Filipp Starlenberq vermişdir.  O, Sibirin Tobol əyalətində 13 illik sürgün vaxtı yerli çuvaş , yakut və tatarların qəbirüstü yazılarını köçürmüş və Avropaya aparmışdır. Bu Avropada böyük marağa səbəb olmuşdur. Türk yazılarını ilk dəfə danimarkalı alim Vilhelm Tomson oxumuşdur. Ondan sonra isə rus alimi Radlov oxuyaraq bu barədə ilk çoxcildli əsər yazmışdır. Orxon-Yenisey yazılarının oxunmasında ən böyük maraq RusiyaDanimarka göstərmişdir. Orxon-Yenisey abidələrində aparılan qazıntılar V-VIII əsrlərdə türklərin yüksək mədəniyyət yaratdıqlarını göstərir. Bunlardan ən əhəmiyyətlisi göytürk yazısıdır. Bu əlifba 4 sait, 34 samit olan 38 hərfdən ibarətdir. ( sagdan sola və yuxarıdan aşağı yazılırdı ). Türklərin abidələri içərisində ən böyügü Şimali Monqolustanda Orxon sahilində tapılan «Orxon yazıları»ıdır. 725-735 illərdə tikilən bu abidələrin sayı 13-dür. Onların ən məhşuru Göytürk xaqanı Bilgə xaqan, onun qardaşı Gültigin və baş vəzir Tonyukuk üçün qoyulmuş abidələrdir. Xəzər xaqanlığında türk , yunan , ərəb , yəhudi və kiril əlifbasından istifadə etmişlər.

 

Türk xalqlarının elm mərkəzi Mərkəzi Asiyanın şəhərləri (Ürgənç, Mərv, Buxara, Xarəzm) idi.

Qəznəvi Sultan Mahmudun sarayında 400 alim və şairlər vardı. Türklərə məxsus ən böyük kitabxana Mərv şəhərində idi (10 kitabxana).

Türklər geniş şəhərlər salmışlar (Beşbalıq, Qaraxoca, Xotan, Urumçi, Qaşqar, Yarkənd və s.). Göytürklər xaqanlarının şərəfinə bəngüdaşlar adlı heykəllər qoyurdular. Bunların ən məhşuru Bilgə xaqan, onun qardaşı Gültigin və baş vəzir Tonyukuk üçün qoyulmuşdur. Türklərin islam dinini qəbul etməsindən sonra memarlıqda məsçidlərin, minarələrin, mədrəsələrin və karvansaraların tikilməsi başlandı. Qəznəvi dövlətinin memarlığında tikilən Ulu Bazar məsçidi, İkinci Mahmud türbəsi Hindistana yürüşlər zamanı qazanılmış qələbələrin şərəfinə tikilmiş zəfər abidələridir.

Türklərin ilk milli musiqi aləti qopuz olmuşdur. Türk musiqiçiləri «ozan», «akın», «baksı» və «şaman» adlanırdı. VIII əsr ən məhşur türk musiqişunası Yulluq Tigin olmuşdur.

 

İslama qədər  türklər Göy Tanrıya səcdə edirdilər.  Tanrılar Göyüzü və Yeraltı tanrılarına bölünürdü. Bu dinin başında Gün Tanrı  dururdu.

Azərbaycan ərazisində 1989-cu ildə göytürk yazısı aşkar edilmişdir. Bu  yazı göytürklərin Azərbaycanda yaşadığını , bu əlifba ilə tanış olmasını və xalqlarımızın ümumi bir əlifbaya malik olmasını göstərir.

Göytürk məzarlarında, Gültigin abidəsində qoçbaşı heykəlləri tapılmışdır. Belə heykəllər Qərbi Azərbaycanda (Ermənistan) və Gürcüstanda  tapılıb.

1995-ci ildə qırğız türklərinin eposu «Manas» dastanının 1000 illik yubileyi və 2000-ci ilin aprelində Bakıda «Kitabi Dədə-Qorqud» dastanın 1300 illik yubileyi bütün türk xalqlarının bayramı kimi qeyd edilmişdir

Erkən orta əsrlərdə türk xalqlarının mədəniyyəti
 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 noyabr 2012 17:36
    əla cox xosuma geldi sagolun!

  2. 5 noyabr 2013 20:49
    ibadone nigara qosuluram cox maraqlidir belay smile

  3. 18 noyabr 2013 20:39
    bagislayon
    adminstrator
    qisa serh yazmisam!
    sizden yaxsi xeber yazan yoizdu.
    bir-iki adamlar birde bir az onlar.
    SIZ DAHA AYDIN SEKILLEllerle,v.s
    yazirsiz.
    birde PTOLMYS KLEPATRA haqqinda melumat olsa ox tesekkur ederem!
    fikrinize gore tesekkuler!

  4. 22 noyabr 2013 21:14
    men ineseneti sevirem cunku ressamcilaga gedirem sagolun hamlet mulellim

  5. 23 dekabr 2013 20:11
    eladir.cox tskler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.