Mərkəzi Asiyanın işğalı

Mərkəzi Asiyanın işğalı

 

 

Temuçini Çingiz xan elan edən qurultayın çağırılmasından heç beş il keçməmişdi ki, monqol anaları öz oğullarını uzaq hərbi səfərlərə göndərdilər. İndi monqol qanı xanın şərəfinə doğma Onon və Kerulen çayları sahilində axıdılmırdı, minlərlə kilometr cənuba və qərbə tərəf bölgələrdə.

1206-cı ildən və xüsusilə 1211-ci ildən sonra Çingiz xanın fəaliyyətində yeni səhifə açıldı – geniş miqyaslı işğallar. Bu işğallar xaqanın ölümündən sonra da davam etdi. Monqol işğallarının indi məqsədi tayfaları birləşdirmək deyil, özgə torpaqları noyonların maraqlarında ələ keçirmək idi. ¹

Monqolustanın birləşdirilməsi tayfalararası çəkişmələrə son qoydu, lakin bu vəziyyət qorunub saxlana bilərdi bu şərtlə ki, feodal hərbi-köçəri əyanları mövcud şəraiti müharibələrin kəsilməsində deyil, onun daha da genişlənməsində, davam etdirilməsində maraqlı olsunlar. Çingiz xan dərk edir ki, yalnız işğalçı müharibələr onun əyanlar üzərində hakimiyyətini saxlaya bilər, xəyanətlərdən qoruyar, qiyamların və ara müharibələrin qarşısını alar, eləcə də onun yaratdığı dövləti tez dağılmaqdan xilas edərdi. ²

İlkin olaraq ilk beşillik dövründə(1206-1211) işğallar məhdud xarakter daşıyırdı: 1207-ci ildə xanın böyük oğlu Cuçi Sibirə yürüş edərək «meşə tayfaları»nı və yenisey qırğızlarını tabe etdi. 1208-ci ildə Subedey-batur, Çingiz xanın ən görkəmli sərkərdələrindən biri, İrtış çayı sahilində merkitləri və naymanları məğlub etdi. Merkitlər tam şəkildə tabe edildi (bir qismi məhv edilərək), naymanların bir qismi isə Şahzadə Kuçuluqun başçılığı ilə qarakitay qurxanı Ccurxunun yanına qaçdı. Sonralar o, burada hakimiyyəti ələ keçirərək antimonqol mərkəzi yaratmışdı.

1209-cu ildə Uyğurstan tabe edildi. Çingiz xan Al-Atununu uyğur hökmdarı İdikuta verərək ittifaqı möhkəmləndirdi. Uyğur tacirlərinə geniş imtiyazlar, uyğur məmurlarına isə xan iqamətgahında yüksək yerlər həvalə olundu. Uyğurlarla birlikdə türk-karluqları da monqollara tabe oldu. ³

Hələ 1205-ci ildən monqolların hədəflərinə çevrilən şərqdəki Tanqut dövləti – Si Sya 1209-cu ildə Çingiz xanın yürüşündən sonra tabe edildi və monqollarla sülh bağladı. Sülhün şərtlərinə görə tanqutlar xanın bütün hərbi yürüşlərində orduları ilə birlikdə iştirak etməli idi.

 

 

 

 

Məhz burada monqollar ilk dəfə şəhərlərə, mədəni sivilizasiyaya rast gəldilər. Monqol mənbələrindən Men-da-bey-lu, bu görüntüləri belə təsvir edib: «Böyük şəhərlərə yaxınlaşmamış kiçik kəndlər ələ keçirilirdi, burada əhali əsir alınaraq şəhərlərə qarşı hücumda, ön sırada, qala qapılarının uçurulmasında istifadə edilirdi. Onlardan monqollara tanış olmayan daşatan və divardələn qurğularının işə salınmasında da istifadə edirdilər». ¹

1211-1215-ci illərdə Çingiz xan bir neçə onilliklərdə monqolları vassal asılılığında saxlayan, onlara «vəhşi köçəri barbar» kimi yanaşan çcurçcen dövləti Sin imperiyası ilə müharibə etdi. Böyük şəhərləri ələ keçirə bilməyərək monqol ordusu açıq döyüşlərdə çinliləri məğlub etdilər. Yüksək hərbi texnikaya malik olmağa baxmayaraq «əcdaha oğulları» məğlub oldular. ²

1215-ci ildə imperiyanın paytaxtı Çcundunun ələ keçirilməsi ilə Çingiz xan bütün Şimali Çini tutmuş oldu. Buranın yeni hakimi xanın silahdaşı Muxali təyin edildi. İşğal olunmuş ərazilərdən monqollar böyük qənimət apardılar. Qənimətlər arasında əsas yeri sənətkarlar, hərbi texniki qurğular və silahlar tuturdu. Məhz bu yeniliklər monqolların sonrakı işğallarında mühüm rol oynadı. ³

Mərkəzi Asiyanın işğalı

Bununla Çingiz xan Şərqi və Mərkəzi Asiyanın mərkəzini Pekindən öz ordasına çevirdi. Monqolların ilk şəhəri, ilk paytaxtı və ilk sənətkarlıq mərkəzi Qara-Qorum bu hadisələrlə bağlı olaraq yarandı. 

1216-cı ildə Çingiz xan Subedey və Toxuçarın başçılığı ilə dəfələrlə məğlub edilmiş merkitlərin üzərinə ordu göndərdi. Çingiz xan həmişə xarici düşmənlərdən çox həmtayfalarından ehtiyat edirdi. Merkit tayfası «kökündən kəsildi».  Məğlub olmuş merkitləri təqib edən Cuçi, xanın böyük oğlu qıpçaq çöllərində Xarəzmşah Məhəmmədin ordusu ilə toqquşdu. Üç gün davam edən döyüşlərdən sonra gecə ikən monqollar yanmış ocaqları düşərgədə saxlayaraq geri çəkildilər. Beləcə monqollar qərbə tərəf irəliyərək ilk güclü müqavimətə rast gəldilər.

Bu hadisələrdən sonra Məhəmməd şah Çingiz xanın yanına elçi göndərdi. Xan onları yüksək səviyyədə qəbul edərək bildirdi ki, o, Xarəzmşahı Qərbin, özünü isə Şərqin sahibi hesab edir və arzu edir ki, iki dövlət arasında dostluq olsun və tacirlər sərbəst ticarət aparsınlar. ⁶

Hələ Şimali Çində hərbi əməliyyatlar aparıldığı zaman Çingiz xanın maraqlarında qərb hadisələri diqqət çəkirdi. Bu iki səbəbdən irəli gəlirdi: birincisi, o, müstəqil qalan və qərb bölgələrinə çəkilən merkit və naymanlardan çəkinirdi; ikincisi, monqolların kəşfiyyat xidmətçiləri olan müsəlman tacirləri Xarəzmşah Məhəmmədin

 

 

 

1214-1215-ci illərdə Çinə hərbi yürüş hazırlaması haqqında xəbərlər almışdı. ¹

Başqa bir məlumata görə Çingiz xanın dövləti haqqında xəbər tutan Xarəzmşahın düşməni olan Bağdad xəlifəsi monqol xanı ilə ittifaq bağlamaq məqsədilə xanın yanına elçi göndərmişdi. Lakin mənbələr bu ittifaqın baş tutmamasını xəbər verir, çünki həmin zaman xanla şah arasında ticarət müqaviləsi vardı. ²

Bütün bunlar Çingiz xanın Xarəzmşahlar dövləti ilə müharibəyə başlamasına təsir etmişdi. Lakin bu səbəblərlə yanaşı digər vacib səbəblər də vardı. Onları açıqlamamış, gəlin, monqol yürüşü ərəfəsində Türküstanın ümumi vəziyyətini araşdıraq.

XIII əsrin əvvəlində Şimali Qazaxıstan çöllərində, İrtışdan Dest-Qıpçağa qədər ərazilərdə qıpçaqlar məskən salmışlar. Şərqi Türküstandan Aral dənizinə qədər torpaqlarda Qara-kitaylar imperiyası yerləşirdi, onu Qur-xan idarə edirdi. 1213-cü ildə Qur xanın torpaqları Çingiz xandan qaçan nayman Kuçuluq tərəfindən ələ keçirildi. Bu ərazilərin şimal hissəsi isə türk-karluqlarının rəhbəri Arslan-xan tərəfindən idarə olunurdu. Sırdarya çayının sahilindəki şəhər qalalar, Mavərənəhr, eləcə də İranın böyük hissəsi Xarəzmşah Məhəmmədə tabe idi. ³

Türküstanı öz aralarında bölməyə hazırlaşan Kuçuluq xan və Məhəmməd şah Qərbi Lyao dövlətini məhv etdilər. Xarəzmşah Qur-xanın qoşununu məğlub etdi. Vəziyyətdən istifadə edən Kuçuluq Qur-xanın qızı ilə evləndi və onun ölümündən sonra özünü dövlətin yeni hökmdarı elan etdi. Kuçuluq xan yerli müsəlman əhalisinə qarşı amansız siyasət aparırdı: vergiləri artırır, zorla bütpərəstliyi yayır, məçidləri dağıdır və s. Naymanlara kömək etmiş xarəzmlilərə də türküstanlılar tərəfindən lənət oxunurdu. Bütün bunlardan monqol kəşfiyyatının geniş məlumatı vardı. 

1217-ci ildə Çingiz xan Kuçuluq xana qarşı Cebe noyonun başçılığı altında qoşun göndərdi. Cebe yerli əhalinin köməkliyi ilə çox asan surətdə bütövlüklə Şərqi Türküstanı ələ keçirdi. Türküstanlıların çoxu könüllü surətdə monqol ordusu sıralarına daxil oldular. Kuçuluq xanı yerli ovçular ələ keçirərək monqollara təhvil verdilər, monqollar isə onu edam etdilər.

Monqolların Kuçuluq xanı məğlub etməsi haqqında xəbər tutan Xarəzmşah Şərqi Türküstanı ələ keçirməyə tələsdi. Monqollarla ilk döyüşdən sonra qorxuya düşməsinə baxmayaraq Məhəmməd şah Çingiz xanın adından danışıqlar aparan Mahmud Yalavaçla söhbətdən sonra (səfir monqolların gücü haqqında yanlış məlumat vermişdi) Şərqi Türküstana hücuma hazırlaşırdı. Lakin tarixin bu səhifəsi başqa cür yazıldı. Tarixi dəyişən səbəb nə oldu?

Xarəzmşahla Çingiz xan arasında imzalanmış ticarət müqaviləsinə əsasən 1218-ci ildə Mərkəzi Asiyaya böyük ticarət karvanı göndərdi. Karvanın tərkibi 450 nəfərdən ibarət idi, onların əksəriyyəti müsəlman tacirləri idi.

 

Karvana Ömər Xoca, Camal Marağai, Fəxrəddin Buxari və Amin ad-din Xaravi başçılıq edirdi. Karvan qızıl, gümüş, ipək, hind MİSİ, çini qablar və s. malları daşıyan 500 dəvədən ibarət idi. Karvanın tərkibində Çingiz xanın əmri ilə bir neçə monqol- kəşfiyyatçıları da vardı.Karvan ilk olaraq Otrar şəhərinə daxil oldu. Otrar hakimi Qair xan tacirlərin özlərini qəribə aparmasından şübhələnərək onları qarət etdi və öldürtdü. Yalnız bir nəfər sağ qalaraq xəbəri xana apardı. Monqol tacirlərinin məhv edilməsi haqqında Məhəmməd şahın xəbəri vardı. Çingiz xan «Otrar fəlakəti»ndən xəbər tutaraq böyük səbr nümayiş etdirdi və şahın yanına Qair-xanın təhvil ıverilməsi tələbi ilə elçilər göndərdi. Xarəzmşah nəinki canişini vermədi, əksinə o, səfirlərdən birini öldürdü, digərlərinin isə saqqallarını gülməli hallarda kəsdirdi. Şah monqolların tələbini yerinə yetirə bilməzdi, çünki ordunun çox hissəsi məhz Otrar istiqamətində idi. Canişinin təhvil verilməməsi monqollarla müharibə demək idi, verilməsi isə vətəndaş müharibəsi. Şah birincisini seçdi.

1218-ci ilin sonunda şah monqollarla aparılacaq müharibəni müdafiə və döyüş planını müzakirə etmək üçün hərbi şura çağırdı. Şura iki qərardan birinə tərəfdar çıxmağa qərar verməli idi:

1) 400 minə yaxın ordunu bir yerə toplayıb və böyük bir döyüşdə və ya Sırdarya

çayından keçiş zamanı monqolları məğlub etmək;

2) Mavərənnaxrdan geri çəkilmək, üstünlüyü monqollara vermək və bu zaman vacib

dağ keçidlərini tutmaq, burada isə monqolları hissə-hissə məğlub etmək və ya

Əfqanıstana, Hindistana doğru çəkilib döyüşləri ğurada aparmaq.

Lakin Məhəmməd şah bu qərarlardan heç birini qəbul etməyərək öz planını irəli sürdü. Mavərənnaxrın passiv müdafiəsi; Xarəzm ordusunu şəhər və qalalarda yerləşdirmək, bunların müdafiəsini gücləndirmək və monqolları uğursuz hücumlardan ruhdan salmaqla, çoxlu itkiyə məruz qoymaqla onların geri çəkilməsi vaxtı həlledici hücuma keçib onlara zərbə vurmaq. ¹

Hərbi baxımdan bu çox səhv qərar idi: bütün üstünlük monqollara verilirdi, çünki ordu parçalanırdı. Siyasi baxımdan isə Xarəzmşah yaxşı anlayırdı ki, bir-birləri ilə arası olmayan onun vassalları bir yerdə toplanarkən böyük çaxnaşmaya düşəcəklər, əgər qələbə qazanacaqları təqdirdə isə silahlarını şaha qarşı çevirəcəklər. Öz planını həyata keçirməyə çalışan şah vergiləri artırdı, ordunu şəhərlər üzrə böldü, ölkədə səfərbərlik keçirdi, müdafiə qalalarını möhkəmləndirməyə başladı. Lakin bütün bu tədbirlər məhdud keçirlir və ya heç keçirilmirdi.

«Otrar fəlakəti» monqolların Mərkəzi Asiyaya yürüş etməsi üçün bir bəhanə idi. Əslində bu müharibə qaçılmaz idi. Bunun səbəbləri köçəri monqol təsərrüfatının geniş otlaqlarla təmin etmək, hərbi qənimətlər ələ keçirmək, yeni torpaqlar tutmaq və s. istəyi idi. Bundan başqa əyanlar müharibə aparılmasını monqol cəmiyyətində sosial narazılığının qarşısını almaq məqsədi güdürdülər.

 

 

 

 

Bu faktlar monqolların M.Asiyaya yürüşünün hazırlanmış böyük planın tərkib hissəsi olduğunu göstərir.

Çingiz xanın planlarında bütün Qərbi Asiya və Şərqi Avropanın işğalı daxil idi, bunun üçün o, qabaqcadan bura aid torpaqları- İrtış və Aral dənizindən qərbdə, böyük oğlu Cuçinin ulusuna daxil etmişdi. ¹

1218-ci ildə keçirilmiş qurultayda Çingiz xan Xarəzmşahlara qarşı müharibəyə başlaması qərarını aldı. Bu məqsədlə monqol ordusu 1219-cu ildə xarəzmşahlarla sərhəd olan İrtış çayı sahilində toplanmağa başladı. Məhz burada Çingiz xan ailə toplantısı keçirərək öz varisi - üçüncü oğlu Uqedeyi elan etdi və işğal olunmuş və işğalı planlaşdırılan torpaqları dörd oğlu arasında dörd ulusa böldü. Sonra yayı burada keçirdikdən sonra 1219-cu ilin payızında bütün qüvvələri ilə birlikdə Çingiz xan «qərbin hakimi»- Məhəmməd şaha qarşı müharibəyə başladı. Ordunun sayı 150-200 min nəfər idi. onunla birlikdə onun vassalları uyğur idikutu Bayrnak, türk-karluqlarının başçısı Aotan-xan və almalıklı Suknan-tegin də vardı. Vassallardan yalnız tonqut hökmdarı yürüşdə iştirak etməkdən boyun qaçırdı (bu gələcəkdə Çingiz xanın Si Sya üzərinə ikinci və son yürüşünə səbəb oldu).

Qərbə istiqamət almış bu ordu Qobi səhralarını keçib Çinə zərbə vuran ordudan kökündən fərqlənirdi. Bu 150 minlik orduda hər bir əsgərin 2-3 atı vardı, bu ordu əvvəlki kimi gün ərzində 100 km irəliləməyə qadir deyildi, çünki bu ordu özü ilə çoxlu daş atan qurğular, divardeşən, od yağdıran, qalalara çıxmaq üçün uzun nərdivanlar, mancanaqlar, barıtlı və yandırıcı bombalar yağdıran katapultalar və s. daşıyırdı. Onları istifadə edəcək yüzlərlə çinli mühəndislər ordusu müşayət edirdi. Belə köçəri süvari ordusunu tarix hələ yaratmamışdı. ²

Hücuma keçərkən monqollar yol boyu yaşayış yerlərini dağıdır, adamlarını əsir götürür və özləri ilə aparırdılar. Bu köçəri monqol taktikasının ölümcül kombinasiyanın parlaq nümunəsi idi. Bu əsirləri monqollar üç məqsədlə istifadə edirdilər:

1) qul əməyi kimi

2) köçəri olmayan kontinentlərdə əsgərlər kimi

3) «canlı qalxan» kimi (ordunun qarşısında irəliləyirlər, qala qapılarını dağıdırlar və

çox zaman qala müdafiəçilərini təslim edirlər, çünki qohumlara qarşı vuruşmaqdan

imtina edirdilər).

Monqol ordusu irəlilədikcə qoşunun say tərkibi durmadan artırdı, şahdan narazı olanlar kütləvi halda düşmən tərəfinə keçirdi. ³

1219-cu ilin sentyabrında monqol ordusu Otrar şəhərinə yaxınlaşdı. Burada Çingiz xan ordusunu 4 hissəyə böldü: Otrar tutmaq Çaqatay və Uqedeyə tapşırıldı. Sırdarya çayının aşağı axarında yerləşən şəhərlərə tutmaq Cuçiyə həvalə etdi. Üçüncü ordu Alak noyonunun başçılığı ilə Sır-Darya çayının yuxarı axarlarını tutmalı idi. Xan özü ilə əsas ordu ilə Buxara və Səmərqənd istiqamətində irəlilədi. Monqollar Mərkəzi Asiya üzərinə uraqan

kimi irəlilədi, qarşısında olan insan həyatlarını və maddi nemətləri öz qoynunda məhv etdi. ¹

Monqollar könüllü tabe olanlara ədalətli rəftar etmək söz verirdilər. Müqavimət göstərənlərə isə yalnız ölüm və dağıntıları söyləyirdilər. Bir çox şəhərlər könüllü təslim olurdular (burada ruhanilər, yerli əyanlar və s. xəyanət edirdilər) digərləri isə müqaviməti üstün tuturdular.

Çingiz xan çcurçcinlərə qarşı müharibədən çox şey öyrənmişdi. O, hətta indi alınmaz qalaları tuta bilirdi, və onu maksimum qarət edirdi. Xarəzm şəhərləri tutulduqda ilk növbədə əhali və mal-qara şəhərdən təmizlənirdi, sonra isə şəhər qarət edilirdi. Bu qarət zamanı itkilərin qarşısını almaq məqsədi daşıyırdı. ²

Qarətdən əvvəl monqollar bütün düşmən əsgərlərini edam edirdilər. Monqol ordusu yalnız süvarilərdən ibarət olduğu üçün onlara qala müdafiəçiləri lazım deyildi. Bundan başqa onlar özlərindən arxada böyük düşmən ordusu saxlamaq istəmirdilər, onlar hər an qiyam qaldıra bilər və geriyə yolu bağlaya bilərdi. Daha sonra monqol sərkərdələri dinc əhalinin yanına məmurlar göndərir, onlar isə skinləri məşğuliyyətlərinə görə bölüşdürülürdü. Yazı bilənlər, həkimlər, müəllimlər, astronomlar, hakimlər, mühəndislər, ruhanilər və s. professionallar hesab edilirdi. Onların bir qismi (xüsusilə sənətkarlar) Monqolustana göndərilir, digərləri isə ordu ilə yürüşü davam edirdilər.

Mərkəzi Asiyanın işğalı zamanı monqolların bir başqa cəhəti də yerli aristokratiyanın məhv edilməsi idi. Avropada müharibələr zamanı varlı təbəqəni yüksək tuturdular və ya əsir kimi yüksək pul mükafatına satırdılar. Monqollar isə belə deyil. Onlar əyanları tez bir zamanda məhv etməyə çalışırdılar ki, gələcəkdə onlara qarşı çevriləcək müharibələrin qarşısını alsınlar. ³

Çingiz xan apardığı bu fəlakəti müharibənin faciəli anlarını gizlətməyə çalışmırdı. Əksinə, o, bunu bütün dünyaya yayılmasını istəyirdi. O, başa düşürdü ki, vahiməni yalnız əsgərlərin qılıncı deyil, həm də alimlərin, yazarların kəlamları yayır. Bunun üçün hətta 1221-ci ildə Koreyadan 100 min kağız vərəqi gətizdirmişlər. Bu siyasət öz bəhrəsini verirdi. Monqol vəhşiliklərini eşidən hədəflər döyüşsüz təslim olurdular.

Beləliklə monqol terroru Türküstanın başı üzərində fırlanırdı. İlk monqol hücumuna məruz qalan Xarəzm şəhəri- Otrar beş ay müqavimət göstərdi. Qair-xanın başçılığı ilə göstərilən güclü müqavimətə baxmayaraq xanın oğulları Çaqatay və Uqedey şəhərini tuta bildilər. Qair xan isə əsir alındı və Çingiz xanın yanına göndərildi. Burada isə onun qulağına və gözünə gümüş əritməklə, əzablarla öldürdülər. 

 

 

 

Xanın böyük oğlu Cuçi isə Sırdaryanın aşağı qolu ilə irəliləyərək ilk olaraq güclü müqavimətlə Çığnak şəhərini tutdu. Cuçi bir çox şəhərləri demək olar ki, müqavimətsiz, danışıqlar yolu ilə tutmuşdu. O, atasının ona verdiyi bu torpaqlarda böyük dağıntılar etmək fikrində deyildi. Bu yolla o, Uzqənd, Barçılıqkənt şəhərlərini tuta bildi. Lakin Aşnasu, Cənd, Şəxrkənt kimi şəhərlər müqavimətlə alındı.

Cuçinin ordusu daha güclü müqavimətə Xocənt şəhərində rast gəldi. Şəhərin müdafiəsinə türk məmuru «dəmir hərbçi» ləqəbli Teymur Məlik başçılıq edirdi. O, 5 minlik dəstə ilə kiçik adada müdafiə ocağı yaratdı. Adaya gedən bütün qayıqlar məhv edildi. Monqol katapultaları isə adaya bomba yağdıra bilmədi, məsafə uzaq idi. Burada daşlardan körpü düzəltməyə cəhd edən monqollar böyük tərəftarlar verdilər. Lakin buna baxmayaraq, monqol ixtiraçıları adaya yol çəkə bildi, ancaq Teymur Məliki tuta bilmədilər. ¹

Qızılqum istiqamətindən Buxaraya yaxınlaşan Çingiz xan şəhəri mühasirə etməyə başladı. «Böyük İsgəndər» adı ilə tanınan Məhəmməd şah şəhərdən qaçdı. Şəhəri müdafiə edən döyüşçülər də qala divarlarını tərk etdilər, lakin monqollar onları məhv etdilər. Müdafiəsiz qalan Buxara təslim oldu və şəhər qarətə məruz qaldı. ² İki saat şəhərdə qaldıqdan sonra Çingiz xan Səmərqənd istiqamətində irəlilədi. Səmərqənd şahın ən möhkəm müdafiə olunan şəhər-qalası idi. Şəhəri 110 minlik türk-fars-əfqan döyüşçüləri qoruyurdu. Buna baxmayaraq, Səmərqənd hücumun qarşısını ala bilmədi. Mühasirənin üçüncü günü şəhərdən qaçmağa meyl edən 50 min döyüşçü öldürüldü. Şəhər təslim oldu. Təslim olan 30000 döyüşçü qılıncdan keçirildi. 30000 sənətkar əsir aparıldı, bir o qədər də qoşunun köməkçi qüvvələrinə çevrildi və nəhayət, 50000 nəfər ruhanilərlə başda olmaqla təzminat əvəzində sərbəst buraxıldı. ³

Mərkəzi Asiyanın işğalı

 

Artıq 1220-ci ilin mayında bütün Mavərəənnarx monqolların əlində idi. Ölkəsinin müdafiəsini başsız qoymuş Məhəmməd şah yeni qüvvələr toplamaq məqsədilə Bağdad istiqamətində hərəkət etdi, lakin qarşısını Çingiz xan tərəfindən onu təqib etmək üçün göndərilən Cebe və Subedeyin qoşunları kəsdi. Əlacsız qalmış şah Xəzər dənizi istiqamətində geri çəkildi. Cebe və Subedey isə onun arxasınca. Bu təqibetmə ətraflı olaraq növbəti bölmədə işıqlanacaqdır.

1220-ci ilin yayında xanın kiçik oğlu Tuluyun başçılıq etdiyi ordu Mərv, Tus, Nişapur, Bəlx və s. şəhərləri ələ keçirdi. Cuçinin ordusu bu zaman Ürgəncə-Xarəzmşahlar dövlətinin paytaxtına doğru yaxınlaşdı, lakin ələ keçirmək mümkün olmadı. Şəhərin müdafiəsinə yenə Teymur Məlik başçılıq edirdi. Ona kömək məqsədilə şahın oğlu Cəlaləddin gəlmişdi. Çingiz xan da öz növbəsində mühasirəyə Çaqatay və Uqedeyi göndərdi. Hər iki tərəfdə böyük narazılıq vardı: şəhərdə Cəlaləddinlə Terken-xatunun (şahın anası) adamları arasında, monqollarda isə Cuçi ilə Caqatay arasında. Cəlaləddin ona qarşı qəsdə tab gətirməyərək şəhərdən qaçdı. Cuçi isə dağıntılar törətmədən böyük mədəniyyət şəhəri sayılan və onun ulusuna həvalə edilmiş Ürgənçi tuta bilmədi. 4 aylıq mühasirədən sonra Ürgənc tutularaq dağıdıldı. Ürgənc ələ keçirilmiş Amudarya sahilində son şəhər oldu.

Çingiz xanı və monqolları şəhərləri dağıtmağa sövq edən başqa səbəblər vardı. Monqollarda şəhərlərə nifrət edən köçəri ruhu yaşayırdı. Bir vaxt Çindəki bütün şəhərləri məhv etməyi lazım bilmişdisə də, xoşbəxtlikdən bu fikirdən vaz keçmişdi. Onun fikri, oturaq mədəniyyəti köçəri həyat tərziylə uzlaşdırmaq idi. Amma bu baş tutmadı. Çingiz xan başqa yerlərdə də çox qırğın törətmiş olsa da, bu qırğınlar, ehtimal ki, Orta Asiyadakı kimi böyük qırğın deyildi. ¹

Xarəzmin işğal olunmayan hissəsində yeni şah Cəlaləddin elan olunmuşdu.

Bu gənc və döyüşkən sərkərdə Əfqanıstana doğru geri çəkildi. Burada o, Valıyan qalası ətrafında və Şixi-Xutuxunun başçılıq etdiyi 45 minlik ordunu Pərvan düzündə ağır məğlubiyyətə uğratdı. ² Lakin Çingiz xan tərəfindən təqib olunan Cəlaləddinin azsaylı ordusu şimal-qərbi Hindistana doğru çəkildi. Hind çayı sahilində həlledici doyüşdə məğlub olan Cəlaləddin çayı keçərək qaçdı. Artıq təqibi lazımi bilməyən Çingiz xan yürüşü dayandırdı. Bu qələbədən sonra monqollar bütövlükdə Mərkəzi Asiyanı, Əfqanıstanı və Hindistanın bir hissəsini tutdu. ³

Xarəzmşahın güclü müqavimət göstərməsi cəhdi Xarəzm ordusunun tam dağıdılması ilə başa çatdı. Bu ordu ayrı-ayrı vassal dəstələrdən ibarət idi və onların hər bir müstəqil cəhdləri boşa çıxdı, əksəriyyəti monqollar tərəfindən qılıncdan keçirildi, qalanları isə Amu-Daryada batırıldı. 

Beləliklə Çingiz xan növbəti dəfə çıxan imperatoru məğlub etdi. Bununla o, ikinci dəfə idi ki, ona müharibə təhlükəsi ilə hədələyən hökmdarı məğlub edirdi. Ancaq bu son deyildi-qarşıda onu sonuncu zəfəri olan Tanqut dövləti Si Sya gözləyirdi.

Mərkəzi Asiyaya gəlincə isə, bura tanınmaz hala düşdü. Vaxtilə Böyük İsgəndər tərəfindən tutulan, sasanilərin, ərəblərin, göytürklərin əlində olan və gələcəkdə rusların da əlinə keçəcək bu ərazidə monqollar kimi rəftar edən olmamışdı. Şəhərlər dağıdıldı, onların bir çoxu heç vaxtı bərpa olunmadı. İrriqasiya sistemi dağıdıldı. Əkinçilik məskənləri otlaqlara çevrildi. Bununla monqollar arxada öz atları və mal-qarası üçün geniş yer hazırlayırdılar.

İqtisadiyyat və mədəniyyət uzun sürən durğunluğa məruz qaldı. Ticarət və sənətkarlıq zəiflədi. Bununla da xaas və ararxiyanın hökmranlıq etdiyi, fərarilərin öz doğma əhalisini qarət etdiyi və xalqının bir hissəsinin monqollara xilaskar kimi baxdığı şərqin qüdrətli Xarəzmşahların dövləti tənəzzül etdi və bir neçə ildən sonra süqut etdi. Monqolların M.Asiyaya yürüşü Pakistanın mərkəzində, Multan şəhərində başa çatdı. Bu 1222-ci ilin yayı idi. Buradan Çingiz xan Hindistana və buranı tutduqdan sonra ordu gəldiyi yolla qayıtmalı deyildi. Lakin bu hadisə istisna oldu. Hindistanı və Sun imperiyasını kəskin hava şəraiti xilas etdi. Geri, Xarəzmə qayıdan xan, burada yürüşün başa çatması münasibətilə qurultay keçirdi və sonra dünya tarixində təşkil olunmuş ən böyük ova çıxdı.

 

Mərkəzi Asiyanın işğalı

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 noyabr 2013 16:20
    basa dusmedim kim isgal elyib?
    cox maraqli xeberlerdi
    men her zaman sizin xeberlerinizi oxuyuram

  2. 19 aprel 2014 21:43
    Hörmətli Hamlet müəllim.Məqalə mötəbər tarixi mənbələr əsasında işlənilmişdir.Tarixi hadisələr xronoloji ardıcıllıqla elmi əsaslarla şərh edimişdir.Yeni məlumatlar və tarixi bilgilər mövzunu daha da aktuallaşdırır.Fateh Çingiz xanın fəthləri oxucuları təccübləndirməyə sövq etdirir. Məhz buna görə də qarşıya qoyduğunuz məqsədə nail ola bilmisiniz.Bununla əlaqədar olaraq Sizi təbrik edirəm və tədqiqatçıiıq işlərinizdə uğurlar arzu edirəm. Hörmətlə Zakir müəllim.

  3. 22 fevral 2015 11:29
    çox maraqlı çox bəyəndim

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.